Məhkəmə qərarları › İş №2(104)-1805/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1805/2024

12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1805/2024 12.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1915/2024 saylı, 03 iyul 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan “MERCEDES BENZ 280” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin, 500 manat vəkil xidmət haqqının, 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunun və 100+1 manat dövlət rüsumunun cəmi 618 (altı yüz on səkkiz) manat maddi zərərin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbəni azaldaraq, 500 manat vəkil xidmət haqqının, 17 manat etibarnamə üçün ödənilmiş notariat rüsumunun və 100+1 manat dövlət rüsumunun cəmi 618 (altı yüz on səkkiz) manat maddi zərərin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1915/2024 saylı qərardadı ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı Cavabdeh qarşı “əmlak və maddi ziyan” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, Cavabdeh vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul alınıb İddiaçı ödənilsinə qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh xx.xx.2024-cü ildə tarixdə şikayət verərək, qərardadının ləğv olunmasına və iddianın təmin olunmamasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan “MERSEDES BENZ 280” markalı 50DL 545 dövlət qeydiyyat nişanlı minik avtomobilinin, 500 manat vəkil xidmət haqqının, 17 manat etibarnamə üçün ödəniş olduğu notariat rüsumunun və 100+1manat dövlət rüsumunun cəmi 618 manat maddi zərərin məndən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə isə MPM-nin 114.1.4-cü maddəsinə əsasən işə xitam vermiş və ondan vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb İddiaçı ödənilməsinə dair qərar qəbul etmişdir. Həmin vaxt Eyni əsaslarla onun cavabdehə qarşı iddia ərizəsi Gədəbəy rayon məhkəməsinin icraatında olmuşdur və Gədəbəy rayon Məhkəməsi həmin işi hazırkı işə birləşdirmək üçün Şəmkir rayon məhkəməsinə göndərmişdir və hətta həmin qərarı o, Şəmkir rayon Məhkəməsinə təqdim etmişdir. Amma Şəmkir rayon Məhkəməsi işləri birləşdirmək əvəzinə onun cavabdehə 300 manat ödəməyi barədə məhkəmə aktı qəbul etdi. Hansı ki, həmin avtomobil ümumiyyətlə İddiaçı deyildir və o, avtomobili etibarnamə ilə idarə etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1915/2024 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1915/2024 saylı, 03 iyul 2024-cü il tarixli qərardadı tam və həmin qərardadla bağlı 2(076)-1915/2024 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və tərflər arasında məhkəmə məsrəflərinin bölüşdürülməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini dəqiqləşdirərək yalnız məhkəmə məsrəflərini tələb etmişdir ki, iş üzrə icraata xitam verildiyi zaman məhkəmə məsrəfləri həll edilməli olduğundan iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini tələbdən imtina etməsi kimi qiymətləndirərək iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi nəticənin bu hissəsi ilə razılaşsa da, məhkəmə məsrəfləri hissəsində gəldiyi nəticə razılaşmır. Belə ki, həmin hissədə məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 160 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmış, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 hesabına 500 manat pul ödənilmişdir. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Birinci instansiya məhkəməsi iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini tələbdən imtina etməsi kimi qiymətləndirərək iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, MPM-nin 122.1-ci maddəsinin tələbləri baxımından onun çəkdiyi xərclər cavabdeh tərəfindən qismən ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Buna görə də, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1915/2024 saylı, 03 iyul 2024-cü il tarixli qərardadı tam və həmin qəaradadla bağlı 2(076)-1915/2024 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və məhkəmə xərclərinin bölşüdürülməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1915/2024 saylı, 03 iyul 2024-cü il tarixli qərardadı tam və həmin qərardadla bağlı 2(076)-1915/2024 saylı, 22 iyul 2024-cü il tarixli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Hazırkı iş üzrə məhkəmə xərclərinin bölşüdürülməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar