Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-135/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh1 vəkili Vəkil3 iştirakları ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 45.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin cavabdehlərdən alınaraq ona ödənilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1, birgə nikah dövründə əldə etdikləri Mercedes-Benz markalı avtomobil üzərində 70 faiz payın müəyyən edilərək ona ödənilməsi, hər iki cavabdehdən iddia ərizəsinin təsviri hissəsində göstərilmiş qızıl-zinyət əşyalarının və cehiz əşyalarının alınıb ona verilməsi, bu mümkün olmadıqda həmin əşyaların dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 üzərində 70 faiz payın müəyyən edilməsi, hər iki cavabdehdən iddia ərizəsinin təsviri hissəsində göstərilmiş qızıl-zinyət əşyalarının alınıb ona verilməsi, bu mümkün olmadıqda həmin əşyaların dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 üzərində İddiaçı ½ hissədə payı müəyyən edilmiş, Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilərək, iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına fərdi yaşayış evinin inşası üçün cavabdehlə birgə gəlirləri əsasında aparılmış tikinti və təmir işləri ilə bağlı çəkilmiş 100.000 manat xərcin əsaslılığı dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Cavabdehlərdən Cavabdeh2 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün, onun sağlamlığının bərpası üçün özünə pul lazım olduğu halda, onun əri Cavabdeh1lə inşa etdikləri evin birgə nikah dövründə inşa edilməməsi barədə məhkəmənin gəldiyi qənaət əsassızdır. Məhkəmə onunla Cavabdeh1 birgə nikah dövründə 400 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisi və təmiri üçün xərclənmiş pulun birgə nikah dövründə qazanılmasını hissəsində düzgün nəticəyə gəlməmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsinin qismən - Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus qızıllar birgə nikah dövründə yaranmış borclarına görə iddiaçının razılığı ilə satılaraq borclar ödənilmişdir. Məhkəmə isə həmin halı nəzərə almamış, iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək, göstərdi ki, Cavabdeh1lə 2007-ci il rəsmi nikaha daxil olaraq qaynata evinə gəlin köçmüş, bir müddət orada yaşayıb, kirayəyə çıxmışlar. Birgə nikahadan 2 nəfər uşaqları olmuş, nikahları 2021-ci ilin sentyabrında məhkəmə qaydasında pozulmuşdur. O, birgə nikah müddətində “Arteko” gözəllik salonunda işləmiş, sonra isə həmin salonu özü icarəyə götürərək, 3 nəfər də işçi götürmüşdür. İşçi kimi işlədyi vaxtda hər ay təxminən 1800-2000 manat, icarəyə götürdüyü vaxtda isə, hər ay təxminən 2500 maant pul qazanmış, cavabdeh əri isə ticarətlə məşğul olmuş, mağaza işlətmişdir. Cavabdeh qaynanası Cavabdeh2 da digər 2 bacısı ilə başqa gözəllik salonunda işləmiş və 2012-ci ildə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsi alaraq onlara ev tikintisi üçün onlara bağışlamışdır. Onlar 2013-cü ildə ünvan 1 ünvanında yerləşən mənzili alıb, ora köçmüşlər. Həmin vaxt artıq qaynansı xəstələnmişdir və xəstəliyi ilə bağlı gah onlarda, gah da, bacısıgildə yaşamışdır. 2014-cü ildə qaynanasına məxsus torpaq sahəsində mübahisəli evin tikintisinə başlayaraq, 2018-ci ildə evin tikintisini başa çatdırmışlar və 2018-ci ilin dekabr ayının 27-də özü, yoldaşı və uşaqları həmin evə köçmüşlər. Həmin evi 2 mərtəbə və 8 otaqlı olmaqla, əri Elnurla onun birgə qazancı hesabına tikdirmişlər. 2021-ci ilin iyul yayında mübahisə zəminində evdən çıxmışdır. Evin cavabdeh yoldaşı ilə birgə vəsaitləri hesabına tikdirmələri cavabdeh qaynanasının telefon danışığı zanmanı da təsdiq edilir. Belə ki, cavabdeh qaynansı onunla həmin telefon danışığı zamanı demişdir ki, analıq edib topraq alıb vermişəm sizə. Həmin ev tikilən zamanı, yəni 2014-cü ildə cavabdeh qaynanasının onkoloji xəstəliyi şiddətlənmiş və özünün və hətta oğlunun vəsaiti ilə Türkiyədə müalicədə olmuş və mütamadi olaraq müalicədədir. Ona görə də, cavabdeh qaynanasının evin tikintisinə pul xərcləməyə maddi imkanı da yox idi, hətta onun müalicəsinə oğlu və bacıları kömək etmişdir. Həmin evdə o və ailəsi yaşamış, cavabdeh qaynansı isə ayrıca yaşamışdır. Bundan başqa, Cavabdeh1 ona məxsus iddiasında göstərdiyi 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekti, 27 qram, 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü bir neçə dəfə onun xəbəri olmadan banka girov qoyub kredit götürmüşdür. Hətta onunla telefon danışığı zamanı həmin qızılları satdığını bildirmişdir. Halbu ki, həmin qızıl əşyalarının satılmasından onun xəbəri və məlumatı olmamışdır. Məhkəmə qətnaməsini qızl-zinyət əşyaları ilə bağlı hissədə qanuni hesab edir. Qətnamənin evin təmir-tikinti xərci barədə iddianın təmin edilməməsi hissəini isə qanunsuz hesab edir. Ona görə də, onun apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini, qalan hissənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında iddiaçının apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin iddia olunan qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı mütəxəssis rəyini məhkəmə kollegiyasına təqdim edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini, qalan hissənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 ( o, həm də, digər Cavabdeh1 nümayəndəsidir) məhkəmə kollegiyasının iclasında cavabdehin verdiyi apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək, göstərdi ki, o, 3 bacı bir yerdə gözəllik salonunda saç ustası işləmişlər. Özü bacısı evində yaşayır. Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsini almış və orada 2014-2018-ci illərdə mübahisə olunan evi tikdirmişdir. Onlar həmin evə birgə köçmüşlər. 2014-cü ildə ankoloji xəstəlik keçirmiş və qohuməqrabanın köməkliyi ilə Türkiyədə müalicə kursu keçmiş və mütamadi olaraq müalicə olunur. Mübahisə edilən evə çəkilmiş təmir-tikinti xərcinin müəyyən edilməsi ilə bağlı bir neçə dəfə ekspertiza təyin edilsə də, ekspertləri evə buraxmamış və buraxmayacaqdır. Hazırda da, MPM-nin 97.5-ci maddəsinin tələbləri ona izah olunmuş, lakin o bildirir ki, evə ekspert gəlsə, yenə buraxmayacaqdır. Evin təmir-tikinti xərcləri 80.000 manat olmuşdur. İddiaçının göstərdiyi qızılları isə, Elnur 2018-ci ildə iddiaçının öz razılığı ilə satmışdır. Belə ki, həmin ərəfədə Elnur işləmədiyi üçün qızılları satmış və ümumi dolanışıq ehtiyaclarına xərcləmişlər. İddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsinin qismən - Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında cavabdehin verdiyi apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək, oxşar məzmunlu izahat verdi və iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən iş materillarına əlavə edilmiş səs yazısı olan 2 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı və Cavabdeh2 arasında olan telefon danışığıdır. Qeyd edilən diskləri dinləmə zamanı Cavabdeh2 İddiaçı bildirir ki, “analıq edib torpaq alıb vermişəm” Səs yazısı dinlənildikdən sonra, Cavabdeh2 sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin danışıqda səs yazısı ona məxsusdur və həmin ifadəni işlətmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh1 Sədim oğlu ilə birgə nikah dövründə Gəncə şəhəri Cavadxan qəsəbəsində 400.00 kvm boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 80. 000 manat xərcin yarısı olan 40.000 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməli, qətnamə Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməyən Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi hissəsini, Cavabdeh1 isə, həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsini qismən - Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsini mübahisələndirərək, iddiaçı qətnamənin həmin hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdeh isə qətnamənin həmin hissədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirən hissələrdə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 569 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsində Cavabdeh2 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. – nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 16 sentyabr 2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsində rəsmi nikaha daxil olmuşlar. doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. xx.xx.2020-ci il tarixli 800805-911037/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Əliyeva X1 Açıq Səhmdar Cəmiyyətindən illik 27 faiz ödəmək şərti ilə 18 ay müddətinə götürdüyü 2900 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 800805-911037/1 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə X3 Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 800805-911037/1 saylı Girov Müqaviləsidən görünür ki, 2 ədəd boyunbağı, 2 ədəd qolbağı və 2 dəstdən ibarət 583 əyyarlı, ümumi 67.2 qram çəkidə, ümumi dəyəri 5878, 66 manat olan 6 ədəd qızıl-zinət əşyası Cavabdeh2 tərəfindən banka girov qoyulmuşdur. xx.xx.2020-ci il tarixli 5181***-*******01 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 Bank Respublika Açıq Səhmdar Cəmiyyətindən illik 29.6 faiz ödəmək şərti ilə götürdüyü 1240 manat məbləğində krediti faizlərlə birlikdə xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 5181***-*******01 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank Respublika Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 5ZİNAS190350202 saylı Girov Müqaviləsidən görünür ki, 1 ədəd 583 əyyarlı 5,2 qram çəkidə 361,87 manat dəyərində boyunbağı-kulon, 1 ədəd 583 əyyarlı 6,7 qram çəkidə 466,26 manat dəyərində sırğa, 1 ədəd 585 əyyarlı 2 qram çəkidə 139,66 manat dəyərində üzük, 1 ədəd 583 əyyarlı 4.1 qram çəkidə 256,8 manat dəyərində qaşı düşmüş üzük, 1 ədəd 583 əyyarlı 3.1 qram çəkidə 194,17 manat dəyərində qaşı düşmüş üzük, 1 ədəd 750 əyyarlı 5.8 qram çəkidə 519,25 manat dəyərində üzük Cavabdeh2 tərəfindən banka girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İddianın Cavabdeh1 ilə birgə nikah dövründə Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi hissəsini təmin etməyən birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən həmin faktı təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “ praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir)... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Məhkəmə kollegiyası İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti üzrə iddia tələbinin təmin edilməyən Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materilları ilə müəyyən edilir ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində 2014-2018-ci illərdə fərdi yaşayış ev inşa edilmişdir. Fərdi yaşayış evinin tikilməsi işin mübahisə edilməyən halıdır. İddiaçı həmin fərdi yaşayış evinin Cavabdeh1 ilə birgə nikah müddətində birgə vəsait hesabına tikdirdiklərini göstərərək, həmin fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsini xahiş etmiuşdr. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qərardadları ilə həmin fərdi yaşayış evinə baxış keçirilməklə, tikintisinə faktiki olaraq sərf edilmiş xərcin real məbləğinin (yəni mal-materialın alınması, daşınması və inşası zamanı ödənilən zəhmət haqqı da daxil olmaqla) müəyyən edilməsi üçün məhkəmə-tikinti texniki ekspertizası təyin etmiş, lakin hər dəfə cavabdeh tərəf həmin ekspertizanın keçirilməsinə maneçilik yaratmış və məhkəmə iclas katibinin zənglərinə cavab olaraq ekspertlərin evə buraxmayacağını bildirmişdir. Ona görə də, hazırkı məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddələrinin tələbi Cavabdeh2 izah edilərək, həmin maddədən çıxarış ona təqdim edilərək, yenidən evin tikintisi və təmirinə çəkilmiş xərclərin müəyyən edilməsi barədə ekspertiza təyin edilməsi barədə fikri dinlənilmiş və sonuncu bildirmişdir ki, evə heç kimi buraxmayacaqdır. Bununla belə, Cavabdeh2 qız izahatında evin təmir-tikinti xərclərin 80.000 manat olmasını bildirmişdir. İddiaçı tərəf mübahisə edilən fərdi yaşayış evinin cavabdeh həyat yoldaşı Cavabdeh1 ilə 2014-2018-ci ildə tikilməsini və fərdi ev yaşayışa hazır olan vaxtdan, yəni 2018-ci ilin dekabr ayının 27-də özü, yoldaşı və uşaqları ilə həmin evə köçməsini, 2021-ci ilin iyul yayında mübahisə zəminində evdən çıxmasını, həmin ev tikilən zaman, yəni 2014-cü ildə cavabdeh qaynanasının onkoloji xəstəliyə tutulmasını və özünün və hətta oğlunun vəsaiti ilə Türkiyədə müalicədə olması və hazırda da, müalicədə olduğundan, cavabdeh qaynanasının evin tikintisinə pul xərcləməyə maddi imkanı olmamasını, özünün gözəllik salonunda, yoldaşı Elnurun ticarətlə məşğul olmaqla, normal maddi imkana malik olmalarını göstərmiş, həmçinin evdə çəkilmiş şəkillərini və Cavabdeh2 telefon danışığını sübut növü kimi təqdim etmişdir. Cavabdeh2 isə, 3 bacı bir yerdə gözəllik salonunda saç ustası işləmələrini, 2014-2018-ci illərdə mübahisə olunan evi tikdirməsini, 2014-cü ildə onkoloji xəstəlik keçirməsini və qohum-əqrabanın köməkliyi ilə Türkiyədə müalicə kursu keçməsini və hazırda da, müalicə olunmasını göstərmişdir. İş materiallarına əlavə edilmiş çox sayda şəkillərdən görünür ki, iddiaçıya aid cehiz ləvazımatı mübahisəli evə yerləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materillarına əlavə edilmiş səs yazısı olan 2 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı və Cavabdeh2 arasında olan telefon danışığıdır. Qeyd edilən diskləri dinləmə zamanı Cavabdeh2 İddiaçı bildirir ki, “analıq edib torpaq alıb vermişəm”. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını iş materialları və tərəflərin izahatları ilə birgə əlaqəli şəkildə qiymətləndirərək, hesab edir ki, mübahisə edilən fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində birgə vəsaitləri hesabına tikilmiş və həmin evin tikintisinə faktiki olaraq sərf edilmiş xərc, yəni mal-materialın alınması, daşınması və inşası zamanı ödənilən zəhmət haqqı da daxil olmaqla, çəkilmiş 80.000 manat məbləğində xərc onların ünumi mülkiyyətidir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən, İddiaçı ilə Cavabdeh1 həmin dövrdə işləməklə normal qazanca malik olmalarını, fərdi yaşayış evi tikilib yaşayışa hazır olmasından sonra, onların həmin evə köçüb yaşamalarını, Cavabdeh2 telefon danışığında İddiaçı “analıq edib torpaq alıb vermişəm” kimi ifadə işlətməsini, həmin fərdi yaşayış evi tikilərkən digər Cavabdeh2 onkoloji xəstə olmaqla, müalicə olunmasını və digər halları da, nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən fərdi yaşayış evinə çəkilmiş təmir-tikinti xərci Cavabdeh2 etirafı həddində, yəni 80.000 manat müəyyən edilməli və həmin xərcin ½ hissəsində, yəni yarı dəyəri olan 40.000 manat pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. İddianı qızıl-zinyət əşyalarına dair hissədə təmin edən birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında qızıl əşyalarının Cavabdeh1 tərəfindən götürüldüyü və satıldığı müəyyən olunmuşdur. Belə ki, iddiaçı tərəf verdiyi izahatında qızıl əşyalarının cavabdehin evində qaldığını, çıxarkən nəinki qızıl əşyaları, hətta geyim əşyalarını belə götürmədiyini bildirmiş, Cavabdeh1 isə qızıl əşyalarının ümumiyyətlə mövcud olmadığını, yalnız nişan üzüyü olduğunu göstərmişdir. Həmin zinət əşyalarının mövcudluğu Cavabdeh1 tərəfindən mübahisələndirilsə də, 1 ədəd 2300 manat dəyərində italyanski brilliant komplektin, 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılının və 1 ədəd nişan üzüyün həqiqətən mövcud olması işdəki fotoşəkillərlə müəyyən edilir. İkinci tərəfdən məhkəmə iclası zamanı təqdim olunmuş və məhkəmə iclasında dinlənilmiş iddiaçının Cavabdeh1lə olan “telefon danışığına aid səs yazısı barədə” disklə həmin qızıl zinət əşyalarının Cavabdeh1 tərəfndən satılması sübut olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Kollegiya mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Məhkəmə kollegiyasında müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qeyd etdikməklə ailə qurmuş, birgə nikahdan 2 uşaqları anadan olmuşdur. Onların nikahı bağlanarkən və toy zamanı iddiaçıya 1 ədəd 2300 manat dəyərində italyanski brilliant komplekt, 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılı və 1 ədəd nişan üzüyü hədiyyə olunmuşdur. Qeyd edilən zinət əşyalarının mövcudluğu Cavabdeh1 tərəfindən mübahisələndirilsə də, 1 ədəd 2300 manat dəyərində italyanski brilliant komplektin, 1 ədəd 2500 manat dəyərində komplekt rus qızılının və 1 ədəd nişan üzüyün həqiqətən mövcud olması işdəki fotoşəkillərlə müəyyən edilir. Digər tərəfdən birinci instansiya məhkəməsində icraat zamanı dinlənilmiş iddiaçının Cavabdeh1lə olan “telefon danışığına aid səs yazısı barədə” disklə həmin qızıl zinət əşyalarının Cavabdeh1 tərəfindən satılması sübut olunmuşdur. Cavabdeh1 tərəfindən məhkəmə kollegiyasına daxil olmuş yazılı vəsatətdə qətnamə ilə təmin edilən qızıl-zinyət əşyalarının dəyəri mübahisələndirilmiş və mütəxəssis və ya ekspertiza rəyinin alınması xahiş edilmişdir. Cavabdeh tərəfə həmin qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı razılaşmadıqları üçün, mütəxəssis rəyinin təqdim edilməsi təklif edilsə də, həmin tərəf müvafiq mütəxəssis rəyinin təqdim edilməsindən imtina etmişlər. İddiaçı tərəf isə, məhkəmə kollegiyasına "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyini təqdim etmişdir. Həmin rəydən görünür ki, İddiaçı məxsusqızıl-zinyət əşyalarının fotoşəkillərinə baxış keçirilməklkə, 1 ədəd 750 əyar, 27 qram komplektin qiyməti 2700 manat, 1 ədəd 583 əyar komlektin qiyməti 2200 manat, 1 ədəd 750 əyar üzüyün qiymətinin 800 manat, cəmi qiymətinin 5700 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kolelgiyası iş üzrə tərəflərin verdikləri izahatları iş materialları ilə qarşılıqlı şəkildə təhlil etməklə, araşdıraraq, belə qənaətə gəlir ki, İddiaçı 1 ədəd 750 əyar, 27 qram komplektin qiyməti 2700 manat, 1 ədəd 583 əyar komlektin qiyməti 2200 manat, 1 ədəd 750 əyar üzüyün qiymətinin 800 manat olan qızıl-zinət əşyalarından məhrum edilmişdir. Cavabdeh tərəfin iddiaçıya məxsus qızılların birgə nikah dövründə yaranmış borclarına görə iddiaçının razılığı ilə satılaraq borclara ödənilməsini göstərsə də, onun həmin dəlili inandırıcı görünmür və mötəbər sübutlarla öz təsdiqini tapmır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsi Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.2 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qismən işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh1 Sədim oğlu ilə birgə nikah dövründə Gəncə şəhəri Cavadxan qəsəbəsində 400.00 kvm boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 80. 000 manat xərcin yarısı olan 40.000 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməli, qətnamə Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 Sədim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-139/2022 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh1 ilə birgə nikah dövründə sərəncam əsasında əldə etdikləri Cavabdeh2 adına rəsmiləşdirilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində 400.00 kv.m boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 100.000 manat xərcin üzərində 70 faiz payın müəyyən edilərək, çəkilmiş xərcin 70 faizinin alınaraq ona ödənilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 Sədim oğlu ilə birgə nikah dövründə Gəncə şəhəri Cavadxan qəsəbəsində 400.00 kvm boş torpaq sahəsində birgə təsərrüfatları hesabına tikdirdikləri fərdi yaşayış evinin inşası və təmiri üçün çəkilmiş 80.000 manat xərcin yarısı olan 40.000 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə Cavabdeh1 1 ədəd 2.300 manat dəyərində “italyanski” brilyant komplekt (27 qram), 1 ədəd 2.500 manat dəyərində komplekt rus qızılı və 800 manat dəyərində 1 ədəd 750 əyarlı nişan üzüyü naturada, bu mümkün olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-135/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-135/2023
21.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver