Məhkəmə qərarları › İş №2(104)-2343/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2343/2024

18.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2343/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqı tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(125)- 45*1/2*24 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(125)-45*1/2*24 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqı tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin *4.1*.2*24-cü il, 2(125)-41*5/2*24 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrin ləğv olunmasını, işə bərpası və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, *1.*7.1983-cü il tarixdən 2*24-cü ilin iyun ayınadək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İxtisası Azərbaycan dili və ədəbiyyatının tədrisi olduğu üçün digər fənn sahələrinə nisbətdə ən azından minlərlə şagirdlərin yazma və oxuma kimi ilkin elm vərdişlərinin mənimsənilməsinə köməklik edilməsində xidməti daha çox olmuşdur. Ali təhsil müəssisələrinə qəbul olunan şagidlər isə əməyinin bariz nümunəsidir. Zaman keçir, dövr dəyişir, ictimai münasibətlər isə dövrün və zamanın dəyişiliklərinə adekvat olaraq inkişaf edir. Dövrün tələbi hər kəsdən informasiya texnologiyalarını mənimsəmək və tətbiq etmək bacarığının minimum səviyyədə mənimsənilməsini tələb edir. Əsas qayə və məramı insan yetişdirmək olan peşə sahəsinin mütəxəssisi olaraq bu tələbin icra edilməsi onlar üçün daha çox məsuliyyət tələb edir və etməkdədir. Ali təhsilli şəxs olaraq informasiya texnologiyalarına yiyələnmək və onun verdiyi imkanlardan maksimum səviyyədə istifadə edərək gənclərin maariflənməsi üçün əlindən gələn imkanlardan hüdudsuz səviyyədə istifadə etmişdir. Belə ki, “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” üzrə ixtisasartırma haqqında *1.1*.2*14-cü il tarixdə sertifikat almışdır. Müəllimlik peşəsinin dürüst və milli-mənəvi dəyərlər üzərində icra edilməsi üçün 4* ildən artıq əmək fəaliyyətində sözün əsl mənasında canını fəda etmişdir. Uzun illər zehni əməklə məşğul olmaq insan sağlamlığına təsirsiz ötüşməyə bilməz. Elmin inkişaf etsə də, bioloji olaraq qocalırsan. O, qocalıq ki, hər bir insanda fərqli cür fəsadlar yaradır. Onun da taleyində qarşısına çıxan xəstəlik hələlik şəkər xəstəliyidir. Bu xəstəliyin insanda yaratdıqları təsirlər məlum məsələdir. Hal-hazırda şəkər xəstəliyinin ilkin fəsadları olaraq görmə qabiliyyəti zəifləmişdir. Hamıya məlumdur ki, sertifikatlaşdırma zamanı kompüter vasitəsilə imtahan verirsən. Suala cavab vermək üçün əsas şərt ondan ibarətdir ki, sualı oxuyub onun mahiyyətini başa düşəsən. Kompüter vasitəsilə verilən bəzi sualların şrifti o qədər kiçik olurdu ki, bu vəziyyətdə həmin sualların oxunulması mümkün olmamışdır. *8.*6.2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmadan şəkər xəstəliyi səbəbindən keçməmişdir. Cavabdeh direktoru X1 27.*6.2*24-cü il tarixli, 233 saylı əmri ilə işdən azad edilmişdir. İşdən çıxarılması qanunsuz və əsassızdır. Belə ki, işdən çıxarılma əsası dolayısı ilə şəkər xəstəliyinin olmasıdır. İşçi olaraq hüquqları pozulmuşdur. İşdən çıxarılmamışdan qabaq üzvü oldğu Azərbaycan Təhsil İşçiləri X3 razılığı alınmamışdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə və onun əsaslandırması ilə qətiyyən razı deyil. Belə ki, birinci instansiya məhkəməsindəi ddia qaldırarkən iddia tələbini bir neçə istiqamətdə əsaslandırmışdır. İşçinin şəkər xəstəsi olması, işdən çıxarılarkən üzvü olduğu Azərbaycan Təhsil İşçiləri X3 razılığının və əmək müqaviləsinə xitam verən şəxsin işə götürən olmadığından onun əmək müqaviləsinə xitam verməsinin səlahiyyətinin olmaması iddia tələbinin hüquqi əsaslandırması olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən dəlillərin ikisinə səthi münasibət bildirməklə, həmkarlar ittifaqının razılığının olub-olmaması ilə bağlı dəlilin üzərindən sükutla keçmişdir. Hətta bununla bağlı olaraq *1.*9.2*24-cü il tarixə vəsatət də, vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən vəsatətə hər hansı münasibət bildirilməmişdir. *4.1*.2*24-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı mübahisələndirilən 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrin əsli və ona əlavə edilmiş sənədlər cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə əmrin əslinin və ona əlavə edilmiş sənədlərin məzmununu məhkəmədə elan etdi. Sənədlərlə müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-sosial portalından çıxarılmış əmək müqaviləsinə xitam bildirişindən görünür ki, işə götürən kimi əmək müqaviləsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi xitam vermişdir. Birinci instaniya məhkəməsi Cavabdeh direktorunun işə götürən olaraq 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrin verilməsi üçün səlahiyyətinin olmamasına dair dəlilinə aşağıdakı formada münasibət bildirmişlər. “Əmək kitabçasından görünür ki, iddiaçının işlədiyi məktəbdə işə təyin olunarkən müvafiq əmr həmin məktəbin direktoru tərəfindən verilmişdir və müqavilənin ləğv edilməsi barədə də əmr məhz məktəbin direktoru tərəfindən verilmişdir”. Birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması formal xarakter daşımaqla işdə olan sənədlərlə uyğunluq təşkil etmir və işin faktiki halları ilə uzlaşmır. Mülki iş materiallarında olan cavabdeh orqanın *4.1*.2*24-cü il tarixdə təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-sosial portalında olan əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində işə götürən Gəncə- Daşkəsən Regional Təhsil İdarəsidir. Ən əsas məsələ isə işə götürən şəxsin E-sosial portalında digər şəxs olması sübut olunmasına baxmayaraq bununla bağlı məhkəmə araşdırması aparmamışdır. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, birinci dəfə 2*23-cü ilin iyun ayında keçirilən sertifikasiya imtahanında iştirak etmiş və 17, yəni sertifikasiyadan keçə bilməmiş, təkrar sertifikasiya imtahanında şəkər xəstəsi olduğuna görə yenə də keçid balını toplaya bilməmişdir. Keçid balını toplaya bilməməsinin səbəbi xəstəliyi ilə bağlı olduğuna görə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(125)- 45*1/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 21.*1.1997-ci il tarixli, 62 nömrəli əmrə əsasən 21.*1.1997-ci il tarixdən 7 saylı orta məktəbdə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən 27.*6.2*24-cü il tarixdən ləğv edilmişdir. İşdə olan Gəncə şəhər 7 nömrəli Tam orta məktəbin direktoru tərəfindən imzalanmış 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrdən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədi ilə 8 iyun 2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə müqnasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdeh Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2*24-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas *8 iyun 2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyinin 27 iyun 2*24-cü il tarixli 3-29-69/3-2-13 F/2*24 əmri olmuşdur. İşdə olan Gəncə şəhər X2 Səhhət adına xəstəxanın poliklinika şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2*24-cü ildən mütəmadi olaraq şəkərsalıcı dərman preparatları ilə təmin olunur. (E11 şəkərli diabet) Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 21.*1.1997-ci il tarixdən Gəncə şəhəri 7 saylı orta məktəbdə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat nüəllimi təyin edilmiş, 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrə əsasən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə müqnasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməməsi ilə əlaqədar əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən 27.*6.2*24-cü il tarixdən ləğv edilmişdir. İddiaçı işdən çıxarılmasını qanunsuz hesab edərək işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ounla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi iddiaçının qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçmədiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv olunmuşdur. İddiaçının şəkər xəstəsi olması və məktəbin direktoru tərəfindən müqavilənin ləğv olunmasında səlahiyyətinin olmaması barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallardan bəhs edən 79-cu maddəsinə əsasən işçinin şəkərli diabetlə xəstə olması səbəbi ilə, yəni işçinin şəkərli diabet xəstəsi olduğu üçün onunla əmək müqaviləsinin ləğv olunması qadağan edilmişdir. Hazırki iş üzrə iddiaçı şəkərli diabet xəstəsi olması səbəbi ilə deyil, onun qanunla müəyyən olunmuş qaydada sertifikatlaşdırmadan təkrar keçmədiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv edilmişdir. Bununla belə iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun işlədiyi məktəbdə işə təyin olunarakən müvafiq əmr həmin məktəbin direktoru tərəfindən verilmişdir və müqavilənin ləğv edilməsi barədə də əmr məhz məktəbin direktoru tərəfindən verilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğ edilməsinin qanunsuz olması ilə əlaqədar göstərdiyi dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianı təmin etməmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.15-ci maddəsinə əsasən təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: Maddə. 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər. Maddə. 33.3.2. Təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək təhsilverənin vəzifəsidir. Maddə. 3*.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Maddə. 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Maddə. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”nın təsdiq edilməsi haqqında 3*.*4.2*2*-ci il tarixli, 155 nömrəli qərarının 1.1-ci bəndinə əsasən bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikas Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 6* (altmış) sual təqdim edilir. Həmin Qaydaların 3.14-cü bəndinə əsasən sertifikatlaşdırmanın test mərhələsində azı 3* (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 2* (iyirmi) dəqiqə vaxt ayrılır. Həmin Qaydaların 3.19-cu bəndinə əsasən Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 2* (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Həmin Qaydaların 3.21-ci bəndinə əsasən Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydanın müvafiq olaraq 3.14-cü və 3.19-cu bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından bəhs edən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, İddiaçı birinci sertifikasiya imtahanında keçid balını toplamamış, ona görə də təkrar sertifikatlaşmada iştirak etmiş olssa da, keçid balı tplaya bilməmişdir. Bu səbəbdən Cavabdeh direktorunun 27.*6.2*24cü il tarixli, 233 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan əmək kitabçasından görünür ki, işəgötürən Cavabdeh direktoru olduğundan işdən çıxarma əmrini də göstərilən məktəbin direktoru vermişdir. Yuxarıda qeyd olunun qanunvericilik normalarından göründüyü kimi 7 nömrəli tam orta məktəb hüquqi şəxsdir və həmin məktəbə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-sosial portalında olan əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində işə götürənin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi göstərilməsi formal xarakter daşıyır. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin digər dəlili iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar təşkilatının razılığının alınmaması ilə bağlıdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalardan bəhs edən 8*-ci maddəsində aşağıdakılar göstərilmişdir:

1. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Qanunvericilik normasından göründüyü kimi işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla yalnız o hallarda ləğv edilir ki, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş olunsun. Hazırkı halda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla yox, həmin maddənin “c” bəndində nəzərdə tutulmuş əsaslarla ləğv edilmişdir ki, bu halda müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb olunmur. İddiaçının məhkəmə kollegiyasının iclasında səsləndirdiyi yaşı 6*-dan çox olduğuna görə sertifikasiyanın könüllü olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı birinci dəfə sertifikatlaşdırmanın test mərhələsində 2*23-cü ilin iyun ayında iştirak etmiş, lakin keçid balını toplaya bilmədiyinə görə 2*24-cü ildə təkrar sertifikatlaşdırmada iştirak etmiş və yenidən keçid balını toplaya bilməmişdir. Göründüyü kimi iddiaçı birinci dəfə 6* yaşı tamam olmamış (doğum tarixi xx.xx.1963-cü ildir) sertifikatlaşdırmanın test mərhələsində iştirak etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətion9in dəlillərini iddiaçının formal mülahizələri sayır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384.*.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.*.1, 392, 393 və 4*2-4*7-ci maddələrini rəhbər tutaraq, Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *4.1*.2*24-cü il tarixli, 2(125)-45*1/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar