Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1440/2024 10.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli, 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixdən xitam verilməsi barədə əmrin və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin direktorunun 04 oktyabr 2023-cü il tarixli, 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixdən xitam verilməsi barədə əmrin ləğv edərək, onun Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə və Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər ləğv edilməsi, İddiaçı əvvəlki Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Nümayəndə1 nümayəndəsi (vəkili) X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı ilə, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən X3 nümayəndəsi, vəkil X5 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılması qərara alınmışdır. Daha sonra Nümayəndə1 nümayəndəsi (vəkili) X8 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin apellyasiya qaydasında baxılması üçün göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndəsi (vəkili) X5 apellyasiya şikayəti, eyni zamanda prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətindən ötürülmüş şikayət vermə müddətin üzürlü hesab edilməsini barədə qərardad çıxarılması xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin verdiyi Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)- 1697/2023 nömrəli qətnaməsi üzrə müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndəsi (vəkili) X5 şikayət verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 893/2024 nömrəli qərardadı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 saylı qərardadı tam, onunla bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)- 1697/2023 nömrəli qərardadı qismən–şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən şikayət vermə müddətinin bərpa olunması barədə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 893/2024 nömrəli qərardadı ilə, cavabdeh Nümayəndə1 nümayəndəsi (vəkili) X6 şikayətinin təmin edilməməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)- 1697/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi tərəfindən Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barə ərizənin geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi (vəkili) X8 24 aprel 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)- 1697/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı (hakim Nemət Musayev) ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən X3 nümayəndəsi, vəkil X2 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi (vəkili) Nümayəndə2 şikayət verərək, qərardadın ləğv edilməsini və işin apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Elm və Təhsil Nazirliyinin Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin nümayəndəsi Nümayəndə1 etibarnamə üzrə nümayəndəsi olmuş X1 rayon Məhkəsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən müddəti ötürmədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Həmin vaxtdan sonrada cavabdehin nümayəndəsi tərəfindən həmin iş üzrə Qazax rayon Məhkəməsinin yuxarıda qeyd edilən qəradadlardan şikayət vermə müddətlərini heç bir halda ötürmədən şikayət və ərizələrini elektron kabinet vasitəsi ilə ötürmüşdür. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 16(104)-43/2024 nömrəli qərardadı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi (vəkili) Nümayəndə2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil şikayətin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktoru Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Onlar müdafiəçi və vəkillə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 1697/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bu halda qətnamə cavabdeh Azərbaycan Respublikasının MPM-in 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanır. Lakin, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti 12 gündən artıq müddət ötürülməklə verilmişdir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi (vəkili) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının MPM-in 33.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikasının MPM-in 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə şikayət təmin edilməməli, iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(023)-1697/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1440/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1440/2024
10.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver