Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-178/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: servitut Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı topaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(125)-1966/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 05 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 119,60 kv.m olan Gəncə şəhəri Mərdan Musayev küçəsində yerləşən 3 nömrəli ev və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, İddiaçı xüsusi mülkiyyətindədir;
2. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli, **********66-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 169,3 kvadratmetr olan ünvan 1 ünvanı və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla Cavabdeh xüsusi mülkiyyətindədir (fərdi yaşayış evinin texniki pasportunda evə gediş-gəliş yolu qonşu olan iddiaçının mülkiyyətindəki torpaq sahəsindən göstərilmişdir, texniki pasportda evin 2015-ci ildə inşa edildiyi göstərilmişdir);
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6618 nömrəli ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edir. İddiaçı adına qeydə alınmış **********03-10301 reyestr nömrəli texniki pasportun, torpaq sahəsinin planı səhifəsində, bu barədə qeyd olunmuşdur;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli 10/3088 nömrəli rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********66-10301 reyestr nömrəli çıxarışa əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvandakı 0.04 ha torpaq sahəsinə faktiki istifadə edilən gediş-gəliş yolundan başqa yol mövcud deyildir. Belə ki, Cavabdeh xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsi, başqa şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə həmsərhəddir. Ərazidə mövcud olan transformator, su artezyan quyusu və beton piltələr yerləşən torpaq sahəsi isə elektron kadastr məlumat bazasına istinadən başqa şəxsə məxsus **********0153 kadastr nömrəli torpaq sahəsinə aiddir;
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 18 iyul 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında 400 kv.m torpaq sahəsi (**********0153 kadastr nömrəli) X2 verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri Mərdan Musayev küçəsi, 3 saylı mülkü zəbt edilmiş 86 kvadratmetr torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpağın boşaldılmaqla ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpağın yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən almışdır. O, evi alan zaman Yusif Namiqi çağırıb bildirmişdir ki, “86 kvadratmetr torpağı əlindən almır, indi torpağı satır, torpağı alan şəxs nə vaxt tələb etsə, torpağı qaytar”. Cavabdeh isə torpağı qaytarmaq istəmir. Ona görə də cavabdeh ona məxsus 85 kv.m torpaq sahəsindən çıxarılmalı və torpaq boşaldılmaqla ona təhvil verilməlidir. İddia ərizəsinə əlavə etdiyi texniki pasportdan da məlum olur ki, cavabdeh ona məxsus 85 kv.m torpaq sahəsindən gediş yolu kimi istifadə edir.
8. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(125)-1966/2023 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi; Məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manatın Cavabdeh tutularaq, İddiaçı ödənilməsi; Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.1, 157.2, 157.4 və 164.1-ci, Torpaq Məcəlləsinin 84-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə onun arasında razılıq əsasında hazırda mübahisələndirilən torpaq sahəsi yol kimi istifadə edilməsi üçün onun istifadəsinə verilmişdir. Əvvəlki mülkiyyətçi onun istifadəsinə verdiyi yol hissəsindən sonra özünə aid torpaq sahəsini mişar daşı ilə təcrid edərək ayırmışdır. Onun mülkiyyətində olan evə həmin yoldan başqa digər giriş-çıxış yolu yoxdur. Onun adına olan ev dövlət reyestrində qeydə alınarkən məhz qonşusu tərəfindən onun yol kimi istifadəsinə verdiyi torpaq sahəsi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş və texniki pasportda da mülkün giriş-çıxış yolu olaraq bu öz əksini tapmışdır. Onun tərəfindən iddiaçıya məxsus əmlakın əvvəlki mülkiyyətçisinin (qonşusunun) torpaq sahəsi onun özünün razılığı ilə servitut qaydasında yüklü edilmişdir. Belə olan halda məhkəmənin onun mülkiyyətindən manesiz hərəkət etmək, evinə giriş-çıxış yolunu kəsməsi barədə qərar çıxarması əsassız və qanunsuz olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-671/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)- 1966/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
14. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2024-cü il tarixli 2(102)-1989/2024 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-671/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Yusif adlı şəxsin 0.08 ha torpağı olmuş, o, torpağı 2 hissəyə bölərək 0.04 ha hissəni iddiaçıya satmış, qalan 0.04 ha hissəni isə cavabdehə satmışdır. Lakin, cavabdehə satılan 0.04 ha hissəyə giriş-çıxış yolu olmadığından əvvəlki mülkiyyətçi cavabdehə öz torpağından (hazırda iddiaçıya məxsus olan) keçid verəcəyini bildirmiş, özünə məxsus hissəni satacağını proqnozlaşdırmamışdır. Lakin, bir müddət sonra Yusif adlı şəxs özünə məxsus torpaq sahəsini və evini satmaq qərarına gəlmiş və evi hazırkı iş üzrə iddiaçıya satmışdır. Bu zaman köhnə mülkiyyətçi iddiaçını cavabdehlə onun arasında olan razılaşma barədə məlumatlandırmış və iddiaçı tərəfindən həmin şərt qəbul edilmiş, evi bu şəkildə almağa razılaşmışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdehin ümumi yola başqa çıxışı yoxdur. Tərəflər arasında başqa cür şərtlərlə, əvəzləşdirmə və s. razılıq əldə edilə bilər.
17. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, evi 2020-ci ilin may ayında Yusif adlı şəxsdən almışdır. Müqavilə bağlandıqdan sonra Yusif adlı şəxs ilə birlikdə cavabdehin evinə getmişlər, Yusif cavabdehə evi ona satdığını bildirmiş, qonşuluqda yaşayan məcburi köçkünlər öz torpaqlarına qayıdana qədər onun həyətindən istifadə edə biləcəyini bildirmişdir. Lakin bir müddət sonra Namiqin həmin ərazidə tikinti apardığını görmüş, polisə şikayət etmiş və onların müdaxiləsi ilə tikinti dayandırılmışdır. Daha sonra özü cavabdehə təklif etmişdir ki, bələdiyyəyə müraciət edərək ona çıxış yolu açılmasını xahiş etsinlər. Əvvəlcə cavabdeh onunla razılaşsa da, sonradan fikrindən dönmüş, torpağı ona satmağını təklif etmişdir. O isə hətta 1000 manat verəcəkləri halda da torpağı satmayacağımı bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, alınmış ekspert rəyi ilə razı deyildir. Çünki, həmin ekspert torpağa baxış zamanı orada olmayıb. Qeyd edilən yerdən cavabdehin çıxa biləcəyi başqa torpaq sahəsi vardır. Əvəzləşdirmə ilə bağlı cavabdehlə razılığa gələ bilər.
18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2014-cü ildə torpaq sahəsi hasarla iki hissəyə ayrıldıqdan sonra torpağın əvvəlki mülkiyyətçisi Yusif adlı şəxs tərəfindən ona satılmışdır. Həmin vaxt torpağın mülkiyyətçisi torpaq sahəsindən ona ümumi yola zəruri keçid yolu da vermişdir. O isə 2014-cü ildə həmin torpaq sahəsində ev inşa etmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinintəmin edilməsini xahiş etmişdir.
19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında iddiaçı torpağın köhnə mülkiyyətisi ilə aralarındakı razılığa görə cavabdehə torpaqdan zəruri keçid yolu vermək şərtilə torpaq sahəsini satın aldığını bildirmişdir. Beləliklə, iddiaçı torpağın servitutla yüklü olmasından məlumatlı olmuş və bunu qəbul edərək torpaq sahəsini əvvəlki mülkiyyətçidən satın almışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı ilə hər hansı razılıq əldə edə bilməmişlər.
20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsinin alqı-satqısı zamanı satıcı Yusif adlı şəxs ona Namiqin 0.074 ha (iddiaçıya satılmış) hissədən istifadə etdiyini bildirmişdir. Belə çıxır ki, torpağı ona satan əvvəlki mülkiyyətçi onu aldatmışdır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehlə hər hansı razılıq əldə edə bilməmişlər, cavabdeh tərəfindən ona kompensasiya ödənilməsinə etirazı yoxdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
25. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
26. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
27. Maddə 255. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə 84.Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri Mərdan Musayev küçəsində yerləşən 0.08 ha torpaq sahəsi Yusif adlı şəxsin mülkiyyətində olmuşdur. 2014-2015-ci illərdə torpaq sahəsinin mülkiyyətçisi torpağı iki hissəyə bölərək mişar daşı ilə torpaqları hasarla ayırmış və torpağın bölünmüş 0.04 ha hissəsini Cavabdeh satmışdır. Eyni zamanda, torpağın mülkiyyətçisi (satıcı) torpağın özünə düşən hissəsindən cavabdehə (alıcıya) ictimai yola keçid üçün gediş-gəliş yolu vermişdir. Bundan sonra Cavabdeh satın aldığı torpaq sahəsində 2015-ci ildə fərdi yaşayış evi inşa etmişdir. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış, fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir (texniki pasportda fərdi yaşayış evinə gediş-gəliş yolu qonşunun mülkiyyətindəki torpaq sahəsindən göstərilmişdir). Bundan sonra Yusif adlı şəxs 2020-ci ildə torpaq sahəsinin qalan 0.04 ha hissəsini İddiaçı satmışdır. Alqı-satqı zamanı satıcı alıcıya torpaq sahəsindən Cavabdeh ictimai yola keçid üçün gediş-gəliş yolu verdiyini bildirmişdir. Alıcı da buna etiraz bildirməmiş və torpağı satın almışdır. İddiaçı aldığı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
41. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, iddiaçının özü iddia ərizəsində və məhkəmə iclaaslarında verdiyi izahatlarında göstərmişdir ki, mülkiyyətində olan evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən satın almış, həmin vaxt evin 0,04 ha həyətyanı torpaq sahəsinin 86 kv metr hissəsi cavabdeh-qonşu Cavabdeh istifadəsində olmuş, sonuncu torpaq sahəsində gediş-gəliş yolu kimi istifadə etmiş və 86 kv metr torpaq sahəsində cavabdehin istifadəsi satıcı Yusif adlı şəxsin razılığı ilə olmuşdur. Nəzərə alınmamışdır ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən ictimai yola başqa keçidi yoxdursa, onun iddiaçı qonşudan əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etmək, iddiaçının isə zəruri yola görə müvafiq kompensasiya tələb etmə hüququ vardır.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
43. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
44. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, Gəncə şəhəri Mərdan Musayev küçəsində yerləşən 0.08 ha torpaq sahəsi Yusif adlı şəxsin mülkiyyətində olmuşdur. 2014-2015-ci illərdə torpaq sahəsinin mülkiyyətçisi torpağı iki hissəyə bölərək mişar daşı ilə torpaqları hasarla ayırmış və torpağın bölünmüş 0.04 ha hissəsini Cavabdeh satmışdır. Eyni zamanda, torpağın mülkiyyətçisi (satıcı) torpağın özünə düşən hissəsindən cavabdehə (alıcıya) ictimai yola keçid üçün gediş-gəliş yolu vermişdir. Bundan sonra Cavabdeh satın aldığı torpaq sahəsində 2015-ci ildə fərdi yaşayış evi inşa etmişdir. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış, fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir (texniki pasportda evə gediş-gəliş yolu qonşunun mülkiyyətindəki torpaq sahəsindən göstərilmişdir).
45. Kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq hazırkı apellyasiya baxışı zamanı iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli 10/3088 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvandakı 0.04 ha torpaq sahəsinə faktiki istifadə edilən gediş-gəliş yolundan başqa yol mövcud deyildir. Belə ki, Cavabdeh xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsi, başqa şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə həmsərhəddir. Ərazidə mövcud olan transformator, su artezyan quyusu və beton piltələr yerləşən torpaq sahəsi isə elektron kadastr məlumat bazasına istinadən başqa şəxsə məxsus **********0153 kadastr nömrəli torpaq sahəsinə aiddir.
46. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
47. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
48. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, ekspert rəyi ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İddiaçı tərəf ekspert rəyinin qeyri-obyektivliyi barədə arqument irəli sürsə də, lakin bunu əsaslandıra ilməmiş, tədqiqat zamanı hansı yanlışlığa yol verildiyini göstərə bilməmişdir.
49. Bununla belə iddiaçı tərəf cavabdehə məxsus torpaq sahəsindən **********0153 kadastr nömrəli torpaq sahəsi vasitəsilə ictimai yola keçid olması, həmin torpağın bələdiyyəyə məxsus olması barədə arqument irəli sürsə də, lakin kollegiya bu arqumenti əsassız saymışdır. Ona görə ki, göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə verilmiş sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi bələdiyyəyə məxsus deyildir, Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında torpaq sahəsi (**********0153 kadastr nömrəli) X2 verilmişdir.
50. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən ictimai yola girişçıxış yolu mövcud deyildir. Məlumdur ki, hər hansı torpaq sahəsinin ictimai yola keçidi yoxdursa, həmin torpaq sahəsinin mülkiyyətçisi qonşu torpaq sahəsindən müvafiq ödəniş edilməklə, zəruri keçid verilməsini tələb edə bilər (MM maddə 175.1). Hazırkı işin hallarından da göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi həmin torpaq sahəsindən cavabdehlə (alıcı) ictimai yola keçid üçün gediş-gəliş yolunun verilməsi barədə razılıq əldə etmişlər. Eyni zamanda, iddiaçı torpaq sahəsini satın alan zaman da torpağın əvvəlki mülkiyyətçisindən ona məxsus olmuş torpaq sahəsindən cavabdehə ictimai yola giriş-çıxış üçün keçid verildiyi və cavabdehin həmin yoldan istifadə etdiyi barədə məlumat almış, buna hər hansı etiraz bildirməmiş və torpaq sahəsini həmin vəziyyətdə alqı-satqı yolu ilə əldə etmişdir. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin 74 kv.m hissəsindən cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu verildiyindən iddiaçının həmin hissəyə mülkiyyət hüququ məhdudlaşdırılmışdır.
51. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı;
4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
52. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan torpaq sahəsindən mülkiyyətçinin razılığı əsasında istifadə edən şəxsin hərəkətləri qanunsuz hesab edilmir. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya əvvəlki mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürdükdə mülkiyyətçinin hüquqları ilə yanaşı, üçüncü şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır.
53. Bu mənada kollegiyanın qənaətinə görə, İddiaçı ona məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu kimi verdiyi sahənin cavabdeh tərəfindən boşaldılmasını tələb etməkdə haqlı deyildir. Çünki, işin hallarından göründüyü kimi cavabdehin mülkiyyətindəki torpaq sahəsinə ictimai yoldan gediş-gəliş yolu mövcud olmamışdır. Buna görə də həmin torpağı cavabdehə satan qonşuluqdakı Yusif adlı şəxs (əvvəlki mülkiyyətçi) öz mülkiyyətində olan (hazırda iddiaçıya məxsus olan) torpaq sahəsinin 74 kv.m hissəsindən cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu vermişdir. Beləliklə, cavabdehə məxsus torpaq sahəsi təyinatı üzrə müstəqil sahə kimi istifadə üçün yararlı vəziyyətə gəlmiş, cavabdeh də qonşu torpaq sahəsinin mülkiyyətçisinin öz torpaq sahəsindən gediş-gəliş yolu (servitut) verməsi barədə razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla orada fərdi yaşayış evi inşa etmişdir. Xüsusilə diqqət yetirilməli haldır ki, iddiaçı torpaq sahəsini alan zaman torpağın bir hissəsindən cavabdehə ictimai yola giriş-çıxış üçün keçid verildiyi və cavabdehin həmin yoldan istifadə etdiyi, bir sözlə torpaq sahəsinin yüklü olması barədə məlumatı olmuşdur.
54. İşin bu vəziyyətində Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbləri nəzərdən keçirilməlidir. Həmin maddədə deyilir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (MM maddə 158.3).
55. Yuxarıda da qeyd edildiyi kimi, torpaq sahəsini əldə edən iddiaçı torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin torpağın bir hissəsindən cavabdehə ictimai yola girişçıxış üçün keçid verdiyi və cavabdehin həmin yoldan istifadə etdiyi barədə məlumatlı olmuşdur ki, bu halda torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçməsi cavabdehin həmin torpağın 74 kv.m hissəsindən ictimai yola giriş-çıxış üçün keçid hüququnun (servitut) xitamına səbəb olmur. Başqa sözlə, cavabdehin torpaq sahəsinə sözügedən hüququ saxlanılır və onun torpaq sahəsinin 74 kv.m hissəsindən istifadəsi qanuni əsaslara söykənir.
56. Məlumdur ki, mülki qanunvericiliyə görə, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: 1) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; 2) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; 3) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Bu üç hal məcmu şəkildə mövcud olduqda tələb təmin edilə bilər.
57. Hazırki iş üzrə birinci və ikinci hal mövcud olsa da, lakin üçüncü hal, yəni torpağa qanunsuz sahiblik və istifadə halı müəyyən edilmir.
58. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
59. Bununla belə iddiaçıya izah edilir ki, Mülki Məcəllənin 175.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ictimai yola keçid üçün cavabdehdən əvəz ödənilməsini (kompensasiya) tələb etmək hüququ vardır. Mübahisəyə bu cür yanaşma «bərabər mənafelərə bərabər münasibət» prinsipinə uyğun olmaqla mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunmasına nail olmaq məqsədi daşıyır.
60. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı yanlış nəticəyə gələrək iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
61. Bundan əlavə, işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı, habelə hazırkı apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+100=200) 200 (iki yüz) manat təşkil edir. Eyni zamanda, iddia ərizəsi verilməsi üçün 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(125)-1966/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddia ərizsi verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.