Məhkəmə qərarları › İş №2(104)-2171/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2171/2024

21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2171/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Tərtər Rayon Qeydiyyat şəbəsinin nümayəndəsi (Rəisi vəzifəsini icra edən) X2 iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(061)-796/2024 nömrəli qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə anadan olmuş, oğlu X3 03 oktyabr 2016-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(061)-796/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim K.Rzayev) Ərizəçi xx.xx.1990-cı ildə anadan olmuş, oğlu X3 03 oktyabr 2016-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(061)-796/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun oğlu X7 2010-cu ilin əvvələrində X14 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahlarından 25 iyul 2011-ci il təvəllüdlü X8, 07 oktyabr 2014-cü il təvəllüdlü X10 və 11 aprel 2017-ci il təvəllüdlü X15 adlı 3 uşaqları olmuşdur. 2012-ci ilin əvvəllərində oğlu və gəlini birlikdə Suriya Ərəb Respublikasına getmişlər. Onların birgə nikahlarından olmuş 07 oktyabr 2014-cü il təvəllüdlü X10 və 11 aprel 2017-ci il təvəllüdlü X15 adlı uşaqları İraq Respublikasında anadan olmuşlar O, oğlu Rövşən və gəlini Türkandan uzun müddət xəbər tuta və onlardan məlumat ala bilməmişdir. Yalnız 03 oktyabr 2016-cı ildə gəlini Türkan ona telefonla oglu Rövşənin İraqda ölməsi barədə məlumat vermişdir. O, bundan sonra öz nəvələrinin ölkəyə gətirilməsinə çalışaraq, müxtəlif dövlət orqanlarına müraciət edərək bu işdə ona köməklik göstərilməsini xahiş etmişdir. Onun müraciəti əsasında İraqda olan Azərbaycan Respublikasının səfirliyi 19 fevral 2020-ci ildə nəvələri 25 iyul 2011-ci ildə doğulmuş X20 oglu, 07 oktyabr 2014-cü ildə doğulmuş X10 və 11 aprel 2017ci ildə doğulmuş X23 oglu ölkəyə gətirilmiş və saxlanılmaları üçün ona təhvil verilmişdir. Lakin işə baxan məhkəmə işin faktiki hallarını nəzərə almamış və qanunvericiliyin tələblərini pozaraq onun prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmiş, iş üzrə şahidlərin məhkəməyə gətirilib dindirilməsində ona köməklik göstərməmiş, onun oğlunun ölümünün təsdiq edilməsi üçün müvafiq dövlət orqanlarına lazımi sorğu göndərməmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(061)-796/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Tərtər Rayon Qeydiyyat şəbəsinin nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddiaçının oğlunun ölüm qeydinin aparılması üçün heç bir hüquqi əsas olmamış və ona görə aidiyyəti orqana müraciət etməsi tövsiyyə olunmuşdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(061)-796/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 ilə X11 birgə yaşayışlarından 25 iyul 2011-ci il təvəllüdlü X8, 07 oktyabr 2014-cü il təvəllüdlü X10 və 11 aprel 2017-ci il təvəllüdlü X15 adlı uşaqları olmuşdur. Həmin sənəddə 25 iyul 2011-ci il təvəllüdlü X4 Tərtər rayonunda, 07 oktyabr 2014-cü il təvəllüdlü X5 Suriya Respublikasında və 11 aprel 2017-ci il təvəllüdlü X12 İraq Respublikasında anadan olması qeyd edilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti başçısının 13 mart 2020-ci il tarixli 45 saylı sərəncamı ilə 25 iyul 2011-ci il təvəllüdlü X8, 07 oktyabr 2014-cü il təvəllüdlü X10 və 11 aprel 2017-ci il təvəllüdlü X15 adlı uşaqların hər iki valideyn himayəsindən məhrum olduqlarına görə onların saxlanması və tərbiyə edilməsi, təhsil alması, hüquq və vəzifələrinin qorunması məqsədi ilə nənələri Ərizəçi onlara qəyyum təyin edilməsi qərara alınmışdır. Maraqlı şəxs 23 aprel 2024-cü il tarixdə Ərizəçi sorğusuna cavab məktubundan görünür ki, X7 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “insan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün deyildir. Məhkəməyə mürqciət etmək məsləhət görülmüşdür. Maraqlı şəxs verdiyi 23 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Tərtər rayon Prokurorluğunun Tərtər Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixdə verdiyi cavab məktubunda X3 ölüm faktı ilə əlaqədar Tərtər rayon Prokurorluğunda hər hansı bir araşdırmanın aparılmadığı gösgtərilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixdə verdiyi cavab məktubunda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsində 08 iyun 1990-cı il təvəllüdlü X3 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. Həmçinin qeyd olunan şəxsin ölüb-ölməməsi haqqında heç bir məlumat olmadığı qeyd edilmişdir. Tərtər rayon X21 Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixdə verdiyi cavab məktubunda Tərtər rayonunda anadan olmuş X3 hansı şəraitdə, hansı səbəbdən və harada ölməsi barədə ölüm faktı ilə əlaqədar Tərtər rayon Polis Şöbəsində hər hansı bir məlumatın olmadığı gösgtərilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Tərtər Rayon Məhkəməsinin sorğusuna xx.xx.2024-cü il tarixdə verdiyi cavab məktubunda 08 iyun 1990-cı il təvəllüdlü X3 2000-2017-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2012-ci ildə, xx.xx.2012-ci ildə, xx.xx.2013-cü ildə, xx.xx.2013-cü ildə Qırmızı körpü DSBM-də Gürcüstan Respublikasına və xx.xx.2013-cü ildə X6 DSBM-də Türkiyə Respublikasına çıxışları qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ərizəçinin oğlu 08 iyun 1990-cı il təvəllüdlü X1 dəfə xx.xx.2013-cü ildə X6 DSBM-də Türkiyə Respublikasına çıxışı qeyd edilmiş, lakin bir daha onun ölkəyə girişi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. Eləcə də X3 Türkiyə Respublikasına çıxışından sonra harada olması, hansı şəraitdə, hansı səbəbdən və harada ölməsi barədə ölüm faktı ilə əlaqədar hər hansı bir məlumat daxil olmamışdır. Ərizəçi izahatından görünür ki, oğlu X7 2010-cu ilin əvvələrində Türkan Əliyeva ilə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından Abdullah adlı uşağı Tərtər şəhərində anadan olmulş, 2012-ci ilin əvvəllərində oğlu və gəlini birlikdə Türkiyə Respublikasına, sonradan isə Suriya Respublikasına getmiş, onların birgə nikahlarından Safiya və Musa adlı uşaqları İraq Respublikasında anadan olmuş, uzun müddət oğlu Rövşən və gəlini Türkandan məlumat ala bilməmiş, yalnız 03 oktyabr 2016-cı ildə gəlini Türkanın ona telefonla SMS göndərərək oğlu Rövşənin ölməsi barədə məlumat vermiş, Türkanın hazırda həbsdə olduğunu, bundan sonra nəvələrinin ölkəyə gətirilməsinı çalışaraq müxtəlif dövlət orqanlarına müraciət edərək bu işdə ona köməklik göstərilməsini xahiş etdiyini və nəvələrinin ölkəyə gətirildiyini, hazırda uşaqların onun qəyyumluğunda olduqlarını göstərmişdir. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Ərizəçi izahatında xx.xx.1990-cı ildə anadan olmuş oğlu X3 xx.xx.2016-cı ildə öldüyünü və İraq Respublikasında dəfn edildiyini göstərsə belə, bununla bağlı hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmiş, yalnız şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Bundan başqa ərizəçi oğlu X13 Respublikasına çıxışından sonra harada olması, hansı şəraitdə, hansı səbəbdən və harada ölməsi barədə hər hansı bir orqana müraciət etməsi barədə sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in: 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Ərizəçi oğlu X3 müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə əsas ola biləcək heç bir sübut növünü təqdim etməmiş və yalnız hazırda həbsdə olan gəlinin telefonla SMS yazısı əsasında hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(061)-796/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ərizəçi oğlu X3 Azərbaycan Respublikası MM-nin 40-41-ci maddələrinin tələblərinə uyğun olaraq, şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(061)-796/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar