Məhkəmə qərarları › İş №2(104)-1288/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1288/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1288/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(023)-148/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax –Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin direktor əvəzi xanım Könül Kərimovanın 14 iyun 2023-cü il tarixli, 82 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə (vəzifənə) bərpa edilməyi, məcburi iş buraxmaya görə əməkhaqqının hesablanıb ödənilməsi, eləcə də hər gecikdirilmiş gün üçün əmək haqının 1 faizi məbləğində ödəncin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(021)-148/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax –Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin direktor əvəzi Könül Kərimovanın 14 iyun 2023-cü il tarixli, 82 nömrəli əmrinin ləğv edilməsi əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı hesablanması; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəb apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru əvəzi X2 məhkəmə kollegiyasına ərizə verərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Könül Kərimova bildirmişdir ki, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələri ona aydındır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Qazax Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(023)-148/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi Qazax rayonu üzrə Təhsil Sektoru Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru əvəzi X1 Qazax Rayon Məhkəməsinin 11 mart 2024cü il tarixli 2(023)-148/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar