Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1446/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (qızıl-zinət tələbi ) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X1, Cavabdeh iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-629/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh 29 may 2021-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 07 fevral 2022-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur.
2. İddiaçı aid toy fotoşəkillərdə iddia olunan qızıl əşyaları görünür .
3. Ağdam Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(013)-26/2023 saylı qətnaməsi ilə, Cavabdeh ilə X5 arasında xx.xx.2021-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 144 nömrə ilə qeydə malınmış nikah pozulmuş, xx.xx.2022-ci ildə anadan olmuş Nuray adlı uşağın yetkinlik yaşına çatana qədər anası X2 himayəsində saxlanılması, xx.xx.2022-ci ildən başlayaraq Cavabdeh xx.xx.2022-ci ildə anadan olmuş Nuray adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi, xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş Nuray adlı uşağın 3 yaşına çatanadək Cavabdeh hər ay 30 (otuz) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, Cavabdeh 50 manat mediyasiya xərci və ödənilmiş dövlət rüsumu əvəzində 50 manatın alınaraq X3 verilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.
4. “X6” MMC tərəfindən 15 dekabr 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, 1 komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (Sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) -2700 manat, 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzük (briliyant qaşlı) - 800 manat, 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat, 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) – 400 manat, 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) – 440 manat, 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat, cəmi 6276 manat, cehiz əşyaları tozsoran 140 manat, ütü 50 manat, mobil telefon A10 (qırmızı rəng) 280 manat, yorğan 3 ədəd X 60= 180 manat, döşək 2 ədəd X 80=160 manat, yastıq 3 ədəd X 30 =90 manat, fen 2 ədəd (hava ütü), X 30=60 manat, geyim əşyaları kutka 2 ədəd X 150=300 manat, toy donu 2 ədəd X 150=300 manat, ayaqqabı 4 cüt X 20=80 manat, sumka 3 ədəd X 20=60 manat, kofta 5 ədəd X 20=100 manat, cəmi dəyəri 1800 manat, ümumi qızıl-zinət və cehiz əmlakların dəyərləri 8076 manat qiymətləndirilmişdir.
5. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Qəsəbəsi üzrə Ərazi İcra Nümayəndəsi Eldəniz Abdullayevin və hazırkı mübahisə tərəflərinin hər iki tərəfinin iştirakları ilə tərtib edilmiş 12 may 2022-ci il tarixli aktdan görünür ki, həmin vaxt İddiaçı məxsus əmlaklar qızıl əşyaları, tozsoran, ütü, əl-üz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri istisna olmaqla, onun atası tərəfindən cavabdeh ailədən təhvil alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı qızıl-zinət, cehiz və geyim əşyalarının alınması, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri, cəmi 8076 manat, birgə nikah dövründə atasından alıb cavabdehə verdiyi 4000 manatın, ödənilmiş 77 manat dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 50 manat dövlət rüsumunun, cəmi 12.203 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 aprel 2021-ci il tarixdə evlənmiş, nikahlarını 29 may 2021-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 07 fevral 2022-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə bir neçə ay ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan münasibətlər pisləşməyə başlamış və nəhayət rəsmi olaraq ayrılmaq üçün məhkəməyə müraciət etmişlər. Ayrıldıqdan sonra apardığı cehiz əşyalarını cavabdehin yaşadığı evdən gətirən zaman, qızıl-zinət, cehiz və geyim əşyalarının bir hissəsini və birgə nikah dövründə atasından alıb cavabdehə verdiyi 4000 manat məbləğində pulu Cavabdeh ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh tələb etdiyi qızıl-zinət, cehiz və geyim əşyaları bunlardır : Qızıl zinət əşyaları - 1. komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (Sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) - 2700 manat, 2. 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzüyü (briliyant qaşlı) - 800 manat, 3. 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat, 4. 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) 400 manat, 5. 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) 440 manat, 6. 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat, qızıl-zinət əşyaları cəmi 6276 manat təşki edir. Cehiz əşyaları : 1. 1 ədəd tozsoran 140 manat, 2. 1 ədəd ütü 50 manat, 3. 1 ədəd mobil telefon A10 (qırmızı rəngli) 280 manat, 4. 3 ədəd yorğan 3 X 60= 180 manat, 5. döşək 2 ədəd X 80=160 manat, 6. yastıq 3 ədəd X 30 = 90 manat, 7. fen 2 ədəd (hava ütü) X 30=60 manat, Geyim əşyaları : 1. kutka 2 ədəd X 150=300 manat, toy donu 2 ədəd X 150=300 manat, 2. ayaqqabı 4 cüt X 20=80 manat, sumka 3 ədəd X 20=60 manat, kofta 5 ədəd X 20=100 manat, cəmi 240 manat, ümumilikdə cehiz əşyalarının cəmi dəyəri 1800 manat, ümumi qızıl-zinət və cehiz əmlakların dəyərləri 8076 manat təşki edir. Həmçinin atasından 4000 manat alıb cavabdehə vermişdir. Buna görə də məhkəməyə müraciət edib, hesab edir ki, cavabdehdən həmin əmlaklar, yaxud dəyərləri alınmalı, həmçinin 4000 manat onun xeyrinə tutulmalıdır. Dövlət rüsumu kimi 77 manat və mediasiya xidməti üçün 50 manat da əlavə olunarsa, cəmi 12.203 manat cavabdehdən alınmalıdır.
8. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-629/2023 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia qismən təmin edilmiş, Cavabdeh - 1. komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) - 2700 manat dəyərində, 2. 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzüyü (briliyant qaşlı) - 800 manat dəyərində, 3. 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat dəyərində, 4. 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) 400 manat dəyərində, 5. 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) 440 manat dəyərində, 6. 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat dəyərində cəmi məbləğ 6276 manat məbləğ və 1. 1 ədəd tozsoran 140 manat dəyərində, 2. 1 ədəd ütü 50 manat dəyərində, 3. 1 ədəd mobil telefon A10 (qırmızı rəngli) 280 manat dəyərində, 4. 3 ədəd yorğan 3 X 60= 180 manat dəyərində, 5. döşək 2 ədəd X 80=160 manat dəyərində, 6. yastıq 3 ədəd X 30 = 90 manat dəyərində, 7. fen 2 ədəd (hava ütü) X 30=60 manat dəyərində, 8. geyim əşyaları kutka 2 ədəd, toy donu 2 ədəd, cəmi 600 manat dəyərində, 9. ayaqqabı 4 cüt, sumka 3 ədəd, kofta 5 ədəd, cəmi 240 manat dəyərində cəmi 1800 manat məbləğdə əmlaklar, yaxud da onların ümumilikdə dəyəri 6276+1800 manat 8076 (səkkiz min yetmiş altı) manatın alınıb İddiaçı verilməsi, iddia tələblərinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 100 manat 76 qəpik (bir yüz manat yetmiş altı qəpik) alınıb İddiaçı verilməsi qət edilmişdir.
9. İşə baxan məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Qəsəbəsi üzrə Ərazi İcra Nümayəndəsi Eldəniz Abdullayevin və hazırkı mübahisə tərəflərinin hər ikisini iştirakları ilə tərtib edilmiş 12 may 2022-ci il tarixli sözügedən aktdan görünür ki, İddiaçı məxsus əmlakların bir hissəsi cavabdeh ailədən götürülmüş, lakin aktda aparılmış qeyddən görünür ki, Aynura hədiyyə edilmiş qızıl əşyaları, tozsoranı, ütüsü, əl-üz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri oradan götürülməmişdir. Tərtib edilmiş aktdan və məhkəmə iclasında iştirak etmiş şahidlərin, həmçinin ərazi icra nümayəndəsinin də izahatlarını araşdıran məhkəmə belə qənaətə gəlir ki, qızıl əşyaları və bir neçə adda cehiz əmlakları cavabdeh ailədən götürülməmiş, həmçinin həmin vaxt qızıllar iddiaçının valideynləri tərəfindən tələb edilmiş, cavabdehin valideynləri isə qızılları məhkəmədə verəcəklərini bildirmişlər.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, məkəmə iclasında iddiaçı və cavabdeh tərəfin, onların şahidlərinin izahatlarından o da məlum oldu ki, əmlaklar götürülərkən yalnız əsasən mebel əşyaları götürülmüş, digər xırda cehiz və geyim əyaları götürülməmişdir. Cavabdeh tərəf də Aynurun bir neçə xırda cehiz əşyalarının onlarda qalmasını inkar etmir, gəlib götürmələrinə də etiraz etmir. Bu səbəbdən də məhkəmə iddia tələblərinin 9 adda geyim və digər əşyalar hissəsini də əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 4000 manat pulun verilməsi ilə bağlı hissəsini əsaslandırılmamış hesab edir, iddiaçı bu barədə məhkəməyə yazılı və ağlabatan sübut təqdim etmir, cavabdeh tərəf həmin pulu almadığını, əksinə iddiaçının atasına ümumilikdə 2000 manat pul verdiklərini israr edir.Məhkəmə araşdırması və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddia tələblərinin qızıl zinət əşyaları, geyim və xırda cehiz əyşyalarına dair hissəsi əsaslıdır, lakin pul tələbi barədə hissəsi əsassızdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbləri əmlak tələbi hissəsində təmin edilməli, pul tələbi hissəsində rədd edilməlidir.
11. Məhkəmə həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, 29.1-ci, 32.1-ci və 36.1-ci maddələrini, Mülki Məcəlləsinin 157.2 və 225-ci maddələrini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 88-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-629/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddiasının rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Aynur xəstə olarkən onu xəstəxanaya aparmaq məqsədi ilə bacısı evinə gətirmiş, həmçinin özü ilə Aynurun müalicəsinə vermək üçün 500 manat da pul götürmüşdür. Həmin vaxt Aynurun qızılları üzərində olmuşdur. Aynuru bacısıgilə qoyub toya getmiş, bu vaxt ona xəbər vermişlər ki, Aynurun ata-anası gəlib Aynuru evlərinə aparmışlar. Bu səbəbdən DİN-nin 102 Xidmətinə zəng etmiş, araşdırma zamanı Aynur valideynləri ilə özü getdiyini bildirmişdir. Aynura toydan əvvəl Aynurun özünün iştirakı ilə Bərdə rayonundan 1350 manata bir qızıl dəsti, bir də 350 manata nişan üzüyü almışlar. Aynur qızıllarını özü ilə aparmışdır, iddiaçının yalnız onun evində tozsoranı və 2 dəst can dəsmalı qalmışdır.Həmin əşyaları gəlib apara bilər. Aynurun ailəsi bir neçə ay bundan əvvəl ərazi icra nümayəndəsinin iştirakı ilə gəlib bütün əşyalarını aparmışlar, heç bir qızıl söhbəti də etməmişlər.Aynur atası evinə bacısı Lalə Əsgərovanın evindən getmişdir. Şahid qismində ifadə verən bacısı və digər şahidlər Aynurun atası tərəfindən aparılarkən qızıl əşyalarının üzərində olmasını təsdiq etmişlər. Birinci istansiya məhkəməsi isə iddiaçının atası evinə gedən zaman qızıl əşyalarını özü ilə aparmasını bir başa görən şahidlərin ifadələrini deyil, ancaq iddiaçı tərəfinin hadisəni görməyən və olanlardan məlumatı olmayan şahidlərinin ifadələrini nəzərə almışdır. İddiaçı tozsoran və 2 dəst can dəsmalı istisna olmaqla, bütün əmlaklarını götürmüş və bu barədə akt tərtib olunmuşdur. Tozsoran xarab olduğu üçün götürülməmişdir. Hazırda isə tozsoranı düzlətdirmişdir. İddiaçının başqa əmlakları qalmış olsa idi, bi aktda qeyd olunardı. Aktda bəzi istisna qeyd olunan əşyalar dedikdə yalnız tozsoran nəzərədə tutulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz məhkəmə kollegiyasına daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Sədrlik edənin sualına cavab olaraq göstərdi ki, mübahisələndirilən qızıl-zinət əşyaları mövcud olmuş, lakin iddiaçı onun bacısı Lalənin evinə gedərkən, qızıllar üstündə olmuşdur. Həmin vaxt yoldaşı hamilə olmuş, bacısı da onu həkim müayinəsi üçün həkimə aparmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-629/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin 1 ədəd tozsoran hissəsində təmin edilməsini, qalan hissədə iddia tələbinin rədd edilməsini xahiş etdi.
16. İddiaçı nümayəndəsi (atası) X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun qızı cavabehin evində cəmi 4 ay yaşamış, həmin müddətdə də qızıllar qayınanasında olmuşdur. Cavabdeh ailəyə gəlin getdiyi ilk vaxtlardan onunla düşmənçilik etmişlər, onu ailədə yola verməmişlər. Gəlin getdiyi ilk vaxtlardan qızıllarını əlindən almışlar, istifadə etməyə imkan verməmişlər, həmçinin cehiz əmlaklarını da istifadə etməyə imkan verməmişlər. Əmlaklarının bir hissəsini cavabdehin evindən götürərkən qızıl-zinət əşyalarını və bir neçə adda şəxsi əşyalarını verməmişlər.İddiaçı həkimə getmək üçün cavabdehin bacısının evinə gələrkən, heç də bəzənib qızıl əşyası taxmazdı, sadəcə həkim qəbulundan sonra cavabdehlə aralarında mübahisələri olmuş və qızının zəngi ilə gəlib onu aparmışdır. Bu vaxt onun üzərində heç bir qızıl əşyası olmamışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-629/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllə Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Ailə Məcəlləsi 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına olmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 32.1ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-629/2023 nömrəli qətnaməsini iddianın qismən təmin edilmiş qızıl-zinət, geyim və xırda cehiz əşyaları hissəsində mübahisələndirmiş, qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.
21. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 22.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 629/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 23.Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 29 may 2021-ci ildə rəsmi nikah qeyd etdirməklə, evlənmişlər. Onların birgə nikahlarından 07 fevral 2022-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Toy zamanı iddiaçıya 2700 manat dəyərində 27 qram çəkidə 583 əyarlı 1 dəst brilyant qaşlı komplekt (sırğa, üzük, boyunbağı, qolbağı), 800 manat dəyərində 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzüyü, 1680 manat dəyərində 1 ədəd, 21 qram çəkidə 583 əyarlı boyunbağı, 400 manat dəyərində, 1 ədəd 5 qram çəkidə 583 əyarlı üzük, 440 manat dəyərində 1 ədəd 5,5 qram çəkidə, 583 əyarlı üzük, 256 manat dəyərində 1 ədəd 3,2 qram 583 əyarlı üzük hədiyyə edilmişdir. Toydan sonra iddiaçı cavabdehin evinə köçmüş və özünə məxsus cehiz əşyalarını cavabdehin evinə aparmışdır. Tərəflər bir müddət yaşadıqdan sonra münasibətləri pozulmuş, buna görə də iddiaçı cavabdehdən ayrılaraq atası evinə getmişdir.
24. Göründüyü kimi, İddiaçı Cavabdeh ilə 29 may 2021-ci il tarixdə ailə qurmuşlar, ailə qurulan ilk vaxtlardan onların ailə münasibətləri alınmamış, ailələr arasında mütəmadi narazılıqlar yaranmış, ailə qurulduqdan 3-4 ay sonra, 2021-ci ilin avqust ayında Aynur atası evinə qayıtmış, sonra bir övladı anadan olmuşdur. Bundan sonra bir müddət Aynura məxsus əmlaklar cavabdeh tərəfdə qalmış, 2022-ci ilin may ayında isə Aynurun valideynləri gedib onun əmlaklarını cavabdeh ailədən yığıb aparmışlar, həmin vaxt ərazi dövlət orqanının nümayəndəsi də orada olmuş və akt tərtib edilmişdir.
25. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Qəsəbəsi üzrə Ərazi İcra Nümayəndəsi Eldəniz Abdullayevin və hazırkı mübahisə tərəflərinin hər ikisini iştirakları ilə tərtib edilmiş 12 may 2022-ci il tarixli sözügedən AKTdan görünür ki, İddiaçı məxsus əmlakların bir hissəsi cavabdeh ailədən götürülmüş, lakin AKTda aparılmış qeyddən görünür ki, Aynura hədiyyə edilmiş qızıl əşyaları, tozsoranı, ütüsü, əl-üz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri oradan götürülməmişdir. 26.Cavabdeh apellyasiya şikayətinin dəlillərində, eyni zamanda məhkəmə kollegiyasının iclasında verdiyi izahatında tələb olunan qızıl-zinət əşyalarının mövcud olduğunu təsdiq etmiş və göstərmişdir ki, Aynur xəstə olarkən onu xəstəxanaya aparmaq məqsədi ilə bacısı Lalənin (cavabdehin bacısı) evinə gətirmiş, həmin vaxt Aynurun qızılları üzərində olmuşdur. Aynuru bacısıgilə qoyub toya getmiş, bu vaxt ona xəbər vermişlər ki, Aynurun ata-anası gəlib Aynuru evlərinə aparmışlar.
27. İddiaçı nümayəndəsi (atası) X4 isə məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı həkimə getmək üçün cavabdehin bacısının evinə gələrkən, heç də bəzənib qızıl əşyası taxmazdı, sadəcə həkim qəbulundan sonra cavabdehlə aralarında mübahisələri olmuş və qızının zəngi ilə gəlib onu aparmışdır. Bu vaxt onun üzərində heç bir qızıl əşyası olmamışdrır.
28. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. 29.Məhkəmə kollegiyası cavabdehin həmin apellyasiya dəlilini müzakirə edərək, hesab edir ki, iddiaçının xəstəxanaya getmək üçün cavabdehin bacısı evinə gələrkən üzərinə qeyd edilən qızıl zinyət əşyalarını taxması və xəstəxanaya qızıl əşyaları ilə getməsi məntiqli və inandırıcı görünmür. Digər tərəfdən, cavabdeh tərəf mübahisə edilən qızıl əşyalarının iddiaçı tərəfindən xəstəxanaya gedərkən aparmasına dair heç bir mötəbər sübut növü tədim etməmişdir. 30.Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının dəyəri ilə bağlı onu qeyd edir ki, işin 6-cı vərəqəsində olan mütəxəssis rəyi ilə müəyyən olunur ki, “X6” MMC tərəfindən verilmiş 1512.2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, təqdim edilən foto şəkillərə baxış keçirmiş və 1 komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (Sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) -2700 manat, 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzük (briliyant qaşlı) - 800 manat, 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat, 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) – 400 manat, 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) – 440 manat, 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat, müəyyən edilmişdir.Həmin rəyin mötəbərliyi kollegiyada şübhə doğurmur.
31. Tələb olunan cehiz əşyalarına gəldikdə isə iş materiallarına əlavə olunmuş Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Qəsəbəsi üzrə Ərazi İcra Nümayəndəsi Eldəniz Abdullayevin və hazırkı mübahisə tərəflərinin hər iki tərəfinin iştirakları ilə tərtib edilmiş 12 may 2022-ci il tarixli aktdan da görünür ki, həmin vaxt İddiaçı məxsus əmlaklar qızıl əşyaları, tozsoran, ütü, əl-üz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri istisna olmaqla, onun atası tərəfindən cavabdeh ailədən təhvil alınmışdır.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilmiuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. 33.Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin mübahisələndirilən hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-629/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 35.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-629/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.