Məhkəmə qərarları › İş №2(104)-2063/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2063/2025

13.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2063/2025 13.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1ov Novruz oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət və cehiz əşyaları” tələbinə dair mülki üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1629/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İddiaçı oğluna qarşı “qızıl-zinət və cehiz əşyaları” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan: 1) iki adda bir ədəd qızıl sep, yarpaq formalı, 22 qramlıq-2200 manat, bir ədəd qızıl bilərzik, yarpaq formalı, 11 qramlıq- 1100 manat- cəmi dəyəri 3300 manat olan qızıl ziynət əşyalarının Cavabdeh3 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin alınıb ona verilməsinə; 2) uşaqlarına məxsus olan iki adda qızıl zinət əşyalarının bir ədəd qızıl qolbağı, 8 qramlıq– 900 manat, bir ədəd qızıl sep, 8 qramlıq 900 manat– cəmi 1800 (bir min səkkiz yüz) manat dəyərində qızıl-ziynət əşyalarının Cavabdeh3 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin alınıb ona verilməsinə; 3) bir yüz əlli iki adda cehiz əşyalarının- bir dəst yataq mebeli, qəhvəyi rənglibir ədəd iki nəfərlik çarpayı bir ədəd paltar şkafı, bir ədəd termo güzgü, iki ədəd tumbuçka, bir ədəd termo stolu– 2000 manat, bir ədəd Qorka mebel qəhvəyi rəngli üç bölməli içərisi güzgülü– 500 manat, bir ədəd kamot qəhvəyi rəngli– 500 manat, bir ədəd dəmir sandıq üzərində maral şəkili və Xoşbəxt olun yazısı olan- 50 manat, bir ədəd xalça qırmızı bəzəkli 2X3 ölçülü– 100 manat, iki ədəd xalça zal otaq üçün qarşıq rəngli ortasında zanbaq gülü olan 4X5 ölçülü- cəmi dəyəri 500 manat, bir ədəd pərdə yataq otağının pəncərəsi üçün qızılı rəngli tül və dekorativ ipək parçadan- 100 manat bir ədəd pərdə, yataq otağının qapısı üçün ipək parçadan qızılı rəngli- 50 manat, dörd ədəd pərdə zal otağın pəncərəsi üçün tül və ipək dekorativ parçadan ağ rəngli, qara rəngli güllərlə- 200 manat, bir ədəd pərdə zal otağın qapısı üçün qızılı rəngli ipək parçadan–50 manat, bir ədəd tül və atlas pərdə qaynanasının otağı üçün qızılı rəngli- 50 manat bir ədəd örtük, bir divan və iki kreslo üçün tünd qırmızı rəngli– 200 manat, bir dəst Gəlincik pakrıval qızılı rəngli iki ədəd balınc iki ədəd mütəkkə və bir ədəd ürək formalı döşəkcəsi və bir ədəd adyalı ilə birlikdə- 300 manat, bir ədəd adyal nazik boz rəngli yun tək nəfərlik– 20 manat, bir ədəd adyal qalın xovlu şabalıdı rəngli güllü iki nəfərlik– 50 manat, bir ədəd adyal qalın xovlu qırmızı rəngli güllü iki nəfərlik- 50 manat, tək ədəd yun tək nəfərlik yorğan– cəmi 100 manat, altı ədəd yun yorğan iki nəfərlik cəmi dəyəri 600 manat, bir ədəd iki nəfərlik yun döşək 15 kq-lıq– 200 manat, dörd ədəd tək nəfərlik yun döşək hər 13 kq-lıq cəmi dəyir 400 manat, altı ədəd balınc qaz tükündən hər biri 3 kq- lıq- cəmi dəyir 300 manat, altı ədəd yun döşəkçə- cəmi dəyəri 60 manat beş ədəd ağ ipək pərdə, pəncərinin içi üçün– 50 manat, bir ədəd çılçıraq oval formalı musiqili rəngli işıqlı- 100 manat, iki ədəd çilçiraq 6 şamlı, qonaq otağı üçün– cəmi dəyəri 200 manat, iki ədəd gecə lampası güldan formalı tül örtüklü qəhvəyi rənglicəmi dəyəri– 100 manat, bir ədəd gecə lampası balaca, göy və ağ rəngli– 10 manat, yeddi ədəd lambirin karniz öç xətli– 30 manat, bir ədəd paltaryuyan maşın mexaniki ağ rəngli– 100 manat, bir ədəd ət çəkən maşın elektrikli gümüşü rəngli100 manat, bir ədəd meyvə şirəsi çəkən maşın qara və gümüşü rəngli– 50 manat, bir ədəd blender elektriklə işləyən Eurolux firmadan ağ rəngli-20 manat, bir ədəd blender mexaniki ağ rəngli– 10 manat, bir ədəd soba qırmızı rəngli elektrikli 100 manat bir ədəd mikser elektrikli, ağ rəngli– 30 manat, bir ədəd mikser gümüşü rəngli-30 manat, bir ədəd tozsoran gümüşü rəngli elektrikli– 100 manat, altı ədəd rozetka sadə şüşədən qızılı rəngli– 10 manat, altı ədəd rozetka sadə şüşədən göy rəngli– 10 manat, on səkkiz ədəd paltar veşilkası 8 manat, bir dəst su krafinkası 6 ədəd hündür bakalla birlikdə, sadə şüşə mor rəngli- 10 manat bir dəst su krafinkası, 6 ədəd hündür bakalla birlikdə sadə şüşə yaşıl rəngli– 10 manat, bir dəst kampot qabı 6 ədəd stəkanı ilə birlikdə-10 manat, altı ədəd bakal qaşlı hündür halqa formasında qara rəngli bəzəkli– 50 manat, altı ədəd bakal çəhrayı rəngli orta böyüklükdə bəzəkli– 50 manat, altı ədəd bakal hündür yaşıl rəngli bəzəkli– 50 manat, yemək dəsti ağ rəngli dörd künc formalı 12 nəfərlik qabların artasında baz rəngli gül şəkili olan-100 manat, kofe dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gül şəkili olan– 100 manat, çay dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gülü olan– 100 manat, boşqab dəsti 48 ədəd, müxtəlif ölçülü ağ rəngli qara güllü– 50 manat, boşqab dəsti 48 ədəd müxtəlif ölçülü ağ rəngli qırmızı güllü-50 manat, on iki ədəd balaca kasa ağ rəngli qara güllü– 12 manat, on iki ədəd kasa böyük ağ rəngli qara güllü– 20 manat, çörək qabı böyük ağzı qapaqlı- 5 manat, iki ədəd çörək qabı balaca kənarları tül parçalı– cəmi dəyəri 5 manat, iki ədəd meyvə qabı orta böyüklükdə adi şüşədən– cəmi dəyəri 15 manat, iki ədəd meyvə qabı xrustal, orta böyüklükdə- 40 manat, iki ədəd ləpə qabı üç mərtəbəli göy rəngli bəzəkli– cəmi dəyəri 20 manat, bir ədəd divar saatı dörd künc formalı qızılı rəngli qaşlı20 manat, iki ədəd güldan sünii gülləri ilə birlikdə qara rəngli böyük– cəmi dəyəri 50 manat, dörd ədəd meyvə qabı Bagema firmadan qırmızı rəngli– 60 manat, altı ədəd duz qabı adi sadə şüşə- 5 manat, on iki ədəd duz qabı xrustal-15 manat, iki ədəd salfetk qabı adi şüşə göy rəngli-cəmi dəyəri 5 manat, iki ədəd kül qabı xrustal orta böyüklükdə- cəmi dəyəri 10 manat, on iki ədəd xrustal çay stəkanı– 25 manat, on iki ədəd nəlbəki göy rəngli– 20 manat, iki ədəd qənd qabı xrustal orta böyüklükdə ayaqlı– cəmi dəyəri 20 manat, dörd ədəd qənd qabı xrustal gəmi formasında balaca– cəmi dəyəri 20 manat, iki ədəd qənd qabı xrustal ayaqsız- cəmi 20 manat, iki ədəd bıçaq dəstəyi qara rəngli– cəmi dəyəri 4 manat, altı ədəd bıçaq çörək kəsmək üçün ağzı dilikli– cəmi dəyəri 10 manat, on iki ədəd bıçaq dəstəyi sarı rəngli meyvə üçün– 12 manat, on iki ədəd bıçaq dəstəyi qırmızı rəngli meyvə üçün– 12 manat, altı ədəd dovğa çömçəsi kapron materialdan– 6 manat, on iki ədəd çəngəl on ikə ədəd bıçaq on iki ədəd xörək qaşığı və on iki ədəd çay qaşığı dəsti iki ədəd deşikli qaşıq göy bəzəkli– cəmi dəyəri 50 manat, bir dəst mətbəx naboru çömçə qaşıq kökür katlet çevirən kartof əzən asılqanlı nejaveka materialdan– 20 manat, bir ədəd çaydan Tefal firmadan elektikli iki litirlik-15 manat, bir ədəd dəm çayniki ağ rəngli şüşə qırmızı güllü- 5 manat, bir ədəd çaydan və dəm çayniki şirəli ağ rəngli qırmızı rəngli güllü–25 manat, bir ədəd termos göy rəngli 3 litirlik, üstü bəzəkli– 10 manat, üç müxtəlif ölçülü dəst qazan şirəli sarı rəngli– 30 manat, üç müxtəlif ölçülü qazan dəsti bir ədəd tava bir ədəd qulplu kruşkası ilə birlikdə gümüşü rəngli– 50 manat, bir ədəd qazan qırmızı rəngli şüşə qapaqlı– 10 manat, bir ədəd qazan ilan qabığı bəzəkli qapaqlı10 manat, tava dəsti yeddi ədəd müxtəlif ölçülü gümüşü rəngli– 50 manat, bir ədəd ütü buxarlı Texnalux firmadan yaşıl rəngli– 20 manat, bir ədəd ütü qara rəngli sadə buxarsız– 10 manat, bir ədəd qənd qıran bıçaq kimi altı dəmirli-10 manat, bir ədəd şirə çəkən elektrikli Eurolux firmadan- 20 manat, bir ədəd qaşıq qabı ağ rəngli plasmas materiladan2 manat, bir ədəd ventilyator hündür– 50 manat, iki ədəd tyorka– cəmi 5 manat, on iki ədəd dəmir şiş böyük ölçülü– 12 manat, bir ədəd qənd qıran dəmir qayçı formasında– 2 manat, bir ədəd pol ağacı bir ədəd oxlov pərdə çəkənlə birlikdə- 20 manat, iki ədəd aş süzən– 10 manat, bir ədəd fen saç qurutmaq üçün qara rəngli– 40 manat, bir ədəd fen saç qurutmaq üçün daraqlı, narıncı rəngli– 40 manat, bir ədəd fen ukladka üçün qara rəngli– 40 manat, üç ədəd ləyən aliminium müxtəlif ölçülü– cəmi dəyəri 30 manat, bir ədəd ləyən şirəli 16 litlik sarı rəngli-15 manat, dörd ədəd kapron ləyən müxtəlif ölçülücəmi dəyəri 10 manat, iki ədəd vedrə sarı rəngli şirəli– cəmi dəyəri 25 manat, bir ədəd mavi rəngli vanna bir ədəd kruşqası bir ədəd axtafası sabun qabı ilə bitlikdə- 20 manat, iki ədəd vanna qırmızı rəngli böyük və orta böyüklükdə- cəmi dəyəri 15 manat, bir ədəd qulplu dəmir kruşqa və bir ədəd kapron kruşka– cəmi dəyəri 5 manat, altı ədəd şüşə kruşka bürc və buta şəkilli– cəmi dəyəri 10 manat, bir ədəd şirəli cəm bir ədəd şirəli sini göy rəngli– cəmi dəyəri 10 manat, iki ədəd padnus 555 yazısı olan müxtəlif ölçülü- 10 manat, üç ədəd padnus ortası bəzəkli qızılı qulplu müxtəlif ölçülü- 30 manat, bir ədəd elektrikli soba iki listli qırmızı rəngli– 50 manat, bir ədəd su baçoku ağ rəngli 5 litirlik- 5 manat, iki ədəd vanna qırmızı rəngli böyük ölçülü- 25 manat, bir ədəd soğan çəkən-5 manat, bir ədəd qazanaltı dəmirdən- 2 manat, bir ədəd çaydan altı taxtadan- 2 manat, bir ədəd taxta tərəvəz doğramaq üçün-2 manat, bir ədəd düşbərə kəsən dəmirdən-10 manat, bir ədəd kətə kəsən-1 manat, bir ədəd nakkas şirin çörək üçün– 2 manat, altı ədəd toz dəsmalı- 5 manat, on iki ədəd xrustal bakal, hündür– 80 manat, on iki ədəd çay qaşığıcəmi 5 manat, on iki ədəd əl-üz dəsmalı ağ rəngli künc tərəfində çiçək şəkili var işlənməməmiş– 50 manat, üç ədəd hamam dəsmalı, müxtəlif formalı müxtəlif rəngli təzə işlənməmiş- cəmi dəyəri 40 manat, beş ədəd hamam dəsmalı müxtəlif ölçülü müxtəlif rəngli işlənmiş- cəmi dəyəri 40 manat, on iki ədəd çay dəsmalı işlənməmiş müxtəlif ölçülü müxtəlif rəngli– cəmi dəyəri 40 manat, altı ədəd əl-üz dəsmalı işlənmiş müxtəlif ölçülü müxtəlif rəngli– cəmi 30 manat, bir ədəd qızılı rəngli süfrə 12 nəfərlik stol üçün– 20 manat, bir ədəd ağ-qara rəngli süfrə 12 nəfərlik stol üçün– 20 manat, bir ədəd süfrə jurnal stolu üçün tül materialdan– 10 manat, bir ədəd şüşə materialdan jurnal stolu– 50 manat, iki ədəd ağ rəngli 12 nəfərlik süfrə parçadan– cəmi 30 manat, üç dəst pastel üzü istifadə olunmjuş müxtəlif rəngl, müxtəlif formalı– cəmi dəyəri 60 manat, iki dəst tək nəfərlik pastel üzü təzə müxtəlif rəngli– cəmi dəyəri 60 manat, iki dəst iki nəfərlik pastel üzü təzə müxtəlif rəngli- cəmi dəyəri 80 manat, on iki ədəd fincan qırmızı rəngli sadə hündür meyvə şirəsi üçün- 20 manat, on iki ədəd fincan sarı rəngli sadə hündür meyvə şirəsi üçün-20 manat, bir ədəd güldan xrustal paxlava formalı bəzəyi ilə hündür- 40 manat, bir ədəd tort qabı on iki ədəd boşqabı ilə birlikdə özü ağ rəngli gülləri boz rəngli, dördbucaqlı30 manat, cəmi 9929 (doqquz min doqquz yüz iyirmi doqquz) manat dəyərində cehiz əşyalarının cavabdehlər-Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin müştərək qaydada alınıb ona verilməsinə; 4) Uşaqlarına məxsus əşyaların- bir ədəd uşaq üçün çarpayı mebeldən tumbuçkalı yaşıl və ağ rəngli– 300 manat, bir ədəd uşaq üçün yun yorğan üstündə ayı şəkili olan göy rəngli– 20 manat, bir ədəd uşaq üçün döşək yaşıl rəngdə üzərində Maşa və Ayı şəkili olan– 20 manat, dörd ədəd uşaq üçün adyal ağ rəngli qırmızı güllü– cəmi dəyəri 40 manat, bir ədəd uşaq üçün adyal boz rəngli sadə nazik parçadan– 15 manat, bir ədəd uşaq üçün adyal şabalıd rəngli sadə nazik parçadan- 15 manat, bir ədəd uşaq üçün adyal mor rəngli sadə nazik parçadan– 15 manat, iki ədəd uşaq üçün çarpayı şabalıdı rəngli baş tərəfində ağ xətti olan taxta materialdan- cəmi dəyəri 350 manat, iki dəst pastel üzü uşaq üçün ağ rəngli qızılı bəzəkli təzə– cəmi dəyəri 60 manat, iki dəst pastel üzü uşaq üçün istifadə olunmuş müxtəlif rəngli- cəmi dəyəri– 40 manat, iki ədəd sintifon balınc birində it birində pişik şəkili olan– cəmi dəyəri 20 manat dərində olan əşya. Cəmi: 895 (səkkiz yüz doxsan beş) manat dəyərində əmlakın cavabdehlər– Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 natura formasında, bu mümkün olmadıqda onların dəyərinin alınıb ona verilməsinə; 5) qırx altı baş ana qoyun, hər biri– 400 manat- cəmi dəyəri 18.400 manat, dörd baş erkək hər biri– 500 manat olmaqla– cəmi dəyəri-2000 manat, qırx altı baş quzu hər biri- 300 manat olmaqla, cəmi dəyəri– 13.800 manat olmaqla; cəmi 34.200 manat dəyərində heyvanın ½ hissəsinin naturada, bu mümkün olmadıqda onların dəyəri olan 17.100 (on yeddi min bir yüz) manat dəyərində əmlakın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 alınıb ona verilməsinə; 6) 140+1 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin, 1000 manat vəkil xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlundan müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1629/2025 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın qismən təmin edilməsi, bir dəst yataq mebeli, qəhvəyi rəngli– bir ədəd iki nəfərlik çarpayı bir ədəd paltar şkafı, bir ədəd termo güzgü, iki ədəd tumbuçka, bir ədəd termo stolu – 2000 manat, bir ədəd Qorka mebel qəhvəyi rəngli üç bölməli içərisi güzgülü – 500 manat, bir ədəd kamot qəhvəyi rəngli – 500 manat, bir ədəd dəmir sandıq üzərində maral şəkili və Xoşbəxt olun yazısı olan - 50 manat, bir ədəd xalça qırmızı bəzəkli 2X3 ölçülü – 100 manat, iki ədəd xalça zal otaq üçün qarşıq rəngli ortasında zanbaq gülü olan 4X5 ölçülü- cəmi dəyəri 500 manat, bir ədəd pərdə yataq otağının pəncərəsi üçün qızılı rəngli tül və dekorativ ipək parçadan - 100 manat bir ədəd pərdə, yataq otağının qapısı üçün ipək parçadan qızılı rəngli - 50 manat, dörd ədəd pərdə zal otağın pəncərəsi üçün tül və ipək dekorativ parçadan ağ rəngli, qara rəngli güllərlə - 200 manat, bir ədəd pərdə zal otağın qapısı üçün qızılı rəngli ipək parçadan –50 manat, bir ədəd tül və atlas pərdə qaynanasının otağı üçün qızılı rəngli - 50 manat bir ədəd örtük, bir divan və iki kreslo üçün tünd qırmızı rəngli – 200 manat, bir dəst Gəlincik pakrıval qızılı rəngli iki ədəd balınc iki ədəd mütəkkə və bir ədəd ürək formalı döşəkcəsi və bir ədəd adyalı ilə birlikdə- 300 manat, bir ədəd adyal nazik boz rəngli yun tək nəfərlik – 20 manat, bir ədəd adyal qalın xovlu şabalıdı rəngli güllü iki nəfərlik – 50 manat, bir ədəd adyal qalın xovlu qırmızı rəngli güllü iki nəfərlik- 50 manat, tək ədəd yun tək nəfərlik yorğan – cəmi 100 manat, altı ədəd yun yorğan iki nəfərlik cəmi dəyəri 600 manat, bir ədəd iki nəfərlik yun döşək 15 kq-lıq – 200 manat, dörd ədəd tək nəfərlik yun döşək hər 13 kq-lıq cəmi dəyir 400 manat, altı ədəd balınc qaz tükündən hər biri 3 kq-lıq cəmi dəyir 300 manat, 05 ədəd yun döşəkçə - cəmi dəyəri 50 manat, beş ədəd ağ ipək pərdə, pəncərinin içi üçün – 50 manat, bir ədəd çılçıraq oval formalı musiqili rəngli işıqlı - 100 manat, iki ədəd çilçiraq 6 şamlı, qonaq otağı üçün – cəmi dəyəri 200 manat, iki ədəd gecə lampası güldan formalı tül örtüklü qəhvəyi rəngli- cəmi dəyəri – 100 manat, bir ədəd gecə lampası balaca, göy və ağ rəngli - 10 manat, yeddi ədəd lambirin karniz üç xətli – 30 manat, bir ədəd paltaryuyan maşın mexaniki ağ rəngli – 100 manat, bir ədəd ət çəkən maşın elektrikli gümüşü rəngli – 100 manat, bir ədəd meyvə şirəsi çəkən maşın qara və gümüşü rəngli– 50 manat, bir ədəd blender elektriklə işləyən Eurolux firmadan ağ rəngli- 20 manat, bir ədəd blender mexaniki ağ rəngli – 10 manat, bir ədəd soba qırmızı rəngli elektrikli 100 manat bir ədəd mikser elektrikli, ağ rəngli– 30 manat, bir ədəd mikser gümüşü rəngli-30 manat, bir ədəd tozsoran gümüşü rəngli elektrikli – 100 manat, altı ədəd rozetka sadə şüşədən qızılı rəngli – 10 manat, altı ədəd rozetka sadə şüşədən göy rəngli– 10 manat, on səkkiz ədəd paltar veşilkası 8 manat, bir dəst su krafinkası 3 ədəd hündür bakalla birlikdə, sadə şüşə mor rəngli- 10 manat bir dəst su krafinkası, 6 ədəd hündür bakalla birlikdə sadə şüşə yaşıl rəngli– 10 manat, bir dəst kampot qabı 6 ədəd stəkanı ilə birlikdə-10 manat, altı ədəd bakal qaşlı hündür halqa formasında qara rəngli bəzəkli– 50 manat, altı ədəd bakal çəhrayı rəngli orta böyüklükdə bəzəkli– 50 manat, altı ədəd bakal hündür yaşıl rəngli bəzəkli– 50 manat, yemək dəsti ağ rəngli dörd künc formalı 12 nəfərlik qabların artasında baz rəngli gül şəkili olan-100 manat, kofe dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gül şəkili olan– 100 manat, çay dəsti ağ rəngli dördkünc formalı 12 nəfərlik qabların ortasında boz rəngli gülü olan– 100 manat, boşqab dəsti 67 ədəd boşqab müxtəlif ölçülü, müxtəlif ölçülü 9 ədəd kasa, çörək qabı böyük ağzı qapaqlı- 5 manat, iki ədəd çörək qabı balaca kənarları tül parçalı– cəmi dəyəri 5 manat, iki ədəd meyvə qabı orta böyüklükdə adi şüşədən– cəmi dəyəri 15 manat, iki ədəd meyvə qabı xrustal, orta böyüklükdə- 40 manat, iki ədəd ləpə qabı üç mərtəbəli göy rəngli bəzəkli– cəmi dəyəri 20 manat, bir ədəd divar saatı dörd künc formalı qızılı rəngli qaşlı– 20 manat, bir ədəd güldan sünii gülləri ilə birlikdə qara rəngli böyük– cəmi dəyəri 50 manat, dörd ədəd meyvə qabı Bagema firmadan qırmızı rəngli– 60 manat, altı ədəd duz qabı adi sadə şüşə- 5 manat, on iki ədəd duz qabı xrustal-15 manat, iki ədəd salfetk qabı adi şüşə göy rəngli-cəmi dəyəri 5 manat, iki ədəd kül qabı xrustal orta böyüklükdə- cəmi dəyəri 10 manat, on ədəd xrustal çay stəkanı– 25 manat, on iki ədəd nəlbəki göy rəngli– 20 manat, iki ədəd qənd qabı xrustal orta böyüklükdə ayaqlı– cəmi dəyəri 20 manat, dörd ədəd qənd qabı xrustal gəmi formasında balaca– cəmi dəyəri 20 manat, iki ədəd qənd qabı xrustal ayaqsız- cəmi 20 manat, iki ədəd bıçaq dəstəyi qara rəngli– cəmi dəyəri 4 manat, altı ədəd bıçaq çörək kəsmək üçün ağzı dilikli– cəmi dəyəri 10 manat, on iki ədəd bıçaq dəstəyi sarı rəngli meyvə üçün– 12 manat, on iki ədəd bıçaq dəstəyi qırmızı rəngli meyvə üçün– 12 manat, altı ədəd dovğa çömçəsi kapron materialdan– 6 manat, on iki ədəd çəngəl on ikə ədəd bıçaq on iki ədəd xörək qaşığı və on iki ədəd çay qaşığı dəsti iki ədəd deşikli qaşıq göy bəzəkli– cəmi dəyəri 50 manat, bir dəst mətbəx naboru çömçə qaşıq kökür katlet çevirən kartof əzən asılqanlı nejaveka materialdan– 20 manat, bir ədəd çaydan Tefal firmadan elektikli iki litirlik-15 manat, bir ədəd dəm çayniki ağ rəngli şüşə qırmızı güllü- 5 manat, bir ədəd çaydan və dəm çayniki şirəli ağ rəngli qırmızı rəngli güllü– 25 manat, üç müxtəlif ölçülü dəst qazan şirəli sarı rəngli– 30 manat, üç müxtəlif ölçülü qazan dəsti bir ədəd tava bir ədəd qulplu kruşkası ilə birlikdə gümüşü rəngli– 50 manat, bir ədəd qazan qırmızı rəngli şüşə qapaqlı– 10 manat, bir ədəd qazan ilan qabığı bəzəkli qapaqlı– 10 manat, tava dəsti yeddi ədəd müxtəlif ölçülü gümüşü rəngli– 50 manat, bir ədəd ütü buxarlı Texnalux firmadan yaşıl rəngli– 20 manat, bir ədəd ütü qara rəngli sadə buxarsız– 10 manat, bir ədəd qənd qıran bıçaq kimi altı dəmirli-10 manat, bir ədəd şirə çəkən elektrikli Eurolux firmadan- 20 manat, bir ədəd qaşıq qabı ağ rəngli plasmas materiladan– 2 manat, iki ədəd tyorka– cəmi 5 manat, on iki ədəd dəmir şiş böyük ölçülü– 12 manat, bir ədəd qənd qıran dəmir qayçı formasında– 2 manat, bir ədəd pol ağacı bir ədəd oxlov pərdə çəkənlə birlikdə- 20 manat, iki ədəd aş süzən– 10 manat, bir ədəd fen saç qurutmaq üçün qara rəngli– 40 manat, bir ədəd fen saç qurutmaq üçün daraqlı, narıncı rəngli– 40 manat, bir ədəd fen ukladka üçün qara rəngli– 40 manat, üç ədəd ləyən aliminium müxtəlif ölçülü– cəmi dəyəri 30 manat, bir ədəd ləyən şirəli 16 litlik sarı rəngli15 manat, 03 ədəd kapron ləyən müxtəlif ölçülü– cəmi dəyəri 10 manat, iki ədəd vedrə sarı rəngli şirəli– cəmi dəyəri 25 manat, bir ədəd mavi rəngli vanna bir ədəd kruşqası bir ədəd axtafası sabun qabı ilə bitlikdə- 20 manat, iki ədəd vanna qırmızı rəngli böyük və orta böyüklükdə- cəmi dəyəri 15 manat, bir ədəd qulplu dəmir kruşqa və bir ədəd kapron kruşka– cəmi dəyəri 5 manat, altı ədəd şüşə kruşka bürc və buta şəkilli– cəmi dəyəri 10 manat, bir ədəd şirəli cəm bir ədəd şirəli sini göy rəngli– cəmi dəyəri 10 manat, iki ədəd padnus 555 yazısı olan müxtəlif ölçülü- 10 manat, iki ədəd padnus ortası bəzəkli qızılı qulplu müxtəlif ölçülü- 30 manat, bir ədəd elektrikli soba iki listli qırmızı rəngli– 50 manat, bir ədəd su baçoku ağ rəngli 5 litirlik- 5 manat, iki ədəd vanna qırmızı rəngli böyük ölçülü25 manat, bir ədəd soğan çəkən-5 manat, bir ədəd qazanaltı dəmirdən- 2 manat, bir ədəd çaydan altı taxtadan- 2 manat, bir ədəd taxta tərəvəz doğramaq üçün-2 manat, bir ədəd düşbərə kəsən dəmirdən-10 manat, bir ədəd kətə kəsən-1 manat, bir ədəd nakkas şirin çörək üçün– 2 manat, altı ədəd toz dəsmalı- 5 manat, on iki ədəd xrustal bakal, hündür80 manat, on iki ədəd çay qaşığı- cəmi 5 manat, on iki ədəd əl-üz dəsmalı ağ rəngli künc tərəfində çiçək şəkili var işlənməməmiş– 50 manat, üç ədəd hamam dəsmalı, müxtəlif formalı müxtəlif rəngli təzə işlənməmiş- cəmi dəyəri 40 manat, beş ədəd hamam dəsmalı müxtəlif ölçülü müxtəlif rəngli işlənmiş- cəmi dəyəri 40 manat, on iki ədəd çay dəsmalı işlənməmiş müxtəlif ölçülü müxtəlif rəngli– cəmi dəyəri 40 manat, altı ədəd əl-üz dəsmalı işlənmiş müxtəlif ölçülü müxtəlif rəngli– cəmi 30 manat, bir ədəd qızılı rəngli süfrə 12 nəfərlik stol üçün– 20 manat, bir ədəd ağ-qara rəngli süfrə 12 nəfərlik stol üçün– 20 manat, bir ədəd süfrə jurnal stolu üçün tül materialdan– 10 manat, bir ədəd şüşə materialdan jurnal stolu– 50 manat, iki ədəd ağ rəngli 12 nəfərlik süfrə parçadan– cəmi 30 manat, üç dəst pastel üzü istifadə olunmjuş müxtəlif rəngli, müxtəlif formalı– cəmi dəyəri 60 manat, iki dəst tək nəfərlik pastel üzü təzə müxtəlif rəngli– cəmi dəyəri 60 manat, iki dəst iki nəfərlik pastel üzü təzə müxtəlif rəngli- cəmi dəyəri 80 manat, meyvə şirəsi üçün müxtəlif rəngli 19 ədəd fincan, bir ədəd güldan xrustal paxlava formalı bəzəyi ilə hündür- 40 manat, bir ədəd tort qabı on iki ədəd boşqabı ilə birlikdə özü ağ rəngli gülləri boz rəngli, dördbucaqlı- 30 manat; Uşaqlarına məxsus əşyaların- bir ədəd uşaq üçün çarpayı mebeldən tumbuçkalı yaşıl və ağ rəngli– 300 manat, bir ədəd uşaq üçün yun yorğan üstündə ayı şəkili olan göy rəngli– 20 manat, bir ədəd uşaq üçün döşək yaşıl rəngdə üzərində Maşa və Ayı şəkili olan– 20 manat, dörd ədəd uşaq üçün adyal ağ rəngli qırmızı güllü– cəmi dəyəri 40 manat, bir ədəd uşaq üçün adyal boz rəngli sadə nazik parçadan– 15 manat, bir ədəd uşaq üçün adyal şabalıd rəngli sadə nazik parçadan- 15 manat, bir ədəd uşaq üçün adyal mor rəngli sadə nazik parçadan– 15 manat, iki ədəd uşaq üçün çarpayı şabalıdı rəngli baş tərəfində ağ xətti olan taxta materialdan- cəmi dəyəri 350 manat, iki dəst pastel üzü uşaq üçün ağ rəngli qızılı bəzəkli təzə– cəmi dəyəri 60 manat, iki dəst pastel üzü uşaq üçün istifadə olunmuş müxtəlif rəngli- cəmi dəyəri– 40 manat, iki ədəd sintifon balınc birində it birində pişik şəkili olan– cəmi dəyəri 20 manat dərində olan əşya xalça ibarət əşyaların natura şəklində, naturada mövcud olmadıqda əşyaların dəyəri cavabdehlər Cavabdeh1ov Novruz oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdeh1ov Novruz oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 500 (beş yüz) manat pulun alınıb İddiaçı ödənilməsi, Cavabdeh1ov Novruz oğlu, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 (bir yüz qırx) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində dəyişdirilməsini və iddia tələbimin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1629/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulan 189,07 manat dövlət rüsumunun 50%-i olan 94,54 manat ödəməli olduğu halda 70 manat ödəmişdir, yəni dövlət rüsumunu 24,54 manat az ödəmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən dövlət rüsumu tam ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(076)-1629/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1629/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2063/2025 saylı mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1629/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2063/2025 saylı mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar