Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2215/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon Uşaq X14 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-931/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X6 qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X11 direktor əvəzinin 12 mart 2024-cü il tarixli, 174 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilərək, onun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon Uşaq X16 fəhlə vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxçaya görə əmək haqqının hesablanaraq, ona ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-931/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elçin Mansırov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-931/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, işdən azad olunarkən ona heç bir xəbərdarlıq olunmamış, həmkarlar təşkilatının iclası keçirilməmiş, həmçinin onun izahatı alınmamışdır.Sonradan formal olaraq protokollar tərtib olunmuşdur. Bundan başqa, onun əmək haqqını da hesablayaraq ödəmirlər. Cavabdeh ona heç bir xəbər vermədən 12 mart 2024-cü il tarixdə 174 nömrəli əmrlə onu işdən azad etmişdir. Hansı ki, barəsində qanunsuz olaraq verilmiş intizam tənbeh tədbiri barədə əmrlər məhkəmədə həmin dövrdə mübahisələnmiş və iş üzrə qətnamə qəbul edilməmişdir. Cavabdeh isə əvvəlki qanunsuzluqlarına baxmayaraq yenədə qanunsluğa yol verməklə onu işdən azad etmişdir. Bu əmr isə ona rəsmi qaydada təqdim edilməmişdir. Bundan başqa, Qazax rayon Uşaq X14 direktor əvəzi Nümayəndə2 qanunsuz olaraq onu işə buraxmır. 15 noyabr 2023-cü il tarixdən onun əmək haqqıda hesablanaraq ödənmir. Hansı ki, o hələ də həmin işdə işçi olaraq işləyir, əmək haqqı isə vermirlər. İddiaçı işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon Uşaq X14 nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 04 sentyabr 2023-cü il tarixdən Qazax Rayon Uşaq X14 direktor əvəzi işləyir. Mərkəzin əvvəlki direktorunun oğlu olan İddiaçı müəssisədə fəhlə işləsə də, üzrlü səbəb olmadan iş vaxtı ərzində işə gəlməmiş, işə gəlməməsi ilə bağlı izahatının alınması üçün dəvət olunmasına və bu barədə bildiriş ünvanına göndərilməsinə baxmayaraq, çağırışlara məhəl qoymamışdır. Bu barədə xeyli sayda aktlar tərtib edilərək, işə əlvə edilmişdir. İddiaçının əmək haqqısı dayandırılmış və işində yol verdiyi nöqsanlara, əmək müqaviləsi üzrə əmək intizamı istiqamətində vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr əsaslı və qanuni olmuşdur. Hətta iddiaçının ansının ona qanunsuz əmək haqqı verməsinə dair məsələ Prokurorluqda araşdırılmış və vurulmuş maddi ziyan ödənilmişdir.Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-931/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-931/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubilkasının MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi birinci istansiya məhkəməsinin qətnaməsinin əsaslılğını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 60 nömrəli bildirişdən görünür ki, İddiaçı 15 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir üzürlü səbəb göstərmədən və müvafiq sənədlər təqdim etmədiyindən, onun barəsində A.R.ƏM-nin 70 maddəsinin “ç” bəndində uyğun olaraq, əmək müqaviləsinin ləğv verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Qazax rayon X5 Pedaqoji Heyətinin Şura iclasının 27 fevral 2024-cü il tarixli 2 nömrəli protokolundan görünür ki, Qazax rayon Uşaq X15 fəhlə işləyən İddiaçı əmək funksiyasının uzun müddətə icra etmədiyinə və əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə barəsində A.R.ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə Qazax rayon Təhsil işçiləri Azad X7 və Müəsissədə fəaliyyət göstərən X7 yazılı təqdimatın göndərilməsi barədə səs verilmişdir. Qazax rayon Uşaq X14 xx.xx.2024-cü il tarixli təqdimatından görünür ki, İddiaçı barəsində AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı müvafiq X7 təqdimat verilmişdir. Qazax rayon Uşaq X15 fəaliyyət göstərən Təhsil işçiləri X20 Təşkilatının İddiaçı göndərdiyi xx.xx.2024-cü il tarixli, 01 nömrəli bildirişdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndində uyğun olaraq, əmək müqaviləsinin ləğv verilməsi ilə yazılı təqdimatın müzakirə ediləcəyi xx.xx.2024-cü il tarixli iclasa dəvət edilmişdir. Qazax rayon Uşaq X15 fəaliyyət göstərən Təhsil işçiləri X20 Təşkilatının xx.xx.2024cü il tarixli razılıq qərarından görünür ki, İddiaçı ilə əmək müqaviləsi üzrə əmək funksiyasını yerinə yetirmədiyindən onun barəsində ƏM-nin 70 maddəsinin “ç” bəndində uyğun olaraq, əmək müqaviləsinin ləğv verilməsi ilə bağlı razılıq verilmişdir. Qazax rayon Uşaq X14 xx.xx.2024-cü il tarixli, 174 nömrəli əmrdən görünür ki, İddiaçı “Qazax rayon ümumitəhsil məktəbləri/Qazax rayon UGİM” bölməsində “fəhlə” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 “ç”- maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. ( İş vərəqə 42) davamiyyət jurnalının vərəqlərinin surətlərindən görünür ki, İddiaçı adı davamiyyət jurnalında qeyd olunmamışdır. Çox saylı aktlardan görünür ki, İddiaçı müxtəlif tarixlərdə heç bir üzürlü səbəb olmadan işdə olmamışdır. Nümayəndə2 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X11 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, o, işlədiyi müddət ərzində 2018-ci ilin yanvar ayından mərkəzin direktoru Nümayəndə1 oğlu İddiaçı həmin mərkəzdə fəhlə işçisi kimi götürülsə də, heç bir işə cəlb edilməmiş və iş saatlarında iş yerində olmamışdır. Davamlı olaraq işə çıxmamışdır. X3 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X11 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X21 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. X13 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X11 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X21 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, İddiaçı adı mərkəzin davamiyyət jurnalında əlavə edilməmiş, onun mərkəzdə hər hansı işdə cəlb edilməsinin və ya iş gəlməsinin şahidi olmamışdır. X1 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X11 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X21 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, İddiaçı adı mərkəzin davamiyyət jurnalında əlavə edilməmiş, onun mərkəzdə hər hansı işdə cəlb edilməsinin və ya iş gəlməsinin şahidi olmamışdır. İddiaçı yalnız mərkəzin direktoru Nümayəndə1 oğlu kimi tanımışdır. X2 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X11 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X21 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Belə ki, İddiaçı adı mərkəzin davamiyyət jurnalında əlavə edilməmiş, onun mərkəzdə hər hansı işə cəlb edilməsinin və ya iş gəlməsinin şahidi olmamışdır. X10 Qazax Rayon Prokurorluğunda Qazax Rayon X11 ilə bağlı CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı verdiyi izahatından görünür ki, onun işlədiyi müddət ərzində İddiaçı Qazax-rayon X21 Mərkəzində hər hansı vəzifədə işləməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Sonradan Nümayəndə2 mərkəzdə direktor vəzifəsinə təyin edildikdən sonra 27 noyabr 2023- cü il tarixdə İddiaçı oğlunu mərkəzə çağıraraq onunla profilaktiki söhbətlər aparmış və işə çıxmasını, 7 saat ərzində işləməsinin vacibliyini bildirmiş, lakin İddiaçı heç bir cavab verməyərək çıxıb getmişdir. Daha sonra dekabr ayında İddiaçı işə gələn zaman mərkəzin davamiyyət jurnalında imza etmək istəyən zaman Nümayəndə2 ona icazə verməyərək nə üçün xeyli müddətdə işə gəlməməsinin sorucanda İddiaçı yenədə cavab verməyərək çıxıb getmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X11 İddiaçı əmək müqaviləsini ləğv edərkən müəyyən edilmiş əsaslar məhkəmə araşdırması zamanı təsdiq olunduğundan, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğundan işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı 2016-cı ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax Rayon X4 fəhlə işinə qəbul edilmişdir. İddiaçı işlədiyi müddət ərzində bir sıra nöqsanlara yol vermiş, işə davamiyyət qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı 2023–cü ilin noyabr ayının 15–dən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Bundan sonra Qazax Rayon X5 Həmkarlar Təşkilatına müraciət edilərək, işçinin işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmiş və Həmkarlar Təşkilatı tərəfindən İddiaçı 2023–cü ilin noyabr ayının 15–dən işdə olmasına baxmayaraq, həmin tarixdən bir gün də olsun işə gəlməmiş və əmək intizamını pozaraq öhdəsinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Bundan sonra əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024–cü il tarixli əmrlə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu işindən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin ç) bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X7 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, İddiaçı işdə nizam-intizam qaydalarını, əmək intizamını pozaraq öhdəsinə düşən öhdəlikləri yerinə yetirməməklə, 2023–cü ilin noyabr ayının 15–dən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Ona görə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmaqla və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir ki, bu da əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı 15 noyabr 2023-cü il tarixdən işə gəlməməsi qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1372/2024 saylı qətnaməsi ilə təsdiq edilir. Həmin qətnamə ilə onun işləmədiyi həmin dövr üçün əmək haqqı tələbinə dair iddiası rədd olunmuşdir. İddiaçı işdən azad olunarkən ona heç bir xəbərdarlıq olunmaması, həmkarlar təşkilatının iclasının keçirilməməsi, həmçinin onun izahatının alınmamasına dair dəlillərinə gəldikdə isə, həmin hallar iş materialları ilə təkzib olunur. Belə ki, işin yuxarıda qeyd edilən sənədləri ilə təsdiq edilir ki, İddiaçı əmək funksiyasının uzun müddətə icra etmədiyinə və əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə, barəsində A.R.ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə Qazax rayon Təhsil işçiləri Azad X7 və Müəsissədə fəaliyyət göstərən X7 yazılı təqdimat verilmiş, o, əmək müqaviləsinin ləğv verilməsi ilə yazılı təqdimatın müzakirə ediləcəyi xx.xx.2024-cü il tarixli iclasa dəvət edilmiş, lakin həmin iclasa gəlməmiş və ümumiyyətlə isə, 15 noyabr 2023-cü il tarixdən işdə olmamış və bu səbəbdən ondan yazılı izhatın alınması mümkün olmamış və barəsində çoxsaylı aktlar tərtib edilmişdir. Həmçinin Qazax rayon Uşaq X15 fəaliyyət göstərən Təhsil işçiləri X20 Təşkilatının xx.xx.2024-cü il tarixli razılıq qərarı ilə, onun barəsində ƏM-nin 70 maddəsinin “ç” bəndində uyğun olaraq, əmək müqaviləsinin ləğv verilməsi ilə bağlı razılıq verilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-931/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-931/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2215/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2215/2024
12.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver