Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2102/2025 16.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qаrşı iş üzrə Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 2(021)-3682/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah akt qeydindən çıxarışdan görünür ki, tərəflər 05 avqust 2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar.
2. Doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə nikahından 07 iyul 2015-ci il təvəllüdlü İnci adlı uşaqları doğulmuşdur.
3. Doğum akt qeydindən çıxarışdan görünür ki, tərəflərin birgə nikahından 24 aprel 2022-ci il təvəllüdlü Fateh adlı uşaqları doğulmuşdur.
4. Samux 1 saylı Mediasiya təşikatında mediator X5 iştirakı ilə tərtib edilən 30 yanvar 2025-ci il tarixli MŞS/1/2024-0001 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf- Ərizəçi birinci tərəf-Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İƏD üzrə nümayəndəliyində 15 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına razı olmaları; Birinci tərəf-Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2015-ci il təvəllüdlü X2 hüquqi cəhətdən atası Ərizəçi himayəsində qalmasına etiraz etməməsi; İkinci tərəf-Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2022-ci il təvəllüdlü X1 hüquqi cəhətdən anası-Maraqlı şəxs himayəsində qalmasına etiraz etməməsi; Birinci tərəf Maraqlı şəxs ikinci tərəf-Ərizəçi övladı-xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi; İkinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs övladı-xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi barədə razılığa gəlmişlər.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Maraqlı şəxs qаrşı ərizə ilə məhkəməyə mürаciət edərək, Samux 1 saylı Mediasiya təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025- ci il tarixli MŞS/1/2024-0001 akt nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2014-cü ildə Bərdə rayon Otuzikilər kənd İƏD-də 15 saylı qeydlə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır ki, pozulmuşdur. Belə ki, arvadı Maraqlı şəxs onu bir ər kimi saymır, tez-tez evdə əsassız söz-söhbətlər yaradır. Onların aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehə birlikdə ailə kimi yaşamalarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdeh onunla normal yaşamaq istəməmişdir. Nikahları artıq uzun müddətdir ki, formal xarakter daşıyırdı. Ərizə üzrə maraqlı şəxslə Samux 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixli MŞS/1/2024-001 nömrəli, Barışıq sazişi imzalamışdır. Həmin barışıq sazişində maraqlı şəxslə aralarında gəldikləri razılıq xx.xx.2014-cü ildə Bərdə rayon Otuzikilər kənd İƏD-də 15 saylı qeydlə rəsmiləşdirilmiş nikahın məhkəmə qaydasında pozulması, xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalması, xx.xx.2022-ci il təvəllüdlü X1 anasının yanında qalmaqla onunla hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət hüququnun təmin edilməsindən və onun yanında qalan X2 da anası ilə ünsiyyətinin təmin edilməsinə maneə yaradılmamasından ibarət olmuşdur. Onun tərəfindən maraqlı şəxsə onun yanında qalan xx.xx.2015-ci il təvəllüdlü X2 anası ilə ünsiyyətin müəyyən edilməsini təmin etmiş olsa da, ancaq maraqlı şəxs hələ də bu günə qədər aralarında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/1/2024-001 nömrəli Barışıq Sazişinin şərtlərinə əməl etməmiş və xx.xx.2022-ci il təvəllüdlü X1 onunla barışıq sazişində əldə edilən razılaşma şərtlərinə uyğun olaraq ünsiyyətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh bu gün də onun azyaşlı oğlu ilə ünsiyyətdə olmasına maneə yaratmaqdadır.
7. Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 2(021)-3682/2025 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) ərizə təmin edilərək, ikinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İƏD üzrə nümayəndəliyində 15 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına razı olmaları; -Birinci tərəf-Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2015-ci il təvəllüdlü X2 hüquqi cəhətdən atasıƏrizəçi himayəsində qalmasına etiraz etməməsi; -İkinci tərəf-Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş övladıxx.xx.2022-ci il təvəllüdlü X1 hüquqi cəhətdən anası-Maraqlı şəxs himayəsində qalmasına etiraz etməməsi; -Birinci tərəf Maraqlı şəxs ikinci tərəf-Ərizəçi övladı-xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi; -İkinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs övladıxx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi barədə Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 30 yanvar 2025-ci il tarixli MŞS/1/2024-0001 saylı Barışıq Sazişinin təsdiq edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17 və 34-cü maddələrinə, Ailə Məcəlləsinin 49.2, 49.3, 50, 52, 58.1, 58.2, 60.1, 60.4, 61.1, 61.2 və 61.3-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə, “Mediasiya haqqında” Qanunun 26.1-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 355-23., 355-23.2, 355-24, 355-25.1 və 355-25.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mediasiya sessiyası Samux Rayon Mediasiya təşkilatında olmuşdur. Belə olan halda, işə də Samux Rayon Məhkəməsi baxmalı idi. Əgər Bərdə Rayon Məhkəməsi işə baxmaqda haqlı idisə, onda mediasiya sessiyası da Bərdə Rayon Mediasiya təşkilatında olmalı idi. Hesab edir ki, işə baxılmasında aidiyyət qaydaları pozulmuşdur. Bundan başqa, birgə nikahdan olan uşağın birinin Ərizəçi qalmasına razı olmuşdur. Ancaq bir neçə ay ərzində xx.xx.2015-ci il təvəllüdlü qızı X2 psixologiyasının pozulmasının şahidi olmuşdur. Ərizəçi uşağın qayğısına layiqincə qalmır. Onu da bildirir ki, uşağın mənafeyi baxımından nə mediasiya təşkilatında işə baxılarkən, nə də məhkəmədə işə baxılarkən qəyyumluğun nümayəndəsi işə cəlb edilməmişdir. Hansı ki, uşağın maraqları və mənafeyi baxımından bu mütləq idi. Heç olmasa, müəllimin, pedaqoqun, psixolqun iştirakı və rəyi alınmalı idi. Hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü qızı X2 ərizəçidə qalması uşağın gələcəyini sual altında qoyur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, uşaqların onunla qalması barədə mediasiyada aralarında razılıq olmuşdur. Uşaqlar onun himayəsində olmuşdur. Daha sonra 07 iyul 2015-ci il təvəllüdlü İnci adlı uşaq yeni məktəbində problemlər yaşamışdır və onun bundan sonradan xəbəri olmuşdur. Əvvəlki məktəbinə qayıtmaq üçün atasıyla qalmaq istəmişdir. Hər zaman uşaqların seçimlərinə hörmət etmişdir, buna görə də atasıyla qalmasına da etiraz etməmişdir. Sonra qızı ilə ünsiyyətdə olduqca anlamışdır ki, uşağın psixologiyasında problemlər var. Əvvəllər də qızının psixologiyasında problemlər olmuşdur və onu psixoloqa aparmışdır. Ancaq sonra atası psixoloqa aparmağa icazə verməmişdir. İndi də uşağın psixoloqa ehtiyacı var, ancaq atası aparmır. Aralarında uşaqlarla bağlı razılığa gələ bilmirlər. Uşaq indi onunla qalmaq istəyir. Mümkünsə dinlənilsin uşağın da fikri alınsın. Bu səbəbdən də uşağın ona qaytarılmasını, həmçinin uşaqlara ailment ödənilməsini istəyir. Barışıq sazişində 2022-ci il təvəllüdlü oğlunun atasıyla görüş saatı müəyyən edilib. Həmin görüş saatının da azaldılmasını istəyir. Uşaq ayın 10 gününü atasında olur və bu uşağın bağçasına, rahatlığına təsir edir. Uşaq aprel ayında atasında qalanda qotur xəstəliyi tutdu. Atasıgil mal-qara saxlayırlar. Həkim onlara bildirmişdir ki, bu xəstəlik mal-qaradan uşağa keçib. Həmçinin uşağın mədəsində də problemlər var. Ona görə də hər iki uşağın onda qalmasını istəyir. Maraqlı şəxs sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 07 iyul 2015-ci il təvəllüdlü İnci adlı uşağı birgə yaşadıqları dövrdə psixoloqa aparmışlar. Bərdə rayonunda da dəfələrlə psixoloqa aparmışlar. Sonradan həmin psixoloqun nəticəsini bəyənmədikləri üçün daha uşağı oraya aparmamışlar. Uşağın qotur xəstəliyi tutması mal-qara ilə əlaqəli olmamışdır. Əgər elə olsaydı, onlar da həmin vaxt xəstəlik tutardılar. Uşağın dinlənilməsinə etiraz etmir. Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
15. Maddə 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
16. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
17. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onlardan birinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
19. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
20. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
26. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
27. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «ikinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İƏD üzrə nümayəndəliyində 15 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına razı olmaları; Birinci tərəf Maraqlı şəxs ikinci tərəf-Ərizəçi övladı-xx.xx.2022ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi; -İkinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs övladıxx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi barədə Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 30 yanvar 2025-ci il tarixli MŞS/1/2024-0001 saylı Barışıq Sazişinin təsdiq edilməsi» hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək ərizə həmin hissələrdə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən 07 iyul 2015-ci il təvəllüdlü İnci və 24 aprel 2022-ci il təvəllüdlü Fateh adlı uşaqları doğulmuşdur. Daha sonra tərəflər ailə münasibətlərindən irəli gələn məsələlərin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etmişlər. Samux 1 saylı Mediasiya təşikatında birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında bağlanmış 30 yanvar 2025-ci il tarixli MŞS/1/2024-0001 nömrəli barışıq sazişinə əsasən, ikinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İƏD üzrə nümayəndəliyində 15 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına razı olmaları; Birinci tərəf-Maraqlı şəxs birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2015-ci il təvəllüdlü X2 hüquqi cəhətdən atasıƏrizəçi himayəsində qalmasına etiraz etməməsi; İkinci tərəf-Ərizəçi birgə nikahlarından dünyaya gəlmiş övladı-xx.xx.2022-ci il təvəllüdlü X1 hüquqi cəhətdən anası- Maraqlı şəxs himayəsində qalmasına etiraz etməməsi; Birinci tərəf Maraqlı şəxs ikinci tərəf-Ərizəçi övladı-xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi; İkinci tərəf- Ərizəçi birinci tərəf-Maraqlı şəxs övladı-xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi barədə razılığa gəlmişlər. Ərizəçi barışıq sazişinin könüllü icra edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır; belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mediasiya prosesində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması üzrə yaranmış mübahisədir. İşin hallarına “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”dan bəhs edən fəslinin müddəaları əsasında hüquqi qiymət verilməlidir.
36. Mülki prosessual qanunvericilikdə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə müraciət etmək hüququ nəzərdə tutulmuşdur.
37. Bununla belə, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi də nəzərdə tutulmuşdur ki, buna əsas verən halların dairəsi də MPM-nin 355-26.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə deyilir ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
38. Bu baxımdan, barışıq sazişinin təsdiq olunub-olunmaması məsələsi həll olunarkən ilk növbədə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsinin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmalıdır.
39. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, tərəflər mediasiya prosesində nikahın pozulması, azyaşlı uşaqların hansı valideynin himayəsində qalması və uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsinə dair məsələlər barədə öz aralarında razılıq əldə etmişlər.
40. Barışıq sazişində tərəflər sərbəst iradə ifadə edərək azyaşlı uşaqların hansı valideynin himayəsində qalması barədə razılığa gəlmişlər və bu hissədə saziş “Mediasiya haqqında” Qanunda nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, sazişin qanunazidd olması, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması halları müəyyən edilməmişdir. Ona görə də kollegiya sazişin bu hissədə təsdiq edilməsini qanuni və əsaslı sayır.
41. Lakin, barışıq sazişinin qalan digər hissələrinin təsdiq edilməsi qanuni əsaslara söykənmir. Belə ki, tərəflər barışıq sazişində nikahlarının pozulması barədə razılığa gəlmişlər. Nikahın pozulması qaydaları isə Ailə Məcəlləsinin 19.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Baxılan işdə tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları olduğundan onların nikahı yalnız məhkəmə qaydasında pozula bilər. Yəni, tərəflərin nikahının mediasiya prosesində bağladıqları barışıq sazişi əsasında pozulması ailə qanunvericiliyin tələblərinə uyğun olmadığından sazişin bu hissədə təsdiq edilməsi qanuni və əsaslı deyildir.
42. Bundan əlavə, tərəflər barışıq sazişində Ərizəçi uşağı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurması və Maraqlı şəxs uşağı xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurması barədə razılığa gəlmişlər. Ancaq, hər ayın 10 günündan ibarət ünsiyyətin ayın hansı həftəsində, günündə, saatında ya məkanda həyata keçiriləcəyi, habelə hər ilin yay tətillərinin yarısını, digər tətillərin də hamısından ibarət ünsiyyətində hansı aylarda və günlərdə olacağı, həmçinin ünsiyyətin müddəti və məkanı barışıq sazişində göstərilməmişdir ki, bu səbəbdən də barışıq sazişi təsdiq ediləcəyi halda isə gələcəkdə qətnamənin icrasında çətinliklər və qeyri-müəyyən hallar ortaya çıxacaqdır. Ona görə də bu hissədə də sazişin təsdiq edilməsi yolverilən deyildir.
43. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gələrək nikahın pozulması və uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsinə dair hissələrdə barışıq sazişini təsdiq etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək ərizə həmin hissələrdə təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 2(021)-3682/2025 nömrəli qətnaməsi «ikinci tərəf-Ərizəçi birinci tərəf-Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İƏD üzrə nümayəndəliyində 15 nömrə ilə qeydiyyata alınmış nikahın pozulmasına razı olmaları; Birinci tərəf Maraqlı şəxs ikinci tərəf-Ərizəçi övladı-xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər ayın 10 günü sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi; -İkinci tərəf- Ərizəçi birinci tərəf-Maraqlı şəxs övladı-xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər ilin yay tətillərinin yarısını, digər tətillərin hamısı olmaqla sərbəst qrafiklə ünsiyyət qurmalarını təmin edəcəyi barədə öz üzərinə öhdəlik götürməsi barədə Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 30 yanvar 2025-ci il tarixli MŞS/1/2024-0001 saylı Barışıq Sazişinin təsdiq edilməsi» hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilərək ərizə həmin hissələrdə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.