Məhkəmə qərarları › İş №2(104)-1146/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1146/2025

12.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1146/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 12 iyun 2023-cü il tarixli, 016-802 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin məktubundan görünür ki, VAZ-21074 markalı 57CJ352 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayon, Təzəkənd kəndində qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyatına alınmışdır.

2. 19 aprel 2022-ci il tarixli, BPM**********01 nömrəli kedit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5600 manat kredit verilmişdir.

3. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi "xxxx" ASC-nə hər ay 176,44 manat, sonuncu ay isə 175,86 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. 31 yanvar 2024-cü il tarixli, 82 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Şəmkir rayon Vəkil Bürosunun vəkili Nümayəndə 1000 (bir min) manat məbləğində vəkil xidmət haqqı ödənilmişdir.

5. 14 iyun 2024-cü il tarixli aktın surətindən görünür ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 16(076)-23/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbkar və borcluların iştirakı ilə Şəmkir rayonu, Yeni-Yol kəndində yerləşən fərdi yaşayış evində olarkən icra sənədində qeyd edilən cehiz əşyaları aşkar olunaraq üzərinə həbs qoyulmuşdur.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2560/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə Məmmədova (Əliyeva) Səburə Sahib qızı arasında xx.xx.2022-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 1146 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 63 nömrəli arayışdan görünür ki, bir ədəd romb formalı çoxlu sayda xırda və 10 ədəd iri brilyant qaşı olan 583 əyarlı 5 qramlıq nişan üzüyün dəyəri 1400 manat, bir dəst badam formalı, brilyant qaşlı, 583 əyarlı, 18 qramlıq qızıl sırğa-üzük dəstinin dəyəri 5000 manat, bir ədəd 583 əyarlı brilyant qaşlı 6 qramlıq badam formalı qızıl klonun dəyəri 1000 manat, bir ədəd brilyant qaşlı ortada zümrüd qaşları olan, 583 əyarlı, 8 qramlıq qızıl qolbağının dəyəri 1200 manat, bir ədəd 583 əyarlı ilan qabığı formasında olan 6 qramlıq qızıl sepin dəyəri 600 manat təşkil edir.

8. 26.11.2024-cü il tarixli, 9/7472 saylı ekspert rəyindən görünür ki, 01 ədəd 583 əyarlı ilan qabığı formasında olan 6 qramlıq qızıl sepin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540.00 manat müəyyən edilmiş, 01 ədəd romb formalı çoxlu sayda xırda və 10 ədəd iri brilyant qaşı olan 583 əyarlı 5 qramlıq nişan üzüyü, 01 dəst badam formalı brilyant qaşlı qızıl 583 əyarlı 18 qramlıq sırğa-üzük dəsti, 01 ədəd 583 əyarlı brilyant qaşlı 6 qramlıq badam formalı qızıl klon, 01 ədəd brilyant qaşlı ortada zümrüd qaşları olan 583 əyarlı 8 qramlıq qızıl qolbağının üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, ölçüsü məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır.

9. xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-00348 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində pulu tam ödəmişdir.

10. X6 tərəfindən tərtib olunmuş aktdan görünür ki, o, usta olmaqla tələb olunan navesə təxmini 300 metr 32-lik, 250 metr 20-lik boru, 400 metr reyka, 20 bağlama samarez, 150 ədəd şifer istifadə olunmuşdur. Təxmini yemək pulu daxil olmaqla 2000 mamat ustaya əl muzdu verilmişdir. Ümumilikdə həmin naves üçün ən azı 9000 manat vəsait xərclənmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan 9200 (doqquz min iki yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh qayınanası Cavabdeh1, 65 adda 2405 (iki min dörd yüz beş) manat dəyərində geyim əşyalarının naturada mümkün olmadıqda dəyərinin, 138 adda 22765 (iyirmi iki min yeddi yüz atmış beş) manat dəyərində cehiz əşyalarının, mümkün olmadıqda dəyərinin, 1278 manat dəyərində maddi ziyanın buraya daxildir-1000 manat vəkil xidmət haqqı, 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunun və 174 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin, ümumilikdə 26448 (iyirmi iki min dörd yüz qırx səkkiz) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə, dəyəri 4000 manat olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin, yəni 2667 (iki min altı yüz altmış yeddi) manat pulun Cavabdeh2 alınıb ona verilməsinə, 19 aprel 2022-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankından götürmüş olduğu 8468 (səkkiz min dörd yüz atmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsinə, eyni zamanda cavabdehlərə məxsus fərdi yaşayış evinin həyətində yerləşən navesin tikintisinə sərf olunmuş 4000 (dörd min) manat pulun 2/3 hissəsinin yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 onun keçmiş əri, Cavabdeh1 isə keçmiş qaynanasıdır. 2022-ci ilin aprel ayında faktiki ailə qurmuşdur. Nikahları 04 may 2022-ci ildə rəsmi qeydə alınmışdır. 2023-cü ilin mart ayının 7-nə kimi həmin ailədə yaşamışdır. Uşaqları olmamışdır. Aralarında olan narazılığa görə ayrılmışlar. Ona məxsus olan qızıl-zinət, geyim və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Onlar ona həmin əmlakları könüllü olaraq qaytarmaqdan imtina etmişlər. Qızıl–ziynət əşyaları həmişə qaynanasında olmuşdur. Eyni zamanda cavabdehlərin təhriki ilə Azərbaycan Beynəlxalq Bankı ASC-dən 5600 manat dəyərində kredit götürmüşdür. Cavabdeh əri həmin kreditlə 4000 manat ödəməklə avtomaşın almış və yaşadığı evə naves düzəltdirmişlər. Həmin navesə 4000 manatdan çox pul xərclənmiş, belə ki, 1600 manat kredit pulundan və 800 manat toyda əlinə yığılan pul və əmək haqqından xərclənmişdir. Cavabdeh2 ilə öz istəyi ilə ailə qurmuşdur. Toyu olan gün cavabdeh qayınanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar qızıl-zinət əşyaları hədiyyə etmişlər. Cavabdeh qaynanasında qalan bir ədəd 1400 manat dəyərində romb formalı çoxlu sayda xırda və 10 ədəd iri brilyant qaşı olan 583 əyarlı 5 qramlıq nişan üzüyü, bir dəst 5000 manat dəyərində badam formalı, brilyant qaşlı, 583 əyarlı, 18 qramlıq qızıl sırğa-üzük dəsti, bir ədəd 1000 manat dəyərində 583 əyarlı brilyant qaşlı 6 qramlıq badam formalı qızıl klon, bir ədəd 1200 manat dəyərində olan brilyant qaşlı ortada zümrüd qaşları olan, 583 əyarlı, 8 qramlıq, qızıl qolbağı, bir ədəd 600 manat dəyərində olan 583 əyarlı ilan qabığı formasında olan 6 qramlıq qızıl sep, cəmi dəyəri 9200 (doqquz min iki yüz) manat olan qızıl-zinət əşyalarından ibarətdir. Cavabdehlərdə qalan geyim əşyaları 50 manat dəyərində olan – yaşıl rəngli, gödək, valanlı, sinəsi qırmızı güllü toy donu, 50 manat dəyərində olan -çəhrayı rəngli, gödək, arxası kəpənək formalı kəmərli toy donundan, 50 manat dəyərində olan -ağ rəngli, sinəsi və ətəyi tüllü toy donundan, 50 manat dəyərində olan çəhrayı rəngli, göy rəngli küpür parça ilə kombinə olunmuş, kəmərli toy donundan, 80 manat dəyərində olan xamelon parçadan, uzun, üstü zərli toy donundan, 25 manat dəyərində olan qadın üçün, tünd yaşıl rəngli, dərili əl çantası, 35 manat dəyərində olan qadın üçün, qarışıq rəngli, dərili əl çantası, 40 manat dəyərində olan qadın üçün əl çantası, qara rəngli, balaca, 40 manat dəyərində olan qadın üçün əl çantası, ağ rəngli, böyük, 40 manat dəyərində olan bir ədəd pencək, tünd yaşıl rəngli, papaqlı, 25 manat dəyərində olan şalvar-kofta yay paltarı- qara və ağlı, şalvar-kofta yay paltarı – krem rəngli- 25 manat, şalvar-kofta yay paltarı – ağ rəngli – 25 manat şalvar-kofta yay paltarı – mavi rəngli – 25 manat, şalvar-kofta yay paltarı – göy rəngli–25 manat, şalvar-kofta yay paltarı – qırmızı rərngli- 25 manat, şalvar-kofta yay paltarı- sarı rəngli- 25 manat, şalvar-kofta yay paltarı – yaşıl rəngli – 25 manat; rəngli qolu uzun kofta – qolu və ətəyi büzməli, krem rəngli – 40 manat, rəngli qolu uzun kofta- qara rəngli – 20 manat, rəngli qolu uzun kofta- ağlıqaralı-20 manat, rəngli qolu uzun kofta – kül rəngli jiletlə birlikdə - 30 manat, rəngli qolu uzun kofta – tünd göy rəngli, qolu və sinəsi güpürlü- 30 manat, rəngli qolu uzun kofta - mor rəngli – 20 manat, rəngli qolu uzun kofta –ağ rəngli – 20 manat, nazik vilvet cins şalvar, tünd göy rəngli – 25 manat, nazik cins şalvar, şabalıd rəngli, ayaq hissəsi yazılı- 25 manat, nazik cins şalvar, açıq mavi rəngli, muncuqlu- 25 manat, cins şalvar, şabalıd rəngli, sadə - 25 manat, qara rəngli, ayağı büzməli şalvar – 40 manat, bir ədəd havalı fen-50 manat, bir ədəd ütü fen, Braun firmadan- 40 manat, qalın idman dəst, yaşıl rəngli, papaqlı- 50 manat, qalın idman dəst, qarışıq rəngli, papaqlı- 50 manat, qalın idman dəsti, qara və şabalıd rəngli, sinəsi sepli- 50 manat, qalın idman dəsti, kül rəngli, papaqsız, sinəsi sepli -40 manat, qalın idman dəsti, qolları qara rəngli, papaqlı – 50 manat, qalın idman dəsti, krem rəngli, sinəsi və ayaqları yazılı -50 manat, bir ədəd uzun çəkmə, qara rəngli – dəri – 70 manat, qısa çəkmə, şabalıd rəngli-40 manat, qısa çəkmə, qara rəngli-20 manat, bir ədəd havalı fen, daraqlı-40 manat, bir ədəd fen, burmaq üçün-50 manat, krasovka, ağ rəngli, kəndirli-30 manat, krasovka, yay üçün, sadə, ağ-20 manat, krasovka, krem rəngli-20 manat, toy ayaqqabısı, ağ rəngli, üstlü qaşlı-50 manat, toy ayaqqabısı, açıq çəhrayı rəngli, dikdaban35 manat, toy ayaqqabısı, qara rəngli, zamuş parçadan-40 manat, toy ayaqqabısı, qara rəngli, laklı, dikdaban-40 manat; toy ayaqqabısı, şabalıd rəngli, ipli, dikdaban-40 manat; toy ayaqqabısı, krem rəngli, üstlü qaşlı-30 manat, bir ədəd fen ukladka üçün-40 manat, bir dəst yubka-kofta, krem rəngli-50 manat, pasanoşka, qara və çəhrayı rəngli-25 manat, pasanoşka, krem rəngli, alçaq daban-25 manat, pasanoşka, qarışıq rəngli, dik daban-25 manat, qafri yubka, qara rəngli-30 manat, qafri yubka, küll rəngli-25 manat; bir ədəd vitrovka, qara rəngli-50 manat, bir ədəd palto, qara rəngli, uzun, varatnikli, mexli-100 manat, bir ədəd jaket şabalıd rəngli, düyməli, uzun-60 manat, bir ədəd jilet qara rəngli, uzun – 30 manat, bir ədəd jilet, şabalıd rəngli, uzun – 30 manat, bir ədəd pencək, qara rəngli, papaqlı –40 manat, cəmi: 2405 (iki min dörd yüz beş) manat təşkil edir. Cehiz əşyaları dörd bölməli kül rəngli qorka-1000 manat, dörd bölməli mavi rəngli künc divan mebeli -1000 manat, bir ədəd güzgülü iki tumbuçkalı kamot-500 manat, bir ədəd stol 6 ədəd stul üstü döşəkçəli-500 manat, yataq mebel dəsti-çarpayı iki nəfərlik bir ədəd sandıq, iki tumbuçka, bir ədəd termo bir ədəd şkaf, altı qapılı iki güzgülü bir ədəd termo stolu 3000 manat, on altı dəst müxtəlif ölçülü, müxtəlif formalı pastel dəsti-500 manat; bir ədəd xrustal meyvə qabı, böyük, TOM firmadan-500 manat, bir ədəd güldan, xrustal, böyük, TOM firmadan-300 manat; iki ədəd ləpə qabı, xrustal, sadə-cəmi 70 manat, on iki ədəd (böyükkiçik) TOM firmadan rumka, xrustal-200 manat, əlli dörd ədəd müxtəlif ölçülü, müxtəlif bəzəkli rumka-300 manat, bir ədəd kampot qabı, gümüşü rəngli, BAGEMA firmadan-300 manat, on iki ədəd naxışlı stəkanlar, üstü ceyran şəkilli-60 manat, bir ədəd yaşıl nahar servisi-500 manat, bir ədəd madonna çay servisi-500 manat, dörd dəst çay servisi altı nəfərlik-200 manat, dörd ədəd xrustal meyvə qabı-cəmi 100 manat, dörd ədəd xrustal konfet qabı-cəmi 100 manat, dörd ədəd xrustal tort qabı-cəmi 100 manat, iki ədəd xrustal dairəvi tort qabı-cəmi 60 manat, yeddi ədəd sadə tort boşqab dəsti-100 manat, müxtəlif ölçülü, müxtəlif naxışlı meyvə qabları 8 ədəd xrustal-cəmi 160 manat, müxtəlif ölçülü, müxtəlif naxışlı konfet qabları, 8 ədəd xrustal- cəmi 160 manat, dörd ədəd ləpə qabı, xrustal-cəmi 60 manat, bir ədəd xrustal ləpə qabı, TOM firmadan-200 manat, on iki ədəd duz qabı, xrustal-40 manat, on iki ədəd rozetka, mürəbbə üçün-40 manat, on iki ədəd limon qabı, xrustal-40 manat, altı ədəd şəkər qabları-cəmi 20 manat, mətbəx dəstləri (çay,şəkər,qənd,düyü qabları)-cəmi 60 manat, on iki ədəd ədviyyat qabları-cəmi dəyəri 100 manat, üç ədəd bıçaq dəsti, müxtəlif formalı, müxtəlif ölçülü-cəmi 80 manat, mətbəx dəsti (balta var)-80 manat, iki ədəd orta Rusiya qazanları, nikel-cəmi 170 manat, iki ədəd balaca tuj tava-cəmi 20 manat, üç ədəd (böyük-kiçik) tava-cəmi 60 manat, bir ədəd böyük aliminium qazan-40 manat, dörd ədəd (böyük-kiçik) vanna-cəmi 40 manat, paltar setkası10 manat, iki ədəd şirəli vedrə, mavi rəngli-cəmi 40 manat, iki ədəd şirəli qufluca, mavi rəngli-cəmi 20 manat, aşsüzən, aliminium-10 manat, əlavə (böyük-kiçik) ləyənlər, altı ədəd, şirəli-cəmi 150 manat, altı ədəd aliminium ləyən-cəmi 100 manat; üç ədəd dəmir (böyükkiçik) vedrələr-cəmi 50 manat; üç ədəd bahalı nikkel padnus-50 manat; dairəvi nikel padnus, üç ədəd-cəmi dəyəri 60 manat; dörd ədəd salfetka qabı, şüşə, sadə-cəmi dəyəri 40 manat; iki ədəd TOMfirmadan, xrustal, konfet qabı-cəmi 400 manat; iki ədəd böyük xrustal gülqabı, sadə-cəmi 160 manat; üç ədəd eyni ölçülü yaşıl bagema gülqabı-cəmi 300 manat; iki ədəd yaşıl meyvə qabı, BAGEMA firmadan-cəmi dəyəri 200 manat; bir ədəd qırmızı böyük gülqabı, BAGEMA firmadan-100 manat; bir ədəd göy bagema meyvə qabı, tünd göy rəngli-100 manat; altı ədəd meyvə qabı, xrustal-140 manat; iki ədəd balaca ləpə qabı, xrustal, üçkünc formalı-cəmi dəyəri 30 manat; iki ədəd su krafinkası, xrustal-cəmi dəyəri 60 manat; on iki ədəd güllü (böyük-kiçik) bulud-cəmi 100 manat; iki ədəd su krafinkası, xrustal-cəmi 100 manat; iyirmi dörd ədəd dovğa kasası və çömçəsi-cəmi 60 manat; qırmızı güllü boşqab dəsti, on iki nəfərlik-cəmi 60 manat; on iki ədəd qırmızı dovğakasası-cəmi 30 manat; iyirmi dörd ədəd stalişni kasası-cəmi 30 manat; on iki ədəd yaşıl rəngli kasa, sadə-cəmi 30 manat; iyirmi dörd ədəd bahalı xrustal çay stəkanı-250 manat; iyirmi dörd ədəd bahalı ağ və gümüşü rəngli nəlbəki-cəmi 100 manat; bir ədəd xrustal külqabı, sadə-20 manat; on iki ədəd kompot üçün rumka, sadə, şüşə, ağ rəngli-50 manat; dörd cür (otuz ədəd) gümüşü bəzəkli ağ boşqab dəsti, ona uyğun iyirmi dörd ədəd ağ rumkalar-cəmi 240 manat; iyirmi dörd ədəd xörək qaşığı, qırx səkkiz ədəd çəngəl, qırx səkkiz ədəd çay qaşığı, qırx səkkiz ədəd bıçaq-cəmi qiyməti - 50 manat; çamadan formalı qabda olan çəngəl, qaşıq, bıçaq dəsti iyirmi dörd nəfərlik-cəmi dəyəri 150 manat; altı ədəd balaca dəm çayniki, bir ədəd balaca şirəli çaynik-cəmi dəyəri 60 manat; tefal samovar və çaynik dəsti-60 manat; iyirmi dörd ədəd sadə çay stəkanı, iyirmi dörd ədəd yaşıl rəngdə nəlbəki ilə-cəmi dəyəri 30 manat; keramika qazan dəsti, krem rəngli, şüşə qapaqlı, beş ədəd müxtəlif ölçülü-450 manat; rusiya istehsalı qazan dəsti, nikel, müxtəlif ölçülü beş ədəd-200 manat; güllü qazan və çaynik dəsti, şirəli-140 manat; bir dəst göy rəngli, şirəli, qazan dəsti, müxtəlif ölçülü-30 manat; bir dəst qırmızı rəngli qazan dəsti şirəli, müxtəlif ölçülü-30 manat; nikkel qazan dəsti, müxtəlif ölçülü dörd ədəd-30 manat; iki ədəd şamdan şüşə-cəmi qiyməti 10 manat; qırmızı rəngli ağzı qapaqlı şəkər qabları-cəmi qiyməti 10 manat; iki ədəd böyük xrustal lotqa konfet qabı-cəmi dəyəri 60 manat; bir ədəd qapalı su qabı,sadə-5 manat; iki ədəd tort bıçaqları və enli çəngəllər-cəmi qiyməti 10 manat; iki ədəd xrustal meyvə qabı ayaqlı-cəmi qiyməti 60 manat; bir ədəd divar saatı oval formalı-60 manat; bir ədəd ütü stolu böyük-30 manat; bir ədəd televizor Samsung markalı plazma ekran-dəyəri 800 manat; bir ədəd paltaryuyan maşını Samsung markalı avtomat 6 kqdəyəri 600 manat; bir ədəd sok çəkən maşın-dəyəri 40 manat; bir ədəd ət çəkən elektrikli maşın-qiymət 120 manat; bir ədəd kofemolka-30 manat; bir ədəd blender-20 manat; bir ədəd ləpə çəkən-30 manat; bir ədəd soğan doğrayan-10 manat; bir ədəd mikser-30 manat; iki ədəd gecə lampası oval formada-cəmi qiyməti 50 manat; iki ədəd xalça, mavi rəngli 3X5 ölçülü-cəmi qiyməti 800 manat; bir ədəd xalça 2X3 ölçülü iki ədəd balaca xalça ilə yataq otağı üçün cəmi dəyəri 300 manat; bir ədəd belgiya istehsalı qırmızı rəngdə xalça 2X3 ölçülü-300 manat; bir ədəd tozsoran qırmızı rəngli-70 manat; iki cüt xrustal, səkkiz şamlı çılçıraq-cəmi dəyəri 300 manat; bir ədəd beş şamlı çılçıraq-150 manat; bir ədəd pələng rəmgli pakrıval-40 manat; bir dəst villur pakrıval-60 manat; bir ədəd pakrıval, gəlincik formalı-300 manat; iki ədəd yun pakrıval-cəmi dəyəri 80 manat; bir ədəd süfrə bəzəkli-70 manat; bir süfrə villur jurnal stolu üçün-70 manat; bir dəst iki nəfərlik krem rəngli postel üzü130 manat; iyirmi dörd ədəd müxtəlif ölçülü, müxtəlif rəngli əl-üz məhrəbası- cəmi qiyməti 100 manat; on iki ədəd müxtəlif rəngli, müxtəlif ölçülü hamam dəsmalı - cəmi qiyməti 100 manat; iyirmi dörd ədəd müxtüəlif ölçülü, müxtəlif rəngli çay dəsmalı - cəmi qiyməti 100 manat; iki ədəd iyirmi dörd nəfərlik süfrə müxtəlif rəngli, müxtəlif bəzəkli - 50 manat; on ədəd müxtəlif rəngli, müxtəlif ölçülü süfrə-cəmi dəyəri 100 manat; bir ədəd iki nəfərlik yun yorğan-150 manat; dörd ədəd tək nəfərlik yun yoğan-200 manat; altı ədəd balınc böyük180 manat; iki ədəd balınc balaca-20 manat; bir ədəd iki nəfərlik yun döşək-160 manat; iki ədəd tək nəfərlik yun döşək-200 manat; bir ədəd künc divanı üçün örtük-30 manat; iki ədəd tək divan-cəmi dəyəri 300 manat; bir ədəd kreslo üstü-30 manat; iki ədəd qırmızı çomadan40 manat; bir ədəd təkərlikli çamodan-30 manat; bir ədəd mətbəx naboru (çömçə,qaşıq,bıçaq və s.)-60 manat; bir ədəd mətbəx taxtası, tyorka-cəmi 10 manat; üç ədəd qulplu aşsüzən-15 manat; sarımsaq əzən, banka ağzı açan, qozqıran-cəmi dəyəri 10 manat; bir ədəd vedrə pas pas-20 manat; bir ədəd dəsmal şotku-10 manat; bir dəst pol ağacı-10 manat; bir ədəd yayqı və oxlov-10 manat; bir ədəd şotku süpürgə, bir ədəd zibil qabı-cəmi 20 manat; bir ədəd elektrikli qırmızı rəngli isitici-20 manat; bir ədəd elektrikli ventelyator-20 manat, cəmi 22765 (iyirmi iki min yeddi yüz atmış beş) manat təşkil edir. Bundan başqa cavabdehlə birgə nikah müddətində VAZ-21074 markalı ** CJ *** qeydiyyat nişanlı avtomaşın əldə etmişlər. Həmin avtomaşın mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Hesab edir ki, həmin avtomaşının 1/2 hissəsinə onun mülkiyyət hüququ tanınmalıdır. Həmin avtomaşın müvafiq qaydada qiymətləndirilməli və həmin avtomaşın açıq hərracdan satılaraq 1/2 hissəsi ona ödənilməlidir. Çünki cavabdeh onun işləməyini nəzərə alıb ABB-dan onun adına 5600 manat kredit götürmüş və mübahisə predmeti olan avtomaşını həmin kredit pulundan 4000 manat ödəməklə almışdır. Eyni zamanda o işlədiyi üçün cavabdeh Sərxan Sahib oğlunun təkidi ilə öz adına 5600 manat kredit götürmüşdür. Həmin krediti 22% hesablanmaqla geri qaytarmalıdır. Bu isə 8467 manat edir. Eyni zamanda həmin kreditlə bağlı onun adına verilmiş tam kart hazırda Cavabdeh2 istifadəsindədir. Hesab edir ki, cavabdeh həmin kreditin ½ hissəsini ödəməlidir. Kreditdən qalan 1600 manat pul həmçinin toyda əlinə yığılmış 800 manat pul və onun əmək haqqı gəlin köçdüyü və hazırda cavabdehlərin yaşadığı fərdi yaşayış evinin həyətində inşa edilmiş navesin tikintisinə sərf edilmişdir. Qeyd edilənlərə əsasən ona məxsus olan, iddia ərizəsində qeyd olunan 9200 (doqquz min iki yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh qayınanası Cavabdeh1, 65 adda 2405 (iki min dörd yüz beş) manat dəyərində geyim əşyaları naturada mümkün olmadıqda dəyərinin, 138 adda 22765 (iyirmi iki min yeddi yüz atmış beş) manat dəyərində cehiz əşyalarının, mümkün olmadıqda dəyərinin, 1278 manat dəyərində maddi ziyanın buraya daxildir-1000 manat vəkil xidmət haqqı, 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunun və 174 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin, ümumilikdə 26448 (iyirmi iki min dörd yüz qırx səkkiz) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə, dəyəri 4000 manat olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin, yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pulun Cavabdeh2 alınıb ona verilməsinə, 19 aprel 2022-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankından götürmüş olduğu 8468 (səkkiz min dörd yüz atmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsinə, eyni zamanda cavabdehlərə məxsus fərdi yaşayış evinin həyətində yerləşən navesin tikintisinə sərf olunmuş 4000 (dörd min) manat pulun 2/3 hissəsinin yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat dəyərində olan yaşıl rəngli, gödək, valanlı, sinəsi qırmızı güllü toy donu, 50 manat dəyərində olan çəhrayı rəngli, gödək, arxası kəpənək formalı kəmərli toy donundan, 50 manat dəyərində olan ağ rəngli, sinəsi və ətəyi tüllü toy donundan, 50 manat dəyərində olan çəhrayı rəngli, göy rəngli küpür parça ilə kombinə olunmuş, kəmərli toy donundan, 80 manat dəyərində olan xamelon parçadan, uzun, üstü zərli toy donundan, 25 manat dəyərində olan qadın üçün, tünd yaşıl rəngli, dərili əl çantası, 35 manat dəyərində olan qadın üçün, qarışıq rəngli, dərili əl çantası, 40 manat dəyərində olan qadın üçün əl çantası, qara rəngli, balaca, 40 manat dəyərində olan qadın üçün əl çantası, ağ rəngli, böyük, 40 manat dəyərində olan bir ədəd pencək, tünd yaşıl rəngli, papaqlı, 25 manat dəyərində olan şalvar-kofta yay paltarı- qara və ağlı; şalvar-kofta yay paltarı – krem rəngli- 25 manat; şalvar-kofta yay paltarı – ağ rəngli – 25 manat şalvar-kofta yay paltarı – mavi rəngli – 25 manat; şalvar-kofta yay paltarı – göy rəngli–25 manat; şalvarkofta yay paltarı – qırmızı rərngli- 25 manat; şalvar-kofta yay paltarı- sarı rəngli- 25 manat; şalvar-kofta yay paltarı – yaşıl rəngli – 25 manat; rəngli qolu uzun kofta – qolu və ətəyi büzməli, krem rəngli – 40 manat; rəngli qolu uzun kofta- qara rəngli – 20 manat; rəngli qolu uzun kofta- ağlı-qaralı-20 manat; rəngli qolu uzun kofta – kül rəngli jiletlə birlikdə - 30 manat; rəngli qolu uzun kofta – tünd göy rəngli, qolu və sinəsi güpürlü- 30 manat; rəngli qolu uzun kofta - mor rəngli – 20 manat; rəngli qolu uzun kofta – ağ rəngli – 20 manat; nazik vilvet cins şalvar, tünd göy rəngli – 25 manat; nazik cins şalvar, şabalıd rəngli, ayaq hissəsi yazılı- 25 manat; nazik cins şalvar, açıq mavi rəngli, muncuqlu- 25 manat; cins şalvar, şabalıd rəngli, sadə - 25 manat; qara rəngli, ayağı büzməli şalvar – 40 manat; bir ədəd havalı fen-50 manat; bir ədəd ütü fen, Braun firmadan- 40 manat; qalın idman dəst, yaşıl rəngli, papaqlı- 50 manat; qalın idman dəst, qarışıq rəngli, papaqlı- 50 manat; qalın idman dəsti, qara və şabalıd rəngli, sinəsi sepli- 50 manat; qalın idman dəsti, kül rəngli, papaqsız, sinəsi sepli -40 manat; qalın idman dəsti, qolları qara rəngli, papaqlı – 50 manat; qalın idman dəsti, krem rəngli, sinəsi və ayaqları yazılı -50 manat; bir ədəd uzun çəkmə, qara rəngli – dəri – 70 manat; qısa çəkmə, şabalıd rəngli-40 manat; qısa çəkmə, qara rəngli-20 manat; bir ədəd havalı fen, daraqlı-40 manat; bir ədəd fen, burmaq üçün-50 manat; krasofka, ağ rəngli, kəndirli-30 manat; krasofka, yay üçün, sadə, ağ-20 manat; krasofka, krem rəngli-20 manat; toy ayaqqabısı, ağ rəngli, üstlü qaşlı-50 manat; toy ayaqqabısı, açıq çəhrayı rəngli, dikdaban-35 manat; toy ayaqqabısı, qara rəngli, zamuş parçadan-40 manat; toy ayaqqabısı, qara rəngli, laklı, dikdaban-40 manat; toy ayaqqabısı, şabalıd rəngli, ipli, dikdaban-40 manat; toy ayaqqabısı, krem rəngli, üstlü qaşlı-30 manat; bir ədəd fen ukladka üçün-40 manat; bir dəst yubka-kofta, krem rəngli-50 manat; pasanoşka, qara və çəhrayı rəngli-25 manat; pasanoşka, krem rəngli, alçaq daban-25 manat; pasanoşka, qarışıq rəngli, dik daban-25 manat; qafri yubka, qara rəngli-30 manat; qafri yubka, küll rəngli-25 manat; bir ədəd vitrovka, qara rəngli-50 manat; bir ədəd palto, qara rəngli, uzun, varatnikli, mexli-100 manat; bir ədəd jaket şabalıd rəngli, düyməli, uzun- 60 manat; bir ədəd jelet qara rəngli, uzun – 30 manat; bir ədəd jelet, şabalıd rəngli, uzun – 30 manat; bir ədəd pencək, qara rəngli, papaqlı –40 manat ibarət geyim əşyalarının natura şəklində, natura mövcud olmazsa əşyaların cəmi dəyəri 2405 manat və dörd bölməli kül rəngli qorka-1000 manat; dörd bölməli mavi rəngli künc divan mebeli -1000 manat; bir ədəd güzgülü iki tumbuçkalı kamot-500 manat; bir ədəd stol 6 ədəd stul üstü döşəkçəli- 500 manat; yataq mebel dəstiçarpayı iki nəfərlik bir ədəd sandıq, iki tumbuçka, bir ədəd termo bir ədəd şkaf, altı qapılı iki güzgülü bir ədəd termo stolu 3000 manat; on altı dəst müxtəlif ölçülü, müxtəlif formalı pastel dəsti-500 manat; bir ədəd xrustal meyvə qabı, böyük, TOMfirmadan-500 manat; bir ədəd güldan, xrustal, böyük, TOM firmadan-300 manat; iki ədəd ləpə qabı, xrustal, sadəcəmi 70 manat; on iki ədəd (böyük-kiçik) TOMfirmadan rumka, xrustal-200 manat; əlli dörd ədəd müxtəlif ölçülü, müxtəlif bəzəkli rumka-300 manat; bir ədəd kampot qabı, gümüşü rəngli, BAGEMA firmadan-300 manat; on iki ədəd naxışlı stəkanlar, üstü ceyran şəkilli-60 manat; bir ədəd yaşıl nahar servisi-500 manat; bir ədəd madonna çay servisi-500 manat; dörd dəst çay servisi altı nəfərlik-200 manat; dörd ədəd xrustal meyvə qabı-cəmi 100 manat; dörd ədəd xrustal konfet qabı-cəmi 100 manat; dörd ədəd xrustal tort qabı-cəmi 100 manat; iki ədəd xrustal dairəvi tort qabıcəmi 60 manat; yeddi ədəd sadə tort boşqab dəsti-100 manat; müxtəlif ölçülü, müxtəlif naxışlı meyvə qabları 8 ədəd xrustal-cəmi 160 manat; müxtəlif ölçülü , müxtəlif naxışlı konfet qabları, 8 ədəd xrustal- cəmi 160 manat; dörd ədəd ləpə qabı, xrustal-cəmi 60 manat; bir ədəd xrustal ləpə qabı, TOMfirmadan-200 manat; on iki ədəd duz qabı, xrustal- 40 manat; on iki ədəd rozetka, mürəbbə üçün-40 manat; on iki ədəd limon qabı, xrustal-40 manat; altı ədəd şəkər qabları-cəmi 20 manat; mətbəx dəstləri (çay,şəkər,qənd,düyü qabları)-cəmi 60 manat; on iki ədəd ədviyyat qablarıcəmi dəyəri 100 manat; üç ədəd bıçaq dəsti, müxtəlif formalı, müxtəlif ölçülü-cəmi 80 manat; mətbəx dəsti (balta var)-80 manat; iki ədəd orta Rusiya qazanları, nikel-cəmi 170 manat; iki ədəd balaca tuj tava-cəmi 20 manat; üç ədəd (böyük-kiçik) tava-cəmi 60 manat; bir ədəd böyük aliminium qazan-40 manat; dörd ədəd (böyük-kiçik) vanna-cəmi 40 manat; paltar setkası-10 manat; iki ədəd şirəli vedrə, mavi rəngli-cəmi 40 manat; iki ədəd şirəli qufluca, mavi rəngli-cəmi 20 manat; aşsüzən, aliminium-10 manat; əlavə (böyük-kiçik) ləyənlər, altı ədəd, şirəli-cəmi 150 manat; altı ədəd aliminium ləyən-cəmi 100 manat; üç ədəd dəmir (böyük-kiçik) vedrələrcəmi 50 manat; üç ədəd bahalı nikkel padnus-50 manat; dairəvi nikel padnus, üç ədədcəmi dəyəri 60 manat; dörd ədəd salfetka qabı, şüşə, sadəcəmi dəyəri 40 manat; iki ədəd TOMfirmadan, xrustal, konfet qabı-cəmi 400 manat; iki ədəd böyük xrustal gülqabı, sadəcəmi 160 manat; üç ədəd eyni ölçülü yaşıl bagema gülqabı-cəmi 300 manat; iki ədəd yaşıl meyvə qabı, BAGEMA firmadan-cəmi dəyəri 200 manat; bir ədəd qırmızı böyük gülqabı, BAGEMA firmadan-100 manat; bir ədəd göy bagema meyvə qabı, tünd göy rəngli-100 manat; altı ədəd meyvə qabı, xrustal-140 manat; iki ədəd balaca ləpə qabı, xrustal, üçkünc formalı-cəmi dəyəri 30 manat; iki ədəd su krafinkası, xrustal-cəmi dəyəri 60 manat; on iki ədəd güllü (böyük-kiçik) bulud-cəmi 100 manat; iki ədəd su krafinkası, xrustal-cəmi 100 manat; iyirmi dörd ədəd dovğa kasası və çömçəsi-cəmi 60 manat; qırmızı güllü boşqab dəsti, on iki nəfərlik-cəmi 60 manat; on iki ədəd qırmızı dovğa kasası-cəmi 30 manat; iyirmi dörd ədəd stalişni kasası-cəmi 30 manat; on iki ədəd yaşıl rəngli kasa, sadə-cəmi 30 manat; iyirmi dörd ədəd bahalı xrustal çay stəkanı-250 manat; iyirmi dörd ədəd bahalı ağ və gümüşü rəngli nəlbəki-cəmi 100 manat; bir ədəd xrustal külqabı, sadə-20 manat; on iki ədəd kompot üçün rumka, sadə, şüşə, ağ rəngli-50 manat; dörd cür (otuz ədəd) gümüşü bəzəkli ağ boşqab dəsti, ona uyğun iyirmi dörd ədəd ağ rumkalar-cəmi 240 manat; iyirmi dörd ədəd xörək qaşığı, qırx səkkiz ədəd çəngəl, qırx səkkiz ədəd çay qaşığı, qırx səkkiz ədəd bıçaq-cəmi qiyməti - 50 manat; çamadan formalı qabda olan çəngəl, qaşıq, bıçaq dəsti iyirmi dörd nəfərlik-cəmi dəyəri 150 manat; altı ədəd balaca dəm çayniki, bir ədəd balaca şirəli çaynik-cəmi dəyəri 60 manat; tefal samovar və çaynik dəsti-60 manat; iyirmi dörd ədəd sadə çay stəkanı, iyirmi dörd ədəd yaşıl rəngdə nəlbəki ilə-cəmi dəyəri 30 manat; keramika qazan dəsti, krem rəngli, şüşə qapaqlı, beş ədəd müxtəlif ölçülü-450 manat; rusiya istehsalı qazan dəsti, nikel, müxtəlif ölçülü beş ədəd-200 manat; güllü qazan və çaynik dəsti, şirəli-140 manat; bir dəst göy rəngli, şirəli, qazan dəsti, müxtəlif ölçülü-30 manat; bir dəst qırmızı rəngli qazan dəsti şirəli, müxtəlif ölçülü-30 manat; nikkel qazan dəsti, müxtəlif ölçülü dörd ədəd-30 manat; iki ədəd şamdan şüşə-cəmi qiyməti 10 manat; qırmızı rəngli ağzı qapaqlı şəkər qabları-cəmi qiyməti 10 manat; iki ədəd böyük xrustal lotqa konfet qabı-cəmi dəyəri 60 manat; bir ədəd qapalı su qabı,sadə-5 manat; iki ədəd tort bıçaqları və enli çəngəllər-cəmi qiyməti 10 manat; iki ədəd xrustal meyvə qabı ayaqlıcəmi qiyməti 60 manat; bir ədəd divar saatı oval formalı-60 manat; bir ədəd ütü stolu böyük-30 manat; bir ədəd televizor Samsung markalı plazma ekran-dəyəri 800 manat; bir ədəd paltaryuyan maşını Samsung markalı avtomat 6 kq- dəyəri 600 manat; bir ədəd sok çəkən maşın-dəyəri 40 manat; bir ədəd ət çəkən elektrikli maşın-qiymət 120 manat; bir ədəd kofemolka-30 manat; bir ədəd blender-20 manat; bir ədəd ləpə çəkən-30 manat; bir ədəd soğan doğrayan-10 manat; bir ədəd mikser-30 manat; iki ədəd gecə lampası oval formada-cəmi qiyməti 50 manat; iki ədəd xalça, mavi rəngli 3X5 ölçülü-cəmi qiyməti 800 manat; bir ədəd xalça 2X3 ölçülü iki ədəd balaca xalça ilə yataq otağı üçün cəmi dəyəri 300 manat; bir ədəd belgiya istehsalı qırmızı rəngdə xalça 2X3 ölçülü-300 manat; bir ədəd tozsoran qırmızı rəngli-70 manat; iki cüt xrustal, səkkiz şamlı çılçıraq-cəmi dəyəri 300 manat; bir ədəd beş şamlı çılçıraq-150 manat; bir ədəd pələng rəmgli pakrıval-40 manat; bir dəst villur pakrıval-60 manat; bir ədəd pakrıval, gəlincik formalı-300 manat; iki ədəd yun pakrıval-cəmi dəyəri 80 manat; bir ədəd süfrə bəzəkli-70 manat; bir süfrə villur jurnal stolu üçün-70 manat; bir dəst iki nəfərlik krem rəngli postel üzü-130 manat; iyirmi dörd ədəd müxtəlif ölçülü, müxtəlif rəngli əl-üz məhrəbası- cəmi qiyməti 100 manat; on iki ədəd müxtəlif rəngli, müxtəlif ölçülü hamam dəsmalı - cəmi qiyməti 100 manat; iyirmi dörd ədəd müxtüəlif ölçülü, müxtəlif rəngli çay dəsmalı - cəmi qiyməti 100 manat; iki ədəd iyirmi dörd nəfərlik süfrə müxtəlif rəngli, müxtəlif bəzəkli - 50 manat; on ədəd müxtəlif rəngli, müxtəlif ölçülü süfrə-cəmi dəyəri 100 manat; bir ədəd iki nəfərlik yun yorğan-150 manat; dörd ədəd tək nəfərlik yun yoğan-200 manat; altı ədəd balınc böyük-180 manat; iki ədəd balınc balaca-20 manat; bir ədəd iki nəfərlik yun döşək-160 manat; iki ədəd tək nəfərlik yun döşək-200 manat; bir ədəd künc divanı üçün örtük-30 manat; iki ədəd tək divan-cəmi dəyəri 300 manat; bir ədəd kreslo üstü-30 manat; iki ədəd qırmızı çomadan-40 manat; bir ədəd təkərlikli çamodan-30 manat; bir ədəd mətbəx naboru (çömçə,qaşıq,bıçaq və s.)-60 manat; bir ədəd mətbəx taxtası, tyorka-cəmi 10 manat; üç ədəd qulplu aşsüzən-15 manat; sarımsaq əzən, banka ağzı açan, qozqırancəmi dəyəri 10 manat; bir ədəd vedrə pas pas- 20 manat; bir ədəd dəsmal şotku-10 manat; bir dəst pol ağacı-10 manat; bir ədəd yayqı və oxlov-10 manat; bir ədəd şotku süpürgə, bir ədəd zibil qabı-cəmi 20 manat; bir ədəd elektrikli qırmızı rəngli isitici-20 manat; bir ədəd elektrikli ventelyator-20 manat ibarət cehiz əşyalarının natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 22765 (iyirmi iki min yeddi yüz altmış beş) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflər aralarında baş vermiş narazılığa görə ayrılmışlar və onlar arasındakı ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2560/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 1146 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Toy zamanı iddiaçıya bir sıra qızıl-zinət əşyaları hədiyyə olunmuş, həmin faktı fotoşəkildə və iddiaçının izahatı, cavabdehlərin etiraz ərizəsi ilə öz təsdiqini tapır. Bundan başqa İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüşdür. Eyni zamanda VAZ-21074 markalı 57CJ352 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayon, Təzəkənd kəndində qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyatına alınmışdır. Hazırda İddiaçı həm keçmiş əri – Cavabdeh2, həmçinin onun anası– digər Cavabdeh1 qarşı cehiz, geyim, qızılzinət əşyaları, pul, birgə nikah dövründə əldə edilmiş əmlak kimi qeyd etdiyi nəqliyyat vasitəsinin dəyərinin 2/3 hissəsi, həmçinin çəkdiyi xərclərinin əvəzi tələbləri barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cehiz və geyim əşyalarına dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 14 iyun 2024-cü il tarixli aktında qeyd edilən əşyaların cavabdehlərə məxsus evdə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə, iddia tələbinin qızıl-zinət əşyaralarına aid olan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, iddiaçının izahatı, cavabdehlərin etiraz ərizələri və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 ilə ailə quran zaman iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. İddiaçı iddia edir ki, iddia ərizəsində göstərilən toy zamanı hədiyyə olunmuş qızıl-zinət əşyaları daim qayınanası olan Cavabdeh1 olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddia ərizəsində göstərilən 5 adda qızıl-zinət əşyaları iddiaçıya məxsus olmuşdur. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən Cavabdeh1 olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə Cavabdeh1 olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclası zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin, iddia tələbinin cavabdehlərə məxsus fərdi yaşayış evinin həyətində yerləşən navesin tikintisinə sərf olunmuş 4000 (dörd min) manat pulun 2/3 hissəsinin yəni 2667 (iki min altı yüz atmış yeddi) manat pul hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdehlər etiraz ərizələrində onların yaşadığı fərdi yaşayış evinin mərhum Sahib Məmmədova məxsus olduğunu və çardağın onun öz vəsaiti hesabına inşa edildiyini qeyd etmişlər. İddiaçı öz adına götürüdüyü kreditdən qalan 1600 manat pulun həmçinin toyda əlinə yığılmış 800 manat pulun və onun əmək haqqının gəlin köçdüyü və hazırda cavabdehlərin yaşadığı fərdi yaşayış evinin həyətində inşa edilmiş çardağın tikintisinə sərf edildiyini göstərmiş olsa da, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin dəyəri 4000 manat olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin, yəni 2667 (iki min altı yüz altmış yeddi) manat pulun Cavabdeh2 alınıb ona verilməsinə, 19 aprel 2022-ci il tarixindən Azərbaycan Beynəlxalq Bankından götürmüş olduğu 8468 (səkkiz min dörd yüz atmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsi barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. İddiaçı, birgə nikah dövründə əldə edildiyinə istinad edərək VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin və 19 aprel 2022-ci il tarixdə "xxxx" ASC-dən götürmüş olduğu 8468 (səkkiz min dörd yüz altmış səkkiz) manat kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 alınıb ona verilməsini xahiş etsə də, məhkəmə VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşında iddiaçının 2/3 hissədə payının müəyyən edilməsi və iddiaçı tərəfindən 19 aprel 2022-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş kredit məbləğinin 1/2 hissəsinin Cavabdeh2 aid edilməsi üçün heç bir əsas müəyyən etməmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarında qeyd olunan əsaslarla əmlakda payın müəyyən edilməsi və ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olması üçün həmin əmlakın birgə nikah dövründə əldə edilməsi və öhdəliklərin birgə nikah dövründə götürülməsi şərtləndirilmişdir. Lakin, iş materiallarından görünür ki, tərəflər arasında nikah xx.xx.2022-ci il tarixdə bağlanmış, mübahisə premeti olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşın isə Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi əsasında alınmış və həmin tarixdə onun mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, İddiaçı tərəfindən "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5600 manat kredit götürülmüşdür. Göründüyü kimi, iddiaçının payının müəyyən edilməsini tələb etdiyi əmlak və Cavabdeh2 tərəfindən 1/2 hissəsinin ona ödənilməsini tələb etdiyi kredit müqaviləsi üzrə öhdəlik tərəflərin birgə nikahda olduqları müddətdə deyil, onlara rəsmi nikaha daxil olmamışdan əvvəl əldə edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə premeti olan əmlak və kredit müqaviləsi üzrə iddiaçının üzərinə götürdüyü öhdəlik tərəflərin birgə nikahları dövründə əldə edilmədiyindən, cavabdehin adına olan əmlakda iddiaçının payı müəyyən edilə bilməz və İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi Cavabdeh2 üçün hər hansı vəzifələr yarada bilməz.

15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.1-ci və Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 37.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

16. Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-78/2025 saylı qətnaməsinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qətnamənin iddianın təmin olunmamış hissəsindən narazıdır. Məhkəmə qətnaməsinin təmin olunmamış hissəsində ləğv olunmasını və iddia tələbimin tam təmin olunmasına dair qərar qəbul olunmasını istəyir. İddianın mahiyyəti üzrə bildirir ki, cavabdehlər Cavabdeh2 onun keçmiş əri, Cavabdeh1 isə keçmiş qayınanasıdır. Cavabdeh2 ilə 2022-ci ilin aprel ayının 4-də faktiki ailə qurmuşlar. Nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh2 ilə öz istəyi ilə ailə qurmuşdur. Birgə nikahdan uşaqları olmamışdır. Əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətləri pozulduğundan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2560/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Toy olan gün cavabdeh qaynanası Cavabdeh1 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar qızıl-zinət əşyaları hədiyyə etmişdilər. 2023-cü ilin mart ayının 7-nə kimi həmin ailədə yaşamışdır. Ona məxsus olan qızıl-ziynət, geyim və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Onlar iddiaçıya əmlakları könüllü olaraq qaytarmaqdan imtina edirlər. Qızıl-zinət əşyaları həmişə qaynanasında olub. Həmçinin qeyd edir ki, cavabdehlərin təhriki ilə ABB-dən 5600 manat dəyərində kredit götürmüşdür. Cavabdeh əri həmin kreditdən 4000 manat ödəməklə avtomaşın almış və yaşadıqları evə naves düzəltmişdir. Həmin navesə 4000 manatdan çox pul xərclənmişdir. 1600 manat kredit pulundan, 800 manat toyda əlinə yığılan puldan və əmək haqqından götürülmüşdür. Bu səbəbdən də o, cavabdehlərə qarşı “əmlak və maddi ziyan tələbinə dair” iddia qaldırmışdır. Onun bu iddiası Şəmkir Rayon Məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə iddianın “geyim və cehiz əşyalarımın cavabdehlərdən alınıb ona verilməsi” hissəsində təmin etsə də, iddianın qalan hissəsini təmin etməmişdir. Səbəb olaraq göstərilmişdir ki, iddia tələbinin tam təmin olunması üçün məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbu ki, toy hədiyyəsi olaraq ona cavabdehlər və qohumlar qızıl-zinət əşyaları hədiyyə etmişdilər. Bu halı şahid ifadələri, foto şəkillər və video çəkilişlər də sübut edir. Onun qızıl-zinət əşyaları qaynanasınada olmuşdur. Həmçinin cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsalar da, məhkəmə prosesində iştirak etməmişlər və iddia tələbi ilə bağlı heç bir etirazlarını məhkəmə təqdim etməmişlər. Bu isə onu sübut edir ki, o iddia tələbimdə tam haqlıdır. Buna baxmayaraq məhkəmə cavabdehlərin mövqeyindən çıxış edərək iddia tələbini qismən təmin etmişdir. Cavabdehlər iddia tələbi ilə bağlı məhkəməyə heç bir etiraz təqdim etməmişdirlərsə, bu hal onların iddia tələbini qəbul etdikləri demək deyil mi? Əgər cavabdehlərin iddia ilə bağlı etirazları olsa idi, bununla bağlı məhkəməyə sənədlər təqdim edərdilər. Bu isə o deməkdir ki, cavabdehlər iddia tələbini qəbul etmişlər. Belə olduğu halda məhkəmə niyə iddia tələbini qismən qəbul etmişdir? Niyə cavabdehlərin mövqeyindən çıxış etmişdir? Məhkəmə iddiamın “dəyəri 4000 manat olan VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin 2/3 hissəsinin Cavabdeh2 alınıb ona verilməsi” və “19 aprel 2022-ci il tarixindən Azərbaycan Beynəlxalq Bank ASC-dən götürmüş olduqları 8468 manat kredit məbləğinin ½ hissəsinin Cavabdeh2 alınıb ona verilməsi hissəsində də təmin etməmişdir. Səbəb olaraq göstərmişdir ki, VAZ 21074 markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşın və Azərbaycan Beynəlxalq Bank ASC-dən götürdükləri 5600 manat kredit məbləği birgə nikah dövründə əldə edilməmişdir. O, işlədiyi üçün Cavabdeh2 təhriki ilə öz adına Azərbaycan Beynəlxalq Bankından 5600 manat kredit götürmüş, həmin krediti 22% hesablanmaqla geri qaytarmalıdır. Bu isə 8467 manat edir. Eyni zamanda həmin kreditlə bağlı onun adına verilmiş tam kart hazırda Cavabdeh2 istifadəsindədir. Hesab edir ki, cavabdeh həmin kreditin ½ hissəsini ödəməlidir. Odur ki, cavabdehlərə məxsus olan fərdi yaşayış evinin həyətində yerləşən navesin tikintisinə sərf olunmuş 4000 manat pulun 2/3 hissəsini, yəni 2667 manat pulun cavabdehlərdən alınıb ona verilməsini istəyir. Eyni zamanda məhkəmə iddianın “1000 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini qismən təmin etmişdir. Belə ki, məhkəmə cavabdehlərdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 350 manat pulun ona verilməsini qət etmişdir. Halbu ki, onun məhkəməyə təqdim etdiyi ödəniş qəbzindən görünür ki, hüquqi yardım göstərilməsi üçün 1000 manat ödəniş etmişdir. Məhkəmə hansı qanun normasına istinad edib, həmin məbləği 350 manat məbləğində ödənilməsinə qərar verib, bu məhkəmə qətnaməsindən aydın deyildir. Cavabdehlərdən tələb etdiyi qızıl-zinət əşyalarını ona toy günü cavabdehlər hədiyyə etmişlər. Bu hal isə onu göstərir ki, qızıl-zinət əşyaları onun ayrıca mülkiyyətindədirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilibsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənasına görə ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Buna görə də onun VAZ 21074 markalı, ** CJ *** qeydiyyat nişanlı avtomaşının ½ hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin mənasına görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir (hər birinin ayrıca əmlakıdır.) Yuxarıda qeyd etdiyi kimi cavabdehlərdən tələb etdiyi qızıl-zinət əşyalarını ona toy günü cavabdehlər hədiyyə etmişlər. Bu hal isə onu göstərir ki, qızıl-zinət əşyaları onun ayrıca mülkiyyətindədirlər. Azərbaycan Respublikası AiləMəcəlləsinin 34.2-ci maddəsinin mənasına görə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilibsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə qətnaməsindən də, göründüyü kimi əslində o, məhkəməyə iddia tələbi ilə bağlı olaraq kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Lakin, məhkəmə təqdim olunmuş sübutları iddianın təmin olunmamış hissəsində obyektiv qiymətləndirməmişdir. O, iddia tələbində tam haqlı idi. Tələb etdiyi qızıl-ziynət əşyaları keçmiş qaynanası Cavabdeh1dır. Tələb olunan avtomaşını birgə nikah müddətində əldə etmişlər. Eyni zamanda cavabdeh ərinin təkidi ilə bankdan kredit götürmüşdür. Toyda əlinə yığılan pul və götürmüş olduğu kreditin bir hissəsi ilə cavabdehlərin yaşadığı evin həyətində naves tikdirmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, tərəflər arasında mübahisə olmuş və iddiaçını döyüb evdən qovmuşlar. Lakin, iddiaçının döyülməsi ilə bağlı Poliş şöbəsində araşdırma aparılmamışdır. VAZ 21074 markalı avtomobil isə nikahdan bir neçə gün əvvəl alınmışdır. Azərbaycan Beynəlxalq Bank ASC-dən götürdükləri 5600 manat krediti isə toydan sonra, lakin rəsmi nikaha daxil olmamışdan əvvəl götürmüşdür. Həmin kredit məbləği çardağın tikintisinə xərclənmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində şahid kimi usta dindirilmişdir. Ustanın iddiaçı ilə heç bir qohumluq münasibəti yoxdur.

20. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:

21. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

22. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

23. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

24. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

25. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

26. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

27. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

29. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

30. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

31. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışınun hədləri

39. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirdiyindən birinci instasniya məhkəməsinin aktı həmin hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdr.

44. Belə ki, məhkəmə kollegiyası VAZ 21074 markalı, ** CJ *** qeydiyyat nişanlı avtomaşının birgə nikah dövründə əldə olunmuş əmlak kimi ½ hissəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı VAZ 21074 markalı, ** CJ *** qeydiyyat nişanlı avtomaşının birgə nikah dövründə alındığını iddia etsə də, işin faktiki hallarından görünür ki, mübahisəli avtomobil tərəflər nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 12 iyun 2023-cü il tarixli, 016-802 nömrəli məktubundan görünür ki, VAZ-21074 markalı 57CJ352 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayon, Təzəkənd kəndində qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə X2 arasında nikah isə xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçı mübahisəli avtomobilin onların toy mərasimindən sonra, yəni nikaha daxil olmamışdan əvvəl alınmasını, onların birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Qanunvericiliyn də, tələbindən göründüyü kimi birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. İşin hallarından isə görünür ki, tərəflər arasında nikah xx.xx.2022-ci tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir və xx.xx.2022-ci il tarixdə tərəflər nikahda olmamışlar. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il Qərarının 3.7-ci bəndində qeyd edilir ki, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.

45. Məhkəmə kollegiyası iddiaçının Azərbaycan Beynəlxalq Bank ASC-dən götürdüyü 5600 manat kredit məbləğinin nikah dövründə yaranmış ümumi borc kimi onlar arasında bölünməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi üzrə öhdəlik tərəflərin birgə nikahda olduqları müddətdə deyil, onların rəsmi nikaha daxil olmasından əvvəl əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Həmin Qərarda həmçinin qeyd olunur ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir.

46. Məhkəmə kollegiyası apellyasiya şiakyətinin iddiaçıya toy hədiyyəsi olaraq verilmiş qızılzinət əşyalarının cavabdehlərdə qalması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. İddia ərizəsində göstərilən qızılların həqiqətən də iddiaçıya toy zamanı hədiyyə edilməsi və mövcud olması işin mübahisələndirilməyən halıdır. Lakin, iddiaçı iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə qalması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının evdən çıxması şəraiti araşdırılmış, iddiaçının nümayəndəsi iddiaçının döyülərək evdən qovulduğunu bildirsə də, bununla bağlı hər hansı subut təqdim edə bilməmişdir. Həmçinin iddiaçı toydan qısa müddət sonra qızıl-zinyət əşyalarının cavabdeh olan qaynanası Nailə Məməmmədova tərəfindən ondan alındığını qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

47. Kollegiya apellyasiya şikayətinin cavabdehlərə məxsus olan fərdi yaşayış evinin həyətində yerləşən talvarın tikintisinə sərf olunmuş 4000 manat pulun 2/3 hissəsini, yəni 2667 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərə məxsus olan fərdi yaşayış evinin həyətində yerləşən talvarın tikintisi üçün 1600 manat kredit pulundan, 800 manat toyda əlinə yığılan puldan və əmək haqqından pul verdiyini qeyd edərək həmin pulun 2/3 hissəsini, yəni 2667 manat pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş etsə də, talvarın tikintisi üçün pul verməsini və talvarın cavabdehlə birgə nikah dövründə birgə vəsait hesabına tikilməsini təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

48. Kollegiya apellyasiya şikayətinin vəkil xidmət haqqının əvəzi kimi 350 manat pulun iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, MPM-in 119.1-cimaddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, kollegiya həmin hissədə də, şikayətin dəlilini əsassız hesab etmişdir.

49. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar