Məhkəmə qərarları › İş №2(104)-1979/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1979/2023

28.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1979/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər və Həsənov İslam Telman oğlundan və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi olan vəkil İddiaçı2 və Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-741/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hesab edilməsi, həmin avtomobilin ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində cavabdehin payları müəyyən edilməsi, avtomobilin dəyərinin yarısı olan 5.500 manat məbləğində pulun cavabdehdən alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 20 noyabr 2007–ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2009–cu il tarixdə Ramal və xx.xx.2011–ci il tarixdə Cəlal adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmış və məhkəmə qaydasında boşanmışlar. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan rəsmi nikah qeydinin pozulması və birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması qət edilmişdir. Birgə nikah dövründə, yəni xx.xx.2011–ci il tarixdə “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Lakin cavabdeh həmin avtomobili xx.xx.2019–cu il tarixdə satmışdır. Hesab edir ki, həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən, eləcə də avtomobilin pulu onun valideynləri tərəfindən ödənildiyindən həmin avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməklə, avtomobil üzərində onun da payı müəyyən edilməlidir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-741/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Taleh Musayev) iddia təmin edilmiş, 1999-cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı1 və Cavabdeh birgə mülkiyyəti hesab edilməsi, həmin avtomobildən İddiaçı1 payı ½ hissədə, Cavabdeh payı ½ hissədə müəyyən edilməsi, həmçinin 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 5.500 (beş min beş yüz) manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı1 verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-741/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia üzrə iddia müddəti ötürülmüşdür. Digər tərəfdən həmin avtomobil birgə təsərrüfat aparılan dövrdə özgəninkiləşdirilmişdir. Həm də, avtomaşın ondan sonra daha iki nəfərə satılmışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı evdən 2019-cu ilin mart ayında çıxmışdır. Avtomaşını isə 7500 manat satmışdır. Hesab edir ki, maşının qiyməti də artıq yazılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 741/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi olan vəkil İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, cavabdehlə münasibətlərinin pisləşməsi səbəbindən 2019-cu ilin yanvar ayından atası evinə getmiş və bundan sonra, cavabdeh birgə nikah müddətində alınmış avtomobili satmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-741/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-741/2023 saylı qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli və tərəflərin birgə nikah dövründə əldə etdikləri “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul Cavabdehnndan alınaraq İddiaçı1 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(004)–5674/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2009–cu il təvəllüdlü Ramal və xx.xx.2011–ci il təvəllüdlü Cəlal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı1 verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(004)–264/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında 20 noyabr 2007–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009– cu il təvəllüdlü Ramal və xx.xx.2011–ci il təvəllüdlü Cəlal adlı uşaqların İddiaçı1 yanında saxlanılması qət edilmişdir. xx.xx.2011–ci il tarixli AB 677115 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Nəqliyyat vasitəsinin alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019–cu il tarixdə “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobili X2 7500 manata satmışdır. “X4 Mərkəzi”nin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1999–cu il istehsal tarixli, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar dəyəri 11.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İş materiallarından görünür ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini “X4 Mərkəzi”nin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyi ilə əsaslandırmışdır. Halbu ki, iş materiallarında olan və cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərinə əlavə edilən nəqliyyat vasitəsinin alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019–cu il tarixdə “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobili X2 7500 manata satmışdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah müddətində əldə edilmiş və onların nikah münasibətlərinə faktiki olaraq xitam edildikdən sonra, Cavabdeh xx.xx.2019–cu il tarixdə 7500 manata X1. Ona görə də, məhkəmə kollegiyası iş materiallarına əlavə edilən Nəqliyyat vasitəsinin alqı–satqı müqaviləsini daha mötəbər və əsaslı hesab edərək, avtomobilin qiymətinin 7500 manat olmasını qəbul edərək, hesab edir ki, “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı n məbləğin yarısı olan 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı1 oğluna verilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-741/2023 saylı qətnaməsi dəyişdirilməli, iddia qisməın təmin edilməli və tərəflərin birgə nikah dövründə əldə etdikləri “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı1 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdehin hazırkı iddia üzrə iddia müddətinin ötürülməsi, həmin avtomobilin birgə təsərrüfat aparılan dövrdə özgəninkiləşdirilməsinə dair dəlilləri əsassızdır. Belə ki, cavabdehin özünün izahatı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2(004)–5674/2019 saylı qətnaməsi üzrə əldə edilmiş qəyyumluq və himayəçilik Komissiyasının rəyində öz əksini tapmış izahatı ilə müəyyən edilir ki, iddiaçı 2019-cu ilin mart ayında evi tərk etmiş və həmin vaxtdan nikahları formal xarakter daşıyır. “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019–cu il tarixdə satılmışdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-741/2023 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri “Mercedes C180” markalı, 99–BA–115 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul Cavabdehnndan alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar