Məhkəmə qərarları › İş №2(104)-1975/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1975/2025

04.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1975/2025 04.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs X2) qarşı qeyri-qanuni hərəkətlərə son qoyulması və paylı mülkiyyətdə olan əmlakın naturada paylara ayrılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(021)-2008/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı Cavabdeh (üçüncü şəxs X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərinə qadağa qoyulması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Qeydiyyat nömrəsi ********** olan, xx.xx.2025-ci il tarixli çıxarışa əsasən ümumi paylı mülkiyyətlərində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə payların naturada ayrılaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2(021)-2008/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayadırılmışdır. Qərardaddan Cavabdeh şikayət vermişdir. Bərdə Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(021)-2008/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X1 qarşı cavabdehin hərəkətlərinə qadağa qoyulması, ümumi paylı mülkiyyətdə olan payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2008/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli 2(021)-2008/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2(021)-2008/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən şikayət verilmiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma məzmununa uyğun olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Hazırkı işdən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361 və 365-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Cavabdeh tərəfindən verilmiş şikayətə nəzər saldıqda müəyyən olunur ki, şikayət MPM-ə 2 saylı əlavədə müəyyən edilmiş formada tərtib edilməmişdir ki, bu hal da apellyasiya şikayətinin geri qaytarılması üçün qanuni və əsaslıdır. Digər tərəfdən də nəzərə alınmalıdır ki, ümumiyyətlə, MPMdə iş üzrə ekspertiza təyin edilməsi barədə qərardadlardan apellyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(021)-2008/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar