Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-154/2023 27.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(040)-223/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 1 ədəd 585 əyarlı, 8 qramlıq, dəyəri 780 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 450 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı, 4 qramlıq, dəyəri 320 manat olan təkqaşlı brilyant üzük, 1 ədəd 585 əyarlı, 3 qramlıq, dəyəri 350 manat olan brilyant qaşlı sırğa, 1 dəst ümumi dəyəri 1900 manat olan komplekt (üzük, boyunbağı, sırğa, bilərzik), 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 340 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 330 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 6 qramlıq, dəyəri 380 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 9 qramlıq, dəyəri 630 manat olan nişan üzüyü, 1 ədəd 585 əyarlı, 6 qramlıq, dəyəri 480 manat olan “alyans” qaşlı üzük, 1 ədəd 585 əyarlı, 12 qramlıq, dəyəri 880 manat olan “reket” bilərzik, 1 ədəd 585 əyarlı, 3 qramlıq, dəyəri 240 manat olan klon, 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 400 manat olan sırğa (uşaq üçün) qızıl-zinət əşyalarının natura şəklində, naturada olmadıqda isə həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 7480 manat, ilkin mediasiya sessiyasından keçmək üçün ödədiyi 50 manat mediasiya xərci, həmçinin ödənilmiş 95 manat dövlət rüsumunun, cəmi 7625 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(040)-223/2022 nömrəli (hakim: H.Qəniyev) qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 oktyabr 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 26 may 2018-ci il tarixdə Aytən, 23 may 2020-ci il tarixdə isə Məryəm adlı uşaqları anadan olmuşdur. Toylarında ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Qızının ad günündə valideynləri uşağa qızıl sırğa hədiyyə etmişlər. Cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, lakin 2019-cu ilin noyabr ayında böyük qızı xəstələnmiş və uşağın bədənində yaralar əmələ gəlmişdir. Uşağı müalicə etdirmək lazım olduğunu bildirdikdə cavabdeh uşağı onun ata və anasının müalicə etdirməli olduğunu deyib, əsassız şəkildə onu evdən qovmuşdur. Qovularkən, yəni 2019-cu ilin noyabr ayında ona məxsus bütün qızıl-zinət əşyalarını əlindən almış və verməmişlər. O, məcbur olub atası evinə qayıtmış və öz ata və anasının maddi köməkliyi ilə uşağını müalicə etdirmişdir. Həmin vaxt, o, hamilə olmuş, cavabdeh və onun valideynləri şikəst olduğunu deyib uşağı qeyri-təbii yolla məhv etdirməyi, əks halda onu qəbul etməyəcəklərini demişlər. O isə bunu edə bilməmişdir. Bundan sonra qızıl-zinət əşyalarını istədikdə cavabdeh həmin əşyaları qaytarmamışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamədə qeyd edilir ki, “qızıl tələbi ilə bağlı polisə heç bir şikayət etməmiş, əvvəllər cavabdehə qarşı əmlak (avtomobil) tələbinə dair iddia qaldırsa da, qızıl-zinət əşyaları tələb etməmişdir”. Halbuki məhkəmə onun sözlərini təhrif etmişdir. O, iddia ərizəsində və məhkəmə baxışında bildirmişdir ki, cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, 2019-cu ilin noyabr ayında böyük qızları Aytən xəstələnmiş, bədənində yaralar əmələ gəlmişdir. Uşağı müalicə etdirmək lazım olduğunu bildirdikdə cavabdeh uşağı atan və anan tərəfindən müalicə etdirərsən deyib onu əsassız olaraq evdən qovmuşdur. Evdən çıxarkən, yəni 2019-cu ilin noyabr ayında ona məxsus olan bütün qızıl-zinət əşyalarını cavabdeh onun əlindən almış və verməmiş, o, məcbur olub atası evinə qayıtmış və öz ata və anasının köməkliyi ilə uşağını müalicə etdirmişdir. Həmin vaxt o, ikinci uşağa hamilə olmuşdur. Cavabdeh və onun valideynləri onun bətnində olan uşağın şikəst olduğunu deyib uşağı qeyri-təbii yolla məhv etdirməyi, əks halda onu qəbul etməyəcəklərini bildirmişlər. Bunu etmədiyi üçün onu evdən qovub, ona hədiyyə edilən qızıl-zinət əşyalarını əlindən almışlar. Geri istədikdə cavabdeh həmin əşyaları qaytarmamışdır. Qızılların hamısı ər evində sandıqda olmuş, sandığın qapağı açıq olmuş və bir müddət sonra qayıdıb paltarlarını götürəndə sandıqda qızıllar olmadığını görmüşdür. Daha doğrusu qızılları geri istəyəndə cavabdeh verməmişdir. O, 17 dekabr 2019-cu il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, qaynatası Muxtarov Həşim və qaynanası Muxtarova Səbiyyənin yaşadığı evdən ona və uşağına məxsus paltarları və qızıl əşyalarını götürməyə icazə vermədiklərini bildirmişdir. Onunla bərabər Mingəçevir Şəhər Polis Şöbəsinin rəis müavini Şahin müəllimlə birlikdə uşağı ilə evdən qovulduğu Mingəçevir şəhər məcburi köçkünlər üçün yaşayış yeri olan JB-5 evə getmiş, cavabdeh və valideynləri onun və uşağın paltarlarını versələr də, qızıl-zinət əşyalarını verməmişlər. Şahin müəllim bildirmişdir ki, eybi yox sonra qızıl-zinət əşyalarını tələb edərsən. O, 13 iyun 2022-ci il tarixdə polis şöbəsinə ərizə ilə müraciət etmiş, 17 dekabr 2019-cu il tarixdə şöbəyə müraciət etdiyi ərizənin araşdırılması barədə qərarın surətini istəmişdir. Şöbədən ona ərizənin surətini vermiş və bildirmişlər ki, bu barədə məhkəmə və ya vəkil sorğusu olduqda işə alınmış materialın surətini verə bilərlər. İşə alınmış materialda izahatına diqqət yetirəndə görmüşdür ki, izahatdakı imza onun deyildir, o, polisə şikayəti olmadığı barədə ərizə verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə 2017-ci ildə ailə qurmuşlar. O, 2019-cu ilin noyabr ayında böyük qızı xəstələnərək bədənində yaralar əmələ gəlmişdir. O, Cavabdeh qızlarını müalicə etdirmək lazım olduğunu bildirmiş, cavabdeh isə ona uşağı atan və anan tərəfindən müalicə etdirərsən sözlərini deyərək onu əsassız olaraq evdən qovmuşdur. Evdən çıxarkən, yəni 2019-cu ilin noyabr ayında ona məxsus olan bütün qızıl-zinət əşyalarını cavabdeh onun əlindən almış və verməmiş, o, məcbur olub atası evinə qayıtmış və öz ata və anasının köməkliyi ilə uşağını müalicə etdirmişdir. Bundan sonra 17 dekabr 2019-cu il tarixdə ona məxsus qızıl və digər əşyalarının cavabdehdən götürülməsi ilə balı köməklik göstərmələri üçün Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsindən ona bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Lakin sonradan ona məlum olmuşdur ki, guya o, tələb etdiyi qızıl və digər əşyaları ona qaytarıldığından cavabdehə qarşı heç bir tələbinin olmaması barədə polis şöbəsində izahat vermişdir. O, həmin məzmunda izahat verməmiş və həmin izahat onun tərəfindən yazılmamışdır. Cavabdeh onun qızıl əşyalarını qaytarmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, iddia tələbləri ilə məhkəməyə müraciət edilməsi üçün Göygöl rayonunda Namiq adlı vəkilə etibarnamə vermiş, vəkil onun işlərini səhv aparmış, qızılla bağlı iddia qaldırmamışdır. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 17 dekabr 2019-cu il tarixli İddiaçı tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı onun qaynatası Muxtarov Həşim və qaynanası Muxtarova Səbiyyənin yaşadığı ünvandan ona və uşağına məxsus paltarları və qızıl əşyalarını götürməyə icazə verilmədiyini qeyd etmiş və bu barədə köməklik göstərilməsini xahiş emişdir; 25 dekabr 2019-cu il tarixli İddiaçı tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinə verilmiş izahatdan görünür ki, “yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. Yazaraq onu bildirirəm ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Ərizəmdə onu bildirmişəm ki, qaynatam Muxtarov Həşim qaynanam Muxtarova Səbiyə ərdə olduğum ünvandan mənə məxsus olan paltarlarımı götürməyə icazə vermir. Sonradan söhbətlər əsasında mənə məxsus olan əşyaları mənə qaytardılar. Odur ki, qaynatam Muxtarov Həşim qaynanam Muxtarova Səbiyədən heç bir şikayət tələbim yoxdur. İzahat mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu. Heç bir əlavə yoxdur. Düzgünlüyünü öz imzamla təsdiq edirəm”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/131 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan xx.xx.2019-cu il tarixli izahatdakı “yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. Yazaraq onu bildirirəm ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Ərizəmdə onu bildirmişəm ki, qaynatam Muxtarov Həşim qaynanam Muxtarova Səbiyə ərdə olduğum ünvandan mənə məxsus olan paltarlarımı götürməyə icazə vermir. Sonradan söhbətlər əsasında mənə məxsus olan əşyaları mənə qaytardılar. Odur ki, qaynatam Muxtarov Həşim qaynanam Muxtarova Səbiyədən heç bir şikayət tələbim yoxdur. İzahat mənim sözlərimlə yazıldı, mənə ucadan oxundu. Heç bir əlavə yoxdur. Düzgünlüyünü öz imzamla təsdiq edirəm. İddiaçı” əlyazmaları və “imza:” qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Gəncə Şəhər Mərkəzi Univermağının qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssisi Elmar Kərimli tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan brilyant qaşlı üzük – 560 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan tək qaşlı brilyant üzük – 280 manat, 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan 1 brilyant qaşlı tana – 210 manat, 585 əyarlı qızıldan hazırlanmış 33 qram çəkidə olan komplekt (üzük, sep, sırğa, bilərzik) – 2640 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan sadə qaşlı üzük – 420 manat, 585 əyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan nişan üzüyü – 630 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan alyans üzük – 420 manat, 585 əyarlı qızıldan hazırlanmış hər biri 12 qram çəkidə olan reket bilərzik – 840 manat, 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sep klonlu – 210 manat və 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan uşaq üçün sırğa – 350 manat. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(040)-223/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübut edilməmiş, iddiaçı mübahisəli qızıl-zinət əşyalarının cavabdehdə olduğunu və ona qaytarılmadığını bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə dindirilmiş şahid iddiaçı ilə qohumluq münasibətindədir, iddiaçının xalasıdır, yalnız həmin bir nəfər şahidin ifadəsinə əsaslanmaqla sübutların kifayət hesab edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, eləcə də məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Bu hallar isə Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı kollegiya aşağıdakıları göstərir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı 05 oktyabr 2017-ci il tarixdə Cavabdehla rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan aralarında münaqişələr yaranmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və onların birgə nikahlarından olan 23 may 2020-ci il təvəllüdlü qızları Məryəm Muxtarlının anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İddiaçıya toy zamanı 1 ədəd 585 əyarlı, 8 qramlıq brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı, 5 qramlıq brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı, 4 qramlıq təkqaşlı brilyant üzük, 1 ədəd 585 əyarlı, 3 qramlıq brilyant qaşlı sırğa, 1 dəst komplekt (üzük, boyunbağı, sırğa, bilərzik), 1 ədəd 585 əyarlı, 5 qramlıq sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 5 qramlıq sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 6 qramlıq sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 9 qramlıq nişan üzüyü, 1 ədəd 585 əyarlı, 6 qramlıq “alyans” qaşlı üzük, 1 ədəd 585 əyarlı, 12 qramlıq “reket” bilərzik, 1 ədəd 585 əyarlı, 3 qramlıq kulon, 1 ədəd 585 əyarlı, 5 qramlıq sırğa (uşaq üçün) qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı iddia etmişdir ki, 2019-cu ilin noyabr ayında evdən qovulmuş və ona məxsus qızıl-zinət əşyaları cavabdehlə birgə yaşadıqları evdə qalmışdır. Həmin qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də, qızıllar ona qaytarılmamışdır. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı qanunvericiliyin aşağıda qeyd olunan normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl zinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materialları ilə qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə, habelə işdə olan foto şəkillər ilə təsdiq olunur. Eyni zamanda cavabdeh tərəfindən qızılların mövcudluğu, habelə iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı tərəfindən iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğu və onun mülkiyyətində olması sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır. Artıq müəyyən edilməli olan ikinci hal və mübahisənin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələ qızılların tərəflərdən hansının sahibliyində qalmasının müəyyən edilməsidir ki, bu da iddiaçının evdən çıxma şəraiti tədqiq edilməklə müəyyən edilməlidir. Bu aspektdən işin halları araşdırılarkən həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması müəyyən olunur. Belə ki, İddiaçı izahatında bildirmişdir ki, 2019-cu ilin noyabr ayında cavabdehlə birgə yaşadıqları evdən sonuncu tərəfindən qovulmuşdur. Eləcə də evdən qovularkən ona məxsus qızılzinət əşyaları cavabdeh tərəfindən onun əlindən alınmışdır. Bundan sonra qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də, sonuncu qızılları ona verməmişdir. 17 dekabr 2019-cu il tarixdə ona məxsus qızıl və digər əşyaların cavabdehdən götürülməsi ilə bağlı köməklik göstərmələri üçün Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Lakin sonradan ona məlum olmuşdur ki, guya o, tələb etdiyi qızıl və digər əşyaları ona qaytarıldığından cavabdehə qarşı heç bir tələbinin olmaması barədə polis şöbəsində izahat vermişdir. O, həmin məzmunda izahat verməmiş və həmin izahat onun tərəfindən yazılmamışdır. Lakin cavabdeh tərəf iddiaçının həmin dəlillərini təkzib edərək, iddiaçının qızıl-zinət əşyalarını evdən çıxıb gedən zaman özü ilə apardığını göstərmişdir. İddiaçının yuxarıda göstərilən arqumentlərinə əsasən məhkəmə kollegiyası tərəfindən müvafiq qərardad qəbul olunaraq Mingəçevir şəhər Polis Şöbəsində 25 dekabr 2019-cu il tarixdə verilmiş izahatda göstərilmiş imzaların iddiaçı tərəfindən icra olunub-olunmaması ilə bağlı iş üzrə məhkəməxəttşünaslıq eksperizası təyin olunmuş və məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, həmin izahatdakı əlyazmalar və imza İddiaçı tərəfindən icra olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi, yəni ona məxsus iddia etdiyi qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması qənaətinə gəlməyə əsas verir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf iddiaçının qızıl-zinət əşyalarını evdən çıxıb gedən zaman özü ilə apardığını israrla bildirsə də, lakin bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid X2 (iddiaçının xalası) vermiş olduğu ifadəsində bildirmişdir ki, o, özü Arzuya reket bilərzik və üzük almışdır. Arzu qızılları ər evində qoyub gəlib, oradan gələndə Arzunun çantasında uşağın üç ədəd əşyası olub. Arzu ona bildirmişdir ki, ər evindən paltarlarını götürəndə görüb ki, qızılları yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 bildirmişdir ki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını və sənədlərini onların evindən gedərkən özü ilə aparmışdır. Həmin vaxt onlara iddiaçının xalası və qonşusu da gəlmişdir. Göründüyü kimi şahid X2 tərəflər arasındakı mübahisədə bilavasitə iştirak etmiş olduğundan hazırkı işlə bağlı məlumatlı şəxsdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, həmin şahid iddiaçının xalası olsa da, lakin şahidin mübahisənin həllində maraqlı olması, habelə iddiaçı ilə qohumluq əlaqələrindən sui-istifadə edərək qeyri-obyektiv ifadə verməsi halları müəyyən edilmir. Belə ki, şahidin vermiş olduğu ifadə işin müəyyən edilmiş həqiqi halları ilə də uyğun gəlir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunan şahid ifadəsini səmimi və inandırıcı qəbul edir və belə qənaətə gəlir ki, şahid ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, müəyyən olunur ki, hazırkı işdə iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, iddiaçı mübahisəli qızıl-zinət əşyalarının cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət əşyalarının qiyməti iddiaçının tələb etdiyi məbləğdə deyil, mütəxəssis rəyində göstərilən çəki və məbləğdə müəyyən edilməlidir. Belə ki, Gəncə Şəhər Mərkəzi Univermağının qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssisi Elmar Kərimli tərəfindən verilmiş 17 aprel 2022-ci il tarixli rəydən görünür ki, 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan brilyant qaşlı üzük – 560 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan brilyant qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan tək qaşlı brilyant üzük – 280 manat, 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan 1 brilyant qaşlı tana – 210 manat, 585 əyarlı qızıldan hazırlanmış 33 qram çəkidə olan komplekt (üzük, sep, sırğa, bilərzik) – 2640 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan sadə qaşlı üzük – 420 manat, 585 əyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan nişan üzüyü – 630 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan alyans üzük – 420 manat, 585 əyarlı qızıldan hazırlanmış hər biri 12 qram çəkidə olan reket bilərzik – 840 manat, 585 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sep klonlu – 210 manat və 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan uşaq üçün sırğa – 350 manat manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası bu rəyi sübut kimi qəbul edir. Çünki, rəy verilən zaman mübahisəli qızıl əşyalarının foto-şəkillərinə istinad edilmiş, həmin qızılların çəkisi, növü və əyarı müəyyən edilmişdir. Bu isə qızılların naturada mövcud olmadığı halda qiymətinin müəyyən edilməsi üçün mümkün olan yeganə üsuldur və mütəxəssisin gəldiyi nəticə ağlabatan olmaqla qəbul ediləndir. Mütəxəssis rəyində göstərilən məlumatları təkzib edən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə də məhkəmə bu rəyi sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan 585 əyarlı qızıldan hazırlanmış 33 qram çəkidə olan komplektin (üzük, sep, sırğa, bilərzik) dəyəri mütəxəssis rəyində 2640 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 350 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan sadə qaşlı üzük – 420 manat dəyərində müəyyən olunsa da, İddiaçı iddia tələbinəndə qeyd olunan qızıl-zinət əşyalarının dəyərini mütəxəssis rəyində müəyyən edilmiş qiymətdən aşağı qiymətə göstərmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbindən kənara çıxmanın müstəsna halı istisna təşkil edir. Ona görə də mülki prosessual qanunvericiliyin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılması barədə müddəalarına uyğun olaraq, mübahisə predmeti olan 585 əyarlı qızıldan hazırlanmış 33 qram çəkidə olan komplektin (üzük, sep, sırğa, bilərzik) dəyəri 1900 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 340 manat, 585 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan sadə qaşlı üzük – 330 manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan sadə qaşlı üzük – 380 manat dəyərində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüqui qiymət verməmiş nə nəticə etibarı ilə yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Həmçinin həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İşdən göründüyü kimi Cavabdeh məcburi köçkündür. Belə olan halda kollegiya hesab edir ki, o, məhkəmə xərclərini ödəməkdən azaddır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 manat və ilkin mediasiya xərci kimi ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin işdən müəyyən olunur ki, apellyasiya instansiyasında icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ekspertiza tədqiqatının dəyəri 138 manatın 100 manatı dövlətə aid edilməli, 38 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384, 385, 390, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(040)-223/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 1 ədəd 585 əyarlı, 8 qramlıq, dəyəri 560 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 350 manat olan brilyant qaşlı üzük, 1 ədəd 585 əyarlı, 4 qramlıq, dəyəri 280 manat olan təkqaşlı brilyant üzük, 1 ədəd 585 əyarlı, 3 qramlıq, dəyəri 210 manat olan brilyant qaşlı sırğa, 1 dəst ümumi dəyəri 1900 manat olan komplekt (üzük, boyunbağı, sırğa, bilərzik), 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 340 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 330 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 6 qramlıq, dəyəri 380 manat olan sadə qaşlı üzük, 1 ədəd 585 əyarlı, 9 qramlıq, dəyəri 630 manat olan nişan üzüyü, 1 ədəd 585 əyarlı, 6 qramlıq, dəyəri 420 manat olan “alyans” qaşlı üzük, 1 ədəd 585 əyarlı, 12 qramlıq, dəyəri 840 manat olan “reket” bilərzik, 1 ədəd 585 əyarlı, 3 qramlıq, dəyəri 210 manat olan klon, 1 ədəd 585 əyarlı, 5 qramlıq, dəyəri 350 manat olan sırğa (uşaq üçün) naturada, naturada verilməsi mümkün olmadıqda isə onların dəyəri 6800 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 (doğsan beş) manat və ilkin mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manatın 100 (yüz) manatı dövlətə aid edilsin, 38 (otuz səkkiz) manatı isə İddiaçı alınaraq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-154/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-154/2023
27.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver