Məhkəmə qərarları › İş №2(104)-2076/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2076/2025

09.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2076/2025 09.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı, cavadeh Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və özbaşına tikilinin cavabdehin hesabına sökülməsi tələbinə» dairmülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Tovuz rayonu Qovlar şəhərində yerləşən icarəsində olan 0,3 ha torpaq sahəsindən Cavabdeh ailə üzvlərinin və əmlakları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikintinin onun hesabına sökülməsi və fermanın cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ona verilmiş inventar 5xx-xx/1776 nömrəli, reyestr nömrəsi **********59-06301 olan texniki pasport və çıxarışda göstərilən 2 gözlü 402 kv metrlik ferma binasında Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikintinin, cavabdehin hesabına sökülməsi və fermanın cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməsinə və ona dəymiş maddi, mənəvi ziyan olaraq 20000 manat vəsaitin ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildə X5 Komissiyasının qərarı ilə Qovlar ərazisində yerləşən ferma binasını satın almışdır. 2001-ci ildə fermanın ətrafındakı, Qovlar bələdiyyəsinə aid 30 hektar torpağı heyvandarlığı inkişaf etdirməsi ücün uzunmüddətə (99 illik) icarəyə götürmüşdür. 2019-cu ildə Şəmkir rayon sakini olan İlqar adlı bir nəfərlə tanış olmuş, İlqarla şifahi razılaşmaya əsasən bu fermadan və 30 hektar torpaqdan istifadə etməli, illik qazancının bir hissəsini ona ödəməli idi. Qeyd etdiyi 30 hektar torpaq sahəsi ona örüş sahəsi kimi verilib. O da İlqara örüş sahəsi kimi vermişdir. Həmin sahədə əkin əkmək qadağan olunmuşdur. Heyvandarlıq üçün nəzərdə tutulmuşdur. Son 5 ildə 2019- 2024 cü illər ərzində İlqar özbaşınalıq edərək, qanunsuz olaraq həmin 30 hektar torpaq sahəsində günəbaxan, taxıl, arpa əkərək hər il təxminən 20.000-30.000 manat gəlir əldə etmişdir. Bundan başqa DƏDRX-dən ona verilmiş çıxarışda göstərilən 2 gözlü 402 kv.metrlik ferma binasını özbaşına sökmüş özü üçün 2 ya 3 otaqlı yaşayış evi etmişdir. Ailəlikcə orada yaşayır. O, cavabdehə belə bir səlahiyyət verməmişdir. Həmin ferma binasının çıxarışında göstərildiyi vəziyyətə qaytarmaq üçün ona külli miqdarda vəsait lazımdır. Bu məsələlərə görə o, dəfələrlə cavabdehə fermanı boşaldıb təhvil verməsini tələb etsə də o, fermanı boşaltmaq istəmir. DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ona verilmiş inventar 5xx-xx/1776 nömrəli, reyestr nömrəsi **********59- 06301 olan texniki pasport və çıxarışda göstərilən 2 gözlü 402 kv metrlik ferma binasında Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikintinin, cavabdehin hesabına sökülməsi və fermanın cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməsinə və ona dəymiş maddi, mənəvi ziyana görə 20000 manat vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, reyestr nömrəsi **********59-06301 olan texniki pasport və çıxarışda göstərilən 2 gözlü 402 kv metrlik ferma binasında Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı ilə həmin torpaq sahəsinin öz aralarında razılaşıraq şifahi müqavilə əsasında, Cavabdeh İddiaçı hər il 1500 manat olmaqla iki pul ödəmiş və ümumilikdə 3000 manat pul vermişdir. İddiaçı sonunda Cavabdeh bildirmişdir ki, həmin dağılmış fermanı tiksin və yararlı hala salsın. Beləliklə Cavabdeh şifahi razılaşmaya əsasən həmin dağılmış fermanı yenidən inşa edərək 30 metr uzunu və 17 metr enində mal-qara saxlamaq üçün obyekt inşa etmişdir. Bütün bunlar razılıq əsasında inşa edilmişdir. Həmin obyektin tikilməsinə Cavabdeh 60.000 mindən çox pul xərcləmişdir. Hazırda həmin obyektin tikintisinə çəkilmiş xərcdən imtina edərək, həmin obyektdən Cavabdeh çıxarılması qət edilmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdehla İddiaçı arasında olan bütün səs yazıları, eləcədə həmin obyektin ucuq bir vəziyyətdə olması barədə diskdə sübutlar təqdim etmişdir. Ancaq məhkəmə təqdim etdiyikləri diskə baxış keçirmədən, əsasız olaraq qətnamə çıxarılmışdır. Belə ki, həmin obyektə yuxarıda qeyd etdikləri kimi 60.000 manat pul xərclənmişdir. Bununla da, cavabdehə İddiaçı tərəfindən çəkilən xərc məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadeh Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti məlumat agentliklərinin fəaliyyəti olmuş və fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti biyan istehsalıdır. Kollegiya tərəflərin subyektiv tərkibini, iddiaçının və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən (qeyri yaşayış obyektinin icarəsi) irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Müqavilə tərəflərinin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar