Məhkəmə qərarları › İş №2(104)-2130/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2130/2025

14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2130/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Ağdam Rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X10 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi (oğlu) X2 və vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X15 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinə qarşı ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 186-05/15 nömrəli arayışından görünür ki, Ərizəçi uşaqlarının ölümünə əsas verən zəruri sənədlər təqdim olunmadığından ölümün qeydə alınması səlahiyyətlərinin olmadığı bildirilmişdir.

2. Ağdam Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(013)-1515/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, Ərizəçi X3 erməni əsirliyində olarkən işgəncə zamanı aldığı xəsarətlərdən vəfat etməsi qət edilmişdir.

3. Bərdə Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-891/2005 nömrəli qətnaməsinin surətindən görünür ki, Ərizəçi övladları X6 və X2 ərizələri qismən təmin edilmiş, X6 və X2 xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər erməni əsirliyində girovda olmaları faktının müəyyən edilməsi qət edilmişdir.

4. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışından görünür ki, Ərizəçi 23 iyul 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal olunarkən ailəlikcə ermənilərə əsir düşmüş və 21 avqust 1995-ci ilədək Xankəndi şəhərində əsirlikdə qalmış və sonradan əsirlikdən azad edilmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinə qarşı ölümün qeyd edilməsi faktının müəyyən edilməsi ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, övladları X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və xx.xx.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülməsi faktının müəyyən edilməsi və X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və xx.xx.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizəçi məhkəməyə tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək, övladları X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və xx.xx.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman övladları X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və xx.xx.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülmüş, o isə qalan ailə üzvləri ilə birgə əsir götürülmüşdür. X3 ermənilər tərəfindən əsirlikdə verilmiş işgəncələr zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. Övladlarına ölüm haqqında şəhadətnamə almaq üçün faktın müəyyən edilməsi zərurəti yaranmışdır.

8. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev), ərizənin təmin edilməsi, Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və 05 fevral 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən yaşadığı evin həyətində öldürülməsi faktının müəyyən edilməsi qət edilmişdir.

9. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1081/2023 nömrəli qərardadı ilə Ərizəçi qətnamənin izah edilməsi barədə ərizəsi təmin edlimiş, Ərizəçi Süleyman oğlunun və X7 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X11 ailəsində doğulmasının müəyyən edilməsi, qərardadın Ərizəçi Süleyman oğluna və X12 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qərara alınmışdır.

10. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1081/2023 nömrəli qərardadı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 1081/2023 nömrəli qərardadından verilmiş şikayət təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-1081/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə Ərizəçi ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

11. Ağdam Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 307.2.3 və 308-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1081/2023 nömrəli qətnaməsi əsasında Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra-Mərkəzi Filial) tərəfindən şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmişdir. X35 xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının qanunları və digər normativ aktları ilə müəyyən olunmuş qaydada sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digər növə keçirilməsi Mərkəzi Filialın əsas fəaliyyət istiqamətinə aiddir. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci bəndinə əsasən şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1.2.2ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin valideynlərinə də təyin edilə bilər. Beləliklə, Mərkəzi Filial tərəfindən Ərizəçi hər ay keçmiş dövrdəki ödənişlərlə bir yerdə 3900 manat şəhid ailəsi üzvü üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ödənilir. Qeyd olunanlardan göründüyü kimi, sözügedən qətnamə Fondun maraqlarına toxunur. Eyni zamanda, qanunvericilik işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də yekun məhkəmə qərarını mübahisələndirmək hüququnu tanımışdır. Apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq yekun qərar qəbul etmişdir. İlk növbədə, iş üzrə icraat materiallarından aydın olur ki, iddiaçı ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu əsaslandıra bilməmiş, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları əlavə etməmişdir. Bildirir ki, iş üzrə icraat materiallarına ölmüş hesab edilmiş hər üç şəxsin vaxtilə yaşaması barədə heç bir sənəd (doğum haqqında şəhadətnamə, arayış və s.) yaxud sübut əlavə edilməmiş, sadəcə şahid ifadələrinə əsasən məhkəmə nə vaxtsa yaşadığı sual altında olan şəxslərin ölmüş hesab edilməsi barədə qətnamə qəbul etmişdir. İş üzrə icraat materiallarına əsasən, X42 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixində Ərizəçi Süleyman oğlu və X16 barəsində axtariş elan edilmişdir. Ərizəçi övladlarının 1993-cü il tarixdə öldürüldüyünü iddia etsə də, onların axtarışı məqsədilə X36 Komitəsinə öldürüldüklərini iddia etdiyi tarixdən 30 il sonra, yəni, məhkəmə ərəfəsində müraciət etmişdir. Qeyd olunan şübhəli hala məhkəmə tərəfindən qiymət verilməmişdir. Sözügedən qətnamənin əsaslılığını şübhə altına alan məqamlardan biri də, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-022/3-073905/2025 nömrəli qərarıdır. Ərizəçi qanunsuz yolla şəhid ailəsi statusu əldə etməsi barədə Ağdam rayon prokurorluğuna müraciəti əsasında həmin rayon prokurorluğunda araşdırma aparılaraq toplanmış material xx.xx.2025-ci il tarixdə araşdırmanın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İşin halları araşdırılmış və xx.xx.2025-ci il tarixli 2- 2-022/3- 073905/2025 nömrəli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qəbulu ilə bağlı aşkar edilmiş xüsusatlara intizam icraatı çərçivəsində baxılması məqsədilə Məhkəmə-Hüquq Şurasına, həmçinin məhkəmə qərarına yenidən baxılması üçün hüquqi prosedurların nəzərdən keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ətraflı məlumat verilməli olması qeyd edilmişdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi üç övladının öldürülməsi, üstəlik onun ümumiyyətlə bu adda övladlarının olması faktı ancaq Ərizəçi özünün izahatına əsaslanır və bunu təsdiq edən sənəd, sübut, şahid yoxdur. Beləliklə, aparılmış araşdırma nəticəsində toplanmış sübutlarla Ərizəçi Süleyman və Salman adlı övladlarının mövcud olması, onların və İsgəndər adlı övladının erməni silahlıları tərəfindən 1993-cü ildə öldürülməsi faktı ilə bağlı əsaslı şübhələr müəyyən edilir. Bundan başqa Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi öz əkiz oğulları X.X.1979-cu il təvəllüdlü Süleyman və Salman, xx.xx.1993-cü il təvəllüdlü İsgəndərin xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun Qiyaslı kəndi işğal edilən zaman ermənilər tərəfindən öldürülməsi faktının müəyyən edilməsi məqsədilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim X19) adıçəkilən şəxslərin erməni silahlıları tərəfindən öldürülməsi faktı təsdiq edilmişdir. Bundan sonra Ərizəçi həmin məhkəmə qərarına istinad etməklə Ağdam Rayon İcra hakimiyyətinə müraciət edərək şəhid ailəsi statusu və bu hüququ təsdiq edən vəsiqə əldə etmiş və onun ailəsinə xx.xx.2007-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müavinət qismində 78.550 manat vəsait ödənilmişdir. Məcəllənin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.1-ci maddəsində qeyd olunur ki, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Qərardan aydın olur ki, məhkəmədə şahid qismində izahatı alınmış şəxslər- X27, X28 və X20 oxşar məzmunlu izahatlar verərək göstərmişlər ki, 1993-cü ildə erməni silahlılarının Ağdam rayonunun Qiyaslı kəndinə hücumu zamanı Ərizəçi övladlarının öldürülməsinin şahidi olmamışlar. Onlar qeyd etmişlər ki, 2023-cü ilin yayında Ərizəçi onlara müraciət edərək məhkəmədə onları şahid qismində göstərdiyini və 1993-cü ildə özü və ailə üzvlərinin əsir götürülməsini təsdiq etmələrini xahiş etmiş, onlar da məhkəmədə iştirak edərək həmin şəxslərin əsir götürülmələri faktını təsdiq etmiş, lakin ermənilər tərəfindən onun üç azyaşlı övladının öldürülməsi barədə nəsə deməmişlər, məhkəmə qərarında onların fikirləri təhrif edilmişdir. Beləliklə, bu faktın özü belə ancaq şahid ifadələri əsasında çıxarılmış məhkəmə qətnaməsinin qanunsuz olduğunu, həmin qətnamənin heç bir fakta söykənməyən şahid ifadələri əsasında qəbul edildiyini bir daha təsdiqləyir. Həmçinin, 1982-2019-cu illərdə Ağdam rayonu Qiyaslı kənd xalq deputatlar soveti icraiyyə komitəsinin sədri və kənd icra nümayəndəsi vəzifəsində işləmiş X23 izahatında göstərmişdir ki, 1993-cü ildə Qiyaslı kəndi işğal olunan zaman Ərizəçi özü, anası və övladlarından biri əsir düşmüş, lakin onun ailə üzvlərindən kiminsə qətlə yetirilməsi barədə onda hər hansı məlumat olmamışdır. Qiyaslı kəndinə dair təsərrüfatbaşına aid uçot kitabları işğal zamanı məhv olmuşdur. Sonrakı illərdə Qarabağ müharibəsi və işğal zamanı itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilərək Rayon İcra Hakimiyyətinə təqdim edilmiş siyahılarda heç vaxt qeyd edilən məlumatlara rast gəlinməmişdir. 2016-cı ildən Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən X32 oxşar məzmunlu izahat verərək Sərxan Rüstəmovun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, izahatı alınmış X39 göstərmişdir ki, Ərizəçi və onun arvadı Cəmilə Təhməzova onun qohumlarıdır və 1988-1993-cü illərdə Qiyaslı kəndində Süleymanın ailəsi ilə qonşuluqda yaşamışdır. X18, Salman və İsgəndər adlı oğullarının olması və onların ermənilər tərəfindən qətlə yetirilməsi barədə məlumatı olmamışdır. Bildirir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sözügedən qərarına əsasən, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilmiş xx.xx.2016cı il tarixli məlumat, 1995-2000-ci illər üzrə təsərrüfatbaşına uçot kitabından çıxarışda Ərizəçi qeyd edilən üç övladı ilə bağlı hər hansı qeyd aşkar ediləmişdir. Ağdam Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Ağdam rayon şöbəsinə verilmiş əməliyyat tapşırıqları nəticəsinə Ərizəçi üç azyaşlı oğlunun ermənilər tərəfindən öldürülməsinə dair məlumatlar aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Ağdam rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 34-05/13 saylı məktubu və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.1979-cu il tarixdə 1947-ci il təvəllüdlü Süleyman Təhməzovla 1922-ci il təvəllüdlü X8 Ermənistan SSR Sisyan rayonunda bağlanmış nikahı pozulmuşdur. xx.xx.1979-cu il tarixdə Süleyman Təhməzovla xx.xx.1951-ci il təvəllüdlü Mamedova (Hüseynova) Cəmilə Hüseyn qızı arasında nikah bağlanmışdır. Doğum haqqında akt qeydlərinə əsasən həmin cütlüyün övladları doğulmuşdur. Müvafiq aktların üzərində olan qeydlərə əsasən Cəmaləddin Hüseynovun valideynlərinin 3-cü, Cəmalə Hüseynovanın isə 5-ci övladı olmaları göstərilmişdir. İşin obyektiv və hərtərəfli araşdırılması məqsədilə birinci instansiya məhkəməsi sözügedən məlumatları müvafiq dövlət orqanlarından sorğu edərək ala bilərdi. Bununla yanaşı, müəyyən edilmişdir ki, Ermənistan Respublikasının vəzifəli şəxsləri və Silahlı qüvvələri tərəfindən təşkil olunmuş cinayətkar birliyin ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Azərbaycan Respublikasına qarşı apardığı təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Ərizəçi, eləcə də oğulları Mais, Ramil və Camaləddin Hüseynovlar 2004, 2008, 2010-cu illərdə verdikləri ifadələrində ailə üzvlərinin əsir götürülmələri, işgəncə görmələri və digər faktlarla bağlı məlumat versələr də Süleyman, Salman və İsgəndər Hüseynovların erməni silahlıları tərəfindən öldürülmələri barədə hər hansı məlumat verməmişlər. Xüsusilə qeyd edək ki, Ağdam Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(013)-1515/2024 nömrəli qətnaməsi ilə Ərizəçi anası X1 Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə 02 JQ N 438984 nömrə ilə “ağciyər çatışmamazlığı” diaqnozu ilə verilmiş ölüm haqqında şəhadətnamədə düzəliş aparılaraq ölüm səbəbi qrafasında erməni “əsirliyində olarkən işgəncələr zamanı aldığı xəsarətlərdən ölməsi”nin qeyd olunması qət edilmişdir. Qeyd edir ki, həmin mülki işdə Ərizəçi izahatında Süleyman, Salman və İsgəndər adlı üç övladının olması və onların ermənilər tərəfindən öldürülməsi ilə bağlı heç bir şey qeyd etməmişdir. Həmçinin, Məcəllənin 310.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş üzrə icraat materiallarından aydın olur ki, iddiaçı ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu əsaslandıra bilməmiş, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları əlavə etməmişdir.

14. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə əlavə verərək, bildirmişdir ki, artıq yuxarıda qeyd edildiyi kimi Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) ərizəçinin ərizəsi təmin edilmişdir. Bundan sonra Ərizəçi ərizəsinə əsasən həmin qətnaməyə izah verilmiş, Ərizəçi Süleyman oğlunun və X7 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X11 ailəsində doğulması müəyyən edilmişdir. Həmin qərardad Ərizəçi Süleyman oğluna və X12 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilmişdir. Bundan sonra qərardaddan şikayət verilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmiş və hazırda da qanuni qüvvəsini almışdır. Beləliklə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edildiyindən, Ərizəçi Süleyman oğlunun və X7 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X11 ailəsində doğulması faktı aradan qalxmışdır. Bununla da Ərizəçi ölüm faktı müəyyən edilmiş şəxslərin atası olmasını təsdiq edən doğum haqqında şəhadətnamələr öz qüvvəsini itirmişdir. Ona görə də hesab edir ki, hazırda mübahisələndirilən qətnamə Ərizəçi üçün heç bir hüquqi nəticə doğurmamaqdadır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X24 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1081/2023 nömrəli qətnaməsi əsasında Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmişdir. Sonradan ərizəçinin həmkəndlisi Bəxşeyiş Əyyubovun Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında araşdırma aparılmış və hazırki qətnamə ilə bağlı onlarda müəyyən şübhələr yaranmışdır. Ağdam Rayon Məhkəməsində maraqlı şəxs kimi onlar işə cəlb edilmədiyindən qətnamənin mövcudluğu ilə araşdırma nəticəsində məlumatlı olmuşlar. Qətnamədən şikayət verilsə də, məhkəmə tərəfindən dəfələrlə apellyasiya şikayəti əsassız olaraq geri qaytarılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (104)-1668/2025 saylı qərardadına əsasən şikayətləri təmin edilmiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1081/2023 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayəti icraata götürülmüşdür. Əlavə olaraq qeyd edir ki, həmin qətnaməyə Ərizəçi izah verilməsi üçün ərizəsi təmin edilmiş, Ərizəçi Süleyman oğlunun və X7 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X11 ailəsində doğulmasının müəyyən edilməsi, qərardadın Ərizəçi Süleyman oğluna və X12 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qərara alınmışdır. Onlar tərəfindən qeyd edilən qərardaddan şikayət verilmiş və şikayət təmin edilmiş, qərardad ləğv edilmişdir. Belə olan halda hesab edir ki, qətnamədə ölüm faktları müəyyən edilmiş uşaqların Ərizəçi ailəsində doğulmaları təsqdiqini tapmır. Lakin, həmin qətnamə əsasında Ərizəçi doğum şəhadətnaməsi olmayan üç uşaq üçün təqaüd və ödənilməyən təqaüdün keçmiş hissələri hesablanmaqla 78550 manat məbləğində pul almışdır. Həmçinin, əlavə olaraq qeyd edir ki, məhkəmədə şahid qismində dindirilmiş şəxslər Bəxşeyiş Əyyubovun şikayəti əsasında prokurorluqda ifadə verərkən, məhkəmə qətnaməsindəki izahatlarının təhrif edildiyini bildirmişlər. Odur ki, sadalanan halları nəzərə alaraq, apellyasiya şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə baxan hakim haqqında xüsusi qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında göstərmişdir ki, xx.xx.1993-cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və 05 fevral 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülmüş, o isə qalan ailə üzvləri ilə birgə əsir götürülmüşdür. X3 ermənilər tərəfindən əsirlikdə verilmiş işgəncələr zamanı aldığı xəsarətlərdən vəfat etmişdir. Övladlarına ölüm haqqında şəhadətnamə almaq üçün faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Onun 11 uşağı olmuşdur. Əvvəllər zərərçəkmiş kimi izahatlar verəndə həmin uşaqlar barədə məlumat verməmişdir. Onun uşaqları Sisyan kəndində anadan olmuşdur. Əsirlikdə olanları o, çıxartmışdır. X3 ermənilər tərəfindən əsirlikdə verilmiş işgəncələr zamanı aldığı xəsarətlərdən vəfat etmiş, bu barədə qətnamə vardır. Uşağların doğum şəhadətnamələri yoxdur. Ona görə də məhkəməyə müraciət etmiş və məhkəmə ərizəsini təmin etmişdir. Apellyasiya şikayəti əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasında iştirak edən Ərizəçi nümayəndəsi (oğlu) X5 və vəkili Vəkil ərizəçi ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.

19. İş üzrə maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, nümayəndə heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Maddə 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. 29.Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 30.Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

31. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının.

32. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

41. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

42. Belə ki, ərizəni təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi övladları X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və 05 fevral 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X13 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evlərinin həyətində öldürülmüşlər. Bu hal şahidlərin ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Faktın təsdiqi ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan ərizəçi məhkəməyə müraciət etmiş və ərizə təmin edilmişdir.

43. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.

44. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

45. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

46. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

47. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

48. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

49. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

50. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

51. Məhkəmə kollegiyası əvvəla birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz.

52. Belə ki, Ağdam Rayon Məhkəməsində şahid qismində dindirilmiş X28, X20 və X27 məhkəmə iclas protokolunda yazılmış ifadələrdə Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və 05 fevral 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evlərinin həyətində öldürüldüklərini qeyd etsələr də, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, həmin şahidlər məhkəmədə belə ifadə vermədiklərini, Ərizəçi övladlarının öldürülməsinin şahidi olmadıqlarını və onların ifadələrinin təhrif olunmasını bildirmişlər. Məhkəmə Kollegiyası tərəfindən bu istiqamətdə araşdırma aparılarkən müəyyən edilmişdir ki, sözügedən məhkəmə iclasının audio-video yazısının qeydiyyatı aparılmamışdır.

53. Baxılan iş üzrə birinci instansiya məhkəməsi Ərizəçi Süleyman oğlu, onun əkizi X16 və X13 adlı uşaqların doğum şəhadətnamələrinin olub-olmamasını, doğulubdoğulmamasını müəyyən etməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamış bə nəticədə ərizəni əsassız olaraq təmin etmişdir. Daha sonra Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1081/2023 nömrəli qərardadı (hakim Mahir Niftəliyev) ilə Ərizəçi qətnamənin izah edilməsi barədə ərizəsi (hakim ərizəçinin verdiyi tələbdən kənara çıxaraq) təmin edlimiş, Ərizəçi Süleyman oğlunun və X7 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində Ərizəçi və X11 ailəsində doğulmasının müəyyən edilməsi, qərardadın Ərizəçi Süleyman oğluna və X12 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qərara alınmışdır. İki ildən sonra Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1081/2023 nömrəli qərardadı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1081/2023 nömrəli qərardadından verilmiş şikayət təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 1081/2023 nömrəli qərardadı ləğv edilmiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə Ərizəçi ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra həmin qətnamədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Mərkəzi Filialı tərəfindən verilmiş şikayət Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1081/2023 nömrəli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-1668/2025 nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qərardadı ləğv edilmiş, Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilmiş və apellyasiya şikayəti qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilmişdir.

54. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi 1993-cü ildə övladlarının ermənilər tərəfindən öldüyünü, 1993-1995-ci illərdə erməni əsirliyində olduğunu bildirsə də, lakin, X42 Komitəsinə 2023-cü ildə, 30 ilə yaxın zaman keçdikdən sonra ərizə məhkəmə icraatında olarkən müraciət etmiş və komitə tərəfindən xx.xx.2023-cü il tarixində Ərizəçi Süleyman oğlu və X16 barəsində axtariş elan edilmişdir. Kollegiya göstərir ki, qeyd olunan şübhəli hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və ona düzgün qiymət verilməmişdir.

55. Həmçinin, məhkəmə kollegiyasının araşdırması zamanı işdə olan Ağdam rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(13)-1515/2014 nömrəli qətnaməsi ilə (hakim Seyfulla Seyfullayev) Ərizəçi X3na Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə ** JQ ***984 nömrə ilə “ağ ciyər, ürək çatışmamazlığı” diaqnozu ilə verilmiş ölüm haqqında şəhadətnamədə düzəliş aparılaraq, ölümün səbəbi qrafasında “erməni əsirliyində olarkən işgəncələr zamanı aldığı xəsarətlərdən ölməsi” kimi qeyd edilməsi qət edilmişdir. Həmin işdə Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və 05 fevral 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evlərinin həyətində öldürüldükləri barədə hər hansı izahat verilməmiş və bu barədə qətnamədə heç bir məlumat yoxdur.

56. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-891/2005 nömrəli qətnaməsinin surətindən görünür ki, Ərizəçi övladları X6 və X2 ərizələri qismən təmin edilmiş, X6 və X2 xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə qədər erməni əsirliyində girovda olmaları faktının müəyyən edilməsi qət edilmişdir. Həmin işdə də Ərizəçi övladları 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi 1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və 05 fevral 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 doğulmaları və 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evlərinin həyətində öldürüldükləri ilə bağlı hər hansı mövzuya toxunulmamışdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni; - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır.

58. Azərbaycan Respublikasının MPM-in 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilənlərə əsasən ərizəçinin ərizəsini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

60. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.

61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. Ərizəçi tərəfindən isə məhkəmə kollegiyasına hər hansı sübut təqdim olunmamışdır.

63. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

65. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə ərizəçinin istinad etdiyi faktik hallara, yəni tələbin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və tələbi rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

68. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini kobud şəkildə pozmuşlar.

69. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

70. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

74. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

75. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə Ərizəçi ərizə ilə Ağdam rayon məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü ildə ermənilər Ağdam rayonunun Qiyaslı kəndini işğal edən zaman övladları X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Ərizəçi Süleyman oğlu, onun əkizi X.X.1979-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X16 və xx.xx.1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş X4 23 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin ermənilər tərəfindən işğal edilməsi nəticəsində ermənilər tərəfindən öz evinin həyətində öldürülməsini bildirmiş, həmin uşaqların ölüm faktının müəyyən edilməsini xahiş etmiş, yuxarıda qeyd olunduğu kimi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamə əsasında Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, baxılan işdə qətnamə qanuni qüvvəyə mindikdən sonra Mərkəzi Filial tərəfindən Ərizəçi hər ay keçmiş dövrdəki ödənişlərlə bir yerdə 3900 manat şəhid ailəsi üzvü üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ödənilmişdir. Qanunvericiliyin tələbinə görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci bəndinə əsasən şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1.2.2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin valideynlərinə də təyin edilə bilər. Beləliklə, müəyyən edilmişdir ki, baxılan işdə qətnamə qanuni qüvvəyə mindikdən sonra Mərkəzi Filial tərəfindən Ərizəçi hər ay keçmiş dövrdəki ödənişlərlə bir yerdə 3900 manat şəhid ailəsi üzvü üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ödənilmişdir. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikasının MPM-in 57.1.-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Göründüyü kimi, baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində işə cəlb olunmamışdır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən Mərkəzi Filialın apellyasiya şikayəti qəbul edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1668/2025 nömrəli qərardadından sonra, Mərkəzi Filialın apellyasiya şikayəti qəbul edilmiş və qətnamə hüquq və vəzifələrinə toxunması nəzərə alınmaqla sonuncunun yekun məhkəmə qərarını mübahisələndirmək hüququ tanınmışdır. Göründüyü kimi, iş üzrə icraat materiallarında ölmüş hesab edilmiş hər üç şəxsin vaxtilə doğulmaları barədə heç bir sənəd (doğum haqqında şəhadətnamə və ya doğum akt qeydi) aşkar olunmur. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, X42 Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Ərizəçi Süleyman oğlu və X16 barəsində axtariş elan edilmişdir. Ərizəçi övladlarının 1993-cü il tarixdə öldürüldüyünü iddia etsə də, onların axtarışı məqsədilə X36 Komitəsinə öldürüldüklərini iddia etdiyi tarixdən 30 il sonra, yəni, məhkəmə ərəfəsində müraciət etmişdir. Göründüyü kimi, bu hal da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Daha sonra, işdə olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-022/3-073905/2025 nömrəli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Ərizəçi üç övladının öldürülməsi, üstəlik onun ümumiyyətlə bu adda övladlarının anadan olması faktı ancaq Ərizəçi özünün izahatına əsaslanır və bunu təsdiq edən başqa sənəd, sübut yoxdur. Ərizəçi məhkəmə qətnaməsinə istinad etməklə Ağdam Rayon İcra hakimiyyətinə müraciət edərək şəhid ailəsi statusu və bu hüququ təsdiq edən vəsiqə əldə etmiş və onun ailəsinə xx.xx.2007-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müavinət qismində 78.550 manat vəsait ödənilmişdir. Məhkəmə Kollegiyasının araşdırılması ilə müəyyən edilmişdir ki, həmin müavinətin verilməsi sentyabr 2025-ci ildən dayandırılmışdır. Həmçinin, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, 1982-2019-cu illərdə Ağdam rayonu Qiyaslı kəndi üzrə - 1993-cü ildə Qiyaslı kəndi işğal olunan zaman Ərizəçi özü, anası və övladlarından biri əsir düşmüş, lakin onun ailə üzvlərindən kiminsə qətlə yetirilməsi barədə orada hər hansı məlumat yoxdur. Qiyaslı kəndi üzrə - Qarabağ müharibəsi və işğal zamanı itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilərək Rayon İcra Hakimiyyətinə təqdim edilmiş siyahılarda yuxarıda qeyd edilən məlumatlara rast gəlinməmişdir. Eyni zamanda, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən itkin düşmüş və şəhid olmuş şəxslərlə bağlı tərtib edilmiş xx.xx.2016-cı il tarixli məlumat, 1995-2000-ci illər üzrə təsərrüfatbaşına uçot kitabından çıxarışda Ərizəçi qeyd edilən üç övladı ilə bağlı hər hansı qeyd aşkar edilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan qərardan görünür ki, Ağdam Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Ağdam rayon şöbəsinə verilmiş əməliyyat tapşırıqları nəticəsində Ərizəçi üç azyaşlı oğlunun ermənilər tərəfindən öldürülməsinə dair məlumatlar aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Ağdam rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 34-05/13 saylı məktubu və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.1979-cu il tarixdə 1947-ci il təvəllüdlü Süleyman Təhməzovla 1922-ci il təvəllüdlü X8 Ermənistan SSR Sisyan rayonunda bağlanmış nikahı pozulmuşdur. xx.xx.1979-cu il tarixdə Süleyman Təhməzovla xx.xx.1951-ci il təvəllüdlü Mamedova (Hüseynova) Cəmilə Hüseyn qızı arasında nikah bağlanmışdır. Məhkəmə Kollegiyası bir daha hesab edir ki, işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üşün heç bir araşdırma aparılmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, Ermənistan Respublikasının vəzifəli şəxsləri və Silahlı qüvvələri tərəfindən təşkil olunmuş cinayətkar birliyin ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Azərbaycan Respublikasına qarşı apardığı təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Ərizəçi, eləcə də oğulları Mais, Ramil və Camaləddin Hüseynovlar 2004, 2008, 2010-cu illərdə verdikləri ifadələrində ailə üzvlərinin əsir götürülmələri, işgəncə görmələri və digər faktlarla bağlı geniş məlumat versələr də, Ağdam rayon məhkəməsinə təqdim edilmiş hazırkı iş üzrə ərizədə ölüm faktının təsdiq edilməsini xahiş etdiyi - Süleyman, Salman və İsgəndər Hüseynovların erməni silahlıları tərəfindən öldürülmələri barədə hər hansı məlumat verməmişlər. Həmçinin işdə olan, ərizəyə əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(013)-1515/2014 nömrəli qətnaməsi ilə - Ərizəçi anası X1 Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə 02 JQ N 438984 nömrə ilə “ağciyər çatışmamazlığı” diaqnozu ilə verilmiş ölüm haqqında şəhadətnamədə düzəliş aparılaraq ölüm səbəbi qrafasında erməni “əsirliyində olarkən işgəncələr zamanı aldığı xəsarətlərdən ölməsi”nin qeyd olunması - qət edilmişdir. Həmin mülki işdə də Ərizəçi məhkəmə iclasında izahatında Süleyman, Salman və İsgəndər adlı üç övladının olması və onların da ermənilər tərəfindən öldürülməsi ilə bağlı heç bir məlumat verməmişdir. Göründüyü kimi, sonuncuların doğum şəhadətnamələri və ya doğum akt qeydi mövcud deyildir. Bununlada, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, baxılan iş üzrə çıxarılmış qətnamə qanuni, əsaslı və ədalətli deyildir. Hansı ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9-cu maddəsi).

76. Beləliklə, Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X45 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1081/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinə qarşı ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar