Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2098/2023 14.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2027 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkün torpaq sahəsinin ona məxsus olan 2/4 hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)- 33/2017 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması, ünvan 1 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması üçün tətqiq olunan torpaq sahəsində yerləşən (texniki pasportda öz əksini tapmayan) tikilinin bir hissəsi söküldükdən sonra əlavə giriş çıxış qapısını açılmalı və iş üzrə İddiaçı1 məxsus 2/4 paya düşən 136,0 kv.m (8,5x16,0 m) ölçüdə torpaq sahələri üzrə sərhəd hasarı çəkilməklə torpaq sahələrində təcrid sahələrinin yaradılmalısı və iş üzrə ekspertiza xərcinə görə İddiaçı1 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-57/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçı), hakimlər Şamil Rzaquliyev və Fikrət Mehdiyev) maraqlarına toxunan şəxs Maraqlı şəxs verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(104)-57/2023 saylı qərarı ilə (hakimlər X1 (məruzəçi), X3 və X8) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 57/2023 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs məkhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iştirak etməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlarayaq hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv olunmalı, mülki iş apellyasiya baxışından çıxarılmaqla verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin Maddə 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvandakı 0,0272 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 18,6 kv metr fərdi yaşayış evi X5, X7 və İddiaçı1 ümumi mülkiyyətindədir. İddiaçı1 məhkəməyə müraiət edərək torpaq sahəsindəki payının naturada ayrılması barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilmişdir. Qeyd olunan qətnamədən fərdi yaşayış evinin mülkiyyətçisi Maraqlı şəxs şikayət vermiş və birinci instansiya məhkəməsi tərəfindən onun apellyasiya şikayəti qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2939/2021 saylı qərardadı ilə apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Kollegiya bildirir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi çıxarılan zaman hazırkı mübahisənin predmeti olan 0,0272 ha torpaq sahəsinin qonşuluğundakı Gəncə şəhəri, Cavadxan küçəsi 82A saylı fərdi yaşayış evinin mülkiyyətçisi X6 olmuşdur. Daha sonra Maraqlı şəxs alqı-satqı yolu ilə qeyd olunan yaşayış evini 26 sentyabr 2019-cu il tarixdə əldə etmişdir. 17 oktyabr 2019-cu ildə sözügedən fərdi yaşayış evi üzrəndə Maraqlı şəxs mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda mübahisələndirilən qətnamə qəbul edilərkən Maraqlı şəxs baxılan iş üzrə mübahisə predmeti olan 0,0272 ha torpaq sahəsinə, həmçinin hazırda onun mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi 82A saylı fərdi yaşayış evinə heç bir aidiyyatı olmamışdır. Belə olan halda İddiaçı1 Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti vermək hüququ Maraqlı şəxs deyil, əvvəlki mülkiyyətçi Dilşad Əhmədovaya məxsus ola bilərdi. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi mülki iş üzrə qətnamədən Maraqlı şəxs şikayət vermə hüququ istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə, kollegiyan hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-2939/2021 saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmaqla verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 363.1.1, 384.0.4 və 402.2.5-ci maddələrini maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 2939/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı1 Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2027 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün apellyasiya baxışından çıxarılmaqla Gəncə Şəhər Məhkəməsinə qaytarılsın Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2098/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2098/2023
14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver