Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2327/2023 02.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər birinin payına düşən 19 baş qoyun və 3 baş keçi olmaqla, ümumilikdə 57 baş qoyun və 9 baş keçinin, onlar olmadığı halda ümumilikdə dəyəri olan 19.800 manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadı ilə (sədrlik edən Nemət Musayev) apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı1 həmin qərardaddan şikayət verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddət buraxılmamış, onun tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə verilmişdir. Ona görə də hesab edir ki, həmin prosessual müddət buraxılmamış hesab edilməli və qəbul edilməlidir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, İddiaçı1 yazılı ərizəsini kollegiyaya ünvanlamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan poçt göndərişinin verilməsi barədə SS825833126AZ saylı xəbərnamədən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət 09 may 2023-cü il tarixdə poçta təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytararkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçılar apellyasiya şikayətini qanunda nəzərdə tutulmuş müddəti ötürməklə 2 gün müddət keçdikdən sonra vermiş, həmçinin şikayətin verilmə müddətinin bərpasına dair vəsatət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materialları ilə müəyyən edilir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsi tərəflərə, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanına göndərilmiş və sonuncular tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə, xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət xx.xx.2023-cü il tarixdə başa çatmış, iddiaçılar isə apellyasiya şikayəti vermə müddətini 1 gün ötürməklə, apellyasiya şikayətini poçta xx.xx.2023-ci il tarixdə təqdim etmişdir. İddiaçı1 şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixə bazar gününə təsadif etsə də, onlar tərəfindən şikayət xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmçinin, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə vermişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü bəndinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, onların apellyasiya şikayəti xx.xx.2023-ci il tarixdə poçta daxil olmuş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüş, eyni zamanda buraxılmış müddətin bərpasına dair iddiaçılar tərəfindən ərizə verilməmişdir. Həmçinin, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçıların Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin: 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi qaytarılır. 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı1 şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2327/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2327/2023
02.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver