Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1808/2025 10.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Səttar oğlunun Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-451/2025 saylı qətnaməsindən İddiaçı Səttar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-451/2025 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı Səttar oğlunun Cavabdeh qarşı cavabdehdən 08 qram çəkidə 585 əyarlı barmağcıl 800 manat dəyərində, 12 qram çəkidə 585 əyarlı qızıl nişan üzüyü 1800 manat dəyərində, 03 qram cəkidə 585 əyarlı üzük 300 manat dəyərində, 2 qram çəkidə 585 əyarlı biləzik 200 manat dəyərində və İphone 14 Pro markalı telefon 2600 manat dəyərində əşyaların naturada və ya pulla dəyəri alınıb ona verilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Səttar oğlu apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Səttar oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 08 qram çəkidə 585 əyarlı barmağcıl 800 manat dəyərində, 12 qram çəkidə 585 əyarlı qızıl nişan üzüyü 1800 manat dəyərində, 03 qram cəkidə 585 əyarlı üzük 300 manat dəyərində, 2 qram çəkidə 585 əyarlı biləzik 200 manat dəyərində, cəmi 3100 manat pul və İphone 14 Pro markalı telefon 2600 manat dəyərində əşyaların naturada və ya pulla dəyəri alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(013)-2847/2024 saylı qətnaməsi ilə ondan qiyməti 1200 manat olan bir ədəd künc divanı, 80 manat iki ədəd divar saatı, 143 manat iki ədəd çilçıraq, 685 manat dörd ədəd pərdə, 1500 manat mətbəx mebeli, 800 manat soyuducu, 600 manat paltaryuyan, 70 manat şirəçəkən, 70 manat ətçəkən, 150 manat ütü və ütü masası, 140 manat iki ədəd soba (şiriniyyat və qril sobaları), 600 manat iki ədəd xalça, 300 manat servis qızılı dəsti, yemək, çay kofe dəstləri, 250 manat servis qara, qızılı işləməli, yemək, çay, kofe dəsti, 100 manat tozsoran, 260 manat üç ədəd yataq örtüyü, 160 manat dörd ədəd süfrə, 500 manat səkkiz ədəd yorğan, dörd ədəd döşək, 160 manat səkkiz ədəd yastıq, 180 manat altı ədəd mələfə dəstləri, 50 manat iki ədəd bədən dəsmalı, alt ədəd əl dəsmalı (məhrəba), yeddi ədəd mətbəx dəsmalı, 30 manat blinçik bişirən, 100 manat bir ədəd sandıq, 80 manat elektrik samovar, 50 manat güldan, 50 manat meyvə vazları, 50 manat çərəz qabları, 30 manat çaynik və çaydan dəsti, 100 manat qaşıq-çəngəl dəsti, 120 manat bakal, qrafin, bakal dəstləri (iki dəst), 30 manat boşqab, 100 manat şokolad, konfet qabı (xrustal), 100 manat qazan dəsti, 30 manat fıncan dəsti, 30 manat tort dəsti, 20 manat badə dəsti, 20 manat oxlov, dörddayaq, mərdanə dəsti, 30 manat bulud boşqabları və qaşıqları, 50 manat vedrə, dəmir ləyən, 100 manat bəzək əşyaları, ev üçün aksesuarlar, suvenirlər, 12500 manat yataq və qonaq mebeli dəsti, qiyməti 150 manat uşaq yatağı, 300 manat olan paltar şkafı, həmçinin uşaq üçün geyim və oyuncaq əşyaları, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq Cavabdeh verilməsi, həmçinin ondan 156 (yüz əlli altı) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh evdən gedərkən öz qızıl-zinət əşyalarını, ona hədiyyə edilmiş barmaqçılı (08 qr.585 əyar- 800 manat), nişan üzüyünü (12 qr.585 əyar- 1800 manat), üzüyü (03 qr.585 əyar- 300 manat), bilərziyi (02 qr.585 əyar- 200 manat) və birgə nigahda olan zaman atasının ona aldığı “İphone 14 Pro” markalı telefonu (2600 manat) özü ilə götürüb aparmışdır. Hazırda ona hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları və birgə nigahda olan zaman ona hədiyyə edilmiş İphone 14 Pro markalı telefon cavabdehdə qalmışdır. Ona görə də hesab edir ki, Cavabdeh qızından ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının, habelə birgə nigahda olan zaman ona hədiyyə edilmiş İphone 14 Pro markalı telefonu naturada və ya pulla dəyərinin ona verilməsinə dair qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş “Zəmanət Talonundan” göründüyü kimi Cavabdeh tələb etdiyi 2600 manat dəyərində 14 Pro 828 markalı telefon adına olmaqla ona məxsusdur və Cavabdeh tərəfindən ondan xəbərsiz öz atası evinə aparılanadək onun istifadəsində olmuşdur. İşin hallarından göründüyü kimi 2600 manat dəyərində telefon Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsini tətbiq etməli olduğu halda bu normanı da tətbiq etməmiş və nəticədə onun fərdi əmlak hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir ki, həmin İphone 14 Pro 828 markalı telefon qaynatası tərəfindən ona hədiyyə alındığı üçün özü ilə aparmışdır. O, birinci instansiya məhkəməsinin hazırlıq iclasında həmin telefonun sənədini məhkəməyə təqdim etsə də hakim bunu yazılı vəsatət qaydasında verməli olduğunu bildirərək telefonun sənədini qəbul etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət veməmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, guya ona iddianın təmin edilməsi üçün mötəbər sübutların təqdim edilməsi təklif edilsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasına Cavabdeh tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus olmasını təsdiq edəcək şahid qismində gətirdiyi və məhkəmənin iclas zalının qapısının qarşısında gözləyən X2, X1 və X4 şahid qismində dinirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə yenə də şahidlərin dindirilməsi barədə vəsətətini heç bir əsas olmadan təmin etməmiş və şahidləri də dindirməkdən imtina etmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılarkən mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri pozulmuş, qətnamə qanunla müəyyen edilmiş qaydada məhkəmə iclasında tədqi edilmiş sübutlarla əsaslandırılmamış, yalnız iddiaçının qərəzli və işin digər hallar ilə sübut edilməyən izahatına istinad edilmişdir. Birinci instansiya məhkəməsinin şikayət olunan qətnaməsnin əsaslandırıcı hissəsindən göründüyü kimi məhkəmə qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən edilən halları, habelə məhkəmənin iclasda iştirak edən şəxs kimi istinad etdiyi sübutların araşdırılması üçün heç bir şərait yaratmamış rədd etmək üçün gətirdiyi dəlillər göstərilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının evini tərk edərkən yalnız özünə məxsus əşyaları götürmüş, İphone 14 Pro markalı telefonu isə ona ali məktəbə qəbul olunması ilə əlaqədar hədiyyə olaraq qaynatası tərəfindən alınmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2847/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı qiyməti 1200 manat olan bir ədəd künc divanı, 80 manat iki ədəd divar saatı, 143 manat iki ədəd çilçıraq, 685 manat dörd ədəd pərdə, 1500 manat mətbəx mebeli, 800 manat soyuducu, 600 manat paltaryuyan, 70 manat şirəçəkən, 70 manat ətçəkən, 150 manat ütü və ütü masası, 140 manat iki ədəd soba (şiriniyyat və qril sobaları), 600 manat iki ədəd xalça, 300 manat servis qızılı dəsti, yemək, çay kofe dəstləri, 250 manat servis qara, qızılı işləməli, yemək, çay, kofe dəsti, 100 manat tozsoran, 260 manat üç ədəd yataq örtüyü, 160 manat dörd ədəd süfrə, 500 manat səkkiz ədəd yorğan, dörd ədəd döşək, 160 manat səkkiz ədəd yastıq, 180 manat altı ədəd mələfə dəstləri, 50 manat iki ədəd bədən dəsmalı, alt ədəd əl dəsmalı (məhrəba), yeddi ədəd mətbəx dəsmalı, 30 manat blinçik bişirən, 100 manat bir ədəd sandıq, 80 manat elektrik samovar, 50 manat güldan, 50 manat meyvə vazları, 50 manat çərəz qabları, 30 manat çaynik və çaydan dəsti, 100 manat qaşıqçəngəl dəsti, 120 manat bakal, qrafin, bakal dəstləri (iki dəst), 30 manat boşqab, 100 manat şokolad, konfet qabı (xrustal), 100 manat qazan dəsti, 30 manat fincan dəsti, 30 manat tort dəsti, 20 manat badə dəsti, 20 manat oxlov, dörddayaq, mərdanə dəsti, 30 manat bulud boşqabları və qaşıqları, 50 manat vedrə, dəmir ləyən, 100 manat bəzək əşyaları, ev üçün aksesuarlar, suvenirlər, 12500 manat yataq və qonaq mebeli dəsti, qiyməti 150 manat uşaq yatağı, 300 manat olan paltar şkafı, həmçinin uşaq üçün geyim və oyuncaq əşyaları, həmin əmlaklar olmadığı təqdirdə onların dəyərinin alınaraq Cavabdeh verilməsi, İddiaçı 156 (yüz əlli altı) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun tutulması, Cavabdeh İddiaçı qarşı olan iddiasının qalan - 600 manat olan televizor, qiyməti 40 manat bir ədəd divar saatı, hər birinin qiyməti 72 manat beş ədəd çilçıraq, cəmi qiyməti 515 manat üç ədəd pərdə, qiyməti 100 manat bir ədəd sandıq və ya dəyərinin, həmçinin qiyməti 600 manat divan kreslo dəsti, 800 manat böyük ekran televizor, 1000 manat iki ədəd kondisioner, 100 manat kitab rəfi, 600 manat üç ədəd böyük xalça, 150 manat mikrodalğalı soba, 600 manat qabyuyan maşın, 1200 manat məktəb mebeli, 300 manat mətbəx üçün stol, stul, divan dəsti, 500 manat soyuducunun dəyərinin yarı hissəsinin tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2096/2024 nömrəli qətnaməsindən İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Ağdam rayon İHB-nin Kəngərli kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2015-ci il tarixdə, 14 nömrə ilə bağlanmış nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları – xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anası, yəni iddiaçı Cavabdeh yanında saxlanılmışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən İddiaçı Səttar oğluna iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, İddiaçı Səttar oğlu məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir və mülkiyyətçi özünə məxsus olan əmlakı özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. Bu şərtlə ki, əmlakının ümumiyyətlə mövcudluğunu və həmin əmlakın digər tərəfindən qanunsuz sahibliyində olduğunu sübuta yetirsin. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasındakı nikah pozulmuş, hazırkı iş üzrə cavabdeh iddiaçıya qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırkı iş üzrə iddiaçı həmin iş üzrə məhkəmə iclasında iştirak edərək izahat vermiş, lakin özünə məxsus olan qızıl-zinət əşyalarının da cavabdehdə qaldığını bildirməmiş, hazırda isə məhkəməyə həmin xüsusatı, yəni ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə qaldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bir ədəd İphone 14 Pro markalı mobil telefona gəldikdə isə cavabdehin izahatından göründüyü kimi həmin telefon aparatı ona ali məktəbə qəbul olunması ilə əlaqədar qaynatası tərəfindən alınmışdır, lakin o, telefonun alınmasında iştirak etmədiyinə görə telefon iddiaçının adına alınmışdır. Alındığı gündən isə telefon həmişə onun istifadəsinə olmuşdur. Kollegiya cavabdehin izahatını daha inandırıcı sayaraq iddiaçının dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində göstərdiyi qızıl-zinət əşyalarının və mobil telefonun ona məxsus olduğunu bildirsə də onun dəlilləri nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında təsdiqini tapmamışdır. Ona görə də məkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegyası apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizələri hesab edərək qeyd olunanlara əsasən həmin dəlillərlə razılaşmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, ona görə də apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilıər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Səttar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-451/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1808/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1808/2025
10.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver