Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-243/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X4 iştirakları ilə, “Cehiz və qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(023)-582/2022 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Qazax Rayon Məhkəməsinin 2(023)-206/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Cavabdeh ilə Qazax rayon İcra Hakmiyyəti başçısının Çaylı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 noyabr 2011-ci il tarixdə 39 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü azyaşlının anasının himayəsində saxlanılması, 150 manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. İş materiallarında olan fotoşəkillərdə iddiaçının üzərində qızıl-zinyət əşyalarının olması müəyyən edilir.
3. “Tural” adına mağazanın rəyindən görünür ki, hazırkı bazar qiymətinə uyğun olan 1 ədəd 583 əyarlı, çəkisi 30 qram olan, qızıl tros boyunbağının qiyməti 2400 ( iki min dörd yüz) manat, 1 ədəd 583 əyarlı, çəkisi 10 qram olan, sadə qaşlı qızıl sırğa-üzük dəstinin qiyməti 850 (səkkiz yüz əlli) manat və 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan, qızıl uşaq sırğasının qiyməti 425 (dörd yüz iyirmi beş) manat təşkil edir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 9/9285 nömrəli ekspert rəyində qeyd olunur ki, 583 əyarlı, çəkisi 30 qram olan maffyoz boyunbağı qramı 80 manat olmaqla 2400 manat, 583 əyarlı, çəkisi 10 qram olan sadə qaşlı sırğa-üzük dəsti qramı 80 manat olmaqla 800 manat, 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan, qızıl uşaq sırğasının qiyməti 400 manat, ümumi dəyəri təxminən 3600 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək qiyməti 2400 ( iki min dörd yüz) manat olan 1 ədəd 583 əyyarlı, çəkisi 30 qram olan, qızıl mafyoz boyunbağı, qiyməti 1600 (bir min altı yüz) manat olan 1 ədəd 583 əyyarlı, çəkisi 20 qram olan, qızıl tros qolbağı, qiyməti 850 (səkkiz yüz əlli) manat olan 1 ədəd 583 əyyarlı, çəkisi ,10 qram olan, sadə qaşlı qızıl sırğa- üzük dəsti, qiyməti 850 (səkkiz yüz əlli) manat, 1 ədəd 583 əyyarlı, çəkisi 10 qram olan, qızıl kişi üzüyü, 1 ədəd 585 əyyarlı, çəkisi 5 qram olan, qızıl uşaq sırğası qiyməti 425 (dörd yüz iyirmi beş) manat, 1500 manat dəyərində yataq dəsti (iki nəfərlik kravat, kardirob, 2 ədəd tunbuçka, tirmo), 150 manat dəyərində 1 ədəd çilçıraq, 80 manat dəyərində 1 ədəd xalça, 50 manat dəyərində 1 ədəd naçnik, 250 manat dəyərində 1 ədəd pərdə-pakrıval dəsti, 100 manat dəyərində 1 ədəd yun pakrıval, 100 manat dəyərində 1 çüt döşək, 50 manat dəyərində 1 cüt yorğan, 40 manat dəyərində 2 ədəd yastıq, 100 manat dəyərində 2 ədəd tək döşək, 60 manat dəyərində 2 ədəd tək yorğan, 40 manat dəyərində 2 ədəd yastıq, 120 manat dəyərində ədəd cüt kravat üçün pastel dəsti, 125 manat dəyərində 3 ədəd tək kravat üçün pastel, 40 manat dəyərində 10 ədəd çay dəsmalı, 35 manat dəyərində 7 ədəd əl üz dəsmalı, 28 manat dəyərində 2 ədəd can qurulayan dəsmal, 1000 manat dəyərində 1 mebel dəsti qorka, 700 manat dəyərində 1 ədəd abedni serviz, 60 manat dəyərində 2 ədəd meyvə qabı, 70 manat dəyərində krafinka dəsti, 50 manat dəyərində qaşlı bakal dəsti (altı ədəd), 30 manat dəyərində Sadə bakal dəsti (altı ədəd), 40 manat dəyərində 4 ədəd qənd qabı, 25 manat dəyərində 2 ədəd ləpə qabı, 35 manat dəyərində tort qabı dəsti, 200 manat dəyərində çəmadan qaşıq dəsti, 15 manat dəyərində uzun balıq qabı, 20 manat dəyərində 2 ədəd sadə ləpə qabı, 43 manat dəyərində 2 ədəd mərtəbəli qab, 50 manat dəyərində armudu stəkan dəsti (6 ədəd), 80 manat dəyərində 1 ədəd gül qabı küpə formalı, 100 manat dəyərində 3 dəst bakal, 70 manat dəyərində 1 dəst Divan kreslo örtüyü, 700 manat dəyərində divan-kreslo dəsti, 400 manat dəyərində stol stul (6 ədəd stul) dəsti, 170 manat dəyərində 2 ədəd qonaq otağı pərdə dəsti, 40 manat dəyərində 6 ədəd stul örtüyü, 1050 manat dəyərində televizor Eleqant 109 diaqnal, 300 manat dəyərində 2 ədəd xalça- 5*5, 40 manat dəyərində 1 ədəd Jurnalni stol, 70 manat dəyərində 1 ədəd süfrə, 50 manat dəyərində 1ədəd Televizor üçün patstafka, 15 manat dəyərində 1 ədəd qoz çəkən, 180 manat dəyərində 1 ədəd tozsoran, 80 manat dəyərində 24 ədəd gündəlik boşqab dəsti, 200 manat dəyərində iki nəfərlik kravat, 120 manat dəyərində 1 ədəd qardirob, 20 manat dəyərində 1 ədəd tək pərdə, 50 manat dəyərində 1 ədəd pakrıval, 220 manat dəyərində 10 ədəd müxtəlif kuklalar, 100 manat dəyərində 1 ədəd xalça 3*2, 50 manat dəyərində cüt kravat üçün pastel dəsti, 700 manat dəyərində 1 ədəd soyuduçu, 900 manat dəyərində 1 ədəd paltaryuyan (LG markal 6 kq), 20 manat dəyərində 1 ədəd əl ilə paltaryuyan, 280 manat dəyərində 1 ədəd 4 gözlü qaz peçi, 300 manat dəyərində aspirator, pitiminutqa qızdırıcı və gidrafor, 130 manat dəyərində 1 ədəd sok çəkən, 70 manat dəyərində 1 ədəd ət çəkən, 40 manat dəyərində 1 ədəd mikser, 50 manat dəyərində 1 ədəd ütü, 35 manat dəyərində 1 ədəd blender, 70 manat dəyərində 1 ədəd ütü stolu, 140 manat dəyərində tefal qazan dəsti, 125 manat dəyərində şirəli qazan dəsti, 35 manat dəyərində 1 ədəd şirəli ləyən, 42 manat dəyərində 2 ədəd şirəli vedrə, 60 manat dəyərində şirəli çaynik- çaydan, 150 manat dəyərində şirniyyat bişirən peç, 70 manat dəyərində 1 ədəd saat, 30 manat dəyərində 10 ədəd paltar asılqanı, 70 manat dəyərində 1 ədəd televizor altlığı, 150 manat dəyərində kartof-soğan qabı, 10 manat dəyərində 1 ədəd şirəli su qabı, 30 manat dəyərində 5 ədəd qənd qabı, 80 manat dəyərində 7 ədəd ləpə qabı, 25 manat dəyərində 30 ədəd gündəlik istifadə edilən stəkan, 15 manat dəyərində 1 dəst rumka, 10 manat dəyərində 1 ədəd çörək qabı, 29 manat dəyərində 4 ədəd padnost, 200 manat dəyərində 1 ədəd yelləncək, 25 manat dəyərində 2 ədəd qrafinka, 200 manat dəyərində planşet telefonun özləri özləri olmadıqda isə dəyəri olan 13402 manat pulun, ona vurulmuş 400 manat ziyanın və ödənilmiş 165 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, özünə məxsus cehiz əşyalarının bir hissəsi cavabdehlər tərəfindən könüllü olaraq ona qaytarıldığını, həmin hissədə iddia tələbinin həcmini azaldaraq, Cavabdeh və X2 1500 manat dəyərində yataq dəsti (iki nəfərlik kravat, kardirob, 2 ədəd tunbuçka, tirmo), 150 manat dəyərində 1 ədəd çilçıraq, 80 manat dəyərində 1 ədəd xalça, 50 manat dəyərində 1 ədəd naçnik, 250 manat eləyərində 1 dəd pərdə-pakrıval dəsti, 100 manat dəyərində 1 ədəd yun pakrıval, 100 manat dəyərində 1 cüt döşək, 50 manat dəyərində 1 cüt yorğan, 40 manat dəyərində 2 ədəd yastıq, 100 manat dəyərində 2 ədəd tək döşək, 60 manat dəyərində 2 ədəd tək yorğan, 40 manat dəyərində 2 ədəd yastıq, 28 manat dəyərində 2 ədəd can quruluyan dəsmal, 1000 manat dəyərində qorka mebel dəsti, 700 manat dəyərində 1 ədəd abedni seviz, 60 manat dəyərində1 ədəd meyvə qabı, 70 manat dəyərində krafinka dəsti, 50 manat dəyərində qaşlı bakal dəsti, 30 manat manat dəyərində sadə bakal dəsti, 40 manat dəyərində 4 ədəd qənd qabı, 25 manat dəyərində 2 ədəd ləpə qabı, 35 manat dəyərində tort qabı dəsti, 200 manat dəyərində çəmədan qaşıq dəsti, 43 manat dəyərində 2 ədəd mərtəbəli qab, 70 manat dəyərində 1 dəst divan kreslo örtüyü, 700 manat dəyərində divan kreslo dəsti, 400 manat dəyərində stol stul dəsti, 1050 manat dəyərində televizor Eleqant 109 diaqnal, 300 manat dəyərində 2 ədəd xalça, 40 manat dəyərində 1 ədəd jurnalni stol, 50 manat dəyərində 1 ədəd tetevizor patstafkası, 900 manat dəyərində 1 ədəd LG markalı paltaryuyan, 20 manat dəyərində 1 ədəd əl ilə paltaryuyan 130 manat dəyərində ədəd sok çəkən, 70 manat dəyərində 1 ədəd ətçəkən, 40 manat dəyərində 1 ədəd mikser, 50 manat dəyərində 1 ədəd ütü, 140 manat dəyərində tefal qazan dəsti, 35 manat dəyərində 1 ədəd şirəli ləyən, 42 manat dəyərində 2 ədəd şirəli vedrə, 70 manat dəyərində 1 ədəd saat, 70 manat 1 ədəd televizor altlığı, 15 manat dəyərində 1 dəst rumka, 29 manat dəyərində 4 ədəd padnost, 200 manat dəyərində 1 ədəd yelləncək cavabdehlər tərəfindən ona qaytarıldığından, həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla el adəti ilə evlənmişdir. Nikahlarını 05 noyabr 2011-ci ildə rəsmi qeydiyyatdan keçirmişlər. Birgə nikahlarından 24 dekabr 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Ona məxsus qızıl zinət əşyaları və cehiz əşyaları cavabdehlər tərəfindən ona qaytarılmır. Dəfələrlə qızıl-zinət əşyalarının və cehiz əşyalarının qaytarılmasını tələb etsədə könüllü olaraq qaytarmaqdan imtina edirlər, daha sonra cavabdehin razılığı ilə usta, fəhlə, maşın tutaraq cehiz əşyalrını gətirmək üçün, cavabdehlərin evinə getmiş, qızıl-zinət əşyaları ilə bağlı mübahisə olduğundan cehiz əşyalarını götürə bilməmişdir.
8. Qazax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(023)-582/2022 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilərək, Cavabdeh və X2 qiyməti 2400 (iki min dörd yüz) manat olan 1 ədəd 583 əyarlı, çəkisi 30 qram olan qızıl mafyoz boyunbağı, qiyməti 850 (səkkiz yüz əlli) manat olan 1 ədəd 583 əyarlı, çəkisi 10 qram olan sadə qaşlı qızıl sırğa-üzük dəsti, qiyməti 425 (dörd yüz iyirmi beş) manat olan 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan qızıl uşaq sırğası, 15 manat dəyərində uzun balıq qabı, 20 manat dəyərində ləpə qabı, 50 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 80 manat dəyərində 1 ədəd küpə gül qabı, 100 manat dəyərində 3 dəst bakal, 15 manat dəyərində qozçəkən, 180 manat dəyərində 1 ədəd tozsoran, 80 manat dəyərində 24 ədəd gündəlik boşqab dəsti, 100 manat dəyərində 1 ədəd 3x2 xalça, 35 manat dəyərində blender, 70 manat dəyərində ütü stolu, 150 manat dəyərində şirniyyat bişirən, 200 manat dəyərində planşet telefonun özləri, özləri olmadıqda isə dəyəri olan 4770 manat pul və ödənilmiş 67.70 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. Qeyd olunan qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehlər apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(023)-582/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan qızıl almamışlar, onun heç bir qızıl-zinət əşyası onlarda olmamışdır. İddiaçı könüllü çıxıb getmiş, qızılların evdə olmasını məhkəmə araşdırmamışdır. Məhkəmə birgə nikah dövründə aldıqları əşyanı da cehiz əşyası hesab etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdehlərin vəkili R.Mahmudov məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.
13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, Cavabdehla münasibətləri pozulmuşdur və sonuncu onu evdən qovmuşdur. Evdən çıxıb gedən zaman onun əşyalarını götürmək imkanı olmamışdır. Uşaq sırğasını isə məktəbdə sırğa taxmağa icazə vermədikləri üçün çıxarıb evə qoymuşdur.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
14. 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. 152.1. Mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. 157.2. Mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
19. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
20. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
21. 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:
22. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir
23. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
28. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Apellyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən sübutların tam araşdırılmaması, məhkəməyə iddiaçının təqdim etdiyi sübutların düzgün qiymət verilməməsi qeyd olunmuşdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin halları baxımından iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır.
35. Yuxarıda qeyd edilən birinci şərti iddia tələbinin qızıl-zinyət əşyalarına dair hissədə iddiaçının təqdim etdiyi fotoşəkillər və məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə öz əksini tapmışdır.
36. Qeyd edilən ikinci şərt isə məhkəmənin bütün sübutları cəm halda qiymətləndirməsi zamanı təhlilin nəticəsi olaraq sübut olunmuşdur. Belə ki, iddiaçı cavabdeh ilə nikahını sonlandırmış, bundan sonra birgə yaşadıqları evi tərk etmişdir. Belə olan halda özünə məxsus hər hansı əşyanı özü ilə aparması mümkün olmamışdır.
37. İş üzrə üçüncü şərt isə mövcud qanunvercilik normalarında öz əksini tapmışdır.
38. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlanma müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçıya hədiyyə edilmiş və ona məxsus olan əmlakların .abdehdə olması və bu əmlakların iddiaçıya qaytarılmaması iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnu pozur.
39. Apellyasiya şikayətinin dəlili kimi həm də qızıl-zinyət əşyasının dəyərinin şişildilməsi qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 9/9285 nömrəli ekspert rəyində qeyd olunur ki, 583 əyarlı, çəkisi 30 qram olan maffyoz boyunbağı qramı 80 manat olmaqla 2400 manat, 583 əyarlı, çəkisi 10 qram olan sadə qaşlı sırğa-üzük dəsti qramı 80 manat olmaqla 800 manat, 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan, qızıl uşaq sırğasının qiyməti 400 manat, ümumi dəyəri təxminən 3600 manat müəyyən edilir.
41. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Məhkəmə kollegiyası eksert rəyini mötəbər sübut kimi qiymətləndirir və digər sübutlarla birgə hüquqi qiymət verir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.
44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(023)-582/2022 nömrəli qətnaməsi- qiyməti 850 (səkkiz yüz əlli) manat olan 1 ədəd 583 əyarlı, çəkisi 10 qram olan sadə qaşlı qızıl sırğa-üzük dəsti, qiyməti 425 (dörd yüz iyirmi beş) manat olan 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan qızıl uşaq sırğası və əmlakların dəyəri olan 4770 manat pul hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh və X2 qiyməti 2400 (iki min dörd yüz) manat olan 1 ədəd 583 əyarlı, çəkisi 30 qram olan qızıl mafyoz boyunbağı, qiyməti 800 (səkkiz yüz) manat olan 1 ədəd 583 əyarlı, çəkisi 10 qram olan sadə qaşlı qızıl sırğa-üzük dəsti, qiyməti 400 (dörd yüz) manat olan 1 ədəd 585 əyarlı, çəkisi 5 qram olan qızıl uşaq sırğası, 15 manat dəyərində uzun balıq qabı, 20 manat dəyərində ləpə qabı, 50 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 80 manat dəyərində 1 ədəd küpə gül qabı, 100 manat dəyərində 3 dəst bakal, 15 manat dəyərində qozçəkən, 180 manat dəyərində 1 ədəd tozsoran, 80 manat dəyərində 24 ədəd gündəlik boşqab dəsti, 100 manat dəyərində 1 ədəd 3x2 xalça, 35 manat dəyərində blender, 70 manat dəyərində ütü stolu, 150 manat dəyərində şirniyyat bişirən, 200 manat dəyərində planşet telefonun özləri, özləri olmadıqda isə dəyəri olan 4695 (dörd min altı yüz doxsan beş) manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.