Məhkəmə qərarları › İş №2(104)-2410/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2410/2024

11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2410/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2185/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2185/2024 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddianın təmin edilməsi, Cavabdeh çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü, həmin əmlakların naturada alınması mümkün olmadıqda onların dəyəri və mebel dəstinin əvəzi olaraq verilmiş 3000 (üç min) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh 24 (iyirmi dörd) manat 40 (otuz) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2185/2024 saylı qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü, həmin əmlakların naturada alınması mümkün olmadıqda onların dəyərinin və mebel dəstinin əvəzi olaraq verdikləri 3000 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.2023-cü ildə Cavabdehla nişanlamış, xx.xx.2023-cü ildə toyu olmuş və Bakı şəhərində Orxanla kirayə tutulmuş evdə yaşamışdır. Nişan və toyu vaxtı ona əri tərəfindən çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü hədiyyə edilmişdir. Toyun səhəri gün Orxan borcunun olduğunu ona deyərək qızıl dəstini onun əlindən alaraq satmışdır. Qızılların satılmasına razılıq verməmişdir. Orxan əvəzində yeni qızıl alacağını ona demiş, lakin almamışdır. Nişan üzüyünü isə evdə saxlamış, rayona gəlib qayıtdıqdan sonra evdə tapmamışdır. Orxan üzüyü lombarda qoyub pul götürdüyünü ona demişdir. xx.xx.2023-cü ilə qədər Orxanla birlikdə yaşamış, uşağı olmamış və həmin tarixdə ayrılmışlar. Orxan evinin olmadığını deyərək cehiz əvəzində ondan pul istəmiş, o isə valideynlərindən aldığı 3000 manat məbləği Orxana vermişdir. Tələb etməsinə baxmayaraq cavabdehin ona məxsus qızılları və 3000 manat pulu qaytarmaqdan imtina etmişdir. Odur ki, məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Belə ki, Fənarənin tələb etdiyi qızılların çəkisi 32 qram deyil, 14 qram olmuşdur. O, Fənarəyə nişan və toyu vaxtı nişan üzüyü, qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti hədiyyə etmişdir. Toydan ziyanla çıxdığı üçün qızıl dəstini Fənarənin də razılığı ilə satmışlar. Fənarə ona cehiz üçün 3000 manat verməmişdir. Fənarə hər dəfə 600 manat olmaqla üç ay evin kirayə haqqını ödəmişdir. Bundan məhkəmə iddaçının ona 3000 manat verməsini belə əsaslandırmışdır ki, “Cavabdeh məhkəmədə izahat verərkən əvvəlcə iddiaçının nişan üzüyünün oğurlandığını bildirmiş, sonra isə onu özünün lombarda qoyduğunu demişdir. Bundan başqa cavabdeh iddiaçıdan 3000 manat almadığını, sonuncunun hər ay 600 manat kirayə haqqı ödədiyini demişdir. Həmçinin məhkəmədə dindirilmiş şahid də iddiaçının cavabdehə 3000 manat verdiyini təsdiq etmişdir. Cavabdehin müxtəlif mənzmunlu izahat verdiyindən məhkəmə onun həqiqəti danışmadığı, iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir.” – hansı ki, bunun sübutu üçün iddiaçının hər-hansı bir faktı olmamışdır. Şahid isə qızın anası olmuşdur. Məhkəmə isə qohumluq əlaqələrini nəzərə almadan şahid ifadəsini əsas tutaraq iddianı təmin etmişdir. Həmin evin 3 ay olmaqla aylıq 600 manat icarə haqqı ödənilməsi hissəsində isə bildirmişdir ki, sözügedən evdə o, tək yox, iddiaçı ilə birlikdə qalmışdır. O, cümlədən qızılın dəyərini isə işə baxan məhkəmə mübahisələndirmədən iddia tələbini tam təmin etmişdir. Hansı ki, işə baxan məhkəmə mübahisə olduğu üçün qızılın dəyərinin dəqiq təyin edilməsi məqsədi ilə ekspertiza təşkil etməli idi. Bundan əlavə iddiaçı ona məxsus ***-**** manat dəyəri olan barmaqcılı özü ilə aparmışdır. Məhkəmədə həmin qızılı tələb etməyinə baxmayaraq işə baxan hakim işə səthi yanaşaraq iddia tələbinə ümumiyyətlə toxunmamışdır. Bu səbəbdən də sözügedən qətnamənin qızıl tələbinin dəyəri hissəsində qismən ləğv və iddia tələbi digər hissəsində isə ümumiyyətlə rədd edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsada özü və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (atası) X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2185/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və ləğv edilmiş həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1385/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdehla İddiaçı arasında xx.xx.2023-cü ildə 6 saylı Bakı “ASAN Xidmət” X1 1555 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan “X4” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, çəkisi 32 qram, əyarı 585 olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəstinin qiyməti 3840 manat, çəkisi 2,1 qram, əyarı 585 olan nişan üzüyünü qiyməti 800 manat təşkil edir. İddiaçının təqdim etdiyi fotoşəkildən görünür ki, onun üzərində sırğa-üzük, boyunbağı, qolbaq olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən də görünür ki, cavabdeh iddiaçı tərəfindən iddia olunan qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olunduğunu inkar etmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə tərəflər xx.xx.2023-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Cavabdeh tərəfindən iddiaçıya toyu və nişanı vaxtı çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyü hədiyyə edilmiş, lakin toydan sonrakı gün cavabdeh toydan ziyanla çıxdığını bildirərək iddiaçıya hədiyyə etmiş olduğu qızıl-zinət əşyalarından çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəstini sonradn yenisini alacağını bildirərək alıb satmış, lakin sonradan əvəzində ayrı qızıl-zinət əşyası almamış, daha sonra isə nişan üzüyünü laraq lombarda qoyub borca pul götürmüşdür. Tərəflər arasındakı münasibətlər pozulduğuna görə onlar arasındakı nikah da pozulmuş, cavabdeh iddiaçıya hədiyyə olaraq vermiş olduğu qızıl-zinət əşyalarını ona qaytarmamışdır. İddia tələbini tam təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışında hər iki tərəfin verdiyi izahatlardan məlum olmuşdur ki, iddiaçıya məxsus çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti toyundan sonra cavabdeh tərəfindən onun əlindən alınaraq satılmış, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyünü isə cavabdeh özünün etiraf etdiyi kimi lombarda qoyaraq pul götürmüşdür. Cavabdeh məhkəmədə izahat verərkən əvvəlcə iddiaçının nişan üzüyünün oğurlandığını bildirmiş, sonra isə onu özünün lombarda qoyduğunu demişdir. Bundan başqa cavabdeh iddiaçıdan 3000 manat almadığını, sonuncunun hər ay 600 manat kirayə haqqı ödədiyini demişdir. Həmçinin məhkəmədə dindirilmiş şahid də iddiaçının cavabdehə 3000 manat verdiyini təsdiq etmişdir. Cavabdehin müxtəlif məzmunlu izahat verdiyindən məhkəmə onun həqiqəti danışmadığı, iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə uyğun olaraq, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci mddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi mülkiyyətçinin hüquqları qanunla qorunur və onun özgəsinin qanunsuz sahibliyindən əmlakını tələb etmək, eləcə də mülkiyyətindən istifadəsinə bu və ya digər formada maneələr törədilirsə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya vurğulayır ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçı, həm də cavabdeh həmin qızılların mövcud olmasını təsdiq etdiyindən və cavabdeh qızılları satdığını bildiyindən birinci instansiya məhkəməsi çəkisi 32 qram, əyarı 585, qiyməti 3840 manat olan qolbaq, boyunbağı, brilyant qaşlı sırğa-üzük dəsti, çəkisi 2,1 qram, əyarı 585, qiyməti 800 manat olan bir ədəd nişan üzüyününün cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində düzgün nəticəyə gəlsə də 3000 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh iddiaçıya 3000 manat pulun verilməsini bildirsə də bunu təqdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində iddiaçının anası ifadə verdiyindən məhkəmə kollegiyası onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə iddianın təmin edilmiş mebel dəstinin əvəzi olaraq verilmiş 3000 (üç min) manatın cavabdehdən tutulması hissəsində ləğv edilməli və ləğv edilmiş həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2185/2024 saylı qətnaməsi qismən - iddianın təmin edilmiş mebel dəstinin əvəzi olaraq verilmiş 3000 (üç min) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı iddiası mebel dəstinin əvəzi olaraq verilmiş 3000 (üç min) manatın alınıb ona verilməsinə dair hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edilən andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar