Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1518/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(013)-354/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ərizənin təsviri hissəsində göstərilən 3758 manat dəyərində qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin və 50 manat mediyasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-354/2025 saylı 04 aprel 2025-ci il tarixli qətnaməsi ilə qeyd olunan iddia qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən vəsatət verilmişdir. Ağdam Rayon Məhkəməsinin Ağdam Rayon Məhkəməsinin 2(013)-354/2025 saylı 05 iyun 2025-ci il tarixli qərardadı ilə qeyd olunan vəsatət baxılmadan Cavabdeh qaytarılmışdır. Həmin qərardadla razı olmayan Cavabdeh məhkəməyə şikayət ünvanlayaraq Ağdam rayon Məhkəməsinin qeyd olunan qərardadı ləğv edilməsi məhkəmədən xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-354/2025 saylı 04 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair iddia ərizəsinə dair iş üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)-354/2025 saylı 05 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh şikayəti əsassız olduğundan təmin edilməmiş, qeyd olunan şikayət ərizəsi işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Şikayətə dair iş üzrə tərəflərdən hər-hansı etiraz və ya izahatlar apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəməm kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-354/2025 saylı 04 aprel 2025ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən vəsatət verilsə də, lakin həmin qətnamədən qanunda nəzərdə tutlmuş qaydada apellyasiya şikayəti verilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Beləliklə, kollegiyası hesab edir ki, şikayət aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-354/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-354/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1518/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1518/2025
31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver