Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-195/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına qarşı əmlak və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 103 adda cehiz əşyalarının, 10 adda birgə nikah dövründə alınmış əşyaların, 11 adda geyim əşyalarının, 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların naturada, bu mümkün olmadıqda isə dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı smayılova Müjgan Rafiq qızının nümayəndəsi X6 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, 103 adda cehiz əşyalarının tam halda, 11 adda geyim əşyalarının tam halda, qızı Gülmiranın payına düşən 10 adda birgə nikah dövründə alınmış əşyaların tam halda, 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların yarısının özlərinin və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayışevinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 məhkəməyə təkrarən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cəmi dəyəri 22.290 manat olan 103 adda cehiz əşyalarının, cəmi dəyəri 1.445 manat olan 16 adda geyim əşyalarının, qızı Gülmiranın payına düşən cəmi dəyəri 2.150 manat olan 10 adda birgə nikah dövründə alınmış cehizlik əşyaların, cəmi dəyəri 9.670 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların yarısının özlərinin və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X4 məhkəməyə yenidən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2022–ci il tarixli aktla 14 adda cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. Odur ki, iddiası təmin olunarkən həmin 14 adda əşyaların iddia tələbindən çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəməyə təkrarən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cəmi dəyəri 11.115 manat olan 74 adda cehiz əşyalarının, cəmi dəyəri 10.620 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların natura halında yarısının və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Taleh Musayev) iddia qismən təmin edilmiş, Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 (dörd min) manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan avtomaşın iddiaçı ilə birgə nikah müddətində əldə olunmuş və onunla evli olduğu müddətdə iddiaçının razılığı ilə satılmış və kiçik uşaqları İsmixanın müalicəsinə xərclənmişdir. Uşaq anadan olandan xəstə doğulmuş və mütəmmadi olaraq müalicə alır. İddiaçı göstərir ki, guya o avtomaşını 8000 manata almışdır. Halbuki maşın köhnə sovet maşınıdır və onu 3500 manata satmışdır. Bunu təsdiq edən sübutlar da vardır. Evlə bağlı isə bildirir ki, onun anasının mülkiyyətində ev yoxdur, iddiaçı ilə birgə nikah müddətində ev tikməmişlər. Evin tikintisi üçün Rusiya Federasiyasından pul göndərməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi şahidlər X10 xalası, X8 isə bibisidir. Digər şahidləri isə tanımır. Ümumiyyətlə iddiaçı ilə evli olduqları müddətdə usta işlətməmişdir. Anasının mülkiyyətində ev yoxdur. Atası 1999-cu ildə vəfat edib. Həmin qanunsuz tikilidə axırıncı dəfə nə vaxt təmir aparıldığını xatırlamır. İddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, o, Rusiyadan pul göndərdiyi halda bu barədə müvafiq bank qəbzləri ola bilərdi. Məhkəmə isə mübahisəni araşdırarkən bu hallara əhəməyiyyət verməyib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, əri ilə birgə nikah dövründə qayınanasına məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Həmin vaxt əri Rusiya Federasiyasında olmuş, evin inşasına pul göndərmiş, o isə burada lazımi ləvazimatlar almış, eləcə də ustalara qulluq etmişdir. Belə olan halda həmin evin dəyərinin yarısı da ona çatmalıdır. Həmçinin, əri ilə birgə nikah dövründə, yəni xx.xx.2015–ci il tarixdə birgə vəsait hesabına VAZ–21074 markalı 57–BZ– 845 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Lakin əri onun xəbəri olmadan avtomobili ilk öncə qayınanasının adına özgəninkiləşdirilmiş, daha sonra isə qonşuya satmışdır. Belə olan halda həmin avtomobilin dəyəri olan 8.000 manat pulun yarısı, yəni 4.000 manat məbləğində pul ona verilməlidir. Cavabdehlər məhkəmə iclasına gəlmir və həmin evin qiymətləndirilməsi üçün qəsdən ekspertizaya şərait yaratmırlar. Əslində evin dəyəri 100000 manat dəyərindədir. Mübahisəli ev bir mərtəbəli 4 otaq, 1 zal və 1 mətbəxdən ibarətdir. Lakin o, qətnamə ilə razılaşır. Minik avtomobilinin qiyməti ilə bağlı rəyi isə, məhkəməyə təqdim edir. Ona görə də, apellyasiya şikayətininm təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsi Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 (dörd min) manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı X2 verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsinin Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ– 21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 (dörd min) manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı X2 verilməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərədə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh1 ilə Dəmirova (İsmayılova) Müjgan Rafiq qızının birgə nikahından xx.xx.2010–ci il tarixdə Gülmirə, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2013–cü il tarixdə İsmixan adlı uşaqları doğulmuşdur. nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə Dəmirova (İsmayılova) Müjgan Rafiq qızı arasında bağlanmış rəsmi nikah qeydi xx.xx.2021–ci il tarixli pozulmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə VAZ–21074 markalı 57– BZ–845 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqısatqı müqaviləsinə əsasən həmin avtomaşın Cavabdeh2 Məmmədəli qızının adına qeydiyyata alınmış və avtomaşına 57–CH–944 dövlət qeydiyyat nişanı verilmişdir. Nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, 21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilinin buraxılış ili 2011-ci ildir. Şəmkir RİHB-nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli məktubdan görünür ki, Şəmkir rayonu, Düyərli kənd sakini Cavabdeh2 Məmmədəli qızının adına JN-155 saylı Şəhadətnaməyə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi vardır, həmin sahədə yeni və köhnə yaşaış binaları vardır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Məmmədəli qızının Dəmirova (İsmayılova) Müjgan Rafiq qızına qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamədən Dəmirova (İsmayılova) Müjgan Rafiq qızı tərəfindən apelyasiya şikayəti verilmiş, lakin apelyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı 15 adda cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçı 50 adda cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, qeyd olunan tarixdə baxış keçirilməsi üçün ünvana gedilmiş, lakin cavabdeh tərəfindən fərdi yaşayış evinə baxış keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən ekspertizanın aparılması mümkün olmamışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli məlumatından və ona əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, qeyd olunan tarixdə baxış keçirilməsi üçün ünvana gedilmiş, lakin evin qapısı bağlı olduğundan baxış keçirilməsi və ekspertizanın aparılması mümkün olmamışdır. "xxxx" MMC-nin rəyindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin dəyəri 47.490 manat qiymətləndirilmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş “Avtomotoservis və ticarət “ X9 Aktından görünür ki, VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 8200 manat qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli, 3-16-16/2-10/514 saylı ekspertiza aparılmasından imtina məktubundan görünür ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə iş üzrə tərəflərin iştirakı ilə yerli baxış keçirilməsi təşkil edilmiş, lakin iş üzrə tərəflər tədqiqat obyektinə gəlmədiyindən qeyd olunan tarixdə baxış baş tutmamışdır.Bu səbəbdən də qərardad ilə ekspertiza qarşısında qoyulmuş sualları üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır. İddianı birgə nikah dövründə əldə edilmiş Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin yarı dəyərinin tutulması hissəsində təmin edən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına Şəmkir rayonu, Düyərli kəndində fərdi yaşayış evini inşa etmişlər. Lakin tərəflər ayrıldıqdan sonra iddiaçı həmin evdən çıxmış və ev cavabdehin istifadəsində qalmışdır. İddiaçı isə birgə nikah dövründə qazandıqları vəsait hesabına inşa edilmiş evin tikintisinə xərclənən vəsaitdən payına düşən hissənin verilməsini tələb edir. Ona görə də, iddiaçı tələbində qismən haqlıdır. İddiaçı birgə nikah dövründə inşa edilmiş evə 55.000 manat məbləğində vəsait xərclənməsini iddia etsə də, işdə olan "xxxx" MMCnin rəyindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin dəyəri 47.490 manat qiymətləndirilmişdir. Belə olan halda, 47.490 manat pulun yarısı Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mübahisəli evin inşasına sərf edilmiş məbləği müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, lakin cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyini sübut növü kimi qəbul edir və mübahisənin həlli zamanı nəzərə alır. Məhkəmə iddianın “VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınması” hissəsini də qismən, yəni Cavabdeh1 münasibətdə əsaslı hesab etmişdir. Belə ki, tərəflər birgə nikah dövründə qazanılmış vəsait hesabına dəyəri 8.000 manat olan avtomaşın əldə etmişdir. İddiaçı da cavabdehlə bərabər birgə mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli avtomobil cavabdehin adına qeydiyyatda alınmışdır. Tərəflərin nikahları məhkəmə qaydasında pozulduqdan sonra mübahisəli avtomobil yalnız cavabdehin sahibliyində və istifadəsində qalmışdır. Lakin Cavabdeh1 həmin avtomaşını iddiaçının razılığı olmadan alqı–satqı müqaviləsi əsasında anasının adına özgəninkiləşdirmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 06 sentyabr 2009–cu il tarixdə faktiki olaraq evlənməklə, 24 noyabr 2009–cu il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2010–ci il tarixdə Gülmirə, xx.xx.2012–ci il tarixdə Gülay və xx.xx.2013– cü il tarixdə İsmixan adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Tərəflər birgə rəsmi nikah dövründə əldə etdikləri vəsait hesabına, Şəmkir rayonu, Düyərli kəndində fərdi yaşayış evini inşa etmişlər. Mübahisəli evin tikintisinə sərf olunan vəsaitin məbləği 47.490 manat məbləğində müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına Şəmkir rayonu, Düyərli kəndində fərdi yaşayış evini inşa etmişlər. Lakin tərəflər ayrıldıqdan sonra iddiaçı həmin evdən çıxmış və ev cavabdehin istifadəsində qalmışdır. İddiaçı isə birgə nikah dövründə qazandıqları vəsait hesabına inşa edilmiş evin tikintisinə xərclənən vəsaitdən payına düşən hissənin verilməsini tələb edir. İddiaçı birgə nikah dövründə inşa edilmiş evə 55.000 manat məbləğində vəsait xərclənməsini iddia etsə də, işdə olan "xxxx" MMC-nin rəyindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin dəyəri 47.490 manat qiymətləndirilmişdir. Belə olan halda, 47.490 manat pulun yarısı Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası öz qənaətini onunla əsaslandırır ki, mübahisəli evin inşasına sərf edilmiş məbləği müəyyən etmək üçün həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də məhkəmə kollegiyası tərəfindən tərəfindən müvafiq ekspertiza təyin edilmiş, lakin cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası MPM-in 97.5–ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyini sübut növü kimi qəbul edir və mübahisənin həlli zamanı nəzərə alır. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində evlə bağlı bildirir ki, onun anasının mülkiyyətində ev yoxdur, iddiaçı ilə birgə nikah müddətində ev tikməmişlər. Evin tikintisi üçün Rusiya Federasiyasından pul göndərməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi şahidlər X10 xalası, X8 isə bibisidir. Digər şahidləri isə tanımır. Ümumiyyətlə iddiaçı ilə evli olduqları müddətdə usta işlətməmişdir. Anasının mülkiyyətində ev yoxdur. Belə ki, o, Rusiyadan pul göndərdiyi halda bu barədə müvafiq bank qəbzləri ola bilərdi. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə bağlı qeyd edir ki, iş materialları və Şəmkir RİHB-nın Düyərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla müəyyən edilir ki, Şəmkir rayonu, Düyərli kənd sakini Cavabdeh2 Məmmədəli qızının adına JN-155 saylı Şəhadətnaməyə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi vardır, həmin sahədə yeni və köhnə yaşaış binaları vardır. Həmin hal, yəni yeni evin tikilməsi birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X5, X10, X11 və X7 ifadələri ilə də, təsdiq edilir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X11 ifadəsində göstərmişdir ki, mübahisəli fərdi yaşayış evinin tikintisində yaxından iştirak etmişdir. Həmin evi inşa edərkən həyətə başqa köhnə ev də olmuş, onların həyətdə yeni fərdi yaşayış evi inşa etmişlər. Evin inşası zamanı Müjgan İsmayılova həmin evdə olmuş, təmir-bərpa işləri ilə yaxından maraqlanmış və ustalara qulluq etmişdir. Belə ki, ev inşa olunan zaman Məzahir Rusiya Federasiyasında olmuş, oradan pul göndərmiş və həmin pul evin inşasına xərclənmişdir. X3 ifadəsində göstərmişşdir ki, mübahisəli evin hörgüsünün inşasına, eləcə də beton tökülməsində usta kimi işləmişdir. Həmin vaxt həyətə başqa ev də olmuş, onlar sol tərəfdən yeni ev inşa etmişlər. Evin inşası zamanı Müjgan İsmayılova həmin evdə olmuş, təmir-bərpa işləri ilə yaxından maraqlanmış və ustalara qulluq etmişdir. Belə ki, ev inşa olunan zaman Məzahir Rusiya Federasiyasında olmuş, oradan pul göndərmiş və həmin pul evin inşasına xərclənmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına, həmçinin tədqiqat obyektinə gəlmədiyindən yerli baxış baş tutmamış və ekspertiza qarşısında qoyulmuş sualları üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır. Həmçinin məhkəmə kollegiyası iclasında müəyyən olundu ki, birgə nikah dövründə - “VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Tərəflər aralarındakı narazılıqlara görə ayrılmışlar və onlar arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh1 sözügedən avtomaşını alğı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh2 Məmmədəli qızına satmışdır. Kollegiya qeyd edir ki, Cavabdeh1 «- “VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı ilə birgə nikah dövründə əldə etdiyindən, həmin avtomobili satan zaman X1 razılığını almalı olduğu halda, bunu etməmişdir. Belə ki, iş materiallarında olan BDYPİ-dən sorğu edilərək alınmış sənədlərdə avtomobilin alğı-satqısı zamanı Müjgan İsmayılovanın razılığı barədə hər hansı bir ərizə mövcud olmamışdır. Cavabdeh tərəf də bu barədə sənəd təqdim etməmişdir. Ona görə də, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş avtomaşını X1 razılığı olmadan xx.xx.2020-ci il tarixdə (nikahda olduqları müddət ərzində) Cavabdeh2 Məmmədəli qızına satdığına görə, həmin mübahisəli avtomobilin dəyərinin yarısı olan 4000 manat X2 ödənilməlidir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində avtomaşını 8000 manata yox, maşın köhnə sovet maşın olduğundan, onu 3500 manata satması, bu barədə sübutlarnın olmasını qeyd etsə də, bu barədə heç bir sübut növü təqdim etməmiş və iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş “Avtomotoservis və ticarət “ Gəncə Müəssisəsinin rəyindən görünür ki, buraxılış ili 2011-ci il, VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 8200 manat qiymətləndirilir. “Turbo.Az” saytından buraxılış ili 2011-ci ilə aid VAZ–21074 markalı minik avtomobillərinə aid satış qiyməti ilə bağlı elnalar əldə edilmiş və müqayisəli şəkildə “Avtomotoservis və ticarət “ Gəncə Müəssisəsinin rəyinin mötəbərliyi şübhə doğurmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisləndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisləndirilən hissəsində ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsi Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 (dörd min) manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı X2 verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-435/2023 saylı qətnaməsi Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 (dörd min) manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı X2 verilməsi hissəsində hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-195/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-195/2024
20.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver