Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2352/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına qarşı əmlak və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-435/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədəli qızına qarşı əmlak və birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 103 adda cehiz əşyalarının, 10 adda birgə nikah dövründə alınmış əşyaların, 11 adda geyim əşyalarının, 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların naturada, bu mümkün olmadıqda isə dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi X4 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, 103 adda cehiz əşyalarının tam halda, 11 adda geyim əşyalarının tam halda, qızı Gülmiranın payına düşən 10 adda birgə nikah dövründə alınmış əşyaların tam halda, 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların yarısının özlərinin və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 məhkəməyə təkrarən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cəmi dəyəri 22.290 manat olan 103 adda cehiz əşyalarının, cəmi dəyəri 1.445 manat olan 16 adda geyim əşyalarının, qızı Gülmiranın payına düşən cəmi dəyəri 2.150 manat olan 10 adda birgə nikah dövründə alınmış cehizlik əşyaların, cəmi dəyəri 9.670 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların yarısının özlərinin və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 məhkəməyə yenidən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2022–ci il tarixli aktla 14 adda cehiz əşyalarını cavabdehlərin evindən çıxarmışdır. Odur ki, iddiası təmin olunarkən həmin 14 adda əşyaların iddia tələbindən çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəməyə təkrarən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, cəmi dəyəri 11.115 manat olan 74 adda cehiz əşyalarının, cəmi dəyəri 10.620 manat olan 15 adda birgə nikah dövründə ev üçün alınmış əşyaların natura halında yarısının və ya dəyərlərinin, birgə nikah dövründə qayınanasına məxsus mülkdə birgə vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin və dəmir talvarın dəyəri olan 55.000 manat pulun yarısının, birgə vəsait hesabına əldə edilmiş VAZ–21074 markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8.000 manat pulun yarısının cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023--cü il tarixli 2(076)-435/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şəmkir rayonu, Düyərli kəndində Cavabdeh2 Məmmədəli qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf olunan 47.490 manat pulun ½ hissəsi olan 23.745 (iyirmi üç min yeddi yüz qırx beş) manat məbəğində pul və “VAZ–21074” markalı 57–BZ–845 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 4.000 (dörd min) manat məbləğində pulun Cavabdeh1 alınıb iddiaçı X2 verilməsi, iddianın qalan hissədə və Cavabdeh2 Məmmədəli qızına münasibətdə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(076)-435/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-435/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2352/2023 saylı mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-435/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)- 2352/2023 saylı mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2352/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2352/2023
20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver