Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-215/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində keçmiş əri Elfaq Məhərrəmov tərəfindən qızıl-zinət əşyalarının lombarda girov qoyulması, həmçinin adına 700 manat keredit götürməsi barədə məlumat vermiş və həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin və inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir.
2. Məhkəmə kollegiyasına təqdim edilmiş “Caspian Valuation” qiymətləndirmə təşkilatının xx.xx.2025-ci il tarixli, CVN/Y10-010/25 saylı mütəxəssis rəyinin yekun hissəsindən görünür ki, 1 ədəd “pandora” qızıl dəst 585 əyar 21 qr bazar dəyəri 2240 manat, 1 ədəd qolbağ qızıl 585 əyar 5.5 qr bazar dəyəri 605 manat, 1 ədəd üzük qızıl 585 əyar 4 qr bazar dəyəri 440 manat, cəmi 3285 (üç min iki yüz səksən beş) manat təşkil edir.
3. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş, “Brend Credit” BOKT-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Məhərrəmov Məhərrəm Vaqif oğlu ilə "X4 Olmayan Kredit Təşkilatı" MMC arasında bağlanılmış 16 fevral 2021-ci il tarixli, N 59250 saylı girov müqaviləsinə əsasən 91.9 qram çəkidə, 3976 AZN dəyərində qızıl zinət əşyaları Məhərrəmov Məhərrəm Vaqif oğlu tərəfindən götürdüyü kredit məbləğinin təminatı qismində "X4 Olmayan Kredit Təşkilatı" MMC-yə girov olaraq təqdim edilmişdir. Təqdim olunan qızıl zinət əşyaları aşağıdakılardan ibarətdir:
1. Komplekt Kulon 1-ədəd, 585 əyar, 14 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 560 azn.
2. Qolbağ 4-ədəd, 585 əyar, 13 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 520 azn.
3. Sep 3-ədəd, 585 əyar, 8.9 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 356 azn.
4. Üzük 8-ədəd, 585 əyar, 32.6 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 1304 azn.
5. Sirqa 4-ədəd, 585 əyar, 16.5 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 660 azn.
6. Sep Kulon 1-ədəd, 585 əyar, 4.7 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 188 azn.
7. Sirqa tək 1-ədəd, 585 əyar, 1.4 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 56 azn.
8. Kulon 1-ədəd, 585 əyar, 0.8 qram, 1 qramın dəyəri-40 azn, dəyəri 32 azn. X2 Vaqif oğlu kredit müqaviləsindən irəli gələn öhdəliklərini müqavilədə göstərilən, lazımi qaydada icra etməmiş və onun ödəniş tarixcəsində uzun müdətli gecikmə yaranmışdır. MMC tərəfindən ödənişlərin lazımi qaydada ödənilməsinin təmin edilməsi barədə X2 Vaqif oğluna dəfələrlə bildirişlər göndərilməsinə baxmayaraq, o bunlara məhəl qoymamışdır. Nəticədə "X4 Olmayan Kredit Təşkilatı" MMC tərəfindən X2 Vaqif oğlu ilə bağlanmış kredit və girov müqaviləsinə əsasən yuxarıda göstərilən qızıl-zinət əşyaları hərrac yolu ilə satılaraq əldə olunan məbləğ X2 Vaqif oğlunun "X4 Olmayan Kredit Təşkilatı" MMC-yə olan borcunun ödənişinə yönəldilmişdir.
4. Cavabdeh Məhəmməd oğlu məhkəmə kollegiyasına ərizə təqdim edərək, göstərmişdir ki, iddiaçının iddia etdiyi qızılları onlar birgə nikah dövründə lombarda qoyub ehtiyaclarını qarşılamışlar. Qızılları lombarda İddiaçı qoymuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək ona məxsus qiyməti 1.500 manat olan, “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəstinin, qiyməti 130 manat olan, bir ədəd “Eurolux” markalı qırmızı rəngdə tozsoran maşının, qiyməti 80 manat olan, bir ədəd “Galax” firmasına aid, qara rəngli ətçəkən maşının, qiyməti 70 manat olan, bir ədəd Çılçırağın, qiyməti 120 manat olan, bir ədəd qaşıq dəstinin, qiyməti 50 manat olan bir ədəd sininin, qiyməti 100 manat olan “Zenit” qazan dəstinin, qiyməti 50 manat olan 3 ədəd qırmızırəngli tavanın, qiyməti 20 manat olan üç ədəd dəmir ləyənin, qiyməti 50 manat olan bir ədəd toz rəngli ədyalın, qiyməti 80 manat olan bir ədəd böyük ölçüdə ağ rəngli ədyalın, qiyməti 50 manat olan bir ədəd pərdə palıdın, qiyməti 300 manat olan 1 ədəd böyük güldanın, qiyməti 25 manat olan bir ədəd balaca güldanın, qiyməti 250 manat olan mavi servisin, qiyməti 70 manat olan iki ədəd böyük qazanın, qiyməti 70 manat olan iki ədəd şirəli qazan dəstlərinin, cəmi qiyməti 1.000 manat olan şirniyyat qabları, çökər qabları, duz qablarının, qiyməti 200 manat olan bir ədəd böyük döşəyin, qiyməti 100 manat olan iki dəst yastığın, qiyməti 80 manat olan çaydan və Tefal firmasına aid elektrik çaydanın, qiyməti 2.000 manat olan- 1 ədəd çəkisi 4 qram olan üzükdən, bir ədəd çəkisi 4 qram olan qolbağdan, bir cüt çəkisi 6 qram olan sırğadan və bir ədəd çəkisi 3 qram olan klondan ibarət Pandora qızıl dəstinin, qiyməti 450 manat olan bir ədəd çəkisi 5,5 qram olan qolbağın, qiyməti 300 manat olan 1 ədəd çəkisi 4 qram olan üzüyün Cavabdeh alınaraq və yaxud həmin əşyalar olmadıqda dəyəri tutularaq, eyni zamanda 100 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə el adətinə uyğun, kəbin kəsdirib toy etməklə ailə qurub, cavabdehə məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Cavanşir küçəsində yerləşən evə gəlin köçmüşdür. Gəlin köçən zaman özü ilə birlikdə cehiz əşyaları aparmışdır. Sonradan cavabdehlə münasibətləri pisləşmiş xx.xx.2023- cü il tarixdə həmin evdən çıxmağa məcbur olmuşdur. Evdən çıxarkən heç bir əşyanı götürməyə cavabdehin imkanı olmamış, məcburən əşyaları cavabdehin evində qoymuşdur. Odur ki, həmin evdə olan qiyməti 1.500 manat olan, “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəstinin, qiyməti 130 manat olan, bir ədəd “Eurolux” markalı qırmızı rəngdə tozsoran maşının, qiyməti 80 manat olan, bir ədəd “Galax” firmasına aid, qara rəngli ətçəkən maşının, qiyməti 70 manat olan, bir ədəd Çılçırağın, qiyməti 120 manat olan, bir ədəd qaşıq dəstinin, qiyməti 50 manat olan bir ədəd sininin, qiyməti 100 manat olan “Zenit” qazan dəstinin, qiyməti 50 manat olan 3 ədəd qırmızırəngli tavanın, qiyməti 20 manat olan üç ədəd dəmir ləyənin, qiyməti 50 manat olan bir ədəd toz rəngli ədyalın, qiyməti 80 manat olan bir ədəd böyük ölçüdə ağ rəngli ədyalın, qiyməti 50 manat olan bir ədəd pərdə palıdın, qiyməti 300 manat olan 1 ədəd böyük güldanın, qiyməti 25 manat olan bir ədəd balaca güldanın, qiyməti 250 manat olan mavi servisin, qiyməti 70 manat olan iki ədəd böyük qazanın, qiyməti 70 manat olan iki ədəd şirəli qazan dəstlərinin,cəmi qiyməti 1.000 manat olan şirniyyat qabları, çökər qabları, duz qablarının, qiyməti 200 manat olan bir ədəd böyük döşəyin, qiyməti 100 manat olan iki dəst yastığın, qiyməti 80 manat olan çaydan və Tefal firmasına aid elektrik çaydanın, qiyməti 2.000 manat olan - 1 ədəd çəkisi 4 qram olan üzükdən, bir ədəd çəkisi 4 qram olan qolbağdan, bir cüt çəkisi 6 qram olan sırğadan və bir ədəd çəkisi 3 qram olan klondan ibarət Pandora qızıl dəstinin, qiyməti 450 manat olan bir ədəd çəkisi 5,5 qram olan qolbağın, qiyməti 300 manat olan 1 ədəd çəkisi 4 qram olan üzüyün Cavabdeh alınaraq və yaxud həmin əşyalar olmadıqda dəyəri tutularaq, eyni zamanda 100 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını çıxarılmasını xahiş etmişdir.
7. Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddiasının qismən təmin olunması, Cavabdeh qiyməti 1.500 manat olan, “Damla” şirkətinə məxsus bir ədəd iki nəfərlik taxt, bir ədəd geyim dolabı, bir ədəd termo və iki ədəd tumbadan ibarət yataq mebeli dəsti, qiyməti 130 manat olan, bir ədəd “Eurolux” markalı qırmızı rəngdə tozsoran maşını, qiyməti 80 manat olan, bir ədəd “Galax” firmasına aid, qara rəngli ətçəkən maşını, qiyməti 70 manat olan, bir ədəd Çılçırağı, qiyməti 120 manat olan, bir ədəd qaşıq dəstini, qiyməti 50 manat olan bir ədəd sinini, qiyməti 100 manat olan “Zenit” qazan dəstini, qiyməti 50 manat olan 3 ədəd qırmızırəngli tavanı, qiyməti 20 manat olan üç ədəd dəmir ləyəni, qiyməti 50 manat olan bir ədəd toz rəngli ədyalı, qiyməti 80 manat olan bir ədəd böyük ölçüdə ağ rəngli ədyalı, qiyməti 50 manat olan bir ədəd pərdə palıdı, qiyməti 300 manat olan 1 ədəd böyük güldanı, qiyməti 25 manat olan bir ədəd balaca güldanı, qiyməti 250 manat olan mavi servisi, qiyməti 70 manat olan iki ədəd böyük qazanı, qiyməti 70 manat olan iki ədəd şirəli qazan dəstləri, cəmi qiyməti 1.000 manat olan şirniyyat qabları, çökər qabları, duz qabları, qiyməti 200 manat olan bir ədəd böyük döşəyi, qiyməti 100 manat olan iki dəst yastığı, qiyməti 80 manat olan çaydan və Tefal firmasına aid elektrik çaydanı alınıb İddiaçı verilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmamamış hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon Məhkəməsinin qətnaməsi qismən düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələblərinin tam olaraq təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Qızıl-zinət əşyalarının qaytarılması üçün Cavabdeh məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə2 iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının lombarda qoyulsa da, sonradan həmin qızılların lombarddan qardaşı Cavabdeh götürdüyünü qeyd etmişdir. Göründüyüyü kimi, cavabdeh tərəf idda ərizəsində qeyd etdiyi qızılların varlığını, onların Cavabdeh tərəfidən lombarddan götürüldüyünü qeyd etməklə, həmin əşyaların mövcudluğunu və Cavabdeh olmasını etiraf etmişdir. Həmçinin, Ağstafa Rayon Məhkəməsi iddia tələbini “əşyalar cavabdehdə olmadıqda onların dəyərinin Cavabdeh tutularaq ona ödənilməsi” hissəsində də təmin etməmiş, təmin etməməsini qatnamədə əsaslandırmamışdır. Buradan belə nəticəyə gəlmək olur ki, iddia ərizəsində qeyd edilən əşyaları cavabeh ona qaytarmamaq üçün sındırsa, yaxud gizlətsə həmin əşlayalar ona qaytarılmayacaq və onun onların dəyərini cavabdehdən tələb etmək hüququ da, olmayacaqdır, çünki hazırki iddia ərizəmdə artıq həmin tələbə baxılıb və təmin edilməyib. Ağstafa Rayon Məhkəməsi isə iddia ərizəsini qızıl-zinət əşyaları hissəsində təmin etməmək qərarına gəlsə də, lakin qətnaməni bu hissədə əsaslandırmamış, iddianın həmin hissədə niyə təmin edilməməsinin səbəbləri və əsası qətnamədə öz əksini tapmamışdır. Onu da, Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Ağstafa Rayon Məhkəməsində dəfələrlə bildirmişdir ki, iddia ərizəsində də, qeyd etdiyi qızıl-zinət əşyaları lombard kimi fəaliyyət göstərən “Brendcredit” BOKT-da girov qoyulmuşdur. Həmin əşyaların kim tərəfindən girov qoyulması, girovdan çıxarılıb-çıxarılmaması, çıxarıldığı təqdirdə həmin əşyaların kim tərəfindən götürüldüyünün aydınlaşdırılması üçün “Brendcredit” BOKT-na məhkəmə sorğusu verilmişdir. Lakin heç bir əsas olmadan onun vəsatəti Ağstafa Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, mükli işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı tələb etdiyi əşyaların üzərində mülkiyyət hüququnun və ya titul sahibliyinin olduğunu, həmin əşyaların cavabdehin sahibliyində olduğunu, cavabdehin həmin əşyalara sahibliyinin qanunsuz olduğunu sübut etmişdir. Məhkəmə iclasında da, cavabdehin nümayəndəsi həmin qızılların lombarddan Elfaq tərəfindən götürüldüyünü təsdiqləməklə, həmin qızıl-zinət əşyalarının həqiqətən mövcud olmasını, həmin əşyaların Cavabdeh olmasını etiraf etmiş olmuşdur. Məhkəmə bu hala düzgün hüquqi qiymət verməyərək, iddianın qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi hissəsində əsassız hesab etməklə qanun normasının tələbini pozmuşdur. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianı qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, həmin əşyalar cavabdehdə olmadıqda onların dəyərinin Cavabdeh tutularaq ona ödənilməsi hissəsində təmin etməmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Məhəmməd oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cehiz əşyalarının hamısı onların evində deyildi. Olanlarıda çıxarmışlar. Qızıl əşyaları birgə nikah dövründə Nərgizin adına lombarda qoyulmuş və şəxsi ehtiyacları üçün xərcləmişlər.
14. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahatlar vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasının əvvəlki iclaslarında izahat vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
19. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsindən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızıl zinyət əşyaları iddiaçıya hədiyyə olaraq verilmişdir. Cavabdeh həmin qızıl zinyət əşyalarının birgə yaşadıqları dövrdə iddiaçının adına lombarda girov qoyularaq birgə məsrəfləri üçün xərcləndiyini bildirsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Brend Credit” BOKT-nin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Məhərrəmov Məhərrəm Vaqif oğlu ilə "X4 Olmayan Kredit Təşkilatı" MMC arasında bağlanılmış 16 fevral 2021-ci il tarixli, 59250 saylı girov müqaviləsinə əsasən 91.9 qram çəkidə, 3976 AZN dəyərində qızıl zinət əşyaları Məhərrəmov Məhərrəm Vaqif oğlu tərəfindən götürdüyü kredit məbləğinin təminatı qismində "X4 Olmayan Kredit Təşkilatı" MMC-yə girov olaraq təqdim edilmişdir. X2 Vaqif oğlu kredit müqaviləsindən irəli gələn öhdəliklərini müqavilədə göstərilən, lazımi qaydada icra etməmiş və onun ödəniş tarixcəsində uzun müdətli gecikmə yaranmışdır. MMC tərəfindən ödənişlərin lazımi qaydada ödənilməsinin təmin edilməsi barədə X2 Vaqif oğluna dəfələrlə bildirişlər göndərilməsinə baxmayaraq, o bunlara məhəl qoymamışdır. Nəticədə "X4 Olmayan Kredit Təşkilatı" MMC tərəfindən X2 Vaqif oğlu ilə bağlanmış kredit və girov müqaviləsinə əsasən yuxarıda göstərilən qızıl-zinət əşyaları hərrac yolu ilə satılaraq əldə olunan məbləğ X2 Vaqif oğlunun "X4 Olmayan Kredit Təşkilatı" MMC-yə olan borcunun ödənişinə yönəldilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş toy şəkillərində olan qızıl zinyət əşyaları ilə lombarda girov qoyulmuş qızıl zinyət əşyalarının bir qismi eynilik təşkil edir. Həmçinin cavabdeh qızılların lombarda qoyulmasından əldə edilmiş pulları xərlədiklərini, o cümlədən iddiaçı ilə birlikdə xərclədiklərini bildirsə də, pulları birlikdə xəcləmələrinə və iddiaçının qızlları girov qoyaraq əldə edilmiş vəsaitin birgə xərlər üçün xərclənməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus qızıl-zinyət əşyaları məhz cavabdeh tərəfindən götürülərək atasının adına lombarda qoyulmuş, əldə edilən vəsait isə cavabdeh tərəfindən xərclənmişdir. Bu baxımdan apellyasiya şikayətinin qızıl zinyətlə bağlı dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Kollegiya həmçinin qızıl zinyət əşyalarının qiyməti ilə bağlı qeyd edir ki, Caspian Valuation” qiymətləndirmə təşkilatının xx.xx.2025-ci il tarixli, CVN/Y10-010/25 saylı mütəxəssis rəyində 1 ədəd “pandora” qızıl dəst, 585 əyar, 21 qr, bazar dəyəri 2240 manat, 1 ədəd qolbağ qızıl, 585 əyar, 5.5 qr, bazar dəyəri 605 manat, 1 ədəd üzük qızıl, 585 əyar, 4 qr, bazar dəyəri 440 manat təşkil etdiyi qeyd edilsə də, iddia tələbində 1 ədəd çəkisi 4 qram olan üzükdən, bir ədəd çəkisi 4 qram olan qolbağdan, bir cüt çəkisi 6 qram olan sırğadan və bir ədəd çəkisi 3 qram olan klondan ibarət Pandora qızıl dəstinin qiyməti 2.000 manat, bir ədəd çəkisi 5,5 qram olan qolbağın qiyməti 450 manat, 1 ədəd çəkisi 4 qram olan üzüyün qiyməti 300 manat qeyd edilmişdir. Məhkəmə işə verilmiş iddia tələbi həcmində baxdığından kollegiya hesab edir ki, qızıl zinyət əşyalarının qiyməti iddia tələbi həcmində təmin edilməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cehiz əşyaları ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili də, əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi cehiz əşyalarının olması və onların cavabdehdə qalmasının etiraf olunmasına istinad edərək iddia tələbini təmin edərək cehiz əşyalarının alınıb verilməsi hissəni təmin etsə də, həmin əşyalar olmadıqda onların dəyərinin alınıb verilməsini qeyd etməmişdir.
34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh Məhəmməd oğlundan cehiz əşyaları olmadıqda onların dəyəri, 1 ədəd “pandora” qızıl dəst, 585 əyar, çəkisi 21 qr. bazar dəyəri 2000 manat, 1 ədəd qolbağ qızıl, 585 əyar, çəkisi 5.5 qr., dəyəri 450 manat, 1 ədəd üzük qızıl, 585 əyar, çəkisi 4 qr., dəyəri 300 manat, cəmi dəyəri 2750 (iki min yeddi yüz əlli) manat olan qızıl zinyət əşyaları, onlar olmadıqda isə dəyəri alınaraq İddiaçı qızına ödənilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-716/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan cehiz əşyaları olmadıqda onların dəyəri, 1 ədəd “pandora” qızıl dəst, 585 əyar, çəkisi 21 qr., dəyəri 2000 manat, 1 ədəd qolbağ qızıl, 585 əyar, çəkisi 5.5 qr., dəyəri 450 manat, 1 ədəd üzük qızıl, 585 əyar, çəkisi 4 qr., dəyəri 300 manat, cəmi dəyəri 2750 (iki min yeddi yüz əlli) manat olan qızıl zinyət əşyaları, qızıl zinyət əşyaları olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.