Məhkəmə qərarları › İş №2(104)-2219/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2219/2023

08.09.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2219/2023 08.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" X1 Səhmdar Cəmiyyətinə, Cavabdeh1nə və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(044)-3517/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, Cavabdeh1nə və "xxxx" Hərrac Mərkəzi MMC-yə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək "xxxx" Hərrac Mərkəzinin 24/01-2 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolun ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikləri üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3517/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, ərizəsində həyat yoldaşının onkoloji xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə məhkəmə prosesində iştirak edə bilmədiyini qeyd edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3517/2021 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə 2(044)-3517/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və mülki iş üzrə iddia ərizəsinin mahiyyəti üzrə yenidən baxılması barədə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından şikayət vermiş, həmin qərardadın ləğv edilib növbəti prosessual hərəkətin edilməsini, əks təqdirdə şikayəti baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş, eyni zamanda məhkəməyə vəsatət-ərizə verərək həmin qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin 2(044)-3517/2021 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət-ərizə təmin edilməmiş, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadının ləğv edilməsini, növbəti prosessual hərəkətin edilməsini, əks təqdirdə şikayəti baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadda qərardadın rəsmi qaydada qəbul edilməsindən ən azı 1 il 2 ay müddət keçdiyi, həmin müddətin ötürülməsinin onun iradəsi daxilində baş verdiyi qeyd edilmişdir. Şikayətə görə məhkəmə qeyd etmişdir ki, müddətın bərpa edilməsinə dair ərizənin verilməsi öz-özlüyündə qərardadın iddiaçı tərəfındən qəbul edilməsıni təsdiq edir. Bu hal qətiyyən belə deyil, müddətin bərpasına dair ərizə ona görə verilmişdir ki, qanunvericilik bunu tələb edir. Şikayətdə həmçinin qeyd edilir ki, Mulkı Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına diar birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənın çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Şikayətə görə iddiaçı məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığı üçün 07 dekabr 2021-ci il tarixə saat 10:50-ə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə anlaşılmayan səbəbdən ona bildiriş göndərməmiş, onu lazımi qaydada məlumatlandırmamışdır. Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərardadı ilə ddiaçı İddiaçı tərəfindən Gəncə Şəhər Məhkəməsinin 2(044)- 3517/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(044)- 3517/2021 saylı qərardadı və həmin qərardadla bağlı 01 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsilə iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 1 ünvanına xx.xx.2021-ci il tarixdə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsində həyat yoldaşının onkoloji xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə məhkəmə prosesində iştirak edə bilmədiyini qeyd edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3517/2021 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə 2(044)-3517/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və mülki iş üzrə iddia ərizəsinin mahiyyəti üzrə yenidən baxılması barədə iddiaçının ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardad da poçt rabitəsi vasitəsilə iddiaçının həmin ərizəsində göstərdiyi ünvan 1 ünvanına xx.xx.2022-ci il tarixdə göndərilmiş və qərardad xx.xx.2022-ci il tarixdə həmin ünvanda iddiaçının arvadı Atakişiyeva Aygünə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə rəsmi qaydada təqdim edilmişdir. İddiaçının məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından verdiyi şikayəti və prosessual müddətin bərpası barədə ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı şikayətini qərardadın rəsmi qaydada qəbul edilməsindən, sonrakı ən azı 1 il iki ay müddət ərzində nə üçün gecikdirməsini ərizəsində kifayət qədər mötəbər dəlillərlə əsaslandıra bilməmişdir. İddiaçı müddətin ötürülməsi səbəbini həmin iş üzrə icraatın dayandırıldığını düşündüyündən məhkəmədən bildiriş gəlməməsini normal hal kimi qəbul etməsi ilə əlaqələndirsə də, məhkəmə bu halı üzürlü hesab etməmişdir, çünki müddətin ötürülməsi iddiaçının iradəsindən kənar baş verməmişdir. Məhkəmə qeyd etmişdir ki, prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb yalnız müddəti buraxmış şəxsin öz iradəsindən asılı olmayan hallardan dolayı vaxtında şikayətlə müraciət edə bilməməsi hallarıdır. İddiaçı isə bu halların heç birinə istinad etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, sözügedən qərardaddan şikayət verilmə müddəti üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, eyni zamanda prosessual müddətin bərpası barədə vəsatət təmin edilmədiyindən iddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdən də göründüyü kimi iddiaçı şikayət vermə müddətini 1 il iki ay müddət ərzində gecikdirməsini ərizəsində kifayət qədər mötəbər sübutlarala əsaslandıra bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi üçün müddət üzürlü səbəbdən ötürülmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(044)-3517/2021 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli 2(044)-3517/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar