Məhkəmə qərarları › İş №2(104)-1845/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1845/2025

16.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1845/2025 16.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkili Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6 qarşı əmlak və maddi ziyan tələbinə üzrə mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-2(076)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, qeyd olunan qızıl-zinət əşyalarının dəyəri bir ədəd qızıl sep, ilan qabığı formalı, 8 qramlıq, 585 əyarlı- 1000 manat, bir ədəd qızıl klon, gül formalı, “PANDORA” markalı, 2 qramlıq, 585 əyarlı, qaşsız – 300 manat, bir cüt qızıl sırğa-üzük dəsti, gül formalı, “PANDORA” markalı, qaşız,585 əyarlı, 6 qramlıq - 800 manat, bir cüt qızıl sırğaüzük dəsti, tək brilyant qaşlı , 583 əyarlı, 10 qramlıq, 1.5 karatlıq - 2200 manat, nişan üzüyü, qızıl, kvadrat formalı, çoxlu brilyant qaşlı, 583 əyarlı, 8 qramlıq – 1400 manat, bir ədəd üzük, qızıl, fianit qaşlı, gül formalı, 583 əyarlı, 3 qramlıq-400 manat, bir ədəd üzük, qızıl, gül formalı, “PANDORA” markalı, qara qaşlı,583 əyarlı, 3 qramlıq-400 manat, bir ədəd üzük, qızıl, gül formalı, fianit qaşlı, 583 əyarlı, 3 qramlıq-300 manat, bir ədəd qızıl qolbağı, gül formalı, “PANDORA” markalı, 4 qramlıq, 583 əyarlı- 500 manat, bir cüt qızıl qolbağı, zəncir formalı, qaşsız, 3 qramlıq, 583 əyarlı - 400 manat, bir ədəd sep, qızıl, tros formalı, 20 qramlıq, 583 əyarlı-2200 manat, bir dəst, ağ qızıldan, fantaziya formalı, brilyant qaşlı, 750 əyarlı, 3.5 karatlıq, 16 qramlıq, sırğa-üzük, golbağı, kolye 8000 manat təşkil edir.

2. Şəmkir rayon İcra Hakimiyyəti başçısının Könüllü kənd İƏD üzrə nümayəndə müavini X14, Könüllü kənd Bələdiyyəsinin sədri X15, Şəmkir rayon X18 rayon Könüllü kənd üzrə sahə müvəkkili X8, Şəmkir rayon X18 rayon Könüllü kənd üzrə sahə müvəkkilinin köməkçisi X5, Könüllü kənd sakini Şahid6, Könüllü kənd sakini Hüseynova X4 sakin Şahid5 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Könüllü kənd nümayəndəliyinə kənd sakini Cavabdeh1 05 dekabır 2024-cü il tarixli şifahi şikayət xarakterli müraciət edərək bildirmişdir ki, oğlu X9 ilə İddiaçı xx.xx.2024-cü il tarixdə ailə həyatı qurub. Yeni ailə həyatı qurmasına baxmayaraq, oğlu ilə gəlini arasında mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq gəlini İddiaçı xx.xx.2024-cü il tarixdə Şəmkir rayon Seyfəli kəndində yaşayan atasının evinə getmişdir. xx.xx.2024-cü il tarixdə, təqribən 20:45 radələrində gəlninin əmisi arvadı İradə, əmisi qızı Zülfıyyə, gəlini Selcan yaşadığı evə basqın edib onu nalayiq söyüşlərlə təhqir edərək evdən kosmetik vasitələri, geyim əşiyalarını və qızıl-zinyət əşyalarını götürüb aparmışlar. Şifahi müraciətə əsasən Şəmkir rayon Könüllü kənd sakini Cavabdeh1 yaşadığı ünvanda olub baxış Aktı tərtib edildi. Evin otaqlarına baxış zamanı məlum oldu ki, həqiqətən evdə olan geyim əşyaları üçün nəzərdə tutulmuş dolablar boşdur, yataq ördüyü və buna bənzər digər əşyalar evin döşəməsinin üzərinə dağıdılıb tökülmüş vəziyyətdədir. Otağa baxıldığı zaman, otaqda geyim üçün əşyaların, kosmetik əşyaların və qızıl-zinyət əşyalarının olmadığı müəyyən edildi. Bu barədə fotoşəkillər çəkilərək akta əlavə edilmişdir.

3. İcra məmurları Dəyanət Məmmədov və Elşən Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, cavabdehlərin yaşadıqları evə baxış keçirilmiş və iddiaçıya məxsus bir dəst yataq mebeli, iki nəfərlik çarpayı, iki ədəd tumbuçka, bir ədəd dörd qapılı patar şkafı, bır ədəd termo taclı, qızılı rəngli, bir dəst yumşaq mebel- bir ədəd üç nəfərlik divan iki ədəd kreslo və bir ədəd jurnal stolu iki ədəd kofe içmək uçün balaca stol 8000 manat, iki ədəd Qorka mebel, 4 bölməli qızılı rəngli, taclı, bir ədəd kamot, güzgülü, qızılı rəngli, taclı, bir ədəd 8 nəfərlik stol, 6 ədəd stul və iki ədəd kreslo ilə birlikdə, qızılı rəngli, taclı, bir dəst mətbəxt mebeli qızılı rəngli 5 metrlık 3000 manat, bir ədəd çilçıraq mətbəxt üçün, 3 şamlı, iki ədəd çilçıraq, qonaq otağı üçün qaşlı 12 şamı, bir ədəd çilçıraq, yataq otağı üçün, 4 şamlı, bir ədəd çilçıraq, dəhliz üçün, 4 şamlı, mətbəxt üçün stol, stulları ilə birlikdə, iki ədəd pəncərə üçün tül pərdə, qonaq otağı üçün, dekor vilur parçadan, krem rəngli, bir ədəd pərdə, yataq otağının pəncərəsi üçün, krem rəngli, tül və vilur dekor parçadan, bir ədəd pərdə, mətbəx üçün, krem rəngli, vilur parçadan dekor parça ilə, iki ədəd qapı pərdəsi zal otağın qapıları üçün, krem rəngli, vilur dekor parça ilə, iki ədəd xalça, qonaq otağı üçün, 3X4 və 3X2 ölçülü, qarışıq rəngli, bir ədəd xalça, böyük, iki ədəd balaca xalça yataq otağı üçün, krem rəngli, bir ədəd xalça, mətbəxt üçün, 2X3 ölçülü, qarışıq rəngli, bir ədəd xalça, dəhliz üçün 2X3 olçülu, qarışıq rəngli, bir ədəd Samsunq markalı, iki kameralı soyuducu, kül rəngli, bir ədəd Bosh markalı, avtomat paltaryuyan maşın, kül rəngli, bir ədəd mətbəx üçün Samsung markalı soba kül rəngli, bir ədəd mikrodalğalı Elif markalı soba, bir ədəd asperator kül rəngli, bir ədəd qazpeçi, dörd gözlü, mebel içi, bir ədəd Starsat markalı televizor, led, 109 dioqanal, bir ədəd mətbəxt uçün divar saatı, qızılı rəngli, bir ədəd qonaq otağı üçün, divar saatı ağlıqızılı rəngli, böyük ölçülü, bir ədəd daroşka 25 metrlik pilləkən üçün, qarışıq rəngli, bir ədəd yun döşək 2 nəfərlik, 30 kiloqramlıq, altı ədəd böyük balınc, qaz tükündən, 2 ədəd balınc, balaca, qaz tükündən, bir ədəd pakrıval, ağ pakrıval, özündən güllü, iki ədəd paduşka ilə birlikdə, bir ədəd krem rəngli yun adyal, 2 ədəd yay üçün yorğan, müxtəlif rəngli, tək nəfərlik, bır dəst pastel üzü, bir nəfərlik ağ rəngli, sadə, bir dəst pastel üzü, qarışıq rəngli, güllü, bir nəfərlik, dörd ədəd döşək üçün mələfə, tək nəfərlik, müxtəlif rəngli, iyirmi ədəd dəsmal, stol üçün, müxtəlif rəngli, bir ədəd süfrə, qonaq otağı üçün, ağ rəngli, lepkalı, bir ədəd süfrə, mətbəxt üçün, şabalıdı rəngli, küpürlü, bir ədəd ütü stolu, şkaflı şabalıdı rəngli, bir ədəd vedrə, bir ədəd sandıq krem rəngli qaşlı, bir ədəd Blackerd markalı tozsoran, bir ədəd elektrikli, ət çəkən, Eurolux firmadan, bir ədəd sok çəkən, Eurolux firmadan, bir ədəd mikser, Eurolux firmadan, bir ədəd samovar, elektriklə işləyən, çayniki ilə birlikdə, bir ədəd termuz, elektriklə işləyən, bir ədəd sac elektriklə işləyən, bir ədəd soğan çəkən, bır ədəd qoz çəkən, bir ədəd ütü, Eurolux, bir ədəd paltar sərgisi üç mərtəbəli, bir ədəd paltar setkası, plasmas, şabalıdı rəngli böyük, bir ədəd paltar setkası plasmas, qırmızı rəngli, kiçik, bir ədəd vanna plasmas kül rəngli, bir ədəd vedrə, plasmas, qapaqlı, yaşıl rəngli, bir ədəd duvax, taxta materialdan, bir ədəd oxlov, nazik, taxta, bir ədəd oxlov qalın, on iki ədəd şiş, dəmir, böyük ölçülü, iki ədəd qoz qıran dəmir, bir ədəd sarımsaq əzən taxadan, bir ədəd tyorka, böyük, bir ədəd tyorka, balaca, iki ədəd mətbəx üçün şotku, “Tefal’’ firmadan tava dəsti, 5 müxtəlif ölçülü, kül rəngli, özündən, xallı, iki ədəd vedrə, şirəli, sarı rəngli, 10 litirlık, 4 ədəd ləyən, şirəli, müxtəlif ölçülü, sarı rəngli, iki ədəd beton, şirəli, on ədəd ləyən plastik, müxtəlif ölçülü, üç ədəd aşsüzən, eyni ölçülü, aliminium, 3 ədəd aşsüzən nerjaveyka eyni ölçülü, qranit qazan dəsti, müxtəlif ölçülü, 4 ədəd, pəmbə rəngli, qazan dəsti, aliminium müxtəlif olçülu, 5 ədəd qazan dəsti, Tefal firmadan, qrant, 8 ədəd müxtəlif ölçülü, kül rəngli, qazan, böyük, ət üçün, 40 litr tutumlu, bir ədəd qazan, şirəli, 40 litr tutumlu, bir ədəd çaydan, şirəli, 5 litr tutumlu, çaynik dəsti, şirəli, bir böyük və bir balaca, bir ədəd dəm çayniki, şirəli, ağ rəngli güllü, bir ədəd dəm çayniki, şirəli, mavi rəngli, güllü, padnus dəsti, qaşlı müxtəlif ölçülü, 3 ədədlik, iki ədəd gecə lampası, iki ədəd şamdan, bir ədəd gəmi, suvenir, bir dəst ədviyyat qabı, altı dənəli sadə şüşə 80 manat, bir ədəd kartof-soğan zibil qabı, dəmirdən, üç mərtəbəli, bir ədəd zibil qabı, balaca, plasmas, 1 ədəd ləyən, böyük, nerjaveyka, iki ədəd ləyən, böyük, aliminium, bir ədəd un ləyəni şirniyyat üçün, iki ədəd quyruqlu, plastik, bir dəst mətbəx naboru- çömçə, kökür, kartof əzən, qaşıq çəngəl, 48 ədəd xörək qaşığı - qızılı rəngli və bəzəkli, 48 ədəd çəngəl, qızılı rəngli və bəzəkli, 18 ədəd qaşıq, orta böyüklükdə, 18 ədəd çay qaşığı qızılı rəngli, bəzəkli, 4 ədəd qaşıq, taxta 3 ədəd qaşıq, plastik, iki ədəd qab, çörək qoymaq üçün, iki ədəd qab salfetka üçün, qızılı rəngli, 2 ədəd qab, salfetka üçün, şüşə, limon çəngəli, 12 ədəd qızılı rəngli, limon qaşığı, 12 ədəd qızılı rəngli, 30 ədəd orta boşqabı, qızılı rəngli, bəzəkli, 13 ədəd qəndqabı, müxtəlif ölçülü və bəzəkli, 48 ədəd stəkan, sok üçün, şüşədən, bir ədəd ləpə qabı, üç gözlü, bir ədəd bilinçik bişirən, bıçaq dəsti naboru 6 ədəd, taxta formanın içərisində, bıçaq dəsti, 6 ədəd, qayçı ilə birlikdə, müxtəlif ölçülü, rumka 12 ədəd rəngli böyük ölçülü, on iki ədəd rumka, sadə şüşə, çay dəsti 12 nəfərlik, ağ rəngli gümüşü rəngli bəzəkli yemək dəsti 12 nəfərlik ağ rəngli, gümüşü bəzəkli 200 manat, bir ədəd meyvə qabı “TOM" firmadan, böyük, bir ədəd güldan "TOM” firmadan, böyük, bir ədəd ləpə qabı, "TOM" firmalı böyük ölçülü, bır ədəd konfet qabı, “TOM" firmadan, 9 ədəd gül, süni, on səkkiz ədəd böyük bakal xrustal Tom firmadan, 12 ədəd orta böyüklükdə xrustal Tom firmadan, Tom firmadan kampot dəsti, 6 ədəd stəkan və bir qrafinlə birlikdə, xrustal, on iki ədəd qızılı bəzəkli, sadə şüşədən bakal, hündür, stəkan 12 ədəd, sadə şüşə, qzılı bəzəkli, ayı kukla 3 ədəd, müxtəlif ölçülü, üzərlik, suvenir, gül qabı ilə birlikdə qızılı rəngli, hamamdəsmalı, 11 ədəd, müxtəlif bəzəkli, müxtəlif ölçülü, əl-üz dəsmalı, karopkada, 1 dəst, müxtəlif ölçülü, müxtəlif bəzəkli, əl-üz dəsmalı, açıq 12 ədəd, müxtəlif ölçülü və müxtəlif bəzəkli, çay dəsmalı 18 ədəd müxtəlif ölçülü və müxtəlif rəngli, süfrə, müxtəlif ölçülü, müxtəlif rəngli, 4 ədəd, iki nəfərlik pastel dəsti 2 dəst, müxtəlif rəngli, çay stəkanı 42 ədəd sədə, nəlbəki ilə, mürəbbə üçün rozetka, adi şüşədən, meyvə üçün vaz, sadə şüşədən, 6 ədəd, eyni ölçülü, cəmi dəyəri, iki ədəd meyvə qabı, iki ədəd konfet qabı, bir ədəd güldan qaşlı, ağ rəngli, özündən zərli, ləpə qabı, 8 ədəd, sadə şüşədən, müxtəlif ölçülü, duz qabı 18 ədəd sadə şüşədən olan əşyalar aşkar edilmişdir. Akta çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Həmçinin həmin aktdan və məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən edilmişdir ki, iddia ərizəsində iddiaçıya məxsus mətbəx sobasının markası Ankastr firması kimi göstərilsədə, əslində Samsung markalı olmuş; televizor 109 led ekranlı Samsung markalı kimi göstərilsə də, Starsat markalı olmuş, mikrodalğalı soba Ankastr kimi göstərilsə də, Elif markalı olmuşdur.

4. İcra məmurları Dəyanət Məmmədov və Elşən Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdehlərə məxsus evin otaqları iddiaçı və qohumları çıxdıqdan sonra dağınıq, şkaflar isə boş olmuşdur.

5. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə 102 xidmətinə zəng edərək gəlininin ailəsi onun evinə gələrək onu döyməsini gəlninə məxsus paltarları, qızıl-zinət əşyalarını götürərək aparmasını, həmçinin oğlanlarını öldürməklə hədələməsini bildirmişdir. İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 1231 saylı MTE rəyində onun bədən səthində sol sağrı nahiyəsinin yumşaq toxumalarının ağrı halında əzniyi küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 04 dekabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir.

6. Whatsapp yazışmalarından görünür ki, 30 noyabr 2024-cü il tarixdə, 03 dekabr 2024-cü il tarixdə İddiaçı və Cavabdeh2 arasında olan yazışmalardan görünür ki, İddiaçı artıq getdiyini, bir daha bir-birinin yoluna çıxmamalarını və artıq ondan uzaq olması..... kimi ifadələr yazmışdır. Cavabdeh2 isə Selcanın onun yerində olarsa bir gün də, olsa qapısında saxlamayacağı və s...... ifadələr yazmışdır. Həmçinin, yazışmalardan 04 dekabr 2024-cü il tarixdə İddiaçı və Cavabdeh2 arasında “cavabsız zəng” də müəyyən edilmişdir.

7. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Selcan onun əmisi qızıdır. Selcanla Rəşad 2024-cu ilin 24 noyabr tarixində evlənmişlər, toydan sonra Rəşad Selcana bakirə kimi gəlmədiyini deyərək onu boşamış və Rusiya Federasiyasına getmişdir. 2024- cü ilin dekabr ayında Selcan Rəşadgilin evindən çıxıb gedən zamanı heç bir əşyasını özü ilə aparmamışdır. O və anası 04 dekabr 2024-cü il tarixdə Selcanı gətirməyə getmişlər. Həmin vaxt Selcan özü ilə bir iki yüngül geyimlərini götürmüşdür. O həmin vaxt Cavabdeh1 Selcanın qızıllarını istəmiş və verməsini bildirmiş, lakin o cehiz əşyaları çıxarılan zaman verəcəyini bildirmişdir. Onlar ora gedən zaman Cavabdeh1 döyməmişlər. Toy və nişan zamanı Selcana 750 əyarlı briliyant qaşlı dəst, tək qaşlı üzüksırğa, kitab formasında 1500 manat dəyərində nişan üzüyü, Pandoranın sırğa, üzük, klon dəsti, tros sep, nazik qolbağlar hədiyyə edilmişdir. Nişan üzüyü onunla birgə alınmışdır. Digər qızılların isə hədiyyə edilməsində iştirak etmişdir.

8. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Selcan onun əmisi qızıdır. Selcangilin toyu xx.xx.2024-cü il tarixdə olmuşdur. Nişan və toy zamanı Selcana hədiyyə olunmuş qızıl-zinət əşyalarını toydan sonra Selcanın qaynanası almış və özündə saxlamışdır. Selcana toy gecəsi şər atmışlar və qızıllarını əlindən almışlar. Toyda Selcana hər şey daxil olmaqla cehiz əşyaları verilmişdir. Cavabdeh1 ekspertiza rəyindən sonra Selcanın qızıllarını cehiz əşyaları çıxdıqdan sonra verəcəyini bildirmişdir.

9. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Selcanın əmisi arvadıdır. Toy gecəsi Selcanla bağlı problem olduğundan onu bir neçə yerə həkim müayinəsinə aparmışlar. Sonra ekspertizaya aparmışlar. Daha sonra kənddə müayinə üçün Raya adlı həkimə aparmışlar. Onlar Selcanı gətirməyə getmişlər və yalnız Selcana məxsus bir neçə geyim əşyaları götürmüşlər. Selcana hədiyyə olunmuş sep ucunda klon, nişan üzüyü, tək üzük, pandora dəstindən ibarət qızıl-zinət əşyaları Cavabdeh1 qalmışdır. Onlar çıxıb gedən zaman Cavabdeh1 qızılların verilməsini demişlər, o isə cehiz əşyaları çıxarıldıqda verəcəyini bildirmişdir.

10. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında dindirilmiş Şahid9 Kamil qızı ifadəsində göstərmişdir ki, o, Selcanın anasıdır. Selcana məxsus əşyalar cavabdehlərdə qalmışdır. Onlar Selcana bahalı cehiz əşyaları vermişlər. Selcana 750 əyarlı ağ qızıldan dəst, tək qaşlı dəst, nişan üzüyü, qolbaqlar, bir neçə tək üzük hədiyyə edilmişdir. Həmin qızıl-zinət əşyalarını toydan sonra Cavabdeh1 Selcanın əlindən almış və özündə saxlamışdır. Selcan toydan sonra Rəşadla yaranan mübahisə səbəbi ilə bir neçə həkimlərə getmiş, Selcanın fiziki quruluşu ilə bağlı 28 noyabr 2024-cü il tarixdə Bakı şəhərində həkimin yanında olmuşlar, o da həmin vaxt Selcan və Rəşadla birgə həkimin qəbulunda olmuş, orada həkim müəyyən fikirlər bildirəndən sonra Rəşad belə qərara gəlmişdir ki, Selcan bakirə kimi ərə gəlməmiş və buna görə Selcan atası evinə qayıtmalıdır. Həmin gün onlar üçü Şəmkir şəhərinə qayıtmışlar, Selcan Rəşadla getmişdir. Rəşad 02 dekabr 2024-cü il tarixdə Rusiya Federasiyasına getmiş, Selcan isə Rəşadgilin evində yaşamağa davam etmişdir. Bundan sonra Rəşadın anası və bibisi Selcana qarşı nalayiq ifadələr işlətmişlər, Selcan da, bütün bunlara dözməyərək, ona zəng etmiş və dalınca gəlib onu oradan aparmalarını bildirmişdir. Buna görə 04 dekabr 2024-cü il tarixdə Selcanın əmisi qızı Zülfiyyə və əmisi arvadı X13 arxasınca getmişlər, həmin vaxt Selcana məxsus bir neçə xırda geyim əşyaları götürmüşlər və Selcanı da, götürərək Selcanın əmisigilə gəlmişlər. Həmin vaxt qızıl əşyaları Cavabdeh1 qalmış, belə ki, o cehiz əşyaları çıxarıldığı zaman qızıl-zinət əşyalarını verəcəyini bildirmişdir. Selcan Rəşadgildən çıxdığı zaman yalnız bir neçə geyim əşyasını götürmüşdür.

11. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun əmisi qızıdır. Selcan Lətafətgilə gələn günü o Lətafətgildə olmuşdur. Belə ki, həmin vaxt Lətafətin anası xəstə olmuş və qohumların çoxu orada olmuşdur. O isə tibb bacısı olduğu üçün xəstənin iynələrini vurmuşdur. xx.xx.2024cü il tarixdə Selcan və qohumları Lətafətgilə gəlmiş, qapını döymüşlər. Qapını o açmış, həmin vaxt Selcangil gəlin otağının açarını tələb etmişlər. Onlar da, Lətafətdən açarı alıb Selcangilə vermişlər, Lətafət qohumların üzünə çıxmamış, anasının yanında olmuşdur. Selcangil isə israrla Lətafətin onların qarşısına çıxmasını tələb etmişlər. Selcan və qohumları açarı götürüb gəlin otağına qalxmışlar və baş vermiş hadisəni bilmişlər. Həmin vaxt Selcan özünə məxsus geyim əşyalarını, həmçinin qızıl-zinət əşyalarını təkərli çemodana yığıb aparmış və otağı dağınıq vəziyyətə salmışdır. Geyim əşyalarını qutularından çıxarıb çemodanlara yığmış və qutuları dağınıq şəkildə ortalığa atmışlar. Həmin vaxt Cavabdeh1 Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə zəng etmiş, qızıl zinyət əşyalarının və geyim əşyalarının Selcan və qohumları tərəfindən aparıldığını bildirmiş, bundan sonra təhqiqatçı onlara gəlmiş, hadisə yerinə baxış keçirmiş, hətta hadisə yerinə baxış keçirilərkən Selcangilin dağıtdığı otaqda hadisənin təfərrüatını bildirirərkən onun şəkli çəkilmişdir.

12. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun əmisi qızıdır. Onun oğlu Rəşadın toyunda iştirak etmişdir. Toy zamanı Selcanın üzərində kole, sırğa, üzük görmüşdür. Onların nişan mərasimində olmamışdır. Toydan sonra Cavabdeh1 anası xəstə olduğundan onlar orada xəstəyə baxmışlar. xx.xx.2024-cü il tarixdə Selcan, əmisi arvadı, əmisi qızı və əmisi oğlu ilə birlikdə Cavabdeh1gilə gəlmişlər. Onlar gələrkən Lətafət aşağı evdə yatmışdır. Selcan idman geyimi formasında olmuş, onunla gələn şəxslərin isə geyimləri yadında qalmamışdır. Selcan və qohumları Selcanın otağının qapısı bağlı olduğundan açarını tələb etmişlər. O, açarı Selcangilə vermişdir. Bu zaman o, Selcangillə birgə gəlin otağına getmiş, Selcan və onunla gələn şəxslər otağın qapısını açmış və əşyaları yığışdırmağa başlamışlar, iki çemodan və bir paket əşyaları yığmışlar. Həmin vaxtı Selcan qızıl-zinət əşyalarını termonun qabağındakı mavi qabın içərisindən götürüb aparmışdır. Bu zaman Lətafətin qardaşı içəri daxil olmuş və əşyaları niyə apardıqlarını qeyd etmişdir. Selcangil əşyaları yığdıqdan sonra boş qutuları yerdə qalmışdır. Həmin vaxt Selcangil həmçinin Cavabdeh1 oğlana nişanda hədiyyə etdikləri üzüyü tələb etmişlər, Lətafət onlara demişdir ki, oğlana alınmış üzük cehiz əşyaları çıxarılan zaman onlara qaytarılacaqdır. Selcana alınmış qızıllardan yalnız ağ kolye dəstini görmüşdür. Selcan paltarlarının hamısını götürmüş, şkaflar boş qalmışdır. Onlar hətta Lətafətin oğlunu hədələmişlər. Selcangil qızıl əşyalarını götürdükdən sonra onlar Lətafətə bildirsələr də, Lətafət onlara Selcanın nəyi varsa aparmasını bildirmişdir.

13. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Selcan 3 nəfər qadın və 1 nəfər oğlan ilə birlikdə gəlmiş, özünə məxsus iki çamadan və bir ədəd sellofan paket geyim əşyalarını, həmçinin qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Selcan qızılı götürən zaman Başxanım onların yanında olmuşdur. Qızıllar termonun qabağında olmuşdur. Selcan qızılları aparmamışdan əvvəl Lətafət onun otağının qapısını bağlayarkən, o da Lətafətlə yuxarşı çıxmış və Selcanın otağında termonun qabağında onun qızıl əşyalarını görmüşdür. Cavabdeh1 həmin vaxt aşağda olmuşdur. Onlar ora xəstə yanına getmişlər. Onlar xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəni bilmişlər. O vaxtadək onlar Selcangilin şəhərdə oldıqlarını bilmişlər. Selcan qızıllarını geyim əşyaları ilə birlikdə aparmışdır. Həmin vaxt Lətafətin qardaşı belə vəziyyətdə qızıl aparılmasının düzgün olmadığını bildirmişdir. Selcan hətta, oğlana alınmış nişan üzüyünü tələb etmiş, lakin Cavabdeh1 cehiz çıxarılan zamanı üzüyü verəcəyini bildirmişdir.

14. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o Lətafətin qardaşıdır. xx.xx.2024-cü il tarixdə Selcan özünə məxsus geyim əşyaları, həmçinin qızıl-zinət əşyalarını özü ilə aparmışdır. O həmin vaxtı onların yanına getmiş və niyə əşyaları nümayəndəsiz apardıqlarını irad bildirmişdir. Arvadlardan biri ona nalayiq söz demişdir. Selcan əmisi arvadı ilə gəlmişdi. Selcangil təxminən 1 saata yaxın əşyalarını yığmışlar. 3-4 çanta əşya yığılmışdır. Selcan oğlana alınmış nişan üzüyünü tələb etmiş, lakin Cavabdeh1 cehiz əşyaları çıxarılan zamanı üzüyü verəcəyini bildirmişdir.

15. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o Cavabdeh1 qardaşının arvadıdır. Onun qaynanası ağrıdığı üçün onlar ona baxmışlar. Selcan özünə məxsus əşyaları, həmçinin qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Lətafət onları evdən çıxmağa qoymamışdır. Onlar xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəni bilmişlər. O vaxtadək onlar elə Selcangilin şəhərdə qaldıqlarını bilmişlər. Selcanın otağı yuxarıda olmuşdur. Onlar gələn zaman açarı almışlar və açaraq əşyaları götürmüşlər. Başxanım onların yanında olmuş və qızılları da, apardığını görmüşdür. Başxanım onlara demişdir ki, Selcangil hər şeyi yığıb aparmışlar. Əşyaların boş qutuları otaqda yerdə qalmışdır. Selcan oğlana alınmış nişan üzüyünü tələb etmiş, lakin Lətafət cehiz çıxarılan zamanı üzüyü verəcəyini bildirmişdir. O, Lətafətgildən 3 ev aşağıda olur. Selcangil gecə təxmini saat 11 radələrində gəlmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X6 qarşı əmlak və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan, 12 adda, 17.900 manat dəyərində qızıl ziynət əşyalarının- bir ədəd qızıl sep, ilan qabığı formalı, 8 qramlıq, 585 əyarlı- 1000 manat, bir ədəd qızıl klon, gül formalı, “PANDORA” markalı, 2 qramlıq, 585 əyarlı, qaşsız, – 300 manat, bir cüt qızıl sırğa-üzük dəsti, gül formalı, “PANDORA” markalı, qaşız,585 əyarlı, 6 qramlıq - 800 manat, bir cüt qızıl sırğaüzük dəsti, tək brilyant qaşlı, 583 əyarlı, 10 qramlıq, 1.5 karatlıq - 2200 manat, nişan üzüyü, qızıl, kvadrat formalı, çoxlu brilyant qaşlı, 583 əyarlı, 8 qramlıq – 1400 manat, bir ədəd üzük, qızıl, fianit qaşlı, gül formalı, 583 əyarlı, 3 qramlıq-400 manat, bir ədəd üzük, qızıl, gül formalı, “PANDORA” markalı, qara qaşlı,583 əyarlı, 3 qramlıq-400 manat, bir ədəd üzük, qızıl, gül formalı, fianit qaşlı, 583 əyarlı, 3 qramlıq-300 manat, bir ədəd qızıl qolbağı, gül formalı, “PANDORA” markalı, 4 qramlıq, 583 əyarlı- 500 manat, bir cüt qızıl qolbağı, zəncir formalı, qaşsız, 3 qramlıq, 583 əyarlı - 400 manat., bir ədəd sep, qızıl, tros formalı, 20 qramlıq, 583 əyarlı-2200 manat, bir dəst, ağ qızıldan, fantaziya formalı, brilyant qaşlı, 750 əyarlı, 3.5 karatlıq, 16 qramlıq, sırğa-üzük, golbağı, kolye - 8000 manat dəyərində cavabdehlər Cavabdeh1 vəCavabdeh2 natura formasında, bu mümkün olmadıqda onlarının dəyərinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə, cavabdehlərCavabdeh1, Cavabdeh2 və X3 mənə məxsus olan 161 adda, 60.370 (atmış min üç yüz yetmiş) manat dəyərində cehiz əşyalarının - bir dəst yataq mebeli, iki nəfərlik çarpayı, iki ədəd tumbuçka, bir ədəd dörd qapılı patar şkafı, bir ədəd termo taclı, qızılı rəngli - 16.000 manat, bir dəst yumşaq mebel- bir ədəd üç nəfərlik divan, iki ədəd kreslo və bir ədəd jurnal stolu, iki ədəd kofe içmək üçün balaca stol – 8000 manat, iki ədəd Qorka mebel, 4 bölməli, qızılı rəngli, taclı – 8000 manat, bir ədəd kamot, güzgülü, qızılı rəngli, taclı - 2000 manat,bir ədəd 8 nəfərlik stol, 6 ədəd stul və iki ədəd kreslo ilə birlikdə, qızılı rəngli, taclı – 6000 manat, bir dəst mətbəxt mebeli, qızılı rəngli, 5 metirlik - 3000 manat, bir ədəd çılçıraq, mətbəxt üçün, 3 şamlı -100 manat, iki ədəd çılçıraq, qonaq otağı üçün, qaşlı, 12 şamlı – cəmi dəyəri - 600 manat, bir ədəd çılçıraq, yataq otağı üçün, üç şamlı -100 manat, bir ədəd çılçıraq, dəhliz üçün, 3 şamlı - 100 manat, mətbəxt üçün stol, stulları ilə birlikdə -800 manat, iki ədəd pəncə üçün tül pərdə, qonaq otağı üçün, dekor vilur parçadan, krem rəngli - 500 manat, bir ədəd pərdə, yataq otağının pəncərəsi üçün, krem rəngli, tül və vilur dekor parçadan – 500 manat, bir ədəd pərdə, mətbəxt üçün, krem rəngli, viliur parçadan dekor parça ilə - 300 manat, iki ədəd qapı pərdəsi, zal otağın qapıları üçün, krem rəngli, viliur dekor parça ilə - 300 manat, iki ədəd xalça, qonaq otağı üçün, 3X5 ölçülü, qarışıq rəngli – cəmi dəyəri 1200 manat, bir ədəd xalça, böyük, iki ədəd balac xalça yataq otağı üçün, krem rəbgli – 400 manat, bir ədəd xalça, mətbəxt üçün, 2X3 ölçülü, qarışıq rəngli – 300 manat, bir ədəd xalça, dəhliz üçün, 2X3 ölçülü, qarışıq rəngli – 200 manat, bir ədəd Samsunq markalı, iki kameralı soyuducu, kül rəngli – 1800 manat, bir ədəd Boş markalı, avtomat paltaryuyan maşın, kül rəngli – 1800 manat, bir ədəd mətbəx üçün soba, kül rəngli, Ankastr firmadan - 500 manat, bir ədəd mikrodalğalı soba, kül rəngli, Ankastr firmadan - 300 manat, bir ədəd asperator, kül rəngli – 300 manat, bir ədəd qaz peçi, dörd gözlü, mebel içi – 200 manat, bir ədəd Samsunq markalı televizor, led, 109 dioqanal- 1200 manat, bir ədəd mətbəxt üçün divar saatı, qızılı rəngli – 50 manat, bir ədəd qonaq otağı üçün, divar saatı, ağlı-qızılı rəngli, böyük ölçülü – 150 manat, bir ədəd daroşka, 25 metrlik, pilləkan üçün, qarışıq rəngli -450 manat, bir ədəd yun döşək, 2 nəfərlik , 30 kiloqramlıq – 200 manat, iki ədəd yun döşək, tək nəfərlik, hər biri 15 kq olmaqla – cəmi dəyəri 200 manat, bir ədəd yun yorğan, iki nəfərlik, 5 kq- 200 manat, dörd ədəd yun yorğan, bir nəfərlik, cəmi dəyəri – 400 manat, altı ədəd böyük balınc, qaz tükündən – cəmi dəyəri – 200 manat, dörd ədəd balınc, balaca, qaz tükündən – cəmi dəyəri -100 manat, bir ədəd pakrıval, ağ pakrıval, özündən güllü, iki ədəd paduşka ilə birlikdə -350 manat, bir ədəd yun adyal, böyük, şabalıdı rəngli – 130 manat, bir ədəd krem rəngli, yun adyal, 80 manat, iki ədəd yun adyal, tək nəfərlik, qarışıq rəngli, cəmi dəyəri 100 manat, üç ədəd yay üçün yorğan, müxtəlif rəngli, tək nəfərlik, cəmi dəyəri – 200 manat, bir dəst pastel üzü , bir nəfərlik, ağ rəngli, sadə - 50 manat, bir dəst pastel üzü, qarışıq rəngli, güllü, bir nəfərlik – 50 manat, dörd ədəd döşək üçün mələfə, tək nəfərlik, müxtəlif rəngli, cəmi dəyəri – 60 manat, iyirmi ədəd dəsmal, stol üçün, müxtəlif rəngli – 50 manat, bir ədəd süfrə, qonaq otağı üçün, ağ rəngli, lepkalı – 150 manat, bir ədəd süfrə , mətbəxt üçün, şabalıdı rəngli, küpürlü – 50 manat, bir ədəd ütü stolu, şkaflı, şabalıdı rəngli - 150 manat, bir ədəd Paspas vedrə - 30 manat, bir ədəd sandıq krem rəngli , qaşlı, -120 manat, bir ədəd Samsunq firmadan tozsoran-250 manat, bir ədəd elektrikli, ət çəkən, Eurolux firmadan -200 manat, bir ədəd sok çəkən, Eurolux firmadan - 150 manat, bir ədəd mikser, Eurolux firmadan -100 manat, bir ədəd samovar, elektriklə işləyən, çayniki ilə birlikdə-150 manat, bir ədəd termuz, elektriklə işləyən-100 manat, bir ədəd sac, elektriklə işləyən-100 manat, bir ədəd soğan çəkən-20 manat, bir ədəd qoz çəkən-20 manat, bir ədəd ütü, Eurolux-120 manat, bir ədəd paltar sərgisi, üç mərtəbəli - 50 manat, bir ədəd paltar setkası,plasmas, şabalıdı rəngli böyük-15 manat, bir ədəd paltar setkası, plasmas, qırmızı rəngli, kiçik-10 manat, bir ədəd vanna, plasmas, qırmızı rəngli – 15 manat, bir ədəd vedrə, plasmas, qapaqlı, yaşıl rəngli – 10 manat, bir ədəd duvax, taxta materialdan – 25 manat, bir ədəd oxlov, nazik, taxta – 5 manat, bir ədəd oxlov, qalın- 5 manat, on iki ədəd şiş, dəmir, böyük ölçülü – 40 manat, iki ədəd qoz qıran, dəmir – cəmi 10 manat, bir ədəd sarımsaq əzən, dəmir – 3 manat, bir ədəd sarımsaq əzən, taxadan – 2 manat, bir ədəd tyorka, böyük – 7 manat, bir ədəd tyorka, balaca – 5 manat, iki ədəd şotku, mətbəx üçün – cəmi dəyəri -3 manat, “Tefal” firmadan tava dəsti, beş müxtəlif ölçülü, kül rəngli, özündən, xallı -100 manat, iki ədəd vedrə, şirəli, sarı rəngli, 10 litirlik cəmi 50 manat, beş ədəd ləyən, şirəli, müxtəlif ölçülü, sarı rəngli -cəmi 100 manat, iki ədəd ləyən, şirəli, balaca-30 manat, bir ləyən dəsti, şirəli, üç dənəlik-40 manat, iki ədəd beton, şirəli-40 manat, iki ədəd quyruqlu, şirəli-cəmi 30 manat, altı ədəd cəm, şirəli, müxtəlif ölçülü -cəmi 50 manat, on ədəd ləyən, plastik, müxtəlif ölçülü -cəmi 80 manat, üç ədəd aşsüzən, eyni ölçülü, aliminium - cəmi dəyəri 50 manat, üç ədəd aşsüzən, nejaveyka, eyni ölçülü –cəmi dəyəri 50 manat, qranit qazan dəsti, müxtəlif ölçülü, 5 ədəd, pəmbə rəngli – 250 manat, qazan dəsti, aliminium, müxtəlif ölçülü, 5 ədəd - 300 manat, qazan dəsti, Tefal firmadan, 5 ədəd, müxtəlif ölçülü - 200 manat, qazan dəsti, Tefal firmadan, qrant, 8 ədəd müxtəlif ölçülü, tünd qırmızı rəngli – 180 manat, qazan dəsti, beş dənəlik, aliminium, müxtəlif ölçülü -80 manat, qazan, böyük, ət üçün, 40 litr tutumlu-100 manat, bir ədəd qazan, şirəli, 40 litr tutumlu-80 manat, iki ədəd çaydan, şirəli, 5 litr tutumlu-cəmi 60 manat, çaynik dəsti, şirəli, bir böyük və bir balaca -60 manat, bir ədəd dəm çayniki, şirəli, ağ rəngli, güllü -20 manat, bir ədəd dəm çayniki, şirəli, mavi rəngli, güllü -20 manat, padnus dəsti, qaşlı, müxtəlif ölçülü, 3 ədədlik - -80 manat, ki ədəd gecə lampası-cəmi 60 manat, iki ədəd şamdan-cəmi 150 manat, bir ədəd gəmi, suvenir-80 manat, bir dəst ədviyyat qabı, altı dənəli, sadə şüşə -80 manat, bir ədəd kartofsoğan qabı, dəmirdən, üç mərtəbəli -30 manat, bir ədəd zibil qabı, böyük, plasmas -30 manat, bir ədəd zibil qabı, balaca, plasmas - 10 manat, iki ədəd ləyən, böyük, nejaveyka - cəmi 40 manat, iki ədəd ləyən, böyük, aliminium - cəmi 60 manat, bir ədəd un ləyəni, şirniyyat üçün -15 manat, bir ədəd un ləyəni-15 manat, iki ədəd quyruqlu, plastik-cəmi 10 manat, bir dəst mətbəx naboru- çömçə, kökür, kartof əzən, qaşıq, çəngəl -50 manat,əlli ədəd xörək qaşığı – qızılı rəngli və bəzəkli - cəmi 100 manat, əlli ədəd çəngəl, qızılı rəngli və bəzəkli - cəmi 120 manat, otuz ədəd qaşıq, orta böyüklükdə, - cəmi 60 manat, otuz ədəd çay qaşığı, qızılı rəngli, bəzəkli - cəmi 50 manat, altı ədəd qaşıq, taxta-cəmi 50 manat, altı ədəd qaşıq, plastik-cəmi 60 manat, iki ədəd qab, çörək qoymaq üçün-cəmi 30 manat, iki ədəd qab, salfetka üçün, qızılı rəngli-cəmi 40 manat, dörd ədəd qab, salfetka üçün, şüşə-cəmi 50 manat, limon çəngəli, 12 ədəd, qızılı rəngli – 20 manat, limon qaşığı, 12 ədəd, qızılı rəngli – 20 manat, otuz ədəd orta boşqabı, qzılı rəngli, bəzəkli -cəmi 150 manat, iyirmi ədəd qəndqabı, müxtəlif ölçülü və bəzkli -cəmi 300 manat, əlli ədəd stəkan, sok üçün, şüşədən -cəmi 200 manat, bir ədəd ləpə qabı, üç gözlü-70 manat, bir ədəd bilinçik bişirən- 50 manat, qaşıq naboru dəsti-100 manat, bıçaq dəsti naboru, 12 ədəd , taxta formanın içərisində - 30 manat , bıçaq dəsti, 12 ədəd, qayçı ilə birlikdə, müxtəlif ölçülü – 25 manat, rumka 12 ədəd, rəngli, böyük ölçülü - 100 manat, on iki ədəd rumka, sadə şüşə, cəmi-100 manat, çay dəsti, 12 nəfərlik, ağ rəngli, gümüşü rəngli bəzəkli – 250 manat, yemək dəsti, 12 nəfərlik, ağ rəngli, gümüşü bəzəkli – 250 manat, bir ədəd meyvə qabı, “TOM” firmadan, böyük – 500 manat, bir ədəd güldan, “TOM” firmadan, böyük – 500 manat, bir ədəd ləpə qabı, “TOM” firmalı – böyük ölçülü – 250 manat, bir ədəd konfet qabı, “TOM” firmadan - 250 manat, on iki ədəd gül, süni-cəmi 120 manat, on səkkiz ədəd böyük, bakal, xrustal, Tom firmadan -600 manat, on səkkiz ədəd orta böyüklkdə, xrustal, Tom firmadan- 300 manat, Tom firmadan kampot dəsti, 6 ədəd stəkan və bir qrafinlə birlikdəxrustal – 400 manat, on iki ədəd qızılı bəzəkli, sadə şüşədən bakal, hündür – cəmi 100 manat, stəkan 12 ədəd, sadə şüşə, qzılı bəzəkli – cəmi 50 manat, on iki ədəd dekor üçün gül – 120 manat, ayı kukla, 3 ədəd , müxtəlif ölçülü – cəmi dəyəri - 100 manat, iki ədəd dovşan kukla, müxtəlif ölçülü , cəmi dəyəri - 30 manat, üzərlik, suvenir, gül qabı ilə birlikdə, qızılı rəngli – 30 manat, hamam dəsmalı , 18 ədəd , müxtəlif bəzəkli, müxtəlif ölçülü- cəmi 200 manat, əl-üz dəsmalı, karopkada, dörd dəst, müxtəlif ölçülü, müxtəlif bəzəkli, cəmi dəyəri - 200 manat, əl-üz dəsmalı, açıq, 40 ədəd, müxtəlif ölçülü və müxtəlif bəzəkli – cəmi 200 manat, çay dəsmalı, 20 ədəd, müxtəlif ölçülü və müxtəlif rəngli – cəmi 130 manat, süfrə, müxtəlif ölçülü, müxtəlif rəngli, 4 ədəd – cəmi dəyəri - 100 manat, iki nəfərlik pastel dəsti, 7 dəst, müxtəlif rəngli – cəmi 600 manat, çay stəkanı, 60 ədəd sadə, nəlbəki ilə - cəmi 200 manat, çay stəkanı, 36 ədəd, nəlbəkisiz, sadə şüşə - 50 manat, on səkkiz ədəd araq stəkanı, sadə şüşədən- cəmi 30 manat, mürəbbə üçün rozetka, adi şüşədən –cəmi dəyəri 80 manat, meyvə üçün vaz, sadə şüşədən, 16 ədəd, eyni ölçülü, cəmi dəyəri – 200 manat, iki ədəd meyvə qabı, iki ədəd konfet qabı, bir ədəd güldan, qaşlı, ağ rəngli, özündən zərli – 200 manat, ləpə qabı, 20 ədəd, sadə şüşədən, müxtəlif ölçülü - cəmi 150 manat, duz qabı, 24 ədəd, sadə şüşədən – cəmi dəyəri 40 manat dəyərində cehiz əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin hər üç cavabdehdən müştərək qaydada alınıb mənə verilməsinə dair qərar vermənizi, 3. İyirmi iki adda, 1680 (bir min altı yüz səksən) manat dəyərində geyim şeylərinin -- bir ədəd qırmızı rəngli, don, sağ tərəf sinəsi qaşlı, qolsuz, uzun-200 manat, kostyum-şalvar, qara rəngli, sinəsi düyməli – 100 manat, kostyum – şalvar, sarı rəngli, kostyumun ətəyi saçaqlı – 100 manat, idman paltarı, ağ rəngli, qaşlı, jiletlə birlikdə, kapçonkalı - 100 manat, idman paltarı, yaşıl rəngli, sinəsində ayı şəkili olan – 40 manat, kofta, qış üçün, ağ rəngli, sinəsi xətli, qolu uzun – 20 manat, kofta, qış üçün, ağ rəngli, yaşıl xətli, qolu uzun – 20 manat, bir ədəd qolu uzun köynək, krem rəngli, sinəsi düyməli- 30 manat, alt paltarı, 7 dəst – 200 manat, gecə paltarı 5 dəst, müxtəlif formalı, müxtəlif rəngli – 200 manat, əl sumkası, krem rəngli, qara bəzəkli – 30 manat, əl sumkası, ağ rəngli, balaca – 20 manat, bir ədəd klac, çəhrayı rəngli – 30 manat, bir cüt çəkmə, qara rəngli, dikdaban – 40 manat, bir cüt botinka , ağ rəngli – 30 manat, bir ədəd qara rəngli şuba – 300 manat, bir ədəd qara rəngli, plaş, uzun, iri düyməli -100 manat, ev üçün ayaqqabı, cüt, müxtəlif rəngli və müxtəlif formalı – cəmi 30 manat, kosmetika naboru – 60 manat, bir ədəd duxi, Amor firmadan – 20 manat, bir ədəd üz üçün krem – 5 manat, bir ədəd əl üçün krem – 5 manat-- əşyaların cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X3 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin müştərək qaldada cavabdehlərdən alınıb ona verilməsinə, bu mümkün olmadıqda onların dəyərinin cəmi 79.950 (yetmiş doqquz min doqquz yüz əlli ) manat pulun, 336+1 manat dövlət rüsumunun, 2000 (iki min) manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda ailəsilə birlikdə yaşayır. İddiası üzrə Cavabdeh2 nişanlısı olmuşdur. Digər Cavabdeh1 isə Rəşadın anası, Əhdiman Kamil oğlu isə Rəşadın atasıdır. O, Rəşad Əhdiman oğlu ilə 3 il nişanlı olmuşdur. 2024-cü ilin oktyabr ayında onun 18 yaşı tamam olmuşdur. 2024-cü ilin noyabr ayının 24də onun toyu olmuşdur. Toy günü o, Rəşadın və ailə üzvlərinin yaşadığı evə el adətincə gəlin köçmüşdür. Toy günü Rəşad onunla cinsi münasibətdə olmuş, lakin istənilən nəticə baş verməmişdir. Buna görə cavabdeh Rəşad Əhdiman oğlu onu ona xəyanət etməkdə günahlandırmış və onu öldürəcəyi ilə hədələmişdir. Ondan ona kiminlə xəyanət etdiyini deməsini tələb etmişdir. O isə onu ona xəyanət etməməkdə inandırmışdır. O bakirədir. Harada isə onu yoxlatdıra bilər. Ekspert həkimə təqdim edə bilər. Cavabdeh Rəşad Əhdiman oğlu dediklərinə məhəl qoymamış və o, aramsız olaraq ondan onu aldatmağının səbəbini soruşmuş, onun pozğun olduğunu və onların evindən çıxıb getməsini tələb etmişdir. Onun səs-küyünə oğlan yengəsi Nərgiz, Rəşadın anası – cavabdeh Lətafət Yəhya qızı onların otağa gəlmişlər. Onu əvvəlcə Gəncədə Raya adlı həkimə, daha sonra Şəmkir rayonun Abbaslı kəndində yaşayan X2 yanına aparmışlar. Gəncədə yaşayan Raya həkim ona baxmamış və belə şeylər olduğunu, bunun orqanizmdən asılı olduğunu demişdir. Həsənova Raya isə ona xx.xx.2024-cü il tarixində öz yaşadığı evdə onu müayinə etmiş və onun bakirə olmadığını bildirmişdir. O isə ekspertə təqdim olunmağını tələb etmişdir. X2 yanından gələndən sonra cavabdehlər Lətafət Yəhya qızı və Rəşad Əhdiman oğlu onun yataq otağında qoymuş olduğu, iddia ərizəsində qeyd olunan qızıl-ziynət əşyalarını ondan almışlar. Onlar hər ikisi o bakirə olmadığı üçün ona heç nə düşmədiyini demişlər. Bu hadisədən üç gün sonra o ekspert həkimə təqdim olunmuşdur. Həmin ekspert onu müayinə edib, rəy vermişdir ki, o bakirədir. Bundan sonra cavabdeh Rəşad Əhdiman oğlu və Əhdiman Kamil oğlu məsuliyyətdən kənarda qalmaq üçün Rusiya Federasiyasına qaçmışlar. Rəşad Əhdiman oğlu ondan çıxıb getməsini tələb etmişdir. O onu saxlayan deyil. Baş verənlər barədə valideynləri də, məlumatlı olmuşdur. 04 dekabr 2024-cü ildə onu cavabdeh Lətafət Yəhya qızı və Rəşadın bibisi Sona döymüşlər və onun evdən çıxmağını tələb etmişlər. Həmin gün o anasına zəng edib, gəlib onu aparmalarını xahiş etmişdir. Əmisi arvadı Radə və əmisi qızı Zülfiyyə gəlib onu Rəşadgilin evindən götürmüşlər. Hazırda o, ata evində yaşayır. Ona məxsus olan qızıl-zinət, cehiz əşyaları və ona məxsus olan geyim əşyaları cavabdehlərdə qalmışdır. Hazırda həmin əmlakları cavabdehlər qaytarmaqdan imtina edirlər. Buna görə də, məcbur olub, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərdə qalan qızıl-zinət, cehiz əşyaları və ona məxsus olan geyim əşyaları iddia ərizəsində qeyd etdikləri olmuşdur. Eyni zamanda hesab edir ki, cavabdehlər ona vurduğu maddi ziyanı da ödəməlidir. Belə ki, cavabdehlər onun qızıl-ziynət, cehiz və geyim əşyalarını könüllü olaraq ona qaytarsaydılar, o vəkil xidmət haqqı və dövlət rüsumları ödəməzdi. Hesab edir ki, o cavabdehlərin təqsiri ucbatından maddi ziyan çəkmiş və onlar ona vurmuş olduğu maddi ziyanı ödəməlidir.

18. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 müştərək qaydada bir dəst yataq mebeli, iki nəfərlik çarpayı iki ədəd tumbuçka, bir ədəd dörd qapılı patar şkafı, bır ədəd termo taclı, qızılı rəngli 16000 manat, bir dəst yumşaq mebel- bir ədəd üç nəfərlik divan iki ədəd kreslo və bir ədəd jurnal stolu iki ədəd kofe içmək uçün balaca stol 8000 manat, iki ədəd Qorka mebel, 4 bölməli qızılı rəngli, taclı 8000 manat, bir ədəd kamot, güzgülü, qızılı rəngli, taclı 2000 manat, bir ədəd 8 nəfərlik stol, 6 ədəd stul və iki ədəd kreslo ilə birlikdə, qızılı rəngli, taclı 6000 manat, bir dəst mətbəxt mebeli qızılı rəngli 5 metırlık 3000 manat, bir ədəd çilçıraq mətbəxt üçün, 3 şamlı 100 manat, iki ədəd çilçıraq, qonaq otağı üçün qaşlı 12 şamı 600 manat, bir ədəd çilçıraq, yataq otağı üçün, 4 şamlı 100 manat, bir ədəd çilçıraq, dəhliz üçün, 4 şamlı 100 manat, mətbəxt üçün stol, stulları ilə birlikdə 800 manat, iki ədəd pəncərə üçün tül pərdə, qonaq otağı üçün, dekor vilur parçadan, krem rəngli 500 manat, bir ədəd pərdə, yataq otağının pəncərəsi üçün, krem rəngli, tül və vilur dekor parçadan 500 manat, bir ədəd pərdə, mətbəxt üçün, krem rəngli, vilur parçadan dekor parça ilə 300 manat, iki ədəd qapı pərdəsi zal otağın qapıları üçün, krem rəngli, vilur dekor parça ilə 300 manat, iki ədəd xalça, qonaq otağı üçün, 3X4 və 3X2 ölçülü, qarışıq rəngli 1200 manat, bir ədəd xalça, böyük, iki ədəd balaca xalça yataq otağı üçün, krem rəngli 400 manat, bir ədəd xalça, mətbəxt üçün, 2X3 ölçülü, qarışıq rəngli 300 manat, bir ədəd xalça, dəhliz üçün 2X3 olçülu, qarışıq rəngli 200 manat, bir ədəd Samsunq markalı, iki kameralı soyuducu, kül rəngli 1800 manat, bir ədəd Bosh markalı avtomat paltaryuyan maşın, kül rəngli 1800 manat, bir ədəd mətbəx üçün soba kül rəngli 500 manat, bir ədəd mikrodalğalı soba 300 manat, bir ədəd asperator kül rəngli 300 manat, bir ədəd qaz peçi, dörd gözlü, mebel içi 200 manat, bir ədəd Samsung markalı televizor, led, 109 dioqanal 1200 manat, bir ədəd mətbəxt uçün divar saatı, qızılı rəngli 50 manat, bir ədəd qonaq otağı üçün, divar saatı ağlı-qızılı rəngli, böyük ölçülü 150 manat, bir ədəd daroşka 25 metrlik pilləkən üçün, qarışıq rəngli 450 manat, bir ədəd yun döşək 2 nəfərlik, 30 kiloqramlıq 200 manat, altı ədəd böyük balınc, qaz tükündən 200 manat, 2 ədəd balınc, balaca, qaz tükündən 50 manat, bir ədəd pakrıval, ağ pakrıval, özündən güllü, iki ədəd paduşka ilə birlikdə 350 manat, bir ədəd krem rəngli yun adyal 80 manat, 2 ədəd yay üçün yorğan, müxtəlif rəngli, tək nəfərlik 120 manat, bır dəst pastel üzü, bir nəfərlik ağ rəngli, sadə 50 manat, bir dəst pastel üzü, qarışıq rəngli, güllü, bir nəfərlik 50 manat, dörd ədəd döşək üçün mələfə, tək nəfərlik, müxtəlif rəngli 60 manat, iyirmi ədəd dəsmal, stol üçün, müxtəlif rəngli 50 manat, bir ədəd süfrə, qonaq otağı üçün, ağ rəngli, lepkalı 150 manat, bir ədəd süfrə, mətbəxt üçün, şabalıdı rəngli, küpürlü 50 manat, bir ədəd ütü stolu, şkaflı şabalıdı rəngli 150 manat, bir ədəd vedrə 30 manat, bir ədəd sandıq krem rəngli qaşlı 120 manat, bir ədəd Blackerd markalı tozsoran 250 manat, bir ədəd elektrikli, ət çəkən, Eurolux firmadan 200 manat, bir ədəd sok çəkən, Eurolux firmadan 150 manat, bir ədəd mikser, Eurolux firmadan 100 manat, bir ədəd samovar, elektriklə işləyən, çayniki ilə birlikdə 150 manat, birədəd termuz, elektriklə işləyən 100 manat, bir ədəd sac elektriklə işləyən 100 manat, bir ədəd soğan çəkən 20 manat, bır ədəd qoz çəkən 20 manat, bir ədəd ütü, Eurolux 120 manat, bir ədəd paltar sərgisi üç mərtəbəli 50 manat, bir ədəd paltar setkası,plasmas, şabalıdı rəngli böyük 15 manat, bir ədəd paltar setkası plasmas, qırmızı rəngli, kiçik 10 manat, bir ədəd vanna plasmas kül rəngli 15 manat, bir ədəd vedrə, plasmas, qapaqlı, yaşıl rəngli 10 manat, bir ədəd duvax, taxta materialdan 25 manat, bir ədəd oxlov, nazik, taxta 5 manat, bir ədəd oxlov qalın 5 manat, on iki ədəd şiş, dəmir, böyük ölçülü 40 manat, iki ədəd qoz qıran dəmir 10 manat, bir ədəd sarımsaq əzən taxadan 2 manat, bir ədəd tyorka, böyük 7 manat, bir ədəd tyorka, balaca 5 manat, iki ədəd mətbəx üçün şotku, 3 manat, “Tefal’’ firmadan tava dəsti, 5 müxtəlif ölçülü, kül rəngli, özündən, xallı 100 manat, iki ədəd vedrə, şirəli, sarı rəngli, 10 litirlık 50 manat, 4 ədəd ləyən, şirəli, müxtəlif ölçülü, sarı rəngli 80 manat, iki ədəd beton, şirəli 40 manat, on ədəd ləyən plastik, müxtəlif ölçülü 80 manat, üç ədəd aşsüzən, eyni ölçülü, aliminium 50 manat, 3 ədəd aşsüzən nerjaveyka eyni ölçülü 50 manat, qranit qazan dəsti, müxtəlif ölçülü, 4 ədəd, pəmbə rəngli 200 manat, qazan dəsti, aliminium müxtəlif olçülu, 5 ədəd 300 manat, qazan dəsti, Tefal firmadan, qrant, 8 ədəd müxtəlif ölçülü, kül rəngli 180 manat, qazan, böyük, ət üçün, 40 litr tutumlu 100 manat, bir ədəd qazan, şirəli, 40 litr tutumlu 80 manat, bir ədəd çaydan, şirəli, 5 litr tutumlu 30 manat, çaynik dəsti, şirəli, bir böyük və bir balaca 60 manat, bir ədəd dəm çayniki, şirəli, ağ rəngli güllü 20 manat, bir ədəd dəm çayniki, şirəli, mavi rəngli, güllü 20 manat, padnus dəsti, qaşlı müxtəlif ölçülü, 3 ədədlik 80 manat, iki ədəd gecə lampası 60 manat, iki ədəd şamdan 150 manat, bir ədəd gəmi, suvenir 80 manat, bir dəst ədviyyat qabı, altı dənəli sadə şüşə 80 manat, bir ədəd kartof-soğan qabı, dəmirdən, üç mərtəbəli 30 manat, bir ədəd zibil qabı, balaca, plasmas 10 manat, 1 ədəd ləyən, böyük, nerjaveyka 20 manat, iki ədəd ləyən, böyük, aliminium 60 manat, bir ədəd un ləyəni şirniyyat üçün 15 manat, iki ədəd quyruqlu, plastik 10 manat, bir dəst mətbəx naboru- çömçə, kökür, kartof əzən, qaşıq çəngəl 50 manat, 48 ədəd xörək qaşığı - qızılı rəngli və bəzəkli 100 manat, 48 ədəd çəngəl, qızılı rəngli və bəzəkli 120 manat, 18 ədəd qaşıq, orta böyüklükdə, 60 manat, 18 ədəd çay qaşığı qızılı rəngli, bəzəkli 30 manat, 4 ədəd qaşıq, taxta 40 manat, 3 ədəd qaşıq, plastik 30 manat, iki ədəd qab, çörək qoymaq üçün 30 manat, iki ədəd qab salfetka üçün, qızılı rəngli 40 manat, 2 ədəd qab, salfetka üçün, şüşə 25 manat, limon çəngəli, 12 ədəd qızılı rəngli 20 manat, limon qaşığı, 12 ədəd qızılı rəngli 20 manat, 30 ədəd orta boşqabı, qızılı rəngli, bəzəkli 150 manat, 13 ədəd qəndqabı, müxtəlif ölçülü və bəzəkli 300 manat, 48 ədəd stəkan, sok üçün, şüşədən 200 manat, bir ədəd ləpə qabı, üç gözlü 70 manat, bir ədəd bilinçik bişirən 50 manat, bıçaq dəsti naboru 6 ədəd, taxta formanın içərisində 15 manat, bıçaq dəsti, 6 ədəd, qayçı ilə birlikdə, müxtəlif ölçülü 25 manat, rumka 12 ədəd rəngli böyük ölçülü 100 manat, on iki ədəd rumka, sadə şüşə 100 manat, çay dəsti 12 nəfərlik 250 manat, ağ rəngli gümüşü rəngli bəzəkli yemək dəsti 12 nəfərlik ağ rəngli, gümüşü bəzəkli 200 manat, bir ədəd meyvə qabı “TOM" firmadan, böyük 500 manat, bir ədəd güldan "TOM” firmadan, böyük 500 manat, bir ədəd ləpə qabı, "TOM" firmalı böyük ölçülü 250 manat, bır ədəd konfet qabı, “TOM" firmadan 250 manat, 9 ədəd gül, süni 100 manat, on səkkiz ədəd böyük bakal xrustal Tom firmadan 600 manat, 12 ədəd orta böyüklükdə xrustal Tom firmadan 200 manat, Tom firmadan kampot dəsti, 6 ədəd stəkan və bir qrafinlə birlikdə, xrustal 400 manat, on iki ədəd qızılı bəzəkli, sadə şüşədən bakal, hündür 100 manat, stəkan 12 ədəd, sadə şüşə, qzılı bəzəkli 50 manat, ayı kukla 3 ədəd, müxtəlif ölçülü 100 manat, üzərlik, suvenir, gül qabı ilə birlikdə qızılı rəngli 30 manat, hamam dəsmalı, 11 ədəd, müxtəlif bəzəkli, müxtəlif ölçülü 120 manat, əl-üz dəsmalı, karopkada, 1 dəst, müxtəlif ölçülü, müxtəlif bəzəkli 200 manat, əl-üz dəsmalı, açıq 12 ədəd, müxtəlif ölçülü və müxtəlif bəzəkli 200 manat, çay dəsmalı 18 ədəd müxtəlif ölçülü və müxtəlif rəngli 130 manat, süfrə, müxtəlif ölçülü, müxtəlif rəngli, 4 ədəd 100 manat, iki nəfərlik pastel dəsti 2 dəst, müxtəlif rəngli 200 manat, çay stəkanı 42 ədəd sədə, nəlbəki ilə 200 manat, mürəbbə üçün rozetka, adi şüşədən 80 manat, meyvə üçün vaz, sadə şüşədən, 6 ədəd, eyni ölçülü, cəmi dəyəri 70 manat, iki ədəd meyvə qabı, iki ədəd konfet qabı, bir ədəd güldan qaşlı, ağ rəngli, özündən zərli 200 manat, ləpə qabı, 8 ədəd, sadə şüşədən, müxtəlif ölçülü 150 manat, duz qabı 18 ədəd sadə şüşədən 40 manat dəyərində olan əşyalardan ibarət 59430 (əlli doqquz min dörd yüz otuz) manat dəyərində əmlakların natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh2 24 noyabr 2024-cü il tarixdə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Toyları günü İddiaçı Cavabdeh2 valideynlərinə məxsus evə gəlin köçmüş, toydan əvvəl isə iddiaçıya məxsus cehiz əşyaları həmin evə yerləşdirilmişdir. Lakin, toydan bir neçə gün sonra İddiaçı ilə Cavabdeh2 ayrılmışlar. İddiaçıya toy zamanı cavabdehlər tərəfindən qızıl–zinət əşyaları hədiyyə edilmişdir. Hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı icra məmurunun aktında olan əşyalarla bağlı hissəsini qəbul etmiş, onları mübahisələndirməmiş və iddiaçının istədiyi vaxt həmin cehiz əşyalarını apara biləcəyini bildirmişdir. Məhkəmə bu halı da işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçıya məxsus qızıl-zinət və geyim əşyalarının cavabdehlərdə olması ilə bağlı iddiaçının göstərdiklərini cavabdeh tərəf qəbul etməmiş və bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə ilk öncə tərəflərin izahatına və dindirilmiş şahidlərin ifadələrinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində ona məxsus qızıl-zinət əşyalarının həkimin yanından gələndən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun əlindən alındığını, daha sonra ilk məhkəmə baxışı iclasında dindirilərkən qaynanası Cavabdeh1 toydan sonra saxlamaq adı ilə qızıllarını götürməsini, daha sonra isə ona verilən suallara cavab olaraq həm qayınanası Lətafətin ona məxsus qızılları onun otağından gözü qarşısında götürdüyünü, qayınanasının cehiz əşyaları çıxarılarkən qızılları verəcəyini bildirdiyini, eyni zamanda evdən gedərkən qızılları otaqda olduğunu və əri Rəşadın ona qızılları götürməyə icazə verməməsi kimi bir-biri ilə tamamilə ziddiyyət təşkil edən izahatlar vermiş və həmin izahatlarına heç bir aydınlıq gətirə bilməmişdir. Həmçinin, iddiaçı 04 dekabr 2024-cü il tarixdə qohumlarının gəlib onu ər evindən apardığını, həmin gün cavabdehlərin evində olduğunu, hətta əri Rəşadın da evdə olduğunu göstərmiş olsa da, onun izahatı iş materiallarına əlavə edilmiş əri Cavabdeh2 ilə ona whatsapp yazışmaları və cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahid ifadələri ilə təkzib edilmişdir. Belə ki, iddiaçı ilk öncə 04 dekabr 2024-ü il tarixdə əri Rəşadın evdə olduğunu, daha sonra sərhəd məlumatları çıxarıldıqdan sonra ərinin 02 dekabr 2024-cü il tarixdə Rusiya Federasiyasına getdiyini göstərməklə fərqli izahatlar vermiş, həmçinin 04 dekabr 2024-cü il tarixə kimi cavabdehlərin evində yaşadığını göstərmiş olsa da, cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlər tam ardıcıllıqla və hadisə barədə dəqiq məlumat verməklə həmin gün iddiaçının qohumları ilə cavabdehlərin evinə gəldiyinin şahidi olduqlarını bildirmişlər. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından göründüyü kimi iddiaçının iddia tələbində göstərdiyi hallar onun özünün izahatı və cavabdehlər tərəfindən təqdim edilmiş sübutlarla belə təkzib edilir. Hətta iddiaçı tərəfindən dəvət edilmiş şahidlər belə mübahisəli qızıl və geyim əşyalarının cavabdehlərdə qalması barədə dəqiq ifadə verə bilməmişlər. Bu hal isə öz-özlüyündə qızılların cavabdeh tərəfdə olmaması qənaətinə gəlmək üçün kifayət etmişdir. Məhkəmə iclası zamanı cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlər isə keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və zidiyyətsiz təsvir edə bilmişlər, həmçinin onların ifadələri məhkəmə iclasında aradşırılmış digər sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə iddiaçının və onun təqdim etdiyi şahidlərin izahatı fonunda cavabdehlərin və onların təqdim etdiyi şahidlərin izahatlarını daha inandırıcı hesab edir və mötəbər sübut kimi qəbul edərək, iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Beləliklə, tərəflərin izahatından, iş materiallarında olan fotoşəkillərdən, şahid ifadələrindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus bir ədəd qızıl sep, ilan qabığı formalı, 8 qramlıq, 585 əyarlı 1000 manat, bir ədəd qızıl klon, gül formalı, “PANDORA” markalı, 2 qramlıq, 585 əyarlı, qaşsız 300 manat, bir cüt qızıl sırğa-üzük dəsti, gül formalı, “PANDORA” markalı, qaşız, 585 əyarlı, 6 qramlıq 800 manat, nişan üzüyü, qızıl, kvadrat formalı, çoxlu brilyant qaşlı, 583 əyarlı, 8 qramlıq 1400 manat, bir ədəd üzük, qızıl, fianit qaşlı, gül formalı, 583 əyarlı, 3 qramlıq 400 manat, bir ədəd üzük, qızıl, gül formalı, “PANDORA” markalı, qara qaşlı,583 əyarlı, 3 qramlıq 400 manat, bir ədəd qızıl qolbağı, gül formalı, “PANDORA” markalı, 4 qramlıq, 583 əyarlı 500 manat, bir cüt qızıl qolbağı, zəncir formalı, qaşsız, 3 qramlıq, 583 əyarlı 400 manat, bir dəst, ağ qızıldan, fantaziya formalı, brilyant qaşlı, 750 əyarlı, 3.5 karatlıq, 16 qramlıq, sırğa-üzük, golbağı, kolye - 8000 manat dəyərində qızıl-zinət əşyaları mövcud olmuş, lakin iddiaçı cavabdehlərin evinə əşyalarını götürməyə gəldiyi zaman onları da özü ilə aparmışdır. Həmçinin tərəflərin izahatınan, iş materiallarında olan fotoşəkillərdən, tərtib edilmiş aktdan, şahid ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı geyim və kosmetik əşyalarınıda 04 dekabr 2024-cü il tarixdə cavabdehlərin evinə əşyalarını götürməyə gəldiyi zaman onları da özü ilə aparmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə və məhkəmə iclası zamanı sübuta yetirilmiş hissədə, cehiz əşyaları hissəsində əşyalar cavabdehlərdə qalmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zaman tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, mübahisəli cehiz əşyaları iddiaçıya valideynləri tərəfindən hədiyyə verilmiş, hədiyyə verənlər həmin əşyanın mülkiyyətçisi olmuş, həmin əşyalar hazırda cavabdehlərdə qalmışdır. Qeyd olunan hallar məhkəmə iclasında tam sübuta yetirildiyindən, iddiaçı mübahisəli daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmçinin məhkəmə iddia tələbinin qızıl-zinət hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissə də rədd edilməlidir. Belə iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin evindən özü çıxıb getmiş, lakin sonra qayıtmış və özünə məxsus əşyalarının bəzilərini özü ilə aparmışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 218.1, Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 152.2, 152.3 157.1, 157.2, 666.1 və 668.1.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

21. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-788/2025 saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 nişanlısı olub. Digər Cavabdeh1 isə Rəşadın anası, Əhdiman Kamil oğlu isə Rəşadın atasıdır. Cavabdeh Rəşad Əhdiman oğlu dediklərinə məhəl qoymurdu və o, aramsız olaraq ondan onu aldatmağının səbəbini soruşur. Ondan evdən getməsini tələb edirdi. O isə ekspertə təqdim olunmağını tələb etmişdir. Onun səs küyünə cavabdehin anası Cavabdeh1 və yengəsi Nərgiz gəldilər. X1 yanından gələndən sonra cavabdehlər Lətafət Yəhya qızı və Rəşad Əhdiman oğlu onun yataq otağında qoymuş olduğu qızılları ondan aldılar. Bu hadisədən üç gün sonra o ekspert həkimə təqdim olundu. Həmin ekspert onu müayinə edib, rəy vermişdir ki, o bakirədir. Bundan sonra cavabdeh Rəşad Əhdiman oğlu və Əhdiman Kamil oğlu məsuliyyətdən kənarda qalmaq üçün Rusiya Federasiyasına qaçmışlar. Rəşad ondan evdən getməsini tələb etmişdir. Bu barədə valieynlərinin məlumatı olmuşdur. xx.xx.2024-cü ildə onu Cavabdeh1 və Rəşadın bibisi Sona döyərək evdən çıxmasını tələb etdilər. Həmin gün anasına zəng edərək onu aparmalarını xahiş etmişdir. Əmisi arvadı İradə və əmisi qızı Zülfiyyə gəlib onu aparmışlar. Onun əşyaları və ona məxsus olan geyim əşyaları cavabdehlərdə qalmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə isə onun iddia tələbini qismən təmin etmişdir. Halbu ki, iddia tələbinin tam təmin olunması üçün məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Onun cavabdehlərdən tələb etdiyi gündəlik geyim şeyləri və ona hədiyyə olaraq verilmiş qızıl-zinət əşyalarıdır. Bunu şahid ifadələri də sübut edir. Belə ki, şahid qismində dindirilmiş X10 öz ifadəsidə göstərmişdir ki, onu aparmağa gələrkən heç bir geyim əşyasını özü ilə götürməmişdir. O, bir neçə geyim əşyasını özü ilə aparmışdır. Ona hədiyyə olunmuş sep ucunda klon, nişan üzüyü, tək üzük, pandora dəstindən ibarət qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Cavabdeh1 qızılları verilməsini istədikdə isə o, qızılları cehiz əşyalarını çıxardıqda verəcəyini bildirmişdir. Məhkəmə zalında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İddiaçı toy və nişan zamanı cavabdehlər tərəfindən 750 əyarlı brilyant qaşlı dəst, tək qaşlı üzük-sırğa, kitab formasında nişan üzüyü.ş pandora sırğa, üzük, klon dəsti, tros sep, nazik qolbağlar hədiyyə edimişdir. Şahid ifadələrindən də göründüyü kimi mən cavabdehlərin evindən gələrkən özü ilə bir-iki yüngül geyim şeyləri aparmışdır. Qızıl-zinət əşyaları və digər geyim şeyləri cavabdehlərdə qalmışdır. Toy gecəsi cavabdehlər onda qızıllarını əlindən almışlar. Cavabdehlər məhkəmə zalında öz izahatında nişanlı olduğu müddətdə, bayramlarda və toy ərəfəsi ona qızıl-ziynət əşyaları hədiyyə etdiyini bildirmişlər. Eyni zamanda cavabdehin şahidi Şahid5 məhkəmədə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Selcan qohumları ilə evdən çıxanda Lətafətdən qızıl-ziynət əşyalarını təəb etmişdir. Lətafət isə demişdir ki, cehiz əşyalarını çıxaranda qızılları verəcək. Yuxarıda qeyd etdiyi hallar əsas verir ki, iddia tələbi tam təmin edilsin. Məhkəmə qətnaməsində təqdim etdiyi sübutlar araşdırılsa da, onlara məhkəmə tərəfindən obyektiv qiymət verilməmişdir.

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2024-cü ilin noyabr ayında ailə həyatı qurmuş, həmin ilin dekabr ayının 4-də həyat yoldaşından ayrılaraq, həmin evdən çıxmışdır. Ayrılmağına səbəb şər-böhtan olmuşdur. Qarşı tərəf ona bakirə olmadığımı bildirərək şər atmışlar. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, ərinin evindən 4 dekabr tarixində, təxminən günorta saat 2 radələrində çıxamışdır. Həmin vaxt qayınanası Lətafət və Reşadın bibisi Sona orada olmuşdur. Əmisi qızı Zülfiyyə ilə arvadı İradə onu aparmağa gəlmişlər. O, evdən çıxan zaman orada polis əməkdaşları olmamışdır. Onun evdən getmək qərarı qəti olmuşdur. O, evdən getdiyi zaman bir paketin içərisində olan sadəcə bir-iki geyim əşyasını özü ilə aparmışdır. Onun əşyalarını götürməyinə heç kim mane olmamışdır. Tələb etdiyi və yadında qalan qızıl əşyalarına nişanında taxılan qızıl üzük, ad günü üçün hədiyyə edilən təxminən 7 qramlıq sep, sonrakı ad günümdə gətirilən pandora formalı bilərzik, sevgililər günü üçün alınan təxminən 2-3 qramlıq, qiyməti 400 manat olan üzük, 8 Martda qaynının gətirdiyi gül formalı, təxminən 3- 4 qramlıq üzük, toyda hədiyyə edilən briliant qaşlı bilərzik, üzük, sep və sırğadan ibarət, qiyməti təxminən 9000 manat olan, ağ qızıl olan komplekt dəst, toyda Rəşadın dayısı oğlu tərəfindən hədiyyə edilən təxminən 2-3 qramlıq üzük, toyda qayınanası tərəfindən hədiyyə edilən təxminən 7 qramlıq sırğa və sep dəsti, “hə” mərasimində ona alınan qiyməti 900 manat olan tək qaş komplekt dəst daxil idi. O, iki il müddətində nişanlı olmuşdur. Toyda hədiyyə edilən 9000 manatlıq komplekt dəst alınan zaman o da, orada olmuşdur. Həmçinin toydan əvvəl, Novruz Bayramında gül formalı pandora sırğa və üzük alınmışdır. Həmin pandora dəsti qayınanası almışdı və qaşı olmamışdır. Onun təxminən 5-6 ədəd qolbağı olmuşdur. Onun 4 ədəd tək qolbağı olmuşdur. Qolbağlardan birini yeni il bayramında qayınanası, birini nişanlısı ad günündə hədiyyə etmişdir. Qolbağlardan biri pandora formasında olmuş, digərlərinin forması yadında deyil. Toydan sonra qızıllar öz otağında dolabın içərində qutuda olmuşdur. O, evdən çıxanda qayınanası qızılları götürmüşdü. Qayınanasının qızılları toyun növbəti gününün səhəri götürdüyünü görmüşdür. Onun evdən çıxdığı gün əri evdə olmamışdır. Toyun səhəri günü evdən çıxıb getməsini bildirmişlər. Qayınanasına əmisi qızının gələcəyini deməmişdir. Qayınanası ondan soruşanda əmisi qızının onun üçün gəldiyini bildirmişdir. Qızıllar özündə olmamışdır. Toydan sonra yengə başına gələnlər barədə ailəsinə xəbər vermiş, ondan sonra evdən çıxdığı günə qədər onun ailəsindən heç kim ərigilin evinə gəlməmişdir. Toydan sonra, 25 noyabr tarixində həkimə getmişdir. Gəncədə olan həkimə getmiş, o, isə belə olanların ola biləcəyini və bununla bağlı müayinə etmək istəmədiyini bildirdi. Ekspertizadan bir gün əvvəl onu Abbaslı kəndində olan Raya adlı həkimin yanına aparmışdılar. Raya həkim onu evində müayinə etmişdir. Raya onun həqiqətən bakirə olmadığını bildirərək, qarşı tərəfin şər-böhtanını təsdiq etmişdir. O, Raya həkimin yanına dekabrın 1-i getmişdir. Qarşı tərəf Raya həkimin yanına getdikdən sonra əmin olmuşdular, lakin qızılları ondan toyun səhərisi gün almışdılar. 2016-cı ildə anadan olmuşdur, evləndiyi zaman 18 yaşı olmuşdur. Ona alınan ən ağır qızılın çəkisi yadımda deyil. O evdən getdiyi gün Rəşad Rusiya Federasiyasında olmuşdur. O, qayınanasından ondan qızıllarını verməsini tələb etsə də, o ona qızılın düşmədiyini bildirərək qızıllarını verməmişdir. Lətafət xanımın ona qızılları verməməsini əmisi qızı Zülfiyyə, əmisi arvadı İradə, Reşadın bibisi Sona və qayınanasının əmisi qızı Başxanım görmüşdür. Qayınanası birinci instansiya məhkəməsində məhkəmə prosesindən əvvəl qızılları cehizlərlə bərabər verəcəyini bildirmişdir. O, cavabdeh Lətafətin qızılları götürdüyünü görmüşdür. O, Rəşada alınan qızılları da, tələb edir. Birinci instansiya məhkəməsində izahatında qızılları götürən zaman Rəşadın icazə vermədiyini səhvən demişdir. O, toy məclisimdə nişan üzüyünü, iki ədəd pandora formalı üzüyü, komplekt dəstinin üzüyünü taxmışdır. Toyda istifadə etdiyi komplekt dəstin klonu var idi. Toyda o 2 ədəd qızıl qolbağ taxmışdır. Toy günü istifadə etmədiyi digər qızıllar isə toya qədər ata evində olmuşdur. Toy günü qızılları bacısı gətirib ona vermişdir. Bacısı qızılları o, bəy-gəlin stolunda oturduğu zaman vermişdir, amma toy görüntülərində qızılların bacısı tərəfindən ona verildiyi zamanın görüntüsünün düşdüyünü xatırlamır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya verdiyi suala cavabdan görünür ki, İddiaçı Cavabdeh2 hədiyyə etdikləri qızılları da tələb edir. Həmçinin iddiaçı tərəf Cavabdeh2 aldıqları qızılı istədikləri üçün Lətafət onlara Rəşada aldıqları qızılları cehizlər barəbər götürə biləcəklərini bildirmişdir. Təqdim etdikləri şahidlər də, bu halı təsdiq etmişlər. Hazırda da, Lətafət Rəşada verilən qızılları vermək istədiyini qeyd edir. Yəni ifədələrdə yalnız Rəşada verilən qızıllardan söhbət gedir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Selcan vəkilinin sözü ilə ifadəsində qeyd edir ki, dekabrın 4-ü evdən getmişdir. Halbuki Selcanı 25 noyabr tarixində həkimə getdikdən sonra ata evinə aparıb qoymuşlar. Ona görə də, o, noyabrın 30-u Rəşada “onu göndədriyimiz üçün onun ahının bizi tutacağını” yazmışdır. Dekabr 4-ü isə Selcangil onlara basqına gəlmişlər. O da, dava düşməsin deyə cehizləri yığması üçün anasına açarı onlara verməsini bildirmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, toy günü qızılları o, Selcandan almamış, noyabr 28-ə qədər onun qızıllardan xəbəri olmamışdır. İddia ərizəsində yazılan qızılların çoxunu tanımır. Onun qeyd olunan qiymətlərə qızıl alacaq qədər maddi imkanı yoxdur. Dekabrın 4-ü Selcan da, onlara gəlmiş, əşyaları aparmaq istədiklərini bildirmişlər. Həmin vaxt o, qızlara açarı vermələrini bildirmişdir. Onları iddiaçı tərəfində paltarları yığıb, cehizi yığmadıqlarını görəndə, onlardan cehizləri niyə yığmadıqlarını soruşanda, onlar “canınızı alıb, cehizi 200.000 pulla sizdən alacıq” demişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

31. Maddə 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

32. Maddə 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

33. 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

34. 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

35. Maddə 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

43. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırkı apellyasiya şikayətində qətnamə iddianın təmin edilməyən, yəni iddiaçıya məxsus geyim əşyaları və qızıl-zinət tələbi hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

49. Kollegiya mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

50. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq ilk növbədə iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcudluğu, habelə iddiaçının mülkiyyətində olub-olmaması barədə araşdırma aparılmalıdır.

51. Hazırkı işdə iddiaçı tərəf iddia ərizəsində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında qızıl əşyalarının cavabdehin evində qaldığını, çıxarkən nəinki qızıl əşyaları, hətta geyim əşyalarını belə götürmədiyini bildirmiş, cavabdeh tərəf isə qızıl əşyalarını iddiaçının özü ilə aparmasını bildirmişdir.

52. Mübahisəli qızıllardan iddiaçıya məxsus iddia ərizəsində göstərilmiş 8 adda qızılzinət əşyasının həqiqətən mövcud olması toy mərasiminin fotoşəkilləri ilə müəyyən edilir ki, iddiaçı toy mərasimində 3 ədəd üzük, komplekt dəsti (sırğa, klon, sep), 2 ədəd qolbağ üzüyünü taxmışdır. Toyda istifadə etdiyi komplekt dəstin klonu olmuşdur. Toyda o, 2 ədəd qızıl qolbağ taxmışdır. İş materiallarında olan başqa bir fotoşəkildə isə iddiaçının pandora dəsti (üzük, sırğa) taxması, başqa bir fotoşəkildə isə Cavabdeh2 iddiaçıya qolbağ taxması müəyyən edilir. Beləliklə, iddiaçının tələb etdiyi ona hədiyyə olunmuş 8 adda qızıl-zinyət əşyalarının mövcudluğu müəyyən edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında tərəflərin toy mərasimində çəkilmiş foto şəkillər onların iştirakı ilə tədqiq edilmiş və həmin qızıl-zinət əşyalarının iddiaçının üzərində olması müəyyən edilmişdir. Bu halda, həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilmiş olması inandırıcı və ağlabatandır. Digər tərəfdən, cavabdeh də, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya baxışı zamanı həmin qızılların iddiaçıya alındığını, lakin iddia ərizəsində qeyd olunan məbləğdə və miqdarda qızıl-zinət almadıqlarını bildirmişdir ki, bu da məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərlə uyğun olduğundan kollegiya cavabdehin izahatını daha səmimi qəbul etmişdir. Həmçinin məhkəmə iclasında izahat verən İddiaçı bildirmişdir ki, toy günü istifadə etmədiyi digər qızıllar isə toya qədər ata evində olmuş, toy günü qızılları bacısı gətirib ona vermişdir.

53. Lakin, iddia ərizəsində 2-ci, 6-cı, 7-ci və 11-ci sırada göstərilən yəni, 300 manat dəyərində gül formalı, “PANDORA” markalı, 2 qramlıq, 585 əyarlı, qaşsız bir ədəd qızıl klon, bir cüt qızıl sırğa-üzük dəsti, tək brilyant qaşlı, 583 əyarlı, 10 qramlıq, 1.5 karatlıq - 2200 manat, 400 manat dəyərində bir ədəd üzük, qızıl, gül formalı, “PANDORA” markalı, qara qaşlı, 583 əyarlı, 3 qramlıq üzüyün- mövcudluğu və iddiaçının mülkiyyətində olması işin faktiki halları ilə öz təsdiqni tapmamış, habelə iddiaçı tərəf də bu barədə məhkəyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, tərəflərin toy mərasimində çəkilmiş foto şəkillərə baxış keçirilərkən iddia ərizəsində 2-ci, 6-cı, 7-ci və 11-ci sırada göstərilən qızıl-zinət əşyasının iddiaçının üzərində olması müəyyən edilməmişdir. Kosmetika və geyim əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilməmişdir.

54. Növbəti araşdırılmalı məsələ və işin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal həmin qızıl-zinət əşyalarının tərəflərin hansının sahibliyində qalmasının müəyyən edilməsidir. Çünki, iddiaçı tərəf həmin qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qaldığını iddia edir. Cavabdeh tərəf isə iddiaçının birgə yaşamış olduqları evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə apardığını bildirir.

55. Kollegiya göstərir ki, mübahisə predmeti olan 8 adda qızıl-zinət əşyalarının mövcudluğu təsdiq olunduğuna görə həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması barədə irəli sürülən iddianı sübut etmə öhdəliyi MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Birinci instansiya məhkəməsində izahat verən iddiaçı bildirmişdir ki, Rəşadın özü və atası Əhdiman 02 dekabr 2024-cü ildə Rusiya Federasiyasına getdiyini, o isə Rəşadgilin evində yaşamağa davam etdiyini, bundan sonra Rəşadın anası ona pis davranmasını, hətta döyməsini, o isə bütün bunlara dözməmiş, anasına zəng edərək gəlib onu ər evindən aparmalarını demişdir. 04 dekabr 2024-cü ildə Sona və Lətafət onu döymüşlər. Əri Rəşad əvvəlcədən toydan sonra onun telefonunu əlindən almışdır. Qaynanası isə toydan sonra saxlamaq adı ilə qızıllarını götürmüşdür. Toydan sonra qızılları açıq formada servantın qarşısına qoymuş, lakin istifadə etməmişdir. O, evdən gedərkən əri Rəşad evdə olmuşdur. qayınanası Lətafət ona məxsus qızılları onun otağından gözü qarşısında götürmüş və cehiz əşyalarını apararkən verəcəyini bildirmişdir. Həmçinin, bildirmişdir ki, evdən gedərkən qızılları otaqda olmuş və əri Rəşad ona qızılları götürməyə icazə verməmişdir.

57. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

58. Göründüyü kimi, birinci instansiya məhkəməsində iddiaçı bir biri ilə ziddiyyətli izahatlar vermişdir ki, bu hal isə onun izahatının səmimi olmaması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə kollegiyasının iclasında iddiaçıya sual verilən zaman, o birinci instansiya məhkəməsində izahatında qızılları götürən zaman Rəşadın icazə vermədiyini səhvən dediyini bildirmişdir. Halbu ki, Cavabdeh2 iddiaçı evdən gedən zaman Rusiya Federasiyasında olmuşdur. Bundan başqa iddiaçı birinci instansiya məhkəməsində toydan sonra cavabdeh Rəşadın telefonunu aldığını bildirmiş, daha sonra isə daha bir ziddiyyətli izahat verərək əmisi qızına zəng etdiyini gəlib onu aparmalarını bildirmişdir.

59. Həmçinin birinci instansiya məhkəməsində izahat verən cavabeh Cavabdeh1 Rəşad iddiaçıya artıq onunla birgə yaşamaq istəmədiyini, ata evinə geri qayıtmasını və artıq bu vəziyyətdə onların evliliyinin davam etməsinin qeyri mümkün olduğunu bildirəndən sonra, Selcan onunla razılaşaraq hələlik onu atası evinə yox əmisi evinə aparmasını bildirmişdir, bu səbəbdən Rəşad Selcanı xx.xx.2024-cü il tarixdə Selcanın əmisi evinə apardığını bildirmişdir.

60. Bundan başqa iddiçıanın evdən çıxma şəraiti tədqiq edilən zaman iddiaçının evdən gedərkən sərbəst şəkildə öz iradəsi ilə getməsi müəyyən edilmişdir. Belə ki, iddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında onun evdən getmək qərarının qəti olmasını, onun əşyalarını götürmüməyinə heç kimin mane olmadığını, lakin yalnız bir-iki geyim əşyasını apardığını bildirmişdir. İddiaçı birinci instansiya məhkəməsində izahat verərkən həmçinin, evdə ona məxsus əşyaları toplayarkən qaynansı Cavabdeh1 onların yanında olmamasını bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də, görünür ki, cavabdehlərə məxsus iddiaçının yerləşdiyi otaq iddiaçı və qohumları çıxdıqdan sonra dağınıq, şkaflar isə boş olmuşdur. İddiaçının yeni ailə qurduğu, gəlinə məxsus geyim və kosmetika əşyaların adətən gəlin və bəyin otağına yığılması nəzərə alınarsa iddiaçının ona məxsus geyim və kosmetika əşyalarının bir qismini aparması, hansı ki, iddiaçının özünün təqdim etdiyi şahidlər də bunu təsdiq edir, bir qismini isə aparmaması inandırıcı deyildir. Kollegiya hesab edir ki, bu zaman gedişin məqsədi tamamilə ayrılmaq və birdəfəlik getmək olduğu, həmçinin heç kimin iddiaçıya mane olmamasını nəzərə alınarsa iddiaçının qızıl əşyalarını da, özü ilə aparması ağlabatandır.

61. Apellyasiya icraatı zamanı iddiaçı izahatında “evdən çıxarkən qayınanasından qızıllarını verməsini tələb etsə də, o, ona qızılın düşmədiyini bildirərək” qızıllarını verməməsini bildirsə də, birinci instansiyada icraat zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində iddiaçının qayınanası Cavabdeh1 evdən çıxarkən iddiaçıya məxsus qızılları cehiz əşyalarının evdən çıxarandan sonra verəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı qızılların kim tərəfindən və nə vaxt götürülməsi, evdən çıxan zaman kimlərin orada olması ilə bağlı zidiyyətli ifadələr vermişdir ki, bununla da, kollegiya iddiaçının ifadələrinin qeyri-səmimi və inandırıcı olmaması nəticəsinə gəlmişdir.

62. İddiaçı tərəf apellyasiya şikayətinin dəlilində birinci instansiya məhkəməsində cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Selcanın qohumları ilə evdən çıxanda Lətafətdən qızıl-zinət əşyalarını tələb etməsini, Lətafətin cehiz əşyalarını çıxaranda qızılları verəcəyini bildirməsini qeyd etmişdir ki, həmin dəlilin araşdırılması üçün məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə Şahid5 dindirildiyi məhkəmə iclasının video yazısı tədqiq olunmuş, müəyyən olunmuşdur ki, Şahid5 ifadəsində göstərmişdir ki, Selcangillə birgə gəlin otağına getmiş, Selcan və onunla gələn şəxslər otağın qapısını açmış və əşyaları yığışdırmağa başlamışlar, iki çemodan və bir paket əşyaları yığmışlar. Həmin vaxtı Selcan qızıl-zinət əşyalarını termonun qabağındakı mavi qabın içərisindən götürüb aparmışdır. Bu zaman Lətafətin qardaşı içəri daxil olmuş və əşyaları niyə apardıqlarını qeyd etmişdir. Selcangil əşyaları yığdıqdan sonra boş qutuları yerdə qalmışdır. Həmin vaxt Selcangil həmçinin Cavabdeh1 oğlana nişanda hədiyyə etdikləri üzüyü tələb etmişlər, Lətafət onlara demişdir ki, oğlana alınmış üzük cehiz əşyaları çıxarılan zaman onlara qaytarılacaqdır.

63. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

64. Xüsüsilə diqqətə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə görə sübutların qiymətləndirilməsinin məntiqi (daxili) və hüquqi (zahiri) tərəfləri mövcudur. Bütövlükdə götürüldükdə bu, təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığnın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiymətləri yalnız məhkəmə verir. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Obyektivlik sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhə mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim olunmasını təklif etməli, zərurət olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə müxtəlif sübutların müqayisə edilməsidir.

65. İşin yuxarıda sadalanan hallarının məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı ona məxsus 8 adda qızıl-zinət əşyasını, kosmetika və geyim cavabdehlərin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin e-2(076)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-788/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar