Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-227/2025 06.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mənzilə köçürülmə və mənzildən çıxarılma barədə) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh, onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-214/2018 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında Şəmkir rayon Hacıalılar kənd İƏV üzrə nümayəndəlikdə bağlanmış xx.xx.2000-ci il tarixli, 01 saylı nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2003-cü il təvəllüdlü X3 anası Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, 05 fevral 2018-ci ildən başlayaraq xx.xx.2000-ci il təvəllüdlü Almaz və xx.xx.2003-cü il təvəllüdlü Nərmin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının DT və XK-nin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəmkir Rayon AİK-nın 15 may 2008-ci il tarixli 113 saylı qərarı ilə 699.83 kv.m həyətyanı torpaq sahəsi X5 verilmişdir. seriya RX ******* nömrəli, **********11-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətindədir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il) xx.xx.2023-cü il tarixli, 3-213-40/2-5306/23 saylı daşınmaz əmlakın dövlət reyestindən arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh adına tam mülkiyyət hüququ ilə 22 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-3365/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əlavə edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrindən görünür ki, xx.xx.1992-ci ildə vəfat etmiş X4 vərəsələri İddiaçı2 1/2 hissədə və İddiaçı1 1/2 hissədə miras əmlakdan pay almışlar. Miras əmlak **********11-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışda qeyd edilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.07 ha olıan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 246.1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Cavabdeh tərəfindən elektron sistem vasitəsilə göndərilmiş fərdi yaşayış evinin fotoşəkilləri və digər sənədlər işə əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə onlara məxsus, ünvan 3 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması və onların həmin evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Həvayət Məhəmmədi) iddia təmin edilmiş, **********11- 10301 nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin yaşadığı ev seriya RX ******* nömrəli, **********11-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alındığından, cavabdeh həmin evdə heç bir hüquqi əsas olmadan yaşamaqla, onun iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmadığından, həmin fərdi yaşayış evindən çıxarılmadır. Həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməlidirlər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiya məhkəməsində icraat: b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı2 onun keçmiş qaynanası, İddiaçı1 isə keçmiş qaynatasıddır. O, X6 ilə 2000-ci ilin yanvar ayında rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X7 və xx.xx.2003-cü il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Onlar ailə qurduqdan sonra iddiaçılar məsləhət etdilər ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində onlar öz hesabına bir otaq tiksinlər və həmin ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi onlara məxsus olsun. Onlar da razılaşmışlar. Həmin torpaq sahəsi 1991-ci ildə Şəmkir rayon XDS İcrayyə Komitəsinin 26 fevral 1991-ci il tarixli 4 nömrəli qərarı ilə mərhum qaynı X4 adına verilmişdir. Qaynı xx.xx.1992-ci ildə vəfat edib. Qaynının adına olan həyətyanı torpaq sahəsində bir otaqdan ibarət ev tikmişlər. 2002-ci ilin fevralından həmin evdə yaşamağa başlamışlar. Komunal xərcləri-işıq, su, qaz pulunu həyat yoldaşı Şahinin adından ödəmişlər. 2002-ci ilin fevral ayından hal-hazırda kimi həmin evdə uşaqları ilə birlikdə yaşayır. Daha sonra isə X6 ilə aralarında narazılıqlar baş verdiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci iltarixli, 2(076)-214/2018 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində qalmışlar. Onlar boşandıqdan sonra yoldaşı atası evinə köçdü. O və iki uşağı bu günədək mübahisə predmeti olan evdə yaşamışlar. Bir neçə gün bundan əvvəl ona məlum oldu ki, keçmiş yoldaşı ilə birgə nikah dövründə inşa etdiyi fərdi yaşayış evi DƏDRX-in 11 saylı Ərazi İdarəsi tərifindən mərhum qaynının adına qeyd edilmiş, sonra isə iddiaçıların adına vərəsəlik şəhadətnaməsi tərtib olunmuş və həmin şəhadətnamə əsasında iddiaçılar mülkiyyət hüququna dair müvafiq çıxarış əldə etmişdilər. Bunun üçün heç bir hüquqi əsas olmamışdır. İddiaçılar onun əzab əziyyətlə tikdiyi mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılmağını istəyiblər. Şəmkir Rayon Məhkəməsi isə iş üzrə sübutları araşdırmadan bu iddianı qismən təmin etmişdir. O, məhkəmənin bu qərarı ilə narazıdır. Çünki mübahisə predmeti olan ev birgə nikah dövründə inşa edilmişdir. Həmin evin tikilməsində maddi vəsait xərcləmişdir. Uzun müddət bu mükdə yaşamışdır. İddiaçılar adlarına qeydə aldırmış olduqları mülkə heç bir əmək sərf etməmiş və heç bir hüquqi əsas olmadan onun tərəfindən inşa olunmuş fərdi yaşayış evini öz adlarına qeydə aldırmaqla, onun vəsaiti hesabına varlanmışlar. O, onların bu evə köçməsinə etiraz edir. Belə ki, onların öz evləri vardır bu evə heç bir ehtiyacları yoxdur. Lakin buna baxmayaraq, məhkəmə onun həmin evlə bağlı olan hüquqlarını kobudlcasına pozmuşdur və hər iki iddiaçının heç bir hüquqi əsas olmadan mənzilə köçürülməsinə dair qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, X6 ilə 2000-ci ilin yanvar ayında rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, gəlin kimi cavabdehlərin Şəmkir rayonu Hacılılar kəndinə evinə köçmüş, bir müddət orada yaşadıqdan sonra, Şəmkir şəhərində müəllimə işlədiyi üçün, cavabdehin Şəmkir şəhərində yaşayan bacısı evinə köçərək, orada yaşamışlar. Sonra isə, cavabdehlər Şəmkir rayon XDS İcrayyə Komitəsinin 26 fevral 1991-ci il tarixli 4 nömrəli qərarı ilə mərhum qaynı X4 adına verilmiş torppaq sahəsini faktiki olaraq onlara verərək, orada evi tikiib yaşamalarını təklif etmişlər. 2002-ci ildə orada balaca ev tikib, fevralından həmin evdə yaşamağa başlamışlar. Yalnəz kürsüyə qədər barı olan tikilini 2009-cu ilə qədər əri ilə birgə yaşadıqları müddətdə öz zəhməti ilə tikmişdir.Tikili hələ də, başa çatdırılmamışdır. Qaynı xx.xx.1992-ci ildə vəfat etmiş, 2002-ci ildən komunal xərcləri-işıq, su, qaz pulunu həyat yoldaşı Şahinin adından ödəmişlər. 2002-ci ilin fevral ayından halhazırda kimi həmin evdə uşaqları ilə birlikdə yaşayır. Daha sonra isə X6 ilə aralarında narazılıqlar baş verdiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci iltarixli, 2(076)- 214/2018 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində qalmışlar. Onlar boşandıqdan sonra yoldaşı atası evinə köçmüşdür. Cavabdehlər isə, qaynının vəfatı ilə bağlı torpaq sahəsini və evi öz adlarına sənədləşdirimişlər. Qətnaməni qanunnsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, ünvan 2 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində atası sənədsiz ev tikdirmiş və orada əlil qızı ilə yaşayır. Həmin torpaq sahəsini atası onun adına sənədləşdirsə də, ona aidiyyəti yoxdur. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, mübahisəli torpaq sahəsini 1991-ci ildən oğlunun adına olmuş, oğlu vəfat etdikdən sonra isə miras əmlakı mülkiyyətinə keçirmişdir. Mübahisəli evi o tikdirmiş, tikintisi 2010-cu ilə qədər qurtarmışdır. O və digər iddiaçı olan arvadı İddiaçı2 orada yaşamamışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, onlar cavabdehlə qonşudurlar. Mübahisəli torpaq sahəsinin hörgüsü və darvazası olmuşdur. Hətta balaca barısı da olmuşdur. Torpaq sahəsi boş olmuş, cavabdeh 2000-ci ildə orada bir otaqdan ibarət tikili tikib, orada yaşamışlar. Sojnra isə, evin tikintisini həyata keçirmişdir. Evi Təranə tikdirmiş, iddiaçıları orada heç vaxt görməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. . Apellyasiya baxışının hədləri: MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərində iddianın qismən təmin edilmiş hissəsində mübahisələndirmişdir. Qətnamənin qalan hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh **********11-10301 nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə iddianın qismən təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli evin üzərində mülkiyyət hüququna istinad edərək, həmin evdən cavabdehin çıxarılmasını tələb edir. Cavabdeh isə, o, X6 ilə 2000-ci ilin yanvar ayında rəsmi nikah qeyd etdirməklə ailə qurmasını, gəlin kimi cavabdehlərin Şəmkir rayonu Hacılılar kəndinə evinə köçməsini, bir müddət orada yaşadıqdan sonra, Şəmkir şəhərində müəllimə işlədiyi üçün, cavabdehin Şəmkir şəhərində yaşayan bacısı evinə köçərək, orada yaşamalarını, sonra isə, cavabdehlərin Şəmkir rayon XDS İcrayyə Komitəsinin 26 fevral 1991-ci il tarixli 4 nömrəli qərarı ilə mərhum qaynı X4 adına verilmiş torppaq sahəsini faktiki olaraq onlara verərək, orada evi tikiib yaşamalarını təklif etmələrini, 2002-ci ildə orada balaca ev tikib, fevralından həmin evdə yaşamağa başlamalarını, yalnız kürsüyə qədər barı olan tikilini 2009-cu ilə qədər əri ilə birgə yaşadıqları müddətdə öz zəhməti ilə tikmələrini, tikilinin hələ də başa çatdırılmamasını göstərmişdir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin yaşadığı ev RX ******* nömrəli, **********11-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alındığından, cavabdeh həmin evdə heç bir hüquqi əsas olmadan yaşamaqla, onun iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmadığından, həmin fərdi yaşayış evindən çıxarılmadır. Həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə köçürülməlidirlər. Kollegiya bununla bağlı qeyd edir ki, yaşayış evinin mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası həmin evə köçdükdə, mülkiyyətçinin öz hüququnun müdafiəsinə dair ( cavabdehin çıxarılması və evin geri qaytarılması və s.) iddia qaldırmaq imkanları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə evə köçmə mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan evin mülkiyyətçisinin razılığı əsasında ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (ev mülkiyyətçisinin ora köçən şəxsdən evin alqı-satqısına görə pul alması, onun köçərək həmin evdə uzun müddət heç bir etiraz olmadan yaşamasıvə s.). Bununla belə, ev mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, evə alqı-satqı razılaşması ilə köçürdüyü şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsaiti verməklə evə köçmüş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin razılığı ilə evə köçmüş şəxsin çıxarılacağı halda mülkiyyətçinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Əsassız varlanma) Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.(Maddə 157) O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşya üçün əldə etdiyi əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. (Maddə 561.1) Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin ödədiyi və çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin ödənişi və çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən cavabdehin evdən çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. (Maddə 152.5) Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Maddə 16.1, 560) Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Şəmkir rayon XDS İcrayyə Komitəsinin 26 fevral 1991-ci il tarixli 4 nömrəli qərarı ilə cavabdehin mərhum qaynı X5 verilmiş, qaynı xx.xx.1992-ci ildə vəfat etmiş, iddiaçılar həmin torpaq sahəsini faktii olaraq cavabdehin və ərinin faktiki sahibliyinə və istifadəsinə vermiş və orada evi tikiib yaşamalarını təklif etmişlər. 2002-ci ildə orada balaca ev tikib, fevralından həmin evdə yaşamağa başlamışlar. Yalnız kürsüyə qədər barı olan tikilini 2009-cu ilə qədər əri ilə birgə yaşadıqları müddətdə öz zəhməti ilə tikmişlər və 2002-ci ilin fevral ayından hal-hazırda kimi həmin evdə uşaqları ilə birlikdə yaşayırlar. İddiaçı1 da, həmin evin 1992-ci ildə 1-ci mərtəbəsinin barısının hazır olduğunu, sonra isə 2009-cu ildə tikintisi başa çatdığını, həmçinin həmin mübahisəli evdə yaşamadığını bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid X9 cavabdehlərlə qonşu olduğunu, mübahisəli torpaq sahəsinin boş olduğunu, sadəcə olaraq torpaq sahəsinin hörgüsü və darvazası olduğunu, 2000-ci ildən sonra mübahisəli evin Təranə tərəfindən tikilməsini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını daha inandırıcı və səmimi hesab etməklə, iddiaçılar tərəfindən həmin torpaq sahəsində tikilinin həyata keçirilməsinə dair izahatını inandırıcı hesab etmir. Belə olan halda, cavabdeh tərəfin çəkdiyi xərci ödənilmədən həmin evdən çıxarılması mülkiyyətçinin onun hesabına əsassız varlanması halına səbəb olur, mülkiyyətçi ilə vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli tarazlaşdırmanı pozur və dürüstlük qaydasına da uyğun gəlmir. Mülkiyyətçi yalnız cavabdehin çəkdiyi məsrəflərin əvəzini ödəməklə, hüquqlarının müdafiəsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın evdən çıxarılma hissəsini təmin etməkdə haqlı olmamış və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 onlara məxsus, ünvan 3 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 246.1 kv.m olan fərdi yaşayış evinə köçürülmələri hissəsində isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına qismən uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları qismən düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh **********11-10301 nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə iddianın qismən təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-117/2024 nömrəli qətnaməsi qismən, Cavabdeh **********11-10301 nömrəli reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə iddianın qismən təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-227/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-227/2025
06.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver