Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1834/2025 03.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X6 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(042)-856/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-421/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 30 yanvar 2025-ci il tarixdən başlayaraq, 29 mart 2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edimiş minumum əməkhaqının 0,5 misli qədər aliment Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
2. Gəncə 2 saylı mediasiya təşklatı tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırki mübahisə ilə bağlı mediasiya prosessi baş tutmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, dəyəri 800 manat olan qızıl-zinət əşyaları və 12135 manat olan cehiz əşyaları, eləcədə ödədiyi dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2022-ci ildə faktiki olaraq nikaha daxil olmuşlar, 29 mart 2024-cü ildə Adəm adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar. Cavabdehlə ailəli olduğu müddətdə ona hədiyyə olunmuş qızıl-zinət və cehiz əşyaları cavabdehdə qalmışdır, həmin əşyaları tələb etdikdə, cavabdeh qaytarmaqdan imtina etmişdir. Cavabdehdə cəmi dəyəri 800 manat olan çəkisi 42 qram, əyarı 750 olan 500 manat dəyərində üzük, çəkisi 3.8 qram ,əyarı 585 olan 300 manat dəyərində üzüyük, cəmi dəyəri 12,135 manat olan, yəni dəyəri 2700 manat olan yataq mebel dəsti, dəyəri 800 manat olan Taxt döşək, yorğan 1 ədəd, dəst yorğan üzləri, 2 ədəd yastıq, 2 ədəd örtük, dəyəri 500 manat olan pərdə karniz, dəyəri 200 manat olan çilçıraq, dəyəri 50 manat olan 2 ədəd ayı potası, dəyəri 100 manat olan xalça, dəyəri 220 manat olan tozsoran, dəyəri 40 manat olan ütü, dəyəri 200 manat olan 5 ədəd qranit qazan dəsti, dəyəri 50 manat olan tava, dəyəri 30 manat olan taxta qaşıq dəsti, dəyəri 45 manat olan 3 ədəd sini, dəyəri 30 manat olan tort qabı (6 ədəd boş qabı və tort kəsən və götürün bıçağı), dəyəri 100 manat olan 6 stəkanı ilə birlikdə dolça, dəyəri 100 manat olan 3 ədəd ləyən, 3 ədəd qazan, 1 ədəd vedrə, dəyəri 120 manat olan xrustal 6 ədəd çay stəkanı nəlbəki ilə birlikdə, dəyəri 100 man 2 ədəd bədən dəsmalı, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd stəkan dəsmalı, dəyəri 60 manat olan hamam saç dəsmalı, dəyəri 500 manat olan 2 ədəd tək çarpayı, dəyəri 800 manat olan 4 ədəd döşək, 4 ədəd yorğan, 4 ədəd yastıq, üzlükləri ilə birlikdə, dəyəri 200 manat olan 2 ədəd ədyal, dəyəri 500 manat olan 1 ədəd palto, gödəkçə, 1 cüt ayaqqabı, 2 cüt açıq tufli, 1 cüt başmaq, 2 ədəd don, şalvarlar, idman dəstləri, paltarlar, dəyəri 50 manat olan 6 ədəd döşəkçə, dəyəri 150 manat olan uşaq beşiyi, dəyəri 40 manat olan uşaq üçün vanna dəsti və əlavə vanna, dəyəri 300 manat olan uşaq çarpayısı, dəyəri 100 manat uşaq paltarları, dəyəri 40 manat olan 2 ədəd uşaq ədyalı, dəyəri 200 manat olan kosmetika dəsti və fenlər, dəyəri 700 manat olan M12 markalı telefon, dəyəri 10 manat, çəkisi 2 kq olan yun, dəyəri 250 manat olan uşaq arabası, dəyəri 300 manat qaz sobası, dəyəri 800 manat olan soyuducu, eləcədə dəyəri 750 manat olan paltaryuyan maşın cavabdhdə qalmışdır.
5. Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(042)-856/2025 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia qismən təmin edilərək, Cavabdeh dəyəri 2700 manat yataq dəsti, dəyəri 500 manat olan bir ədəd pərdə, dəyəri 200 manat olan bir ədəd çilçıraq, dəyəri 50 manat olan iki ədəd ayı potası, dəyəri 100 manat olan bir ədəd xalça, dəyəri 220 manat olan bir ədəd tozsoran, dəyəri 40 manat olan bir ədəd ütü, dəyəri 50 manat olan bir ədəd tava, dəyəri 45 manat olan üç ədəd podnos, dəyəri 30 manat olan 6 ədəd boşqab, tort kəsən və götürən bıçaq, dəyəri 120 manat olan altı ədəd çay stəkan və altı ədəd nəlbəki, dəyəri 60 manat olan bir ədəd hamam saç məhrabası, dəyəri 500 manat olan iki ədəd tək çarpayı,dəyəri 800 manat olan dörd ədəd döşək,dord ədəd yorğan,dörd ədəd yastıq və üzlükləri, dəyəri 200 manat olan iki ədəd odyal, dəyəri 50 manat olan altı ədəd döşəkcə, dəyəri 150 manat olan bir ədəd uşaq beşiyi, dəyəri 40 manat olan uşaq üçün vanna dəsti və əlavə vanna, dəyəri 40 manat olan iki ədəd uşaq odyalı, dəyəri 10 manat olan 2 kq yun, bir ədəd taxt döşəyi, dörd ədəd qazan dəsti, iki ədəd bədən məhrabası, bir ədəd palto və onların dəyəri, o cümlədən, cəmi, 124 manat məhkəmə xərclərinin əvəzi alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 666.1 maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 358-360, 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı iddia tələbinin təmin edilməməsi hissədə qətnamədən apellyasiya şikayəti verərərək ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində sadalanan əşyaların ona məxsus olması ilə bağlı fotoşəkillər olmasını, eləcədə bunu təsdiq edəcək şahidlərin olmasını bildirmişdir. Buna baxmayaraq məhkəmə nümayəndəsinə həmin sübutları məhkəməyə təqdim etmək üçün şərait yaratmamış, məhkəmə iclasını başqa vaxta təyin etməmiş, cavabdehin etiraf etdiyi hissədə iddia tələbini təmin etmişdir. Halbuki iddia ərizəsində qeyd etdiyi və məhkəmənin cavabdehdən alınıb ona qaytarılmasını təmin etmədiyi cehiz əşyalarından siyahı üzrə dəyəri 800 manat olan Taxt döşək, yorğan 1 ədəd, dəst yorğan üzləri, 2 ədəd yastıq, 2 ədəd örtük, dəyəri 200 manat olan 5 ədəd qranit qazan dəsti (məhkəmə 4 qazanın qaytarılmasını təmin edib), dəyəri 30 manat olan taxta qaşıq dəsti, dəyəri 100 manat olan 6 stəkanı ilə birlikdə dolça, dəyəri 100 manat olan 3 ədəd ləyən, 3 ədəd qazan, 1 ədəd vedrə, dəyəri 100 man 2 ədəd bədən dəsmalı, 6 ədəd əl-üz dəsmalı, 1 ədəd stəkan dəsmalı, 500 manat olan 1 ədəd palto, gödəkçə, 1 cüt ayaqqabı, 2 cüt açıq tufli, 1 cüt başmaq, 2 ədəd don, şalvarlar, idman dəstləri, paltarlar, 300 manat olan uşaq çarpayısı, dəyəri 100 manat olan uşaq paltarları, dəyəri 200 manat olan kosmetika dəsti və fenlər, dəyəri 250 manat olan uşaq arabası, dəyəri 300 manat qaz sobası, dəyəri 800 manat olan soyuducu, eləcədə dəyəri 750 manat olan paltaryuyan maşın hazırda cavabdehin yaşadığı evdə qalmışdır. Buna baxmayaraq məhkəmə həmin hissədə iddianı təmin etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh X4 apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində mövcud olmayan əşyalarda göstərilmişdir. İddiaşıya məxsus əşyaları qaytarmağa etiraz etmir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd olunan qızılları birinci instansiya məhkəməsində cavabdeh tərəf onlara təhvil vermişdir. Eləcədə cehiz əşyaları hissədə məhkəmə iddianı qismən təmin etmişdir. Cehizlərdən yataq dəstinin üstünə alınan 1 ədəd yorğan və 2 dəst üzlük, 2 ədəd yastıq, 2 ədəd ortük, uşaq çarpayısı, uşaq paltarı və arabası, 4 ədəd fen və kosmetikalar, 3 ədəd şirəli qazan, 1 ədəd qranit qazan, 1 ədəd vedrə, 3 ədəd ləyən 1 ədəd gödəkçə, 2 ədəd don, 1 cüt idman dəsti, şəpit, ayaqqabı, 2 cüt yay ayaqqabısı (pasanoşka), taxta qaşıq dəsti, 6 dolça stəkanla, 2 ədəd bədən dəsmalı, 6 ədəd əl-üz və stəkan dəsmalı, eləcədə cavabdehin atasının aldığı 1 ədəd soyuducu, paltaryuyan, qaz sobası cavabdehin evində qalsada məhkəmə təmin etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmaması hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qət etdiyi hissədə qeyd olunan əşyalardan başqa onlarda heç nə qalmamışdır. Uşaq üçün yalnız nəni olmuş onuda məhkəmə təmin etmişdir. 300 manat dəyərində uşaq çarpayısı elə həmin əmlak hesab olunur. Apellyasiya şikayətində qeyd olunan cehizlərdən isə yalnız 2 nəfərlik çarpayı üçün 1 ədəd yorğan və yorğan üzü, 2 ədəd yastıq, eləcədə 2 ədəd ədyal qalmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Hər ikisi nümayəndələri vasitəsilə təmsil olunmuşlar. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 157.2 Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
18. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.02. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmaması hissədə mübahisələndirildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 2022-ci ildə faktiki olaraq evlənmişlər və sonuncuların bu evliliyindən 29 mart 2024-cü ildə Adəm adlı bir uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan İddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə valideyinlərinin evində yaşayır. İddiaçı iddia ərizəsində qeyd olunan qızılzinət, cehiz, özünə aid geyim, kosmetik və uşağa aid əşyaların cavabdehin yaşadığı evdə qalmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf iddia ərizəsində qeyd olunan iki ədəd qızılzinət əşyalarını iddiaçı tərəfə təqdim etmişdir. İddia tələbi qalan hissədə isə qismən təmin edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddianın təmin olunması hissədə apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayəti iddianın təmin olunmaması hissədən vermişdir.
25. 31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və həmin dəlillər qətnamənin iddia tələbinin təmin edilməməsi hissədə qismən ləğvi üçün əsasdır və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
27. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı qızıl-zinət, cehiz, paltar, kosmetika və uşaq əşyalarının cavabdehin yaşadığı evdə qalmasını iddia edir və sonuncunun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi nəzərdən keçirilə bilər və bu qətnamənin 13-cü bəndində həmin norma qeyd olunmuşdur.
29. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları, tərəflərin nümayəndəsinin izahatları, eləcədə mübahisənin həllinə tətbiq edilməli olan qanunvericilik normaları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
30. Belə ki, apellyasiya icraatı zamanı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X3 izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin təmin etdiyi əşyalardan əlavə yaşadıqları evdə iddiaçıya məxsus yalnız 2 nəfərlik çarpayı üçün 1 ədəd yorğan və yorğan üzü, 2 ədəd yastıq, eləcədə 2 ədəd örtük qalmışdır. Nümayəndə təqdim olunmuş fotoşəkildə əks olunan uşaq çarpayısının (uşaq yatılı vəziyyətdə olan) da yaşadıqları evdə olmasını bildirsədə, lakin həmin hissədə iddianın təmin olunmasını və iddia ərizəsində qeyd olunan uşaq üçün nəni ilə fotoşəkildə təqdim olunmuş uşaq çarpayısının eyni, yəni bir əşya olduğunu qeyd etmişdir. İddia ərizəsində 24 sırada olan 150 manat dəyərində bir ədəd uşaq beşiyinin cavabdehdən alınıb iddiaçıya verilməsi təmin edilmişdir. İddia ərizəsində 26-cı sırada olan uşaq üçün çarpayı isə təmin edilməmişdir. Cavabdeh tərəf həmin əşyaların eyni, yəni bir əşya olmasını bildirsədə, lakin bu eyniliyi təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
31. İddia ərizəsindən müəyyən olunur ki, cavabdehdən tələb olunan taxt üçün dəst, yəni döşək, yorğan 1 ədəd, dəst yorğan üzləri, 2 ədəd yastıq, 2 ədəd örtüyün cəmi dəyəri 800 manat, uşaq çarpayısının isə dəyəri 300 manat göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı işə baxılarkəndə cavabdeh tərəf əşyaların qiymətini mübahisələndirməmişdir. İşin yuxarıda qeyd oliunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 300 manat dəyərində uşaq üçün çarpayı, eləcədə 640 manat (800-160=640) dəyərində taxt üçün 1 ədəd yorğan, dəst yorğan üzləri, 2 ədəd yastıq, 2 ədəd örtüyük naturada, bu mümkün olmadıqda onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir.
32. Qətnamə mübahisələndirilən digər, yəni iddia tələbinin təmin edilməməsi (640 manat dəyərində 2 nəfərlik çarpayı üçün 1 ədəd yorğan və yorğan üzü, 2 ədəd yastıq, eləcədə 2 ədəd örtük və 300 manat dəyərində uşaq üçün çarpayı istisna olmaqla) hissədə kollegiya birinci inbstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, tələb olunan 1 ədəd soyuducu, paltaryuyan və qaz sobasına münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəf özü etiraf edir ki, həmin əşyalar cavabdehin atası tərəfindən alınmışdır. Belə olan təqdirdə iddiaçının həmin əşyaları cavabdehdən tələb etməsi özlüyündə istisna olunur. Digər əşyalara münasibətdə isə iddiaçı həmin əşyaların mövcudluğu və cavabdehdə qalmasına dair hər hansı möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.
33. Halbu ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(042)- 856/2025 nömrəli qətnaməsi “640 manat dəyərində taxt üçün 1 ədəd yorğan və yorğan üzü, 2 ədəd yastıq, 2 ədəd örtük və dəyəri 300 manat uşaq üçün çarpayının təmin edilməməsi” hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, Cavabdeh 640 manat dəyərində taxt üçün 1 ədəd yorğan və yorğan üzü, 2 ədəd yastıq, 2 ədəd örtük və 300 manat dəyərində uşaq üçün çarpayı naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(042)-856/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “640 manat dəyərində taxt üçün 1 ədəd yorğan və yorğan üzü, 2 ədəd yastıq, 2 ədəd örtük və dəyəri 300 manat uşaq üçün çarpayının təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh 640 manat dəyərində taxt üçün 1 ədəd yorğan və yorğan üzü, 2 ədəd yastıq, 2 ədəd örtük və 300 manat dəyərində uşaq üçün çarpayı naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.