Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2487/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(076)-1436/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4300 manat dəyərində qızıl-zinət əşyalarının, həmin əşyalar mövcüd olmadıqda isə dəyərinin, ödədiyi 50 manat mediasiya xərci, 13 manat dövlət rüsumu və qızılların qiymətləndirilməsi ilə bağlı ödədiyi 80 manat rüsumun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(076)-1436/2023 saylı qiyabi qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bir ədəd brilyant qaşlı, sallama formalı ağ qızıldan 750 əyarlı, 4.6 karatlı, çəkisi 30 qramlı dəyəri 3900 manat olan qarnitur (kolye, bilərzik, üzük, sırğa) və bir ədəd Rusiya istehsalı briliyant qaşlı, 583 əyarlı 0.18 karatlı çəkisi 4.2 qaramlı dəyəri 400 manat olan köhnə ulduz formalı qızıl üzükdən ibarət qızılzinət əşyalar naturada, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin alınaraq İddiaçı verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 (on üç) manat dövlət rüsumu, 50 (əlli) manat mediasiya xərci və 80 (səksən) manat qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair xərcim tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(076)-1436/2023 saylı qərardadı ilə (hakim H.Məhəmmədi) ərizə qanunla müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılmışdır. Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(076)-1436/2023 saylı qəradadından narazı qalan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o qiyabi qətnaməni ləğvi barədə ərizəni məhkəməyə 24 iyul 2023-cü il tarixdə təqdim etmiş, lakin məhkəmənin dəftərxanasında ərizəsinin qəbul edilməsi barədə ona heç bir sənəd verilməmişdir. Buna görə də hesab edir ki, ərizəni qanunla müəyyən edilmiş müddətdə vermişdir. Şəmkir Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(076)-1436/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(076)-1436/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən göürünür ki, Cavabdeh2 Şəmkir Rayon Məhkəməsinin 2(076)-1436/2023 nömrəli qiyabi qətnaməsini 14 iyul 2023-cü il tarixdə almışdır. İş materiallarına olan qiyabi qətnamənin ləğvi barədə ərizədən isə görünür ki, ərizə Şəmkir Rayon Məhkəməsinə 26 iyul 2023-cü il tarixdə təqdim edilmişdir. Ərizəçi qiyabi qətnaməni ləğvi barədə ərizəni məhkəməyə 24 iyul 2023-cü il tarixdə verdiyini iddia etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmiş, birinci instasniya məhkəməsinin gəlidiyi nəticə isə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası ərizəçiyə izah edir ki, qiyabi qətnamənin ləğvi barədə ərizə verə bilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək və ya ümumi qaydada qətnamədən apellyasiya şikayəti vermək hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 244,130, 398 və 402-ci maddələrini rəhbər tutaraq qə r a r a a l d ı : Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(076)-1436/2023 saylı qəradadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2487/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2487/2023
25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver