Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1716/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil3, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X4, cavabdeh Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru X5 və nümayəndəsi – Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı 16.*1.2*23-cü il tarixdə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil idarəsi 8 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Aynur Həsənovanın şəxsində verilmiş *9.12.2*22-ci il tarixli 239 nömrəli əmrini ləğv edərək onun həmin müəssisədəki işinə bərpa edilməsi, ona ödənilməmiş noyabr ayının əmək haqqından əksik ödənmiş məbləğin və işdən əsassız çıxarılmağına görə məcburi buraxılmış müddət üçün əmək haqqının hesablanaraq, ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 28.*2.2*23-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli orta məktəbinin direktoru vəzifəsini icra edən Aynur Həsənovanın 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nömrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli tam orta məktəbin texniki işçisi vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, o, 1995-ci ildən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsində çalışır. Fəaliyyəti müddətində həmişə nizam-intizamlı olmuş, əmək funksiyasını layiqli şəkildə yerinə yetirmişdir. İşdən azad olunduğu tarixədək heç vaxt rəhbərlik tərəfindən məzəmmət olunmamış, töhmət və ya xəbərdarlıq almamışdır. İşlədiyi məktəbin tərtibat işlərində, məktəb zalının tərtibatı və dizayn işlərində, tədbirlərin təşkilində, məktəbin cədvəllərinin tərtibatında - bir sözlə bütün işlərdə fəal olmuş, vicdanla işləmişdir. Orta məktəbi bitirən vaxtdan bu günlərə kimi bütün iş həyatı bu məktəblə bağlı olmuşdur. Qabiliyyətli olduğuna görə müəssisənin o vaxtkı rəhbəri Lətifə Quliyeva ona ixtisas təhsili almağı tövsiyə etmiş və onu məktəbdə rəsm üzrə dərnək rəhbəri və ya müəllimə vəzifəsinə qəbul etməyə söz vermişdir. Beləliklə, o, 2***- 2**3-cü illərdə əmək təlimi və rəsmxət müəllimi ixtisası üzrə X18 bitirmişdir. Lətifə müəllimə təqaüdə çıxdıqdan sonra müəssisəyə yeni rəhbər təyin edilmişdir. Bu zaman ona məlum olmuşdur ki, onun məktəbin rəsm dərnəyi üzrə dərnək rəhbəri vəzifəsinə keçməyi ona görə mümkün olmamışdır ki, keçmiş direktor Lətifə Quliyeva həmin vəzifəyə öz gəlinini işə götürmüşdür. 15 sentyabr 2*22-ci il tarixdə məktəbə direktor vəzifəsinin müvəqqəti icra edilməsi üçün Təhsil İdarəsindən metodist Aynur Həsənova təyin edilmişdir. Aynur Həsənova gələn vaxtdan etibarən nədənsə məhz onunla sərt və qərəzli davranmağa başlamışdır. Aynur Həsənova Təhsil İdarəsindən məktəbə təhkim olunmuş məsləhətçi ilə birlikdə iclas etmiş və şifahi bölgü təyin etmişdir. Belə ki, tamamilə qərəzli münasibət göstərərək ona qarşı ədalətsizlik etmişdir. O, allergiyalı xroniki bronxit və xroniki rinit xəstəsi olduğunu Aynur Həsənovanın nəzərinə çatdırmış və bölgüyə etiraz etmişdir. Lakin buna baxmayaraq Aynur Həsənova onunla rəhbər işçiyə yaraşmayan tərzdə davranmaqda davam etmişdir. O, Təhsil İdarəsinə bu barədə rəsmi ərizə ilə məlumat vermişdir. Məktəbdə xadimə olmayan və onun kimi texniki işçi vəzifəsində olan cəmi 5 nəfər vardır və onlardan biri analıq məzuniyyətindədir. O, Təhsil İdarəsinə şikayət etdikdən sonra şikayətin cavabı Aynur Həsənovaya gəlmiş və o daha da hiddətlənərək həmin ay, yəni 2*22-ci ilin noyabr ayında onun əmək haqqını kəsmişdir. Aynur Həsənova nəinki onun hüquqlarını bərpa etməmiş, hətta daha sonra onun davamlı şəkildə işə gəlməyinə baxmayaraq heç bir rəsmi xəbərdarlıq etmədən, heç bir digər hüquqi addım atmadan bütün maddi hüquq normalarını pozaraq 13.12.2*22-ci il tarixdə onu işdən azad etmişdir. Beləliklə, ona məlum olmuşdur ki, onun iştirakı olmadan, izahatı alınmadan, xəbərdarlıq edilmədən *8.12.2*22-ci il tarixdə Həmkarlar Komitəsinin iclası keçirilmiş və *9.12.2*22-ci il tarixdə onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*-ci maddənin “ç” bəndi ilə ləğv edilməsi barədə əmr imzalanmışdır. Beləliklə, ona qarşı haqsızlıq edilmişdir. Qadın olduğuna görə əmək qanunvericiliyində ona müəyyən güzəştlər edilməsi nəzərdə tutulduğu halda, əksinə ona qarşı ayrı-seçkilik edilmiş və rəhbərliyin qərəzli münasibətinin qurbanı olmuşdur. Bütün yuxarıda göstərilən faktlar və hüquq normaları onu göstərir ki, onun əmək hüquqları çox kobud şəkildə pozulmuşdur. Əmək qanunvericiliyi ilə qadağan edildiyi halda, ona qarşı ayrıseçkilik edilmiş, qərəzli münasibət göstərilmiş, işə götürən Əmək Məcəlləsinin 71.2-ci bəndində göstərilmiş əsaslar olmadan qanunun 7*-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Onun əmək funksiyalarını yerinə yetirməməsi isə texniki işçi olduğu halda, ondan xadimə işlərinin görülməsinin tələb edilməsi ilə əlaqədar olmuşdur. Belə ki, o, xadimə olmadığına görə ondan xadiməyə aid işlərin icrasını tələb etmək qanunsuz və əsassızdır. Hətta hazırki tarixdən sonra da o, işinə bərpa edilsə belə xadiməyə aid işləri icra etməyəcəkdir. Bundan başqa, o, işə yalnız bir neçə dəfə gecikmiş, onun işə gecikməsi ilə əlaqədar akt tərtib olunarkən də o, işdə olmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli əmək müqaviləsi bildirişi ona 2*14-cü il tarixdə təqdim edilməsinə və rəsmi sənədlərdə peşəsinin xadimə kimi qeyd olunmasına baxmayaraq, bu formal xarakter daşımışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, o, 1995-ci ildən texniki işçi işləyir, onun əmək müqaviləsində xadimə kimi işə qəbul olunmağı qeyd edilməmişdir və o, heç vaxtı xadimə işləməmiş, məktəbdə 1995-ci ildən çetryojçu-rəssam işləmişdir. Ancaq onu işdən çıxararkən xadimə vəzifələrini icra etmədiyinə görə işdən çıxarılmışdır. Bu səbəbdən hesab edir ki, qətnamə qanunsuzdur və o, əvvəlki, yəni texniki işçi (çetryojçu-rəssam) vəzifəsinə bərpa olunmalıdır. İş materiallarında olan *1.*9.1995-ci il tarixli əmək müqaviləsində vəzifəsi olaraq M.P.Vaqif adına 8 №-li məktəbin texniki işçisi qeyd olunub, lakin müqavilədə əmək funksiyası kimi ƏM 1*-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələr və əmək funksiyalar göstərilmişdir. Bununla bağlı qeyd edir ki, onunla bağlanan əmək müqaviləsində əsas vəzifələr və əmək funksiyalardan başqa onun texniki işçi kimi əmək funksiyaları göstərilməmişdir. O dövrdə işə götürən direktor ona məktəbin çetryojçurəssam işlərinin görülməsini həvalə etmişdir. Həmin dövrdən də o, məktəbdə çetryojçurəssam olaraq işləyirdi. 2***-2**3-cü illərdə əmək təlimi və rəsmxət müəllimi ixtisası üzrə X18 bitirdiyindəm bu iş onun ixtisasına tam uyğun görülmüşdür. Lakin məhkəmə bu maddi hüquq normanı tətbiq etməmiş və nəticədə yanlış qərar qəbul etmişdir. Bu maddi hüquq normanı tətbiq etməyən məhkəmə nəzərə almamışdır ki, *9.12.2*22-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə 239 nömrəli əmrdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qeyd olunsa da, əmrdə hansı tarixdə bağlanmış əmək müqavilənin ləğv edilməsi konkret olaraq ləğv olunması əsaslandırılmamışdır. Həmçinin, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə onun tərəfindən əmək müqaviləsi üzrə vəzifə funksiyalarının və öhdəliklərin yerinə yetirilməsi qeyd olunsa da, onun əmək müqaviləsi üzrə hansı vəzifə funksiyalarının və öhdəliklərin yerinə yetirilmədiyi göstərilməmişdir. Bundan başqa, əmrdə qeyd olunur ki, onun vəzifə funksiyaları və öhdəlikləri əmək müqaviləsində qeyd olunmuşdur, lakin onunla bağlanan *1.*9.1995-ci il tarixli əmək müqaviləsində texniki işçi kimi vəzifə funksiyaları və öhdəlikləri göstərilməmişdir. Hesab edir ki, məhkəmə qeyd olunan prosessul hüquq normanı pozaraq iddia ərizəsində, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizədə qoyulan tələblər üzrə yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli tam orta məktəbin texniki işçisi vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi hissəsini təmin etməmişdır. Lakin məhkəmə iddia tələbinin 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nomrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi hissəsi ilə bağlı iddianın təmin olunub-olunmadığını müəyyən etməmişdir. Hesab edir ki, prosessual hüquq normanı pozan məhkəmə sübutları düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, məhkəmə *1.*9.1995-ci il tarixli cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsi ilə 26.*9.2*14-cü il tarixli, xxxxxxx***1** nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini əlaqəli şəkildə təhlil etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında yeganə əmək müqaviləsi vardır və həmin əmək müqaviləsi *1.*9.1995-ci il tarixdə bağlanmışdır. 26.*9.2*14-cü il tarixli, xxxxxxx***1** nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişidir və həmin bildiriş əmək müqaviləsi deyil və bildiriş tərəflər arasında heç bir öhdəlik yaratmır. Qeyd edir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi tərəflərin iradə ifadəsini əks etdirən sənəd deyil. Əmək müqaviləsi bildirişinin verilməsi üçün onun nə məlumatı nə də ki, imzası olmur. Həmçinin Bildirişdə əmək müqaviləsinin bağlandığı tarix *1.*9.1995-ci il tarix qeyd olunmuşdur. Bu da onu göstərir ki, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə *1.*9.1995-ci il tarixdə bağlanmış müqavilədir. Lakin məhkəmə bu halları araşdırmamış və onları öz qətnaməsində təhlil etməmişdir. Bundan başqa, məhkəmə işəgötürənin X21 Komitəsinə göndərdiyi təqdimatı və Həmkarlar İttifaqının buna münasibətdə verdiyi qərarı qarşılıqlı şəkildə araşdırmamışdır. Belə ki, Əmək Məcəlləsinin 8*-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir və təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Lakin işəgötürən müvafiq təqdimatı həmkarlar ittifaqına göndərir, təqdimatda öz mülahizələrini qeyd edir, lakin təqdimata müvafiq əsaslandırma sənədləri əlavə etmir. Təqdimat *6.12.2*22-ci il tarixdə göndərilir və *8.12.2*22-ci il tarixdə qərar qəbul edir. Həmkarlar İttifaqının qərarında iki nəfər sədr-Qalibə Tağıyevanın və katib Vüsalə Əmiraslanovanın iştirakı ilə baxıldığı qeyd olunur. Lakin qərarın çıxışlar hissəsinə Həmkarlar Təşkilatının sədr müavini Nazim Qarayevin və məktəbin direktor müavini Vüsal Tarverdiyevin çıxış etdikləri görünür. Xüsusilə də direktor müavini Vüsal Tarverdiyevin çıxıçı maraq yaratmışdır. Belə ki, o çıxışında onun tərəfindən üzərinə düşən işi yerinə yetirmədiyi və koridorlarda boş-bekar gəzərək tabelə qol çəkmədiyini bildirmişdir. Lakin direktorun təqdimatında isə onun işə 9:**-dan sonra gəlib 15:**-dan tez iş yerini tərk etdiyi qeyd olunmuşdur. Beləlilklə, Həmkarlar təşkilatının *8.12.2*22-ci il tarixli 29 nömrəli qərarı həqiqəti əks etdirmir və qərarda şübhəli məqamlar çoxdur. Həmkarlar komitəsinin qərarına şübhə edən digər əsas odur ki, həmkarların üzvləri Qalibə Tağıyeva, Nazim Qarayev, Vüsal Tarverdiyev 19.1*.2*22-ci il tarixdə onun davamiyyəti ilə bağlı tərtib edilmiş aktı öz imzaları ilə təsdiq etmişlər. Həmkarların üzvlərinin belə bir aktda imza etmələri onların funksiyalarına aid deyil. Həmçinin Həmkarlar Komitəsi tərəfindən iki gün ərzində qərar verir və o, iclasa dəvət edilmədiyindən həmin qərarın sübut kimi qəbul edilməsində məhkəmə səhvə yol vermişdir. Hesab edir ki, məhkəmə prosessual huquq normanı pozaraq məhkəmə öz qərarını iclasında tədqiq olunmuş sübutlarla yox, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru X14 və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, ümumtəhsil məktəblərində ştatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı və həmin qərara eyni tarixli Əlavələr əsasında müəyyən edilmişdir ki, həmin qərarda da ümumtəhsil məktəblərində çertyojçu-rəssam ştatı nəzərdə tutulmamışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində işləyir. O, vəzifəsini bir gündən bir fasilərlə icra edir. O, bəzi vaxtlar saat **:**-dan saat *8:**-a kimi, bəzi vaxtlar saat *8:**-dan saat 16:**-a kimi, bəzi vaxtlar isə saat 16:**-dan saat **:**dək növbədə olur. 2*22-ci ilin oktyabr-noyabr aylarında saat *8:**-dan saat 16:**-dək növbədə olduğu vaxtlarda bir neçə dəfə təxminən saat 11:** radələrində direktor A.M.Həsənova İddiaçı işə gəlib-gəlməməsi barədə ondan soruşmuşdur. Bununla əlaqədar o, İddiaçı məktəbdə axtarmış, lakin İddiaçı tapa bilməmiş və bu barədə müdriyyətə məlumat vermişdir. Bu hal 2*22-ci ilin oktyabr-noyabr aylarında 2-3 dəfə təkrarlanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini, tərbiyəçi və texnologiya müəllimi işləyir. İddiaçı o, məktəbin əməkdaşı olaraq tanıyır. İddiaçı “COVİD-19” virusu ilə əlaqədar elan edilmiş pandemiya dövründən əvvəl məktəbdə rəsmlə əlaqədar işlərin həyata keçirilməsində kömək etmişdir. Lakin pandemiya dövründən sonra məktəbdə tədbirlər keçirilməmiş və buna görə də rəsm işlərinə ehtiyac aradan qalxmışdır. İddiaçı əvvəllər davamiyyəti yaxşı olsa da, sonradan tez-tez işə gecikməyə, iş saatı bitmədən məktəbi tərk etməyə və ümumiyyətlə işə gəlməməyə başlamışdır. İddiaçı dəfələrlə xəbərdarlıq olunmuş, barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Lakin İddiaçı barəsində görülən tədbirlərə heç bir məhəl qoymamış, hətta tərtib olunmuş sənədləri imzalamaqdan və onların surətlərini almaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. O, İddiaçı məktəbin əməkdaşı olaraq tanıyır. İddiaçı mütəmadi olaraq işə gecikir və işdən evə tez gedirdi. İddiaçı tam ştatda olsa da, gün ərzində yalnız 3-4 saat işdə olurdu. İddiaçı əmək intizamına riayət etmədiyinə və əmək funksiyalarını yerinə yetirmədiyinə görə dəfələrlə töhmət elan edilmişdir. İddiaçı davamiyyəti və işinə olan laqeyd münasibətinə görə X21 Komitəsinin keçirdiyi iclasa dəvət olunmuşdur. Həmin iclas akt zalında keçirilmiş və o da orada iştirak etmişdir. İddiaçı iclasa gəlməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə dalandar vəzifəsini icra edir. O, İddiaçı məktəbdə oranın əməkdaşı kimi tanımışdır. O, özü işə səhər *8:**-da gəlib, saat 16:** gedir və iş bölgüsünə uyğun olaraq məktəbin həyətini süpürür. İddiaçı işə öz arzusundan aslı olaraq, işə istədiyi vaxt gəlib-gedirdi. Belə ki, İddiaçı müxtəlif vaxtlarda işə 1*:**-da, 11:**-da və yaxud 12:**-da gəlirdi. İddiaçı öz əmək funksiyalarının icrası tələb olunanda isə imtina edir və öz vəzifə öhdəliklərini həyata keçirmirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləyir. İddiaçı əvvəllər həmin məktəbdə onunla eyni işdə işləmişdir. Lakin ondan fərqli olaraq, İddiaçı təmizlik işlərini görməkdən imtina etmiş və bununla yanaşı xadimələrə qarşı pis rəftarı, onlarla eqoist davranışları ilə xarakterizə olunmuşdur. Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə bütün əməkdaşların, eləcə xadimələrin əmək bölgüsü hamıya bəlli olsa da İddiaçı ayrılmış sahələri təmizələməmiş, sinif otaqları və dəhliz kirli vəziyyətdə qalmışdır. Bununla bağlı müəllimlər və şagirdlər mütəmadi olaraq öz narazılıqlarını bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə işləyir. İddiaçı o, işlədiyi məktəbin əməkdaşı olaraq tanımışdır. Son zamanlar isə məktəbdə İddiaçı öz vəzifəsini icra etmək istəmədiyinə görə problemlər yaranırmışdır. Belə ki, İddiaçı öz üzərinə düşən öhdəlikləri həyata keçirməkdən imtina etmiş və buna səbəb olaraq isə əslində xadimə deyil, rəssam olduğunu göstərirmişdir. Həmçinin İddiaçı məktəbdən uzaq məsafədə yaşadığına istinad edərək, işə tez-tez gecikmiş və iş yerini iş saatından tez tərk etmişdir. İşdə olan **91119 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə *1.*9.1995-ci il tarixli 129 nömrəli əmr ilə texniki işçi vəzifəsinə qəbul edilmişdir. *9.12.2*22-ci il tarixli, 239 nömrəli əmr ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan *1.*9.1995-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsinə qəbul edilmişdir. İşdə olan 26.*9.2*14-cü il tarixli, xxxxxxx***1** nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə *1.*9.1995-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında işləyir. Onun məşğulluq təsnifatı üzrə vəzifəsi xadimə, əmək müqaviləsi üzrə isə texniki işçidir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X16 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi *1.*9.1995-ci il tarixli, xxxxxxx***1** nömrəli “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan AB-İİ seriyalı *97153 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2***-ci ildə X26 Kollecinə daxil olmuş və 2**3-cü ildə həmin kollecin “əmək təlimi” ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan *9.*8.2*21-ci il tarixli, 63 nömrəli tibbi arayışdan görünür ki, Bağırova X17 Muxtar Respublikasında “Düzdağ Otel FTM-də” *4.*8.2*21-ci il tarixdən 11.*8.2*21-il tarixədək speleoterapiya müalicəsində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 13.*9.2*22-ci il tarixli K-186 nömrəli əmrinin surətindən görünür ki, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icrası 14.*9.2*22-ci il tarixdən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin metodiki kabinetin metodisti X8 həvalə edilmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 24.1*.2*22-ci il tarixli 191 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, işə vaxtında gəlmədiyi üçün yazılı xəbərdarlıq verilmişdir. İşdə olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 24.1*.2*22-ci il tarixli aktından görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə verilmiş yazılı xəbərdarlığa imza atmaqdan imtina etmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 25.1*.2*22-ci il tarixli 192 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin texniki işçisi (xadiməsi) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq iş yerinə vaxtında gəlməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “2a” bəndinə uyğun olaraq töhmət elan edilmişdir. İşdə olan *3.11.2*22-ci il tarixindən M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin texniki işçilərinin vəzifə bölgüsündən görünür ki, İddiaçı 3-cü mərtəbədə sağ tərəfdə yerləşən 4 otaq və dəhliz həvalə edilmişdir. İddiaçı iş qrafiki saat *8:**-dan 16:**-dək müəyyən edilmişdir. Vəzifə bölgüsünü əks etdirən sənəd İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *3.11.2*22-ci il tarixli 2*9 nömrəli aktından görünür ki, *3.11.2*22-ci il tarixdə İddiaçı əri Hüseyn adlı şəxs məktəbə gələrək, məktəbin direktoru Aynur Həsənovaya, bəzi işçilərə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə təhsil sektorunun məsləhətçisi Aynur Əliyevaya səs tonunu yüksəldərək, yüksək səslə qışqıraraq hədələmiş, həmçinin onlara yuxarı orqanlardan zəng gələcəyi ilə şantaj etmişdir. İşdə olan Gəncə şəhəri üzrə təhsil sektorunun məsləhətçisi X27-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanladığı məlumatdan görünür ki, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin texniki işçisi (xadimə) İddiaçı *1.*9.1995-ci il tarixdə öz ərizəsi ilə məktəbə texniki işçi (xadimə) təyin olunmuşdur. Lakin o, məktəbdə rəssam kimi işə təyin olunduğunu iddia edir. Ona görə də o, 27 ildir ki, hər ay xadimə maaşı almağına baxmayaraq, məktəbdə xadimə işini görməyibdir. Texniki işçilərin tabel kitabına baxış zamanı müəyyən olundu ki, İddiaçı 17.1*.2*22-ci il tarixdə texniki işçilərin tabel kitabına qol çəkmir. Səbəb olaraq isə tabel kitabının məktəbin direktorunun otağında olduğunu göstərir. Məktəb direktorunun məlumatına əsasən İddiaçı üzürsüz şəbədən işə vaxtında gəlib getmədiyinə görə tabel kitabına qol çəkmir. *3.11.2*22- ci il tarixdə saat *9:**-da texniki işçilərin davamiyyətinə baxış zamanı İddiaçı üzürsüz səbəbdən işdə deyildi. O, saat *8:**-da işdə olmağı təqdirdə saat *9:5*-də işə gəlmişdir. Səbəb olaraq isə yaşayış yerinin uzaq olmasını bildirir. *3.11.2*22-ci il tarixdən məktəbin texniki işçilərinin yeni iş bölgüsü təyin olundu. Bütün texniki işçilər iş bölgüsü ilə tanış olub imza çəkdilər. Lakin İddiaçı iş bölgüsü ilə tanış olub imza çəkmədi. Həmçinin o, İddiaçı iş bölgüsündə qeyd edilən ərazini təmizləməli olduğunu bildirdiyi üçün ona qarğış edərək, ona qarşı qərəzli olduğunu bildirdi. Təxminən saat 12:**-da İddiaçı həyat yoldaşı olduğunu iddia edən Hüseyn adlı şəxs məktəbə gələrək, yüksək səslə qışqıraraq, məktəbin bəzi işçilərini, direktoru və onu hədələyərək, yuxarı orqanlardan onlara zəng gələcəyi ilə şantaj etdi. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11.11.2*22-ci il tarixli 2** nömrəli əmrinin surətindən görünür ki, İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə, üzərinə düşən əmək funksiyası öhdəliklərini yerinə yetirmədiyinə, iş rejimini dəfələrlə pozduğuna, tez-tez işə gecikdiyinə və işdən tez getdiyinə görə ona dəfələrlə şifahi, 24.1*.2*22-ci il tarixdə isə yazılı xəbərdarlıq, 25.1*.2*22-ci il tarixdə isə töhmət verilmişdir. Lakin İddiaçı bundan nəticə çıxarmamış və qeyd edilən hallar noyabr ayı ərzində dəfələrlə təkrarlanmışdır. Buna görə də, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə ünvanladığı 14.11.2*22-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Həsənovanın iş bölgüsü ilə narazı olduğunu bildirmiş, ayrı-seçkiliyin aradan qaldırılmasında, qərəzli münasibətə son qoyulmasında ölçü götürülməsini xahiş etmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 22.11.2*22-ci il tarixli 219 nömrəli aktından görünür ki, 22.11.2*22-ci il tarixdə məktəbin texniki işçisi İddiaçı noyabr ayı ərzində ona verilən iş bölgüsündə nəzərdə tutulmuş otaqları təmizləməmişdir. Sinif otaqlarına baxış keçirildikdə otaqların tozlu və zibilli olduğu aşkarlanmışdır. Üzrsüz səbəbdən iş saatı 16:**-da qurtarmağına baxmayaraq 14:1*-da işdən getmişdir. İşdə olan təşkilati işlər üzrə direktor müavini X1 28.11.2*22-ci il tarixli təqdimatından görünür ki, məktəbin xadiməsi (kiçik xidmətedicisi) İddiaçı üçün ayrılmış təmizlik sahəsi, sinif otaqları 28.11.2*22-ci il tarixi üçün yenə də kirli, zibilli, natəmiz bir mənzərə əks etdirməkdədir. İş materiallarında olan Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X21 Komitəsinə X14 tərəfindən verilmiş *6.12.2*22-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı məktəbin texniki işçisi (xadiməsi) əmək intizamına riayət etmədiyinə görə, iş bölgüsünə uyğun olaraq ona verilən otaqları təmizləməməsi, vaxtında işə gəlmədiyi üçün 24.1*.2*22-ci il tarixdə yazılı xəbərdarlıq verilmiş, 25.1*.2*22-ci il tarixdə töhmət və 11.11.2*22-ci il tarixdə intizam tənbehi barədə şiddətli töhmət verilmişdir. Bundan nəticə çıxardıb əməllərinə dönüş yaratmaqdansa, yenə də ona verilən otaqları təmizləməməkdə, məktəbə gəlib heç bir iş görməməkdə davam etmiş, məktəbin ştat işçisi olmağına baxmayaraq işə saat *9:**-dan sonra gəlib 15:**-dan tez iş yerini tərk etmişdir. Bütün bunları, ən əsası da əmək intizamını ciddi şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddənin “ç” bəndinə əsasən tutduğu işdən azad edilməsinə münasibət bildirməsi xahiş edilmişdir (i.v.81). İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X1* sədri X6 *6.12.2*22-ci və *8.11.2*22-ci il tarixlərdə məktəb direktoru Aynur Həsənovaya ünvanladığı məlumatdan görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə *6.12.2*22-ci və *8.11.2*22-ci il tarixlərdə həmkarlar iclaslarına dəvət edilmişdir. Hər iki dəfə İddiaçı dəvəti qəbul etməmiş və iclaslarda iştirak etməmişdir. İşdə olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *8.12.2*22-ci il tarixli 228 nömrəli məktubundan görünür ki, işçilərin əmək haqqı onların gəldiyi iş günlərinə uyğun ödənilir. İddiaçı *1.11.2*22, *2.11.2*22 və 11.11.2*22-ci il tarixlərində işə gəlmədiyi üçün Mərkəzləşdirilmiş mühasibatlığına təqdim edilən işə davamiyyət tabelində onun həmin günlər üçün iş günü göstərilməmişdir və həmin səbəbdən də noyabr ayın əmək haqqı əvvəlki aylara nisbətən az olduğu gözləniləndir. İş materiallarında olan *8.12.2*22-ci il tarixli 29 nömrəli protokoldan görünür ki, həmin tarixdə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclasda bütün heyət üzvləri iştirak edərək verilmiş təqdimat müzakirə edilmiş, İddiaçı öz işinin öhdəsindən gəlmədiyinə, işə gec gəlib tez getdiyinə görə işdən azad olunmasına etiraz edilməmişdir. İşdə olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *9.12.2*22-ci il tarixli 239 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən *9.12.2*22-ci il tarixdən ləğv edilmiş və son haqq hesabın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan X14 tərəfindən X2* Xidməti Gəncə Regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimova ünvanlanmış məktubdan görünür ki, *6.12.2*22-ci il tarixdə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X21 Komitəsinə İddiaçı əmək intizamına riayət etmədiyinə dair təqdimata əsasən, *9.12.2*22-ci il tarixdə onunla bağlanan əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan X2* Xidməti Gəncə Regional ərazi şöbəsinin məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 saylı Qərarına 1 və 2 nömrəli əlavələrdən görünür ki, Respublikada fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində rəssam-çertyojçu ştatı nəzərdə tutulmamışdır. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 2*11-2*12-ci illər, 2*2*- 2*21-ci illər və 2*22-2*23-cü tədris illəri üçün inzibati təsərrüfatının yardımçı işçilərinin tarifləşmə siyahısından görünür ki, İddiaçı digər xadimələr kimi eyni miqdarda aylıq əmək haqqı nəzərdə tutulmuşdur və onun vəzifəsi çertyojçu-rəssam yax, xadimə göstərilmişdir. İşin halları ondan ibarətdir ki, İddiaçı və Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb arasında bağlanmış *1 sentyabr 1995-ci il tarixli əmək müqaviləsinə əsasən texniki işçi (xadimə) işinə qəbul edilmişdir. İddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə və müəssisədaxili intizam qaydalarını pozduğuna görə 24 oktyabr 2*22-ci il tarixdə ona xəbərdarlıq elan edilmiş, 25 oktyabr 2*22-ci il tarixdə töhmət və 11 noyabr 2*22-ci il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri verilmişdir. Lakin İddiaçı bundan sonra da əmək funksiyasını yerinə yetirməmiş və müəssisədaxili intizam qaydalarını pozmaqda davam etmiş, bununla əlaqədar 22 noyabr 2*22-ci il tarixdə akt tərtib olunmuş və *6 dekabr 2*22-ci il tarixdə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X21 Komitəsinə müraciət edilmişdir. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X21 Komitəsinin *8 dekabr 2*22-ci il tarixdə keçirilmiş iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması məsələsi müzakirə edilmiş və həmin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *9 dekabr 2*22-ci il tarixli 239 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsi əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi *9 dekabr 2*22-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür (Əmək Məcəlləsinin 68-c maddəsinin 1-ci hissəsi və 2-ci hissəsinin “a” bəndi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 8*-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə bu Məcəllənin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95-ci maddəsinin 1-ci hissəsinə görə iş vaxtının rejimi qaydaları – gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı texniki işçi (xadimə) peşəsi üzrə əmək funksiyalarını yerinə yetirməli olmuşdur. Lakin İddiaçı əmək müqaviləsində nəzərdə tutulan iş üzrə əmək funksiyasını yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı əmək funksiyasını icra etməməsinin səbəbi kimi onun həmin məktəbdə əmək müqaviləsi bağlanılan andan çertijoçu-rəssam kimi işlədiyini göstərmişdir. Halbuki illər üzrə tarifləşmə cədvəllərindən də göründüyü kimi ona əmək haqqı xadimə vəzifəsi üzrə hesablanmışdır. İddiaçı həmçinin məktəbin daxili intizam qaydalarını pozaraq işə vaxtlı-vaxtında gəlib-getməmişdir. Məktəb rəhbərliyinin əvvəlcə dəfələrlə şifahi xəbərdarlıqlarına, daha sonra yazılı xəbərdarlığına baxmayaraq İddiaçı məktəbin daxili intizam qaydalarını pozmaqda davam etmişdir. Ona görə də İddiaçı töhmət verilmişdir. Lakin iddiaçı yenə də işə gec gəlmiş, vaxtından tez getmiş, əmək funsiyası üzrə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd olunan intizam tənbehlərindən iddiaçı heç bir nəticə çıxarmamış, göstərilən hərəkətlərinə davam edərək işə vaxtlı-vaxtında gəlib-getməmiş, əmək funksiyası üzrə vəzifələrini icra etməmişdir. Ona görə də, İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, o, 1995-ci ildən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəblə əmək müqaviləsi bağlamış və çertiyojçurəssam işini icra etmişdir. Onun əmək müqaviləsində peşəsi kimi texniki işçi göstərilmiş, vəzifələrinin və öhdəliklərinin nədən ibarət olması qeyd olunmamışdır. O, heç vaxt xadimə işlərini görməmişdir. Əvvəlki işinə, yəni çertiyojçu-rəssam işinə bərpa olunmasını xahiş etmişdir. Əgər xadimə işinə bərpa olunarsa o, həmin işi icra etməyəcəkdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Göründüyü kimi İddiaçı ilə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru arasında bağlanmış *1.*9.1995-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı peşəsi məşğulluq təsnifatı üzrə xadimə, əmək müqaviləsi üzrə texniki işçidir və işlədiyi bütün illər üzrə xadimə kimi əmək haqqı almışdır. Lakin İddiaçı peşəsi üzrə vəzifələrini icra etməmiş, həmçinin işə gec gəlmiş, tez getmişdir. Göstərilən hallar iş materiallarına əlavə olunmuş sənədlərlə və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunur. Məktəb rəhbərliyi tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, intizam tənbehləri verilməsinə baxmayaraq iddiaçı heç bir nəticə çıxarmamışdır. Nəticə etibarilə İddiaçı əmək müqaviləsi Əmək Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları təsdiq edilmiş, orta ümumtəhsil məktəblərində texniki işçi, eləcə rəssam və ya buna bənzər digər ştat nəzərdə tutulmamışdır. Lakin apellyasiya şikayətində iddiaçı əvvəlki işinə, yəni çertiyojçu-rəssam işinə bərpa olunmasını xahiş etmiş və əgər xadimə işinə bərpa olunarsa o, həmin işi icra etməyəcəyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini də əsassız sayır. Bundan başqa iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddia tələbinin 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nomrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi hissəsi ilə bağlı iddianın təmin olunub-olunmadığını müəyyən etmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı 28.*2.2*23-cü il tarixdə, yəni məhkəmənin hazırlıq iclasının keçirilməsindən sonra (məhkəmənin hazırlıq iclası *6.*2.2*23-cü ildə keçirilmişdir) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və həmçinin 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nomrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.*.1, 392, 393, 4*2-4*6-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *6.*4.2*23-cü il tarixli, 2(125)-1194/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1716/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1716/2023
26.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver