Məhkəmə qərarları › İş №2(104)-1975/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1975/2024

19.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1975/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2510/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş 2003-cü il buraxılışı olan “Volksvagen Polo” markalı, **-EU- *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə dair payının müəyyən edilməsinə, həmin payın onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2510/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan paylarının müəyyən olunması və payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2510/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə mən xx.xx.2006-ci ildə el adəti ilə evlənib ailə qurmuş, xx.xx.2010-cu il tarixdə isə nikahları rəsmi qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ilə ər-arvad münasibətləri pozulduğu üçün, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-876/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh ilə nikahda olan müddətdə 2003-cü il buraxılışı “Volkswaqen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobil Cavabdeh mülkiyyətinə qeydə alınmışdır. O, dəfələrlə həmin avtomobili birgə nikah dövründə əldə etdiyi üçün cavabdehdən əmlakın bölünməsini tələb etmiş, lakin Cavabdeh avtomobilin bölünməsindən imtina etmişdir.Hazırda həmin avtomobili etibarnaməyə əsasən atası X9 idarə edir. Bununla bağlı o, Gəncə 1 saylı Mediyasiya Təşkilatına müraciət etmiş və mediasiya prosesində cavabdehin atası iştirak emiş və o, da avtomobilin bölünməsindən imtina etmişdir. Sonra isə məlum olmuşdur ki, həmin avtomobil xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin anası X6 adına qeydiyyata alınaraq **-FB-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Həmin avtomobil onların birgə nikah dövründə əldə olunmuş və həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ona görə də, hesab edir ki, həmin avtomobilin 1\2 hissəsi Cavabdeh, 1/2 hissəsi isə ona bölünməlidir. Məhkəmə “Volkswaqen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi nikah dövründə əldə edildiyini təsdiqləsə də, onların arasındakı ailə münasibətlərinə xitam verildiyini və onların birgə təsərrüfat aparmamağını əsas götürərək iddia tələbini təmin etməmişdir. Lakin məhkəmə bunu heç bir mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Cavabdehin nümayəndəsinin və cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən şəxslərin izahatlarından görünür ki, guya Cavabdeh Natalya Azmanova ilə 2017-ci ildən 2022-ci ilədək Gəncə şəhəri, 5-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən evdə yaşamışlar. Hesab edir ki, sözügedən avtomobil onların birgə nikah dövründə əldə olunduğu üçün həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı cavabdehlə birgə nikah qeydiyyatında olduğu müddətində, 2023-cü ilin may ayında 2003-cü il buraxılışı olan “Volksvagen Polo” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili almışar. Cavabdeh 2020-ci ildə Rusiyaya getmiş, 2023-cü ildə isə qayıdaraq Nadejda adlı qadınla Gəncə şəhərində yaşamnışlar. Boşanma ilə bağlı iddia ərizəsini 2022-ci ilin dekabr ayında vermiş, lakin minik avtomobili onların rəsmi nikah qeydiyyatında olduğu müddətdə alınmışdır. Hesab edir ki, həmin əmlakda onun da payı vardır ki, məhkəmə həmin halı nəzərə almamışdır. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2510/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-327/2024 nömrəli məktubdan görünür ki, “Volkswagen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı yolu ilə X6 adına qeydiyyata alınmışdır. Sözügedən avtomobilin üzərinə xx.xx.2024-cü il tarixdə Afət Mayılovanın adına qeydiyyata alınarkən **-FB-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(125)-1345/2023 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 876/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh məxsus “Volksvagen Polo” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-876/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X4 İddiaçı yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Gəncə Avtoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 məxsus “Volkswagen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin bu günkü bazar qiyməti 8000 manat civarında müəyyən edilmişdir. Vİİİ-MYU 872243 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş X12 Rüfətoviçin ata qrafasında Cavabdeh, ana qrafasında isə X5 kimi qeyd olunmuşdur. Vİİİ-MYU 877699 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 uşağı Muhəmməd Əlinin atası kimi tanınmışdır. İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-38-2/33-1890/24 nömrəli məktubdan görünür ki, Cavabdeh 2016,2017 və 2021-ci illərdə müxtəlif aylarda dövlət sərhədindən hərəkəti qeydə alınmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə girişi qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-00438 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər 23 avqust 2006-cı ildə faktiki nikah münasibətinə daxil olaraq evlənmiş və nikahlarını 01 noyabr 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb- aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan ailə və mülki qanunvericiliyə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə digər əmlaklarla birgə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar da daxil edilir. Göründüyü kimi qanunverici əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın ümumi gəlirlər hesabına və birgə nikah dövründə əldə edilməsi şərtinin olmasını müəyyən etmişdir. İş materialları ilə isə müəyyən edilir ki, hazırkı iddia predmeti olan “Volkswagen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil əldə edildiyi xx.xx.2023-cü il tarixdə tərəflər rəsmi nikah münasibətlərində olsalar da, həmin vaxt onlar arasındakı ailə Cavabdeh 2016-cı ildən etibarən Rusiya Federasiyasında yaşamağa başlamış, rus vətəndaşı olan Natalya adlı qadınla faktiki nikah münasibətlərində olmuş və onların birgə münasibətlərindən xx.xx.2019-cu ildə Muhəmməd Əli adlı uşaqları anadan olmuşdur. Bundan başqa, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur.(iş vərəqə 61). İddiaçı nikahın pozulması ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərkən, cavabdehlə aralarındakı nikah münasibətlərinin faktiki olaraq kəsildiyini qeyd etmişdir. Belə olan halda, əmlakın sonradan qeydiyyata alınması həmin əmlakın birgə nikah müddətində birgə gəlirlər hesabına əldə edilmiş əmlak kimi qiymətləndirilməsinə əsas vermir.. Göründüyü kimi, mübahisə predmfaktiki eti olan əmlaklar tərəflərin birgə nikah dövründə deyil, tərəflər arasındakı ailə münasibətlərinə xitam verildikdən sonra cavabdehin adına qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia tələbini əsaslandıran heç bir sübut növünü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2510/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar