Məhkəmə qərarları › İş №2(104)-1261/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1261/2024

12.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1261/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X1, onun nümayəndəsi (qardaşı) X5, Cavabdeh və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 1647/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X10” MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, bir baş iribuynuzlu mal qara 1200 manat, bir baş xırda buynuzlu mal qara 140 manat dəyərində qiymətləndirilmişdir.

2. X15 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdehlə J.S.Xanquliyeva arasında olan nikah xx.xx.1991-ci ildə qeydə alınmışdır.

3. AZ İ № 428435 saylı şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah xx.xx.2023-cü ildə pozulmuş və bu barədə Ağdam Rayon Qeydiyyat Şöbəsində 33 nömrə ilə müvafiq qeydlər aparılmışdır.

4. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-31-35 /2-28/2023 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 9 baş iribuynuzlu, 100 baş xırda buynuzlu, 04,08.2023-da il tarixəzisə 2 baş iribuynuzlu, 46 baş xırda buynuzlu heyvanı olmuşdur.

5. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh şəxsi təsərüffatında olan iri və xırda buynuzlu heyvanların başsayı xx.xx.2023-cü il tarixə iri buynuzlu heyvanların cəmi 9 baş, xırda buynuzlu heyvanların cəmi 100 baş, hal-hazırda vətəndaşın xx.xx.2023-cü il təsərüffatında olan iri və xırda buynuzlu mal qaranın sayı göstərilən sayda olmuş, iri buynuzluların cəmi 2, inək 1, erkək buzov 1, xırda buynuzluların cəmi 46, ana qoyun 20, quzu 20, qoç 2, şişəklər 4 olmuşdur. Qeyd: xx.xx.2023-cü il və xx.xx.2023-cü il azalmanın səbəbi vətəndaşın iki qız övladının ailə qurması onların mebel və digər əşyaların alınması göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X6 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oglu ilə birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətləri sayılan daşınmaz əmlakın – Ağdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obalıgında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.4 kv. m olan 3 (üç) yaşayış və 2 (iki) köməkçi otaqdan ibarət fərdi yaşayış evinin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oglu mənim keçmiş ərimdir. Belə ki, o Cavabdeh oglu ilə xx.xx.1991-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Cavabdeh oglu ilə evliliklərin uzun illər yaxşı keçsə də sonralar cavabdehin ona qarşı münasibəti pisləşməyə başladı və aralarında olan nikah 10 mart 2023-cü ildə pozulmuşdur və bu hal “Nikahın pozulması haqqında” AZ-İ 428436 № li şəhadətnamə ilə və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 33№ ilə qeyd edilmişdir. Nəzərə çatdırır ki, o ər evindən çıxarılarkən cavabdehlə birgə nikah dövründə aldığı və birgə nikah dövründə qazandığı hər birinin dəyəri 1680 manat olmaqla, ümumi dəyəri 20160 manat olan 12 baş inək, hər birinin dəyəri 1300 manat olmaqla, ümumi dəyəri 6500 manat olan 5 baş saglam inək, hər birinin dəyəri 650 manat olmaqla, ümumi dəyəri 6500 manat olan 10 baş buzov, hər birinin dəyəri 650 manat olmaqla, ümumi dəyəri 5850 manat olan 9 baş dişi dana, hər birinin dəyəri 1040 manat olmaqla, ümumi dəyəri 7280 manat olan 7 baş cöngə, hər birinin dəyəri 216 manat olmaqla, ümumi dəyəri 19008 manat olan 88 baş qoyun (erkək və dişi), hər birinin dəyəri 225 manat olmaqla, ümumi dəyəri 8325 manat olan 37 baş bordag erkək quzu, hər birinin dəyəri 225 manat olmaqla, ümumi dəyəri 5175 manat olan 23 baş quzu, hər birinin dəyəri 216 manat olmaqla, ümumi dəyəri 7560 manat olan 35 baş keçi, hər birinin dəyəri 144 manat olmaqla, ümumi dəyəri 1728 manat olan 12 baş dişi oglaq, hər birinin dəyəri 156 manat olmaqla, ümumi dəyəri 1248 manat olan 8 baş erkək oglaq, hər birinin dəyəri 18 manat olmaqla, ümumi dəyəri 414 manat olan 23 baş qaz, hər birinin dəyəri 8 manat olmaqla, ümumi dəyəri 344 manat olan 43 baş toyuq, hər birinin dəyəri 20 manat olmaqla, ümumi dəyəri 700 manat olan 35 baş hinduşka, hər birinin dəyəri 12 manat olmaqla, ümumi dəyəri 144 manat olan 12 baş ördək, hər ay 60 manat hesabilə son 12 ay ərzində alınmış 720 manat məbləgində olan çörək pulu və 20000 manat dəyəri olan kubikdən tikilmiş 2 otaqlı fərdi yaşayış evi (6x4, 6x5, cəmi 54 kv.m sahəsi olan) aralarında bərabər bölünməlidir. Ona görə də hesab edir ki, aralarında olan nikah məhkəmə qaydasında pozulduğundan, cavabdehlə birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak - Agdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obalığında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.4 kv. m olan 3 (üç) yaşayış və 2 (iki) köməkçi otaqdan ibarət fərdi yaşayış evi cavabdehlə aralarında bərabər bölünməlidir. Yəni, o hesab edir ki, birgə nikah dövründə əldə etdikləri xırda və iri buynuzlu heyvanlarda, mübahisəli fərdi yaşayış evində onun 2 hissədə payı müəyyən olunmalıdır. Odur ki, müvafiq iddia ilə məhkəməyə müraciət etməli olmuş və hesab edir ki, məhkəmə bu halları nəzərə alıb cavabdehlə birgə nikah dövründə əldə etdikləri xırda və iri buynuzlu heyvanlar, daşınmaz əmlak - Ağdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obalıgında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.4 kv. m olan 3 (üç) yaşayış və 2 (iki) köməkçi otaqdan ibarət fərdi yaşayış evi cavabdehlə aralarında bərabər bölünməlidir.

8. Bundan sonra Cavabdeh ilə birgə nikahdan əldə etdikləri ümumi birgə mülkiyyətləri sayılan daşınmaz əmlakın - Ağdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obalığında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118,4 kv.m olan 3 yaşayış və 2 köməkçi otaqdan ibarət fərdi yaşayış evinin, birgə nikah dövründə aldıqları hər birinin dəyəri 1200 manat olan 12 baş inək, 5 baş sağılan inək, 10 baş buzov, 9 baş dişi dana, 7 baş cöngənin, hər birinin qiyməti 140 manat olmaqla 88 baş qoyun, 37 baş bordağ erkək quzu, 23 baş quzu, 35 baş keçi, 12 baş dişi oğlaq, 8 baş erkək oğlağn, hər birinin qiyməti 18 manat olan 23 qaz, hər birinin qiyməti 8 manat olan 43 toyuq, hər birinin qiyməti 20 manat olan 35 hinduşka, hər birinin qiyməti 12 ədəd ördəyin cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1647/2023 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 1200 manat qiyməti olan bir baş inəyin dəyərinin yarısı hesab edilən altı yüz manat, hər birinin qiyməti 1200 manat olan dörd baş inək, hər birinin qiyməti 140 manat olan əlli baş qoyun, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq X2 verilməsi, iddiaçının ödəməkdən azad edildiyi 127 (yüz iyirmi yeddi) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, X1 Cavabdeh qarşı olan iddiasının qalan - Ağdam rayonu Haramı düzü Xatınbəyli kənd obalığında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118,4 kv.metr olan üç yaşayış və iki köməkçi otaqdan ibarət fərdi yaşayış evinin, hər birinin dəyəri 1200 manat olan 3 baş inək, 5 baş sağılan inək, 10 baş buzov, 9 baş dişi dana, 7 baş cöngə, 37 baş bordaq erkək quzu, 23 baş quzu, 35 baş keçi, 12 baş dişi oğlaq, 8 baş erkək oğlaq, hər birinin qiyməti 18 manat olan 23 ədəd qaz, hər birinin qiyməti 8 manat olan 43 ədəd toyuq, hər birinin qiyməti 20 manat olan 35 hind quşu, hər birinin qiyməti 12 manat olan 12 ədəd ördəyin aralarında bərabər bölünməsi tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 146.1, 146.2, 157.2-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 33.1, 34.1 və 37.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1647/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəssində ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qeydə nümayəndənin baş kitabında qeyd olunan iri və xırda buynuzlu heyvanların azalması səbəbi qeyd, əlavə olaraq məhkəmə iclasında şahidlərin verdiyi ifadədə qeyd olunan şahidlər X9. X3 izahatlarına, hüquqi qiymət verilməmişdir. Halbuki onların ifadələri həmin heyvanı bizim qapıda olmasına baxmayaraq qardaşı Xanquliyev Qənəhətə məxsus qeyd etmişlər. Belə ki, həmin heyvanlar Qənəhətin pulu ilə alınmış və sonralar heyvanlar 2 qızının cehizdən qalan borcun ödənilməsi üçün sayılmışdır. Bunu işə əlavə etdiyi Kapital Bankın xx.xx.2023-cü il tarixli müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1991-ci il tarixdə iddiaçı X6 ilə evlənmiş və onların birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Hazırda Belarusiya Respublikasında yaşayan qardaşı Qənəhət onun oğlu Ramilə qoyun almaq üçün pul vermiş və Ramil 2015-ci il tarixdə həmin pula 40 baş qoyun almışdır. Qoyunlar artaraq 45 baş olmuş, lakin iddiaçı onun evində olduğu dövrdə Ramil 4 baş qoyun satmışdır. Hazırda onun təsərrüfatında 40 baş qoyun və 1 baş inək var, başqa hər hansı bir heyvan yoxdur. Qoyunlar ona deyil, oğlu Ramilə məxsus olmuşdur. Həyətində olan quş heyvanlarının sayını bilməmiş, onlar 2020-ci il tarixdə müharibə dövründə tələf olmuşlar. 2022-ci il tarixdə isə bəzi heyvanlardan sataraq iddiaçı ilə birgə nihahlarından doğulmuş Ləman və Kəmaləyə cehiz almışdır. Əvvəl Ləman, sonra isə Kəmalə gəlin köçmüşdür. Kəmalə gəlin köçən gün iddiaçı da evdən çıxmışdır. 2023-cü ilin mart ayında iddiaçı ilə qeydiyyat şöbəsində boşanmışlar. Lakin, qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və cavabdehin göstərdiyi hallara oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, xx.xx.1991-ci il tarixdə Cavabdeh rəsmi nikaha daxil olmuş və onların birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Daha sonra ailədaxili münaqişələrə görə ayrılmış və xx.xx.2023-cü il tarixdə ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində boşanmışlar. 2022-ci ildə əvvəl qızı Ləman, sonra isə digər uşağı Kəmalə ərə getmişdir. Kəmalə ərə getdiyi gün Fikrət onu evdən qovmuş və həmin vaxtdan hal-hazıra qədər Bərdə rayonunda yerləşən köçkünlər üçün tikilmuiş qəsəbədə anası evində yaşamağa məcbur olmuşdur. Fikrətlə birlikdə 30 il evlilik ərzində Ağdam rayonu Haramı düzü Xatınbəyli kənd qbalığında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi, ümumi sahəsi 118,4 kv.motr olan üç yaşayış və iki köməkçi otaqdan ibarət fərdi yaşayış evi əldə edərək orada yaşamış, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarış almamışlar. Bundan başqa əri ilə birgə yaşadığı dövr ərzındə hər birinin qiyməti 1200 manat olan 12 baş inək, 5 baş sağılan inək, 10 baş buzoy, 9 Faş dişi dana, 7 baş cöngə, hər birinin qiyməti 140 manat olmaqla 88 baş qoyun, 37 baş bordaq erkək quzu, 23 baş quzu, 35 baş keçi, 12 baş dişi oğlaq, 8 baş erkək oğlaq, hər birinin qiyməti 18 manat olan 23 ədəd qaz, hər birinin qiyməti 8 manat olan 43 ədəd toyuq, hər birinin qiyməti 20 manat olan 35 hind quşu, hər birinin qiyməti 12 manat olan 12 ədəd ördək əldə etmişlər. Lakin, daha sonra evdən çıxdıqda həmin əmlakları yaşadığı evdə qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

20. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

21. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

22. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

23. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;

24. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

25. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

26. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

27. Maddə 34.2. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

28. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;

29. Maddə 37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

43. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməmiş hissəsi isə onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız iddianın təmin edilmiş hissəsi üzrə yoxlanmalıdır.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı

44. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıbaparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

45. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarı

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh hər birinin qiyməti 140 manat olan əlli baş qoyun, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq X2 verilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh hər birinin qiyməti 140 manat olan 44 (qırx dörd) baş qoyun, olmadığı təqdirdə isə cəmi dəyəri alınaraq iddiaçı X2 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı X6 Cavabdeh ilə xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Daha sonra ailədaxili münaqişələrə görə tərəflər faktiki ayrılmış və xx.xx.2023-cü il tarixdə nikahları pozulmuşdur.

48. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak kimi bölünməsi üçün, qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən dispozisiya şərtlərinin olub-olmadığı araşdırılmalıdır.

49. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

50. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.

51. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

53. Sadalanan normalar əsasında iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmlakların 1200 manat qiyməti olan bir baş inəyin, hər birinin qiyməti 1200 manat olan dörd baş inək, hər birinin qiyməti 140 manat olan əlli baş qoyunun tərəflərin birgə nikah dövründə əldə edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi bu hissədə qismən əsaslı olmuşdur.

54. Lakin, birinci instaniya məhkəməsi birgə nikah dövründə əldə edilmiş qoyunların sayını düzgün qeyd etməmişdir.

55. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh şəxsi təsərüffatında olan iri və xırda buynuzlu heyvanların başsayı xx.xx.2023-cü il tarixə iri buynuzlu heyvanların cəmi 9 baş, xırda buynuzlu heyvanların cəmi 100 baş, hal-hazırda vətəndaşın xx.xx.2023-cü il təsərüffatında olan iri və xırda buynuzlu mal qaranın sayı göstərilən sayda olmuş, iri buynuzluların cəmi 2, inək 1, erkək buzov 1, xırda buynuzluların cəmi 46, ana qoyun 20, quzu 20, qoç 2, şişəklər 4 olmuşdur. Qeyd: xx.xx.2023-cü il və xx.xx.2023-cü il azalmanın səbəbi vətəndaşın iki qız övladının ailə qurması onların mebel və digər əşyaların alınması göstərilmişdir.

56. İddiaçı isə istər birinci instansiya, istərsədə apellyasiya icraatı zamanı izahatında göstərmişdir ki, birgə nikah dövründə hər birinin qiyməti 140 manat olmaqla 88 baş qoyun əldə etmişlər. İşə baxan birinci instansiya məhkəməsi isə tərəflərin 100 baş qoyun əldə etmələrini əsas gətirərək cavabdehdən 50 baş qoyunun alınıb iddiaçıya verilməsini qət etmişdir. Halbuki, yuxarıdada qeyd olunduğu kimi iddiaçı özü iddia ərizəsində birgə nikah dövründə 88 baş qoyunun əldə edilməsini göstərmişdir. Ona görə də qətnamə həmin hissədə dəyişdirilməlidir.

57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

60. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh hər birinin qiyməti 140 manat olan əlli baş qoyun, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq X2 verilməsi - hissəsində dəyişdirilməli, Cavabdeh hər birinin qiyməti 140 manat olan 44 (qırx dörd) baş qoyun, olmadığı təqdirdə isə cəmi dəyəri alınaraq iddiaçı X2 verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.3, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1647/2023 nömrəli qətnaməsi – Cavabdeh hər birinin qiyməti 140 manat olan əlli baş qoyun, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq X2 verilməsi - hissəsində dəyişdirilsin. Cavabdeh hər birinin qiyməti 140 manat olan 44 (qırx dörd) baş qoyun, olmadığı təqdirdə isə cəmi dəyəri 6160 (altı min yüz altmış) manat alınaraq iddiaçı X2 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar