Məhkəmə qərarları › İş №2(104)-2204/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2204/2024

16.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2204/2024 16.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3406/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Avtozavod qəsəbəsində cavabdehlərin sahibliyində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi vəzifəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Gəncə şəhəri, Avtozavod qəsəbəsində iddiaçının vəsaiti ilə alınmış və üzərində tikili tikilmiş, hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahibliyində olan torpaq sahəsinin üzərində tikili ilə birgə onun mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Rusiya vətəndaşıdır. Cavabdehlərdən Cavabdeh3 ilə 1996-cı ildə tanış olmuş və onunla qeyri-rəsmi nikah münasibətləri yaranmışdır. Bu zaman digər Cavabdeh1 (Cavabdeh3 rəfiqəsi) tərəfindən Avtozavod qəsəbəsində satışda olan torpaq sahəsinin satılması barədə məlumat almış, arada yaranmış səmimi münasibətlər zəminində Cavabdeh3 onu həmin ərazidə torpaq sahəsi alaraq gözəllik salonu, iaşə obyekti və s. tikməyin mümkünlüyünə inandırmışıdır. Bu zaman o, Cavabdeh3 öz vəsaiti hesabına Azərbaycana göndərmiş, o isə Cavabdeh1 təklif etdiyi yerə baxdığını və təklifin sərfəli olduğunu, torpağın yaxşı olduğunu bildirmişdir. Bu zaman Gəncədə yaşayan tanışı vasitəsilə Cavabdeh3 əvvəl 4000 ABŞ dolları, sonra isə 2000 ABŞ dolları “Zolotoy Korona” vasitəsilə göndərmiş, lakin o, Rusiya vətəndaşı olduğu üçün öz adına torpaq ala bilməyəcəyinə görə digər Cavabdeh1 əri Cavabdeh2 adına torpaq sahəsini rəsmiləşdirmişdir. Bundan sonra tanışı Ramil adlı ustanın briqadası həmin torpaq sahəsində tikintiyə başlamışdır. Ümumilikdə o, Ramilə 230000 ABŞ dolları göndərmiş, sonuncu da həmin vəsaitlə tikinti tikərək evi təhvil vermişdir. Lakin bundan sonra cavabdehlər torpaq sahəsini onun adına keçirməkdən imtina etmişlər. Bu zaman Cavabdeh1 onun qeyri-rəsmi arvadı Cavabdeh3 80000 manat borcu olduğunu və yalnız sonuncunun borcunu qaytaracağından sonra evi iddiaçının adına rəsmiləşdirəcəklərini bildirmişlər. Cavabdehlərin əməli ilə ona 230000 ABŞ dolları ziyan dəymişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(115)-53/2024 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddiaçı X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin üzərində tikili ilə birgə mülkiyyətinə verilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan qrafalarında iddiaçı X3 aid məlumatları göstərmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(115)-53/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-2204/2024 saylı qərardadı ilə şikayət səhvən mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Sonradan müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas olmamışdır. Belə ki, apellyasiya şikayətindən və iş materiallarından göründüyü kimi vəkil Nümayəndə X2 etibarnamə üzrə nümayəndəsidir və mövcud qanunvericiliyin tələbinə əsasən o, təmsil etdiyi şəxsin adından ərizələr verə, həmin ərizələri imzalaya, məhkəmə aktlarından şikayətlər verə bilər. Nümayəndə həmçinin etibarnamə ilə ona verilmiş və qanunla qadağan edilməyən digər səlahiyyətləri yerinə yetirə bilər. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin etibarnamənin anlayışından bəhs edən 362.1-ci maddəsində göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan prosessual və maddi hüquq normalarının məzmunundan da aşkar şəkildə görünür ki, hər bir şəxs üşüncü şəxs qarşısında təmsil olunması üçün başqa şəxsə vəkalət verə bilər. O cümlədən məhkəmədə nümayəndə vasitəsi ilə təmsil oluna və ya da nümayəndə vasitəsi ilə iddia, məhkəmə aktlarından isə şikayət verə bilər. Lakin bu halda təmsil edən (nümayəndə) iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməli, ona iddia ərizəsini (şikayəti) imzalamaq səlahiyyəti verildiyi halda həmin sənədi imzalaya bilər. Mülki işlər üzrə ümayəndə hər bir halda iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Hazırkı halda isə vəkil (nümayəndə) Nümayəndə mülki prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq apellyasiya şikayətini iddiaçı X2 adından verməli olduğu halda, öz adından vermişdir ki, bu da MPM-in 361.1-ci maddəsinin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasıdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-2204/2024 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69.2, 366- 368, 402 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyünə dair xx.xx.2024-cü il tarixli 2(104)-2204/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3406/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılsın və apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar