Məhkəmə qərarları › İş №2(104)-1150/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1150/2024

21.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1150/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı iş üzrə Açar sözlər: qızıl-zinət əşyaları və iribuynuzlu heyvan tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı qızıl-zinət əşyaları və iri buynuzlu heyvan tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-558/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X6” MMC tərəfindən 13 oktyabr 2023-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, 1 dəst komplekt, 583 əyarlı, 22,5 qr (sırğa, üzük, boyunbağı), 1 qr 60 manat, 1800 manat, brilyant qaşlı nişan üzüyü 1 ədəd, 583 əyarlı, 3.2 qr 400 manat, qızıl-zinət əşyalarının cəmi dəyəri 2.200 manat qiymətləndirilmişdir;

2. “X6” MMC tərəfindən 13 oktyabr 2023-cü il tarixdə verilmiş başqa bir mütəxəssis rəyindən görünür ki, 2 baş iri buynuzlu mal-qaranın hər biri 1100 manat, cəmi 2200 manat qiymətləndirilmişdir;

3. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən götürülən kreditlə bağlı ödəniş cədvəlindən görünür ki, həmin krediti X8 adlı şəxs bankdan götürmüşdür.

4. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən götürülən kreditlə bağlı ödəniş cədvəlindən görünür ki, həmin krediti hazırkı İddiaçı özü bankdan 22 aprel 2021-ci il tarixdə götürmüş, son ödəniş tarixi 22 aprel 2022-ci il tarixdir;

5. "xxxx" MMC-dən götürülən kreditlə bağlı müqavilədən görünür ki, həmin 3000 manat krediti 24 ay müddətinə 26 iyul 2021-ci il tarixdə Cavabdeh götürmüş, son ödəniş tarixi 26 iyul 2023-cü il tarixdə olmalıdır;

6. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən götürülən kreditlə bağlı ödəniş cədvəlindən görünür ki, krediti 14 dekabr 2021-ci il tarixdə Cavabdeh bankdan götürmüşdür. Müqavilənin əlavəsindən görünür ki, həmin məbləğ banka qızıl-zinət əşyalarının girov qoyulması ilə götürülmüşdür, qızıllar Cavabdeh adından girov qoyulmuşdur;

7. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən götürülən kreditlə bağlı ödəniş cədvəlindən görünür ki, həmin krediti 18 avqust 2022-ci il tarixdə Cavabdeh tərəfindən banka qızıl-zinət əşyalarının girov qoyulması ilə götürülmüş, son ödəniş tarixi 18 avqust 2023-cü il tarixdir. Müqavilənin əlavəsindən görünür ki, həmin məbləğ banka qızıl zinət əşyalarının girov qoyulması ilə götürülmüşdür, qızıl əşyaları Cavabdeh öz adından girov qoyulub.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 qızıl-zinət əşyalarının və Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən onların ailələrinə verilmiş iki baş iri buynuzlu mal-qaranın, naturada alınması mümkün olmadığı təqdirdə onların pul ilə dəyərləri olan 4400 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Barat Qasımov onun qaynatasıdır. Gəlin köçən zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyaları, həmçinin Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən ailələrinə verilmiş 2 baş iri buynuzlu mal-qara cavabdeh Barat Qasımovdadır. Cavabdehə qızıl-zinət əşyalarını və mal-qaranı geri qaytarmasını bildirsə də, lakin sonuncu müxtəlif bəhanələrlə əmlakları qaytarmaqdan imtina etmişdir. Cavabdehdən tələb etdiyi həmin qızıl-zinət əşyalarının siyahısı aşağıdakı kimidir : 1. dəst komplekt, 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı), 1 qram 60 manatdan, 1800 manat, 2. briliant qaşlı nişan üzüyü 1 ədəd, 583 əyarlı, 3.2 qram, 400 manat, qızıl-zinət əşyalarının cəmi dəyəri 2200 manatdır. 2 baş iri buynuzlu mal-qara 2200 manat, ümumi əmlaklarının cəmi dəyəri 4.400 manatdır.

10. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Barat onun atasıdır. Aynur ilə ailə qurduqdan sonra uzun müddət atası Baratın evində yaşamışlar. Bir müddət Bakı şəhərində də yaşamışlar, 2 ildən sonra yenə də Ağcabədi Rayon Salmanbəyli kəndinə qayıtmışlar. Atası Barat onların qızıllarını girov qoyub pul götürmüş, sonra isə qızılları qaytarmamışdır. Həmçinin ailəsinə verilən mal-qaranı da atası onlara verməmişdir. Belə ki, 7 baş mal-qarası olmuş, 1 başını özü satmış ot almış, qalan 6 başdan isə 3 başını aparmış, 3 başı isə atası verməmişdir;

11. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Barat Qasımov onun qardaşıdır. Barat Aynurun əri Zülfüqarı arvadının qardaşından götürüb öz oğlu kimi saxlayıb, yəni Zülfüqar Baratın doğma oğlu deyil, oğulluğudur. Baratın arvadı vəfat etmiş, ona görə də Zülfüqarı Aynur ilə evləndirmiş, onları yanında saxlamışdır. Aynurun uşağı olmadığından Barat onu uzun müddət müalicə etdirmiş, bütün xərclərini çəkmiş, nəhayət Aynurun 2 uşağı anadan olmuşdur. Baratın tapşırığı ilə 3 baş iri buynuzlu mal-qaranı özü yük maşınına yığaraq Aynur və Zülfüqarın köçüb yaşadıqları Ağcabədi rayon Salmanbəyli kəndinə şəxsən özü göndərmişdir. Barat Zülfüqar və Aynur ilə birlikdə yaşadıqları vaxtlarda borc götürdüyü pulları oğulluğu Zülfüqar və gəlini Aynurun ehtiyaclarına sərf edib;

12. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X9 doğma oğlu deyil, onu oğlulluğa götürüb saxlayıb, ancaq doğma oğlu kimi saxlayıb, onun üçün bütün əziyyətlərə qatlaşıb. Baratın arvadı Narın vəfat etmişdir. Baratın uşağı olmadığından Zülfüqarı oğulluğa götürub saxlamış, böyütmüş, sonra isə Aynurla evləndirib yanında saxlamışdır. Təxminən 2-3 il bundan əvvəl Zülfüqar ilə Aynur Baratın yanından çıxıb Ağcabədi rayon Salmanbəyli kəndinə getmişlər. Bunu eşidərkən maraqlanmış, onların getməsinin səbəblərini öyrənmək üçün Baratgilə gəlmişdir. Zülfüqar ilə Aynur çıxıb gedərkən özlərinə məxsus bütün əmlaklarını, hətta toyuq-cücələrini də götürüb aparmışlar;

13. Ağdam Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(013)-588/2024 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddianın təmin edilməməsi; İddiaçı cavabdeh X2 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı), 1 qram 60 manat olmaqla komplekt, yaxud da dəyəri olan 1800 manat, 1 ədəd 583 əyarlı, 3.2 qram brilliyant qaşlı nişan üzüyü, yaxud da dəyəri olaraq 400 manat, 2 baş iri buynuzlu mal-qara, yaxud da dəyəri olaraq 2200 manat pul tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, toy zamanı ona hədiyyə verilmiş sep, komplekt və barmaqçıldan ibarət olan qızıl-zinət əşyalarını Cavabdeh Ağcabədi şəhərində köhnə avtovağzalda yerləşən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə girov qoyaraq kredit götürmüşdür. Qaynatası Cavabdeh həmin pullarla öz şəxsi tələbatlarını ödəmişdir. Həmin qızılların dəyəri 2200 manat təşkil edir. Bundan başqa, əri Zülfüqara və ona Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən 2 baş inək də vermişlər, inəkləri saxlayaraq, sayını artırıb 6 başa çatdırmışlar. Lakin evdən qovularkən həmin mal-qaranın ikisi Cavabdeh qalmışdır ki, onların da dəyəri 2200 manat edir. Qaynatası Baratla birlikdə yaşadıqları müddətdə çolpa, hinduşka saxlamış, malqaranın südünü sağmış, onları da qaynatası Barat satmışdır. Cavabdeh əldə etdiyi həmin pulları yalnız özünə xərcləmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin oğlu Zülfüqarla 2012-ci ildə ailə qurmuş və həmin vaxtdan 2021-ci ilin oktyabr ayınadək kimi qaynatası Cavabdeh evində yaşamışlar. Sonra qaynatası öz oğlu Zülfüqarı və onu evdən çıxartmışdır. Toy zamanı ona hədiyyə verilmiş sep, komplekt və barmaqcıldan ibarət olan qızıl-zinət əşyalarını qaynatası lombarda girov qoyaraq pul götürmüş, həmin pullarla öz şəxsi tələbatlarını ödəmişdir. Həmin qızılların dəyəri 2200 manat təşkil edir. Bundan başqa, həyat yoldaşı Zülfüqara və ona Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən 2 baş inək də vermişlər, inəkləri saxlayaraq sayını artırıb 6 başa çatdırmışdır. Lakin evdən qovularkən həmin mal-qaranın ikisi Cavabdeh qalmışdır. Sədrlik edən suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını ona əri və sonuncunun ailəsi hədiyyə etmişdir. Ona məxsus qızıl-zinət əşyalarını cavabdeh 2021-ci ildə lombarda girov qoyaraq kredit götürmüşdür, qızılların girov qoyularaq kredit götürülməsi ilə bağlı hər hansı sənəd imzalamışdır, lakin qızıllar ona qaytarılmayıb. Qızıl-zinət əşyalarının hansı məqsədlə lombarda girov qoyulmasından nə onun, nə də ərinin xəbəri olmamışdır. Cavabdeh götürdüyü krediti öz işinə xərcləmişdir. Sonradan cavabdeh qayınatası qızılzinət əşyalarını girovdan çıxartsa da, lakin ona qaytarmamışdır. Bununla yanaşı Məşğulluq Xidməti tərəfindən 2 baş inək ona və ərinə 2019-cu ildə verilmişdir. Həmin heyvanların 4 balası olmuş, onlardan birini satıb ot almışlar. Cavabdeh onları evdən qovanda 1 inək və 2 balası olmaqla, cəmi 3 heyvanı özləri ilə aparmışlar. Lakin heyvanlardan 2 başı yəni 1 inək və 1 balası cavabdehdə qalmışdır. Cavabdeh 2021-ci ildə onları yaşadıqları evdən qovduğu üçün əri ilə birlikdə Bakı şəhərinə getmiş və bir müddət orada işlədikdən sonra Ağcabədi rayonuna köçmüşlər və hazırda da orada yaşayırlar. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları toy zamanı iddiaçıya hədiyyə edilib, lakin bir müddətdən sonra cavabdeh onları lombarda girov qoyaraq kredit götürmüşdür. Cavabdeh həmin pullarla öz şəxsi tələbatlarını ödəmişdir. Həmin qızılların dəyəri 2200 manat təşkil edir. Bundan başqa, iddiaçıya və əri Zülfüqara Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən 2 baş inək verilmişdir. İddiaçı inəkləri saxlayaraq, sayını artırıb 6 başa çatdırmışdır. Lakin evdən qovularkən həmin mal-qaranın ikisi Cavabdeh qalmışdır ki, onların da dəyəri 2200 manatdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən heyvanlar onların ailəsinə verilmişdir. İddiaçının qızılları mövcud olsa da, həmin vaxt yoldaşı da ağır xəstə olmuş və özünün hər hansı gəliri olmamışdır. Ona görə də iddiaçıya məxsus qızılları lombarda girov qoyaraq kredit götürmüş, götürdüyü krediti ümumi ailənin xərclərinə sərf etmişdir. Daha sonra həmin qızılları girovdan çıxardaraq satmış və qalan borclarını ödəmişdir. Çünki onun ayrı-ayrı banklara kredit borcu olmuşdur. Bununla yanaşı, Məşğulluq Xidməti tərəfindən verilmiş inəyi 2 balası ilə iddiaçıya və onun həyat yoldaşı olan oğluna vermişdir. Sədrlik edən suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçının qızıllarını 2021-ci ildə lombarda girov qoyub kredit götürmüş və pulu ailənin dolanışığına sərf etmişdir. Oğlu ailəsi ilə birlikdə evdən gedəndən sonra qızılları sataraq borc aldığı şəxslərin pulunu qaytarmışdır. Məşğulluq Xidməti tərəfindən 2 inək verilmişdir, onun birini satıb 1 balası olan inək almışlar, sonradan inəyin balasının birini sataraq ot almışlar. İnəklərdən birinin balası doğulandan sonra balası ilə birlikdə onu 900 manata satmışlar. Oğlu ailəsi ilə birlikdə evdən gedəndən sonra onlara 2 inək və 1 buzov göndərmişdir. Cavabdeh X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “iddia tələbinin 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyünün naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdeh X2 alınaraq İddiaçı verilməsinin təmin edilməməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməli, 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə dəyəri cavabdeh X2 alınaraq İddiaçı verilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçıə Qabil qızının mülkiyyətində 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyü olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən İddiaçı və onun ailəsinə iki baş inək verilmişdir. İddiaçı qeyd olunan qızıl-zinət əşyalarının və iki baş iribuynuzlu heyvanın cavabdehin qanunsuz sahibliyində olduğunu və ona qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi ona məxsus qızıl-zinət əşyalarının və iki baş iribuynuzlu heyvanın cavabdehdən alınaraq ona qaytarılmasından ibarətdir. Kollegiya hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilkin olaraq iddia tələbinin qızıl-zinət əşyaları hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

37. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi cavabdeh Barat Qasımov İddiaçı məxsus 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyünü lombarda girov qoyaraq kredit vəsaiti götürmüşdür. Qeyd olunan hal iş materiallarındakı sənədlərlə, o cümlədən cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatı ilə öz təsdiqini tapır.

38. Həmçinin cavabdeh Barat Qasımov apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildə iddiaçıya məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyub kredit götürmüş və pulu ailənin dolanışığına sərf etmişdir. Oğlu ailəsi ilə birlikdə evdən gedəndən sonra qızılları sataraq borc aldığı şəxslərin pulunu qaytarmışdır.

39. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh Barat Qasımov İddiaçı məxsus 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyünü satmış və öz borclarını bağlamışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları ilə İddiaçı mübahisə predmeti olan qızılların cavabdeh tərəfindən satılmasına razılıq verilməsi öz təsdiqini tapmır.

41. Məhkəmə kollegiyası işin şərh olunan hallarını nəzərə alaraq qeyd edir ki, 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyü iddiaçının mülkiyyətindədir və həmin əşyanın mülkiyyətçinin (iddiaçının) razılığı olmadan satılması, habelə onun üzərində hər hansı sərancam verilməsi sonuncunun qanunla müəyyən olunmuş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını pozan haldır.

42. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissədə iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.

43. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini həmin hissədə təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsi hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iki baş iri buynuzlu mal-qaranın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissədə iddia tələbini təmin etməmişdir.

45. İşin mübahisəsiz halıdır ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti tərəfindən iki baş inək verilmişdir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı əri ilə birlikdə cavabdehin evindən ayrılanda özlərinə məxsus əşyaları, o cümlədən mal-qara heyvanlarını aparmışlar. Bu hal İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatı ilə də öz təsdiqini tapır. Belə ki, sonuncu verdiyi izahatında cavabdehin onları evdən qovanda 1 inək və 2 balası olmaqla, cəmi 3 heyvanı özləri ilə apardıqlarını, lakin heyvanlardan 2 başının, yəni 1 inək və 1 balasının cavabdehdə qaldığını bildirmişdir.

46. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin evindən ayrılanda əlavə olaraq iki baş iri buynuzlu mal-qaranın da cavabdehin evində qaldığını iddia etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.

47. İşdən müəyyən olunur ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(013)-558/2024 nömrəli qətnaməsi “iddia tələbinin 1800 manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyünün naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdeh X2 alınaraq İddiaçı verilməsinin təmin edilməməsi” hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 1800 (bir min səkkiz yüz) manat dəyərində 1 dəst 583 əyarlı, 22,5 qram (sırğa, üzük, boyunbağı) komplekt, 400 (dörd yüz) manat dəyərində 1 ədəd 583 əyarlı, 3.2 qram brilyant qaşlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyəri cavabdeh X2 alınaraq İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar