Məhkəmə qərarları › İş №2(104)-2151/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2151/2025

26.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2151/2025 26.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(042)-919/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bir ədəd Rusiya istehsalı olan 585 əyarlı 40 qr çəkidə 3800 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 25 qr çəkidə 2375 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 10 qr çəkidə 950 manat dəyərində qolbağ, bir ədəd Rusiya istehsalı 585 əyarlı 6 qr çəkidə 570 manat dəyərində kulon, bir cüt Rusiya istehsalı 585 əyarlı 3 qr çəkidə 285 manat dəyərində sırğa, bir ədəd Rusiya istehsalı 585 əyarlı 5 qr çəkidə 475 manat dəyərində sadə üzük, bir ədəd 585 əyarlı 4 qr çəkidə 380 manat dəyərində paxlava formalı üzük, bir ədəd 585 əyarlı 3 qr çəkidə 285 manat dəyərində üzəri top formalı üzük, 585 əyarlı 4 qr çəkidə 380 manat dəyərində paxlava üzərində qaşı olan üzük, bir ədəd 585 əyarlı 12 qr çəkidə 1140 manat dəyərində yarpaq formalı sirqa üzük dəsti, bir ədəd 585 əyarlı 5 qr çəkidə 475 manat dəyərində yarpaq formalı üzük, onlardan hər hansı birinin naturada verilməsi mümükün olmadıqda onların dəyəri olan 11115 manat və ödənilmiş 125 manat dövlət rüsümunun cavabdehdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2013-cu il nikah bağlamadan ailə qurmuşdur. Onların ailə münasibətlərindən iki övladları olmuşdur. Onlar əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında olan narazılıqlara görə ayrılmışlar. O, cavabdehlə ailə qurarkən ona bir ədəd Rusiya istehsalı olan 585 əyarlı 40 qr çəkidə 3800 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 25 qr çəkidə 2375 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 10 qr çəkidə 950 manat dəyərində qolbağ, bir ədəd Rusiya istehsalı 585 əyarlı 6 qr çəkidə 570 manat dəyərində kulon, bir cüt Rusiya istehsalı 585 əyarlı 3 qr çəkidə 285 manat dəyərində sırğa, bir ədəd Rusiya istehsalı 585 əyarlı 5 qr çəkidə 475 manat dəyərində sadə üzük, bir ədəd 585 əyarlı 4 qr çəkidə 380 manat dəyərində paxlava formalı üzük, bir ədəd 585 əyarlı 3 qr çəkidə 285 manat dəyərində üzəri top formalı üzük, 585 əyarlı 4 qr çəkidə 380 manat dəyərində paxlava üzərində qaşı olan üzük, bir ədəd 585 əyarlı 12 qr çəkidə 1140 manat dəyərində yarpaq formalı sirqa üzük dəsti, bir ədəd 585 əyarlı 5 qr çəkidə 475 manat dəyərində yarpaq formalı üzük hədiyyə edilmişdir. Ailə münasibətləri pozulduqdan və onlar ayrıldıqdan sonra həmin qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Cavabdeh həmin qızılzinət əşyalarını könüllü olaraq qaytarmamışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(042)-919/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan bir ədəd Rusiya istehsalı olan 585 əyarlı 40 qr çəkidə 3600 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 25 qr çəkidə 2250 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 10 qr çəkidə 900 manat dəyərində qolbağ, bir ədəd Rusiya istehsalı 585 əyarlı 6 qr çəkidə 540 manat dəyərində kulon, bir cüt Rusiya istehsalı 585 əyarlı 3 qr çəkidə 270 manat dəyərində sırğa, bir ədəd Rusiya istehsalı 585 əyarlı 5 qr çəkidə 450 manat dəyərində sadə üzük, bir ədəd 585 əyarlı 4 qr çəkidə 360 manat dəyərində paxlava formalı üzük, bir ədəd 585 əyarlı 3 qr çəkidə 270 manat dəyərində üzəri top formalı üzük, bir ədəd 585 əyarlı 4 qr çəkidə 380 manat dəyərində paxlava üzərində qaşı olan üzük, 585 əyarlı 12 qr çəkidə 1080 manat dəyərində yarpaq formalı sirqa üzük dəsti, bir ədəd 585 əyarlı 5 qr çəkidə 450 manat dəyərində yarpaq formalı üzük və ya onlardan hər hansı birinin naturada verilməsi mümkün olmadıqda dəyəri alınaraq, İddiaçı verilməsi və iş üzrə 125 manat məhkəmə xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunaraq, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi hüquq normasına istinad etmiş, lakin maddi hüquq normasını düzgün tətbiq etməyərək iddiaçının tələb olunan qızıl əşyalarının mülkiyyət hüququ ilə ona məxsus olmadığı halına diqqət yetirməmiş, həmin qızıl əşyalarının bir hissəsinin ümumiyyətlə mövcud olmadığına digər hissəsinin isə iddiaçı ilə birgə yaşadıqları dövrdə satıldığına qiymət verməmiş, bununla da əsassız və qanunsuz qətnamə çıxarmışdır. İddiaçının tələb etdiyi qızıl-zinət əşayalarının ona həqiqətən hədiyyə olunduğunu təsdiq edən halların məhkəmədə sübuta yetirilməməsinə baxmayaraq, həmin əşyaların iddiaçıya hədiyyə olunması qənaətinə gəlmişdir. Məhkəmə qızıl əşyalarınn qaytarılması tələbi barədə mülki işə baxarkən cavabdehi məhkəməyə çağırmamış, məhkəmə iclaslarından məlumatı olmamış, onun iştirakı təmin edilmədən məhkəmə qətnaməsi çıxarılmışdır. Bu səbəbdən cavabdeh öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da məhkəmə çəkişmə prinsipini pozaraq birtərəfli qaydada qətnamə çıxarmışdır. Məhkəmə işə baxarkən ədalətli qərar qəbul etməmişdir. Bununla da məhkəmə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cımaddəsinin, Azərbaycan RespublikasıKonstitusiyasının 60 və 71-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərdi ki, iddiaçının tələb etdiyi qızılların bəziləri olmamışdır. Qızılların bəzilərini qohumları hədiyyə etmişdir. O, Qarabağda işləyir və ona görə orada yaşayır. O, evdə olmayan zaman iddiaçı anası ilə mübahisə etmiş və 2 gün sonra evdən əşyalarını götürüb getmişdir. Anası bildirmişdir ki, iddiaçı bütün əşyalarını toplayaraq evdən getmişdir. 2013cü ildə evlənmiş və qızılları 2014-2015-ci illərdə satmışlar. 2 uşaqları var və uşaqlar onun yanındadır. Qızılları Gədəbəy rayonunun mərkəzində univermağın altında iddiaçının razılığı ilə satmışlar. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, cavabdeh ilə anası və atası ilə yola getmədikləri üçün ayrılmışlar. Onu evdən döyərək çıxarmışlar. Evdən 05 aprel 2025-ci ildə çıxıb getmişdir. Həmin vaxt cavabdeh evdə olmamış, anası və atası evdə idi. Evdən çıxıb gedən zaman qızılları evdə qalmışdır. Qızılları həmişə qoyduğu yerdə yox idi. Qaynanası ilə dalaşandan sonra evdən getmişdir. İki dəst paltardan başqa evdən heçnə götürməmişdir. Qızılların bəziləri verilməmişdir. Sep var idi, ancaq tros deyildi. Cavabdeh ona qızılların evdə olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)- 919/2025 saylı qətnaməsi qismən ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sadıqov X2 Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(042)-919/2025 saylı qətnaməsinin tamamilə ləğv olunaraq, iddianın təmin olunmamasını xahiş etmişdir. Odur ki, mübahisələndirilən məhkəmə aktı tam yoxlanılmışdır. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, 2013-cü il tarixdə alınmış qızızinət əşyalarının alış-satış qiyməti: bir ədəd üzük kalso 585 əyar qr 5 qr 90-95 manat 450- 475manat, bir ədəd üzük 585 əyar 4qr 90-95 manat 360 - 380 manat, bir ədəd üzük 585 əyar 3qr 90-95 manat 270-285 manat, bir ədəd üzük 585 əyar 4qr 90-95 manat 360 - 380 manat, dəst sırğa üzük 585 əyar 12 qr 90-95 manat 1080-1140 manat, bir ədəd üzük585 əyar 5qr 90-95 manat 450-475 manat, boyunbağ 585 əyar 40q 90-95 manat 3600-3800 manat, boyunbağı 585 əyar 25qr 90-95 manat 2250-2375 manat, kulon 585 əyar 6qr 90- 95 manat 540-570 manat, sırğa 585 əyar 3 qr 90-95 manat 270-285 manat, qolbağ 585 əyar 10 qr 90-95 manat 900-950 manat,cəmi 10530-11115 manat təşkil etmişdir. Qəbzdən görünür ki, iddiaçı tərəfindən cəmi 125 manat məhkəmə xərci çəkilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş, X5 Mərkəzinin müayinə sənədlərdən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə müxtəlif laborator müayinələrdən keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Kollegiya mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2013-cu ildə rəsmi nikah bağlamadan ailə qurmuşdur. İddiaçı el adəti ilə gəlin köçmüş və “toy” mərasimi keçirilmişdir. Onların ailə münasibətlərindən iki övladları olmuşdur. Onlar əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında olan narazılıqlara görə ayrılmışlar. Tərəflər arasında olan ailə münasibətlərinə xitam verildikdən sonra cavabdeh valideynlərinin evinə getmiş və ona hədiyyə edilmiş qızıl-zinət əşayaları cavabdehdə qalmışdır. İş materialları, şahid ifadələri, tədqiq edilmiş fotoşəkillər və disklə bir ədəd Rusiya istehsalı olan 585 əyarlı 40 qr çəkidə 3600 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 25 qr çəkidə 2250 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 10 qr çəkidə 900 manat dəyərində qolbağ, bir ədəd Rusiya istehsalı 585 əyarlı 6 qr çəkidə 540 manat dəyərində kulon, bir ədəd Rusiya istehsalı 585 əyarlı 5 qr çəkidə 450 manat dəyərində sadə üzük, bir ədəd 585 əyarlı 4 qr çəkidə 380 manat dəyərində paxlava üzərində qaşı olan üzük, 585 əyarlı 12 qr çəkidə 1080 manat dəyərində yarpaq formalı sirqa üzük dəsti, bir ədəd 585 əyarlı 5 qr çəkidə 450 manat dəyərində yarpaq formalı üzüyün mövcudluğu, İddiaçı məxsus olması və iddiaçının həmin əmlaklarından məhrum olması təsdiq olunur. Lakin üç adda qızılın, bir cüt Rusiya istehsalı 585 əyarlı 3 qr çəkidə 270 manat dəyərində sırğa, bir ədəd 585 əyarlı 4 qr çəkidə 360 manat dəyərində paxlava formalı üzük, bir ədəd 585 əyarlı 3 qr çəkidə 270 manat dəyərində üzəri top formalı üzük mövcud olması iş materialları ilə sübuta yetirilməmiş, cavabdeh tərəflədə izahatında həmin qızılların mövcud olmadığını bildirmiş, iddiaçı tərəf isə iddia tələbini həmin qızıllara münasibətdə sübuta yetirəcək heç bir mötəbər sənədi təqdim etməmişdir. Cavabdeh yerdə qalan qızılların mövcudluğunu qəbul etmişdir. İddiaçının həmin qızıllardan məhrum edilməsi işin faktiki halları ilə sübuta yetirilmişdir. Cavabdeh apellyasiya dəlilində göstərmişdir ki, mövcud olan qızıllar iddiaçı ilə birgə yaşadıqları dövrdə satılaraq iddiaçının müalicəsi üçün xərclənmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş X5 Mərkəzinin müayinə sənədlərini sübut kimi təqdim etmişdir. Lakin, kimə və hansı qiymətə satılmasını, satıldıqdan sonra həmin vəsaitin iddiaçıya xərclənməsini və satılarkən iddiaçının razılığının alınmasını təsdiq edən dəlil və sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları və cavabdehin izahatı ilə iddiaçının ona məxsus qızıl-zinət əşyalarını cavabdehin evindən gedərkən özü ilə aparmaması və həmin əşyalardan məhrum olması sübuta yetirilir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mübahisə predmeti olan qızıl-zinət əşyalarının ailənin ümumi xərcləri üçün satılması və bu satılma zamanı mülkiyyətçi olan iddiaçının razılığının alınması təsdiq olunmur. Habelə, iddiaçı qızılların satılmadığını, cavabdehin ata-anası ilə dalaşıb evdən gedərkən, onu həmişə qoyduğu yerdə tapa bilmədiyini bildirmişdir. Cavabdeh tərəf iddiaçının evdən gedərkən özünə məxsus qalan qızıl zinət əşyalarını aparmasını göstərsə də, onların həmin dəlili inandırıcı görünmür və mötəbər sübutlarla öz təsdiqini tapmır. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən sübuta yetirildiyindən ödənilmiş dövlət rüsumu da tərəflərə aid edilməklə iddia tələbinin təmin olunmalı hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 390 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-919/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(042)-919/2025 saylı qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan bir ədəd Rusiya istehsalı olan 585 əyarlı 40 qr çəkidə 3600 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 25 qr çəkidə 2250 manat dəyərində boyunbağı, bir ədəd Rusiya istehsalı 585 əyarlı 10 qr çəkidə 900 manat dəyərində qolbağ, bir ədəd Rusiya istehsalı 585 əyarlı 6 qr çəkidə 540 manat dəyərində kulon, bir ədəd Rusiya istehsalı 585 əyarlı 5 qr çəkidə 450 manat dəyərində sadə üzük, bir ədəd 585 əyarlı 4 qr çəkidə 380 manat dəyərində paxlava üzərində qaşı olan üzük, 585 əyarlı 12 qr çəkidə 1080 manat dəyərində yarpaq formalı sirqa üzük dəsti, bir ədəd 585 əyarlı 5 qr çəkidə 450 manat dəyərində yarpaq formalı üzük və ya onlardan hər hansı birinin naturada verilməsi mümkün olmadıqda dəyəri alınaraq, İddiaçı verilsin. İş üzrə 116,5 (bir yüz on altı manat əlli qəpik) manat məhkəmə xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar