Məhkəmə qərarları › İş №2(104)-2448/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2448/2023

17.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2448/2023 17.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və pulun bölunməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Nasir qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və yaranmış borcun bölünməsi” tələblərinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(013)- 1946/2023 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və pulun bölunməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla birgə nikah dövründə əldə olunmuş on yeddi baş ana qoyun, on yeddi baş quzu və 0,50 ha torpaq sahəsinə görə verilmiş 1000 manat məbləğinin yarısının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2015-ci il tarixli X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Artıq xeyli vaxtdır ki, onlar faktiki olaraq ər-arvad kimi yaşamır və birgə təsərrüfat aparmırlar. Cavabdehin ona qarşı təzyiqləri və hücümları nəticəsində yaşadığı evdən çıxaraq valideynlərinin evinə sığınmalı olmuşdur. Ağdam rayon Polis şöbəsinə sorğu göndərmiş və həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh Polisə etiraf etmişdir ki, on yeddi baş qoyun, on yeddi baş quzunu evdən aparmışdır. Sonradan onlara məlum olmayan səbəbdən qoyunlar satılmışdır. Dövlət Məşğulluq tərəfindən onların ailəsinə verilmiş, on yeddi ana qoyun və on yeddi quzu isə cavabdehdən alınmamışdır. Əlavə olaraq qeyd edir ki, birgə nikah dövründə 0,50 ha torpaq sahəsi icarəyə götürmüş və həmin torpaq sahəsinə 1000 manat ödəmişlər. Pulu verdikləri X1 pulun alınmasını təsdiq edir və sübut olaraq ona qəbz yazıb vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Nasir qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və yaranmış borcun bölünməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş 850 manat dəyərində 7 kiloqramlıq LG markalı paltaryuyan, 70 manat dəyərində QUİKS markalı miksel, 1000 manat dəyərində Şhivaki markalı kondisioner, 100 manat dəyərində bir ədəd gəbə, 70 manat dəyərində ütü, 50 manat dəyərində ütüaltı, ümumi dəyəri 540 manat olan 60 ədəd toyuq və "xxxx" ASC-dən kredit götürdüyü 1000 manat məbləğin yarısının olmaqla, cəmi 2760 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdeh İddiaçı ilə 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Həmin nikahdan 2 övladları olmuşdur. Cavabdehlə ər-arvad münasibətləri 2022-ci ilin dekabr ayının 25-də pozulmuşdur. Bu səbəbdən o və valideynləri Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində dövlət tərəfındən valideynlərinə verilmiş 3 otaqlı evdən çıxmışlar. Evdən çıxarkən bütün cavabdehə məxsus əmlaklar, həmçinin birgə nikah dövründə aldığları əşyalar həmin evdə qalmışdır. Onlara 2021-ci ildə Məşğulluq orqanı tərəfındən 21 baş qoyun verilmişdir. Həmin qoyunların 4 başı satılaraq ümumi istifadəyə xərclənmişdir. Evdən çıxan zaman 17 baş qoyun və 4 baş quzu aparmışdır. Həmçinin nikah dövründə onların təsərrüfatlarında 60 ədəd toyuq var idi. Həmin toyuqların hər birinin dəyəri 9 manatdır. Evdən çıxan zaman həmin toyuqlar cavabdehdə qalmışdır. Birgə nikah dövründə 850 manat dəyərində LG markalı paltaryuyan (7 kq-lıq), 70 manat dəyərində Quiks markalı miksel, 1000 manat dəyərində Şhivaki markalı kondisoner, 100 manat dəyərində 1ədəd gəbə, 70 manat dəyərində ütü və 50 manat dəyərində ütüaltı almışlar. Həmin əşyalarda cavabdeh yaşadığı evdə qalmışdır. Bundan əlavə o, xx.xx.2022-ci ildə “Yelo Bank" ASC-dən 1000 manat kredit götürüb ailənin borclarını ödəmişdir. Cavabdein atası da zamin olmuşdur. Krediti isə hazırda da özü ödəyir. Cavabdeh valideynlərini və onu evə buraxmır, evə yaxınlaşan kimi 102 xidmətinə zəng vurur, onu və valideynlərini şantaj edir. Məhkəməyə verdiyi iddia ərizələrində elə göstərir ki, guya evdən cavabdeh çıxıbdır. Ancaq bu tamamilə yalandır, evdən o çıxmışdır. Cavabdeh iddia ərizəsində nikah dövründə icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı kimi ödənilmiş 1000 manat pulun yarısının alınıb ona verilməsini xahiş edir. Ancaq məlumat üçün bildirir ki, torpaq sahəsi 2020-ci ildə 5 il müddətinə icarəyə götürülüb və 1000 manat ödənilib. Cavabdehin təqsirli hərəkətləri nəticəsində isə həmin torpaqdan hazırda qaydasında istifadə edə bilmir. Ona görə də o hesab edir ki, məhkəmə qarşılıqlı iddia təmin olunaraq birgə nikah dövründə alınmış 850 manat dəyərində LG markalı paltaryuyan (7 kq-lıq), 70 manat dəyərində Quiks markalı miksel, 1000 manat dəyərində Şhivaki markalı kondisoner, 100 manat dəyərində 1ədəd gəbə, 70 manat dəyərində ütü, 50 manat dəyərində ütüaltı, ümumi dəyəri 540 manat olan 60 ədəd toyuq və "xxxx" ASC-dən kredit götürdüyü 1000 manat məbləğin yarısının olmaqla cəmi 2760 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Ağdam Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(013)-1946/2023 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) ilkin iddiadın qismən təmin edilməsi, Cavabdeh birgə nikah dövründə əldə olunmuş iyirmi bir baş qoyun heyvanın satılmasından əldə edilmiş 1425 (bir min dörd yüz iyirmi beş) manatın alınaraq İddiaçı verilməsi, İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan - on üç baş qoyun heyvanının dəyərinin və 0,50 ha torpaq sahəsinə verilmiş 1000 manat məbləğin bölünməsi tələbinə dair hissəsində rədd edilməsi, Cavabdeh 34 (otuz dörd) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı birgə nikah dövründə əldə olunmuş 850 manat dəyərində 7 kiloqramlıq LG markalı paltaryuyan, 1000 manat dəyərində Şhivaki markalı kondisioner, ümumi dəyəri 270 manat olan 30 ədəd toyuğun dəyərinin yarısı, "xxxx" ASC-dən kredit götürülərək Cavabdeh tərəfindən ödənilmiş 1000 manat məbləğində kreditin yarısı – cəmi 1560 (bir min beş yüz altmış) manatın alınaraq Cavabdeh verilməsi, Cavabdeh İddiaçı qarşı olan iddiasının qalan - 70 manat dəyərində QUİKS markalı miksel, 100 manat dəyərində bir ədəd gəbə, 70 manat dəyərində ütü, 50 manat dəyərində ütüaltı, ümumi dəyəri 270 manat olan 30 ədəd toyuğun bölünməsi tələbinə dair hissəsində rədd edilməsi və İddiaçı 35 (otuz beş) manat 60 (altmış) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir. İşdə olan sübutlar: Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-61/2-8947/2023 saylı məktubu və ona əlavə olunmuş beş vərəqdən ibarət sənədlərin surətindən görünür ki, X6 onun qızı ilə Cavabdeh məhkəmədə nikahın pozulması barədə iddiası olduğu vaxt sonuncunun 17 baş qoyun və 7 baş quzunu aparmasına narazılıq etmişdir. Həmin vaxt polis əməkdaşlarına izahat verən Cavabdeh dövlət tərəfindən ona 21 baş qoyun verildiyini etiraf etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-308/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilərək onunla İddiaçı arasında xx.xx.2017-ci ildə Ağdam rayon İcra Hakimiyyəti başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 18 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2015-ci ildə anadan olmuş Aynişan və xx.xx.2018-ci ildə anadan olmuş Aqşin adlı uşaqların yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında saxlanılması, Cavabdeh həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(013)-1946/2023 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(013)-1946/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh məhkəmə iclasında tamam yalan ifadə vermişdir. O ifadəsində QUİKS markalı miksel, LG markalı paltaryuyan, Şhivaki markalı kondisioner və ütü altı iddia etmişdir. O bu iddia ilə tamamilə razı deyil və qarşılıqlı iddianı qəbul etməyərək ilkin tələb etdiyi iddianı müdafiə edir. Cavabdehin yaxın qohumu Ağdam Rayon Məhkəməsində işlədiyi üçün Ağdam Rayon Məhkəməsində keçirilən iclasların onun əleyhinə işləməsini göstərir. Cavabdehin tələbləri formal tələblərdir, lakin onun əlində sübutları vardır. Ağdam rayon Polis Şöbəsinin qərarı onun əlində böyük sübutdur. Hesab edir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəməyə maddi sübutlar təqdim etdiyinə görə məhkəmə bunları nəzərə almalıdır, onun hüquqları qorunmalı və qanunla qorunan mənafeyi pozulmamalıdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şiakyətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onlar həqiqətən də birgə nikah dövründə “LG” markalı paltaryuyan, Şhivaki markalı kondisioner və 30 ədəd toyuq əldə etmişlər. İddia ərizəsində on yeddi ana qoyun və on yeddi quzu göstərilsə də əslində yeddi quzu olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, 3 il əvvəl qoyunların otarılmasının təmin etmək üçün 0,50 ha torpaq sahəsi icarəyə götürüb yonca əkmiş və 1000 manat da icarəyə götürdüyü şəxsə icarə haqqı vermişdir. Birgə nikahda yaşdıqları 3 il ərzində həmin torpaq sahəsindən istifadə etmişdir. Hazırda isə həmin sahədən istifadə etmir. 2022-ci ilin dekabr ayında faktiki olaraq ayrılmışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Müki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk və qarşılıqlı iddiaları qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər birgə nikah dövründə iyirmi bir baş qoyun, 850 manat dəyərində 7 kiloqramlıq LG markalı paltaryuyan, 1000 manat dəyərində Şhivaki markalı kondisioner, ümumi dəyəri 270 manat olan 30 ədəd toyuq əldə etmişlər. İddiaçı qoyunların qiyməti barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, Cavabdeh isə onların cəmini 2850 manata satdığını bildirmişdir. İddiaçı iddia ərizəində qoyunların sayının 34 baş olduğunu göstərmiş, onun atası isə Ağdam Rayon Polis Şöbəsinə şikayət edərkən 24 baş olduğunu qeyd etmişdir. Cavabdeh isə qoyunların 21 baş olduğunu etiraf etmişdir. İddiaçı 21 başdan artıq qoyun olduğunu məhkəmədə sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə qoyunların cəminin 21 ədəd, qiymətinin isə 2850 manat olması qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunan əmlakların qiyməti barədə tərəflərin fikirləri arasında hər hansı bir ziddiyyət olmadığından məhkəmə tərəflərin sözügedən əmlakları düzgün qiymətləndirmələri qənaətinə gəlmişdir. Həmçinin, işə baxılarkən müəyyən olunmuşdur ki, Cavabdeh birgə nikah dövründə "xxxx"ASC-dən 1000 manat kredit almışdır. Tərəflər arasında nikah pozulduğu vaxt kredit məbləği tam olaraq ödənilməmişdir. Belə olan halda 1000 manatın yarısını təşkil edən 500 manat pul M.N.İddiaçıŞükürova ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bankdan götürülmüş borc məbləğinin bölünməsi nəticəsi istisna olmaqla, digər hissələrdə düzgün nəticəyə gəlmiş və həmin hissədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsində on yeddi ana qoyun və on yeddi quzu göstərilsə də əslində yeddi quzu olduğunu, iddiaçı isə ümumilikdə 21 qoyunun mövcud olduğunu bildirmişdir. İlk iddia üzrə iddiaçı isə 21 başdan artıq qoyun olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkmə kollegiyasının iclasında da ilk iddia üzrə iddiaçı birgə nikah dövründə “LG” markalı paltaryuyan, Şhivaki markalı kondisioner və 30 ədəd toyuq əldə etdiklərini etiraf etmişdir ki, bununla da ilk iddia üzrə iddiaçının hansı səbəbdən qarşılıqlı iddianın qismən təmin olunmasından narazı qalması anlaşılan olmamışdır. Lakin, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh birgə nikah dövründə, yəni 11 avqust 2022-ci il tarixdə 12 ay müddətinə qaytarmaq şərti ilə "xxxx"ASC-dən 1000 manat məbləğində borc pul almışdır. Həmçinin, müəyyən edilmişir ki, tərəflər arasında ailə münasibətləri 2022-ci ilin dekabr ayında faktiki olaraq dayanmış və onlar ayrı təsərrüfat aparmışlar. 2022-ci ilin yanvar ayına kimi isə borc məbləği ödənilmişdir ki, həmin tarixədək olan ödənişlər birgə nikah dövründə əldə edilmiş qazanc hesabına ödənilmiş məbləğ hesab olunmuşdur. İş materiallarında olan ödəniş cəvəlindən isə görünür ki, 2022-ci ilin yanvar ayına qalıq borc məbləği təxminən 600 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi isə səhvən birgə nikah dövründə banka ödənilmiş pul məbləğini də tərələr arasında bölmüşdür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" ASC-dən götürülmüş 1000 manat məbləğində borc məbləğinin yarısının, yəni 500 manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutulması və cəmi məbləğ hissəsində dəyişdirilməli, İddiaçı birgə nikah dövründə əldə olunmuş 850 manat dəyərində 7 kiloqramlıq “LG” markalı paltaryuyan, 1000 manat dəyərində “Şhivaki” markalı kondisioner, ümumi dəyəri 270 manat olan 30 ədəd toyuğun dəyərinin yarısı və "xxxx" ASC-dən götürülmüş borc məbləğinə görə 600 manatın yarısı – cəmi 1360 (min üç yüz altmış) manat alınaraq, Cavabdeh verilməli, apelyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağdam Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(013)-1946/2023 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(013)-1946/2023 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı birgə nikah dövründə əldə olunmuş 850 manat dəyərində 7 kiloqramlıq “LG” markalı paltaryuyanın, 1000 manat dəyərində “Şhivaki” markalı kondisionerin, ümumi dəyəri 270 manat olan 30 ədəd toyuğun dəyərinin yarısı və "xxxx" ASC-dən götürülmüş qalıq borc məbləğinə görə 600 manatın yarısı, cəmi 1360 (min üç yüz altmış) manat alınaraq, Cavabdeh verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar