Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2452/2024 23.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızının, X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı hüquqi varisi Nümayəndə3 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “əmlakın müsadirə siyahısından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə” dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 7 iyul 2021-ci il tarixli, 2(043)-1596/2021 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 148,4 kv/m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binasının və 2747 kv.m. torpaq sahəsinin müsadirə siyahısından çıxarılaraq onun mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 7 iyul 2021-ci il tarixli, 2(043)-1596/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçının hüquqi varisi Nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1581/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının hüquqi varisi Nümayəndə3 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-355/2023 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin 13 iyul 2022ci il tarixli, 2(104)-1581/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1294/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuş, İddiaçı xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında olan 2747 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 148.4 kv.m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188.9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binasının müsadirə siyahısından çıxarılaraq, onun mülkiyyətinə qaytarılması qət edilmişdir. Maraqlarına toxunan şəxs Məsimova İradə Musa qızı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3171/2024 nömrəli qərarı ilə maraqlarına toxunan şəxs Məsimova İradə Musa qızının kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 1294/2024 nömrəli, 18 may 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(102)-3171/2024 nömrəli məktubla Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək maraqlı şəxs Məsimova İradə Musa qızı tərəfindən daxil olmuş müraciətin araşdırılması məqsədi ilə iş materiallarının Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh və maraqlarına toxunan şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və maraqlarına toxunan şəxsin iştirakı olmadan baxmışdır. İddiaçı hüquqi varisi Nümayəndə3 nümayəndəsi və vəkili məhkəmə iclasında işin apellyasiya baxışından çıxarılması və Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) iş materiallarını araşdırıb hesab edir ki, hazırlki iş apellyasiya baxışından çıxarılmalı və iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İşin apellyasiya baxışından çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi dair Mülki Prosessual qanunvericilikdə nəzərdə tutulmadığınbdan məhkəmə, analoji münasibətləri tənzimləyən hüquq normalarına istinadən hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 13.4, 384, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “əmlakın müsadirə siyahısından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə” dair mülki iş apellyasiya baxışından çıxarılsın. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə qarşı “əmlakın müsadirə siyahısından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə” dair mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2452/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2452/2024
23.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver