Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1324/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2 Məmmədli oğlunun və Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X9 məhkəməyə təqdim etdiyi həmin ərizəsində İddiaçı ona qarşı pul tələbinə dair iddiasının müdətinin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. rus dilində olan pul köçürçələri barədə qəbzlərin surətlərindən görünür ki, İddiaçı X5 Rusiya Federasiyasından xx.xx.2011-ci ildə 5000 ABŞ dolları, xx.xx.2011-ci ildə 1300 ABŞ dolları, xx.xx.2011-ci ildə 1615 ABŞ dolları, xx.xx.2011-ci ildə 1000 ABŞ dolları, xx.xx.2012-ci ildə 5000 ABŞ dolları, xx.xx.2012-ci ildə 1200 ABŞ dolları, xx.xx.2012-ci ildə 5000 ABŞ dolları, xx.xx.2012- ci ildə 1650 ABŞ dolları, xx.xx.2012-ci ildə 1650 ABŞ dolları, xx.xx.2012-ci ildə 500 ABŞ dolları, xx.xx.2012-ci ildə 1240 ABŞ dolları, xx.xx.2012ci ildə 2000 ABŞ dolları, xx.xx.2012-ci ildə 1500 ABŞ dolları, xx.xx.2013-cü ildə 1500 ABŞ dolları pul köçürmələri etmişdir.
3. İş üzrə məhkəmə iclasında ifadə vermiş cavabdehin təqdim etdiyi şahid X3 göstərmişdir ki, iddiaçı və cavabdeh qardaşlarıdır. İddiaçı digər qardaşı X11 Federasiyasında işləyərkən 2011-2013-cü illərdə pul göndərməsindən məlumatı olmuşdur. İman Baxşalıyev həmin pulu Vahid Baxşəliyevə qayratmışdır. Lakin o, həmin pulu qaytararkən onun yanında olmamışdir. Bildiyinə görə hazırda qardaşı İman Baxşalıyevin digər qardaşı Vahid Baxşəliyevə borcu qalmamışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı 46855 ABŞ dollar (79653,50 manat) məbləğində pul vəsaitinin və ödənilmiş 329 (üç yüz iyirmi doqquz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Rusiya Federasiyasında olarkən xeyli pul vəsaitinə malik olmuşdur. Cavabdeh İman Baxşalıyev onun qardaşıdır. Cavabdeh onun yaxşı maliyyə imkanları olduğunu bildiyi üçün 2011-ci ildə ona Bakı şəhərində torpaq alıb ev tikdirmək üçün pul göndərməsini xahiş etmişdir. Bundan sonra qardaşı İman Baxşalıyevlə məsləhətləşdikdən sonra o, özünə Bakı şəhəri, Sabunçu rayonu X4 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. İlkin olaraq torpaq sahəsini İman Baxşalıyevin adına sənədləşdirmişdir. İşıq və qaz da onun adına sənədləşdirilmişdir. 2018-ci ildə evin şəhadətnaməsini oğlu Cabirin adına yazdırmışdır. Həmin torpaq sahəsini alanda qardaşı İmana 50000 ABŞ dollar pulu olduğunu, həmin pulun təhlükəsiz saxlanması üçün ona göndərmək istədiyini, pulu saxlamasını və lazım olanda ona verməsini bildirmişdir. Cavabdeh İman Baxşalıyev onunla razılaşmış və pul lazım olanda bir ay əvvəl ona xəbərdarlıq etməsini və mallarını satıb onun pulunu verəcəyini demişdir. İman Baxşalıyevin vədlərinə inanaraq rəsmi qaydada Banklar vasitəsi ilə müxtəlif vaxtlarda 2011-2013-cü illərdə ona 46855 ABŞ dollar miqdarında pul göndərmişdir. Belə ki, o, cavabdehə bank ödəniş sənədləri ilə xx.xx.2011-ci ildə 5000 ABŞ dollar, xx.xx.2011-ci ildə 1300 ABŞ dollar, xx.xx.2011-ci ildə 1615 ABŞ dollar, xx.xx.2011-ci ildə 1000 ABŞ dollar, xx.xx.2011-ci ildə 5000 “rus rubl”u, xx.xx.2012-ci ildə 5000 ABŞ dollar, xx.xx.2012-ci ildə 1200 ABŞ dollar, xx.xx.2012-ci ildə 1650 ABŞ dollar, xx.xx.2012-ci ildə 1650 ABŞ dollar, xx.xx.2012-ci ildə 500 ABŞ dollar, xx.xx.2012-ci ildə 1240 ABŞ dollar, xx.xx.2012-ci ildə 2000 ABŞ dollar, xx.xx.2012-ci ildə 1500 ABŞ dollar və xx.xx.2013-cü ildə 1500 ABŞ dollar miqdarında pul göndərmişdir. Həmin pullar ümumilikdə 35155 ABŞ dollar təşkil etmişdir. O, cavabdehə göndərdiyi və hazırki iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq edilən pullardan əlavə hazırda əlində ödəniş sənədi olmayaq pullar da göndərmişdir. Belə ki, o, 2013-cü ildə cavabdehə 700 ABŞ dollar nağd şəkildə vermis, 1000 ABŞ dollarını isə öz adından ona bank ödənişi sənədi ilə göndərmişdir. Lakin həmin ödəniş sənədi onda qalmamışdır. Bundan əlavə o, yenə də 2013-cü ildə hər dəfə 5000 ABŞ dollar olmaqla iki dəfəyə həyat yoldaşı X1 adından bank ödəniş sənədi ilə 10000 ABŞ dollar miqdarında pulu cavabdehə göndərmişdir. Lakin həmin bank ödəniş sənədləri onda qalmamışdır. Beləliklə o, ümumilikdə 46855 ABŞ dollar miqdarında cavabdehə pul göndərmiş və geri tələb etmişdir. Lakin cavabdeh ona pul qaytarmayacağını bildirmişdir. Buna görə də, o, pullarını məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərdiklərinə əsasən onun cavabdeh X5 göndərdiyi 46855 ABŞ dollar miqdarında pulunun və ödənilmiş 329 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tərtər Rayon Məhkəməsinin 2(061)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilməmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan fərli olaraq cavabdeh İman Baxşalıyev iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə vermiş və iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı əsaslar mövcuddur. Çünki, yuxarıda da göstərildiyi kimi həmin borc vəsaitlərinin borcludan tələb edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş, o cümlədən cavabdeh də, birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin ərizəsi nəzərə alınmalı, iddia müddəti tətbiq edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 373.5, 374.1, 374.2, 375.1, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
9. Tərtər Rayon Məhkəməsinin 2(061)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qətnaməsinin əsassız olduğu üçün ləğv edib iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X7 onun qardaşıdır. O, cavabdehə 2011-2013-cü illər aralığında 46855 ABŞ dolları məbləğində pulu bank ödəniş sənədləri ilə göndərmişdir. Bu bank ödənişi sənədlərini məhkəməyə təqdim etmişdir. Bank ödəniş sənədləri ilə göndərdiyi pullardan əlavə əlində ödəniş sənədi olmayan pullar da göndərmişdir. 2013-cü ildə 700 ABŞ dollarını cavabdehə əli ilə vermişdir. Yenə 2013-cü ildə 1000 ABŞ dollarını öz adından bank ödəniş sənədi ilə göndərmişdir. Hər dəfə 5000 ABŞ dolları olmaqla iki dəfəyə olmaqla yoldaşı X1 vasitəsi ilə göndərmişdir. Ümumilikdə cavabdehə 46855 ABŞ dolları göndərmişdir. O, cavabdehə göndərdiyi pulları tələb etdikdə cavabdeh pulu qaytarmayacağını bildirmişdir. Cavabdeh axırıncı dəfə ona göndərdiyi 46855 manat veriş yerdə qalan pulu qaytarmaqdan imtina etmişdir. İşə baxan məhkəmə tam əsassız olaraq iddia müddətini tətbiq edib iddianı rədd etmişdir. Halbuki onun cavabdehə verdiyi 46.855 ABŞ dolları məbləğindən 1500 manat ona 2022-ci ildə qaytarmamışdır. Belə olan halda o, iddia müddətini ötürməmişdir çox təəsüflər olsun ki, işə baxan məhkəmə 2022-ci ildə ona qaytarılmış 1500 və 3900 manat məbləğində pulun 2022-ci ildə ona qaytarılmadığını, guya bu pulları 2011-2013-cü illərdə verdiyi pula aidiyyati olmadığını göstərmişdir. Halbuki bu əsil həqiqəti əks etdirmir. Cavabdeh onun qardaşıdır. O, ona pul verəndə ona bildirdi ki, pul nə vaxt lazım olsa 1 ay qabaqdan ona desin pulunu qaytaracaqdır. O, pulunu istəyəndə o pulu verməkdən imtina etmişdir. O, pulun verilməsindən imtina ediləndən sonra məhkəmədə iddia qaldırmışdır. Bu isə o deməkdir ki, o, iddia müddətini ötürməmişdir. İddia müddətinin axımı vətəndaşın öz hüququnun pozulduğunu bildiyiandan başlayır. O da cavabdeh onun pulunu verməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmişdir. Bu da onu subut edir ki, məhkəmənin iddia müddətini tətbiq etməklə iddianı rədd etməsinin hüquqi əsası yoxdur.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinni təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, 2018-ci ildən Azərbaycan Respublikasına qayıtmışdır. Özü kənddə hörmətli adam oldub. Həmin vaxtdan iddia qaldıranadək borcu istəməməsinə səbəb qardaşından pulu istəməsini özünə ayıb bilməsi olub.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 Məmmədli oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinni təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
15. İş üzrə edən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(xx.xx.2016-cı ilədək olan redaksiyada).
17. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (xx.xx.2016-cı ilədək olan redaksiyada).
18. Maddə 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
20. Maddə 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.
21. Maddə 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
22. Maddə 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
23. Maddə 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
24. Maddə 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
25. Maddə 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
26. Maddə 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.1. Apellyasiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
37. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
44. Hazırkı işin hallarından göründüyü kimi, İddiaçı cavabdeh İman Baxşalıyevə bank vasitəsi ilə 2011-2013-cü illərdə pul köçürmələri etmişdir.
45. Birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh İman Baxşalıyev arasında 2011-ci il tarixli şifahi borc müqaviləsinin bağlandığı, iddiaçının məhkəmədə iddia qaldırdığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxdığı qənaətinə gəlməklə, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında pul verilməsi ilə bağlı borc münasibətləri mövcud olmuşdur. İddiaçı bank vasitəsi ilə cavabdeh İman Baxşalıyevə xx.xx.2011-ci ildə 5000 ABŞ dolları, xx.xx.2011-ci ildə 1300 ABŞ dolları, xx.xx.2011-ci ildə 1615 ABŞ dolları, xx.xx.2011-ci ildə 1000 ABŞ dolları, xx.xx.2012-ci ildə 5000 ABŞ dolları, xx.xx.2012-ci ildə 1200 ABŞ dolları, xx.xx.2012-ci ildə 5000 ABŞ dolları, xx.xx.2012- ci ildə 1650 ABŞ dolları, xx.xx.2012-ci ildə 1650 ABŞ dolları, xx.xx.2012-ci ildə 500 ABŞ dolları, xx.xx.2012ci ildə 1240 ABŞ dolları, xx.xx.2012-ci ildə 2000 ABŞ dolları, xx.xx.2012-ci ildə 1500 ABŞ dolları, xx.xx.2013-cü ildə 1500 ABŞ dolları pul göndərmiş, cavabdeh tərəf isə pulu qaytardığını və borcu qalmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində izahat vermiş İddiaçı göstərmişdir ki, Bank vasitəsi ilə cavabdehə göndərdiyi puldan əlavə ona nağd şəkildə 6000 ABŞ dolları pul verdiyini, həmin puldan cavabdeh ona 1500 manat və 3900 manat pulu 2022-ci ildə qaytardığını, həmin pulun tələb etdiyi pul məbləğinə aidiyyəti olmadığını, cavabdehin ona bank vasitəsi ilə göndərdiyi puldan bir manat olsun belə qaytarmadığını bildirmişdir. Cavabdeh tərəf isə birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilıməsi ilə bağlı ərizə verərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehin pulun verilməsindən imtina etməsindən sonra məhkəmədə iddia qaldırması, bununla da, iddia müddətini ötürməməsi dəlili ilə bağlı qeyd edir ki, tərəflərin arasında olan razılışmada borcun qaytarılması müddəti dəqiq müəyyən olunmamışdır. Mülki Məcəllənin 742.1-ci maddəsinə görə əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İddiaçı apellyasiya şikayətində cavabdehlə arasında borcla bağlı ixtilafların 2024-cü ildə başlanmasını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddiaçı izahatında 2018-ci ildə Azərbaycan Respublikasına qayıtdığını, həmin vaxtı cavabdeh borcunu qaytarmasa da, qardaşından pulu istəməsini özünə ayıb hesab etdiyi üçün pulu tələb etmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı ən pis halda 2018-ci ildə qardaşının onun pulunu qaytarmadığını bilmiş, lakin həmin müddət sonra iddia qaldırmamış, yalnız 2024-cü ildə iddia qaldırmışdır.
48. Beləliklə, məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab etməyərək, qeyd edir ki, işin müəyyən olunmuş faktiki hallarından da göründüyü kimi, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri şifahi borc müqaviləsindən irəli gələn münasibətlər olduğundan, hazırkı tələbə 3 illik iddia müddəti şamil olunmalıdır. İddiaçı isə 3 illik iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan birinci instansiya məhkəməsi 3 illik iddia müddətini tətbiq etməklə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
49. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tərtər Rayon Məhkəməsinin 2(061)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-297/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.