Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-280/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-147/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərtər rayon Köçərli Bələdiyyəsinin DT və XK-in Tərtər rayon Şöbəsinin müdirinə ünvanladığı məktibun surətində Tərtər rayon Azadqaraqoyunlu kənd sakini İddiaçı bələdiyyə mülkiyyətində olan yararsız torpaq sahəsindən 60 kv.metr torpaq sahəsi sahibkarlıq məqsədi ilə ona satılması barədə ərizə rəy verilməsi və digər sənədlərin hazırlanması üçün göndərilmişdir. xx.xx.2006-cı il tarixli orderin surətindən görünür ki, İddiaçı Tərtər rayon Köçərli Bələdiyyəsinin hesabına 20 AZN ödəmişdir. Tərtər rayon Köçərli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 20 saylı qərarının surətindən görünür ki, İddiaçı alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 60.0 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. 30 dekabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Tərtər rayon Köçərli kənd ərazisindən xx.xx.2006-cı ildə torpaq sahəsi almaq barədə müraciət etmişdir. 60.kv.metr torpaq sahəsinin ona satılması xx.xx.2006-cı ildə qərara alınmışdır. Bu məqsədlə o, “Kapital Banka” 20 AZN haqq ödəmişdir. Akt xx.xx.2006-cı ildə tərfib olunmuş və imzalarla təqdiq edilmişdir. 18 may 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Rayon İdarəsinin xx.xx.2011-ci il tarixli, 3180 saylı arayışına və xx.xx.2011-ci il tarixli, 01199800 saylı çıxarışına əsasən Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,09 ha torpaq sahəsi X1. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Rayon İdarəsinin xx.xx.2011-ci il tarixli, 3180 saylı arayışına və xx.xx.2011-ci il tarixli, 01199800 saylı çıxarışına əsasən Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,09 ha torpaq sahəsi X8 məxsusdur. Müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmadığı və özgəninkiləşdirilməsinə qadağan qoyulmadığı qeyd edilmişdir. Satıcı daşınmaz əmlakı 0,09 ha torpaq sahəsini 3000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üçün xərclər, X9 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,09 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə **********05 reyestr nömrəsi ilə X3 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X6 (üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, Azərbaycan Respublikası DƏDRX-in Tərtər Ərazi İdarəsi) qarşı cavabdeh X3 adına verilmiş Bədə rayon Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Tərtər DT və XK tərəfindən verilmiş notariat kontoru tərəfindən verilmiş **********05 reyestr nömrəli “Daşınmaz əmlakın bağlanma müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh X6 (üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi) qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən cavabdeh X3 adına verilmiş reyestr nömrəsi **********05 olan, Seriya MA ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər rayonu Azadqaraqoyunlu kəndində yaşayır. Xeyli müddətdir ki, Tərtər rayon Köçərli kəndi ərazisində Bələdiyyəyə məxsus torpaq sahəsində 60 kv.metr sahədə avtomobillərin mühərrik ustası və çilingər kimi işləmişdir. Tərtər rayon Köçərli kənd ərazisində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədi üçün ona 60 kv.metr torpaq sahəsi ayrılmışdır. Tərtər rayon Köçərli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən ona sahibkarlıq məqsədi ilə 60 kv.metr torpaq sahəsinin sxematik plan sənədi hazırlanaraq verilmişdir. Tərtər DT və XK-in rayon şöbəsi 60 kv.metr torpaq sahəsinin ayrılmasını təsdiq etmişdir. Həmin torpağın alınması üçün lazım olan sənədləşmə işi başa çatdırılmışdır. Torpağların alqı-satqısına dair 2006-cı il 30 dekabr tarixdə 81 nömrəli akt qeydə alınmışdır. Tərtər DT və XK tərəfindən verilmiş **********205 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş və notarial qaydada alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmış torpaq sahəsi ilə üst-üstə düşüdüyü üçün sürüşmə koordinatlarına aid etmək mümkün olmamışdır. Bu haqda ona rəsmi cavab göndərilmişdir. Ona məxsus torpaq sahəsi təkrarən başqa şəxsə satılmışdır. Həmin sənədin mümkünsüzlüyünü etibarsız hesab etdiyini, belə ki, 2006-cı ildən torpaq sahəsi onun sərəncamında olduğunu bildirmişdir. İddia ərizəsində texniki səhv olaraq cavabdehin soyadını Cəfərov kimi göstərmişdir, əslində onun soyadı sənədlərdə Səfərov kimi göstərilmişdir. Qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Göstərdiklərinə əsasən məhkəmədə cavabdeh X6 (üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi) qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən cavabdeh X3 adına verilmiş reyestr nömrəsi **********05 olan, Seriya MA ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X9 iddia ilə bağlı məhkəməyə etiraz və mülahizələr təqdim etmiş və göstərmişdir ki, iddiaçının qanunla ona məxsus olan və onun mülkiyyətində olmayan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən 0,09 ha sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuş torpaq sahəsini heç bir aidiyyət olmamışdır. Belə ki, bütün sənədləşmələrdən görünür ki, o, həmin torpaq sahəsini X7 xeyli müddət bundan əvvəl almış və 18 may 2011-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə hər bir sənədləşməyə qanunun tələblərinə uyğun olaraq riayət etməklə həmin ildə tam sənədləşməni bitirərək rəsmiləşdirmiş və mülkiyyət hüququ əldə etmişdir. Sənədləşdirmənin nəticəsi olaraq xx.xx.2011-ci ildə hüquqları X5 daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı çıxarış almışdır. Həmin sənədin notarial qaydada təsdiq olunmuş formasını təqdim etmişdir. İddiaçının uzun müddət əvvəl onu adına olan torpaq sahəsində deyil, X4 hazırda həmin ərazidə yerləşən torpaq sahəsində, qanunsuz, heç bir sənəd olmadan dəmir materialdan hazırlanmış “budka”sı olmuşdur. Həmin ərazi tikinti texniki normalara uyğun olmayan, ərazinin görünüşünü korlayan, yöndəmsiz belə dəmir materialdan olan “budka”lardan təmizlənmişdir. Ərazidə abadlıq inkişaf işləri aparılmağa başlanmışdır. O da gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunla nəzərdə tutulmuş qaydada həmin ərazidə yerləşən iddiaçıya heç bir aidiyyəti olmayan yerdən və X7 pulunu ödəmək şərti ilə torpaq sahəsini almışdır. X12 onun yaxınıdır. Ona məxsus olan həmin torpaq sahəsinə ehtiyacı olmadığı üçün ona satmışdır. İddiaçının ümumiyyətlə həmin yerdə qanuni koordinatları bəlli olmayan torpaq sahəsi olmuşdur. Ola bilər ki, iddiaçıda hər hansı bələdiyyə sənədləri olmuş olsun, lakin həmin sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmamış və kötüyü olmayan sənəd olduğunu göstərmişdir. Həmin sənədləşməni aparmadığından iddiaçının adına hər hansı bir mülkiyyət hüququnu təsdiq edən sənəd olmamışdır və iş materiallarına əlavə edilməmişdir. Buradan belə aydın olmuşdur ki, iddiaçıya həmin torpaq sahəsi maraqlı olmamışdır. Hazırda torpağın qiyməti bahalaşdığından iddiaçı köhnəlib saralmış, əldən düşmüş, heç bir hüquqi əhəmiyyəti olmayan sənədlərlə ona qarşı əsassız olan iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əvvəl Aqil əsassız olaraq xərcini çəkməklə torpağı sürüşdürməsini və onun yerində tikili inşa etdirməsini təklif etmişdir. Onun bu təklifinə razı olmamışdır. Qanunla sənədləşdirdiyi, sahibi olduğu torpaqdan çıxmaq istəmədiyini göstərmişdir. Bir daha qeyd etmişdir ki, İddiaçı qanunsuz tələb etdiyi torpağı çox yaxını olan X10 istifadə edir. Yaxın olduğu üçün ondan torpağı tələb etmir. Əsassız olaraq ondan tələb edir. Belə ki, son müddətdə 2 dəfə həmin ərazini ölçdürmək və torpaq sahəsinin koordonatlarını müəyyən etmək, həmçinin mübahisəyə son qoymaq üçün mütəxəssisə müraciət etmiş, onun qanunla mülkiyyətində olan torpaq sahəsinin koordinatları sənədlə hazırda istifadəsində olan torpaq sahəsinə düşmüşdür. İddiaçıya koordinatları müəyyən olmayan torpaq sahəsini başqa adamın yerində axtarmasını və ona qarşı əsassız iddiasından əl çəməsini tələb etmişdir. İddiaçının əlində onun mülkiyyətində və sahibliyində olan torpaq sahəsinə görə hər hansı bir hüquqmüəyyənedici, mülkiyyət hüququnu təsdiq edən sənədi mövcuddursa təqdim etməsini və onun haqsız olmasını sübut etməsini bildirmişdir. Onun çıxarışla ona məxsus olan torpaq sahəsinə sahiblik, istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququ vardır və onu hüququndan heç kim məhrum edə bilməz. Bu onun mülkiyyətçi kimi qanunla qorunan hüququdur. Qənamə qəbul edilərkən göstəriklərinin nəzərə alınmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)147/2023 saylı qətnaməsi ilə (hakim K.Rzayev) İddiaçı cavabdeh X6 (üçüncü şəxslər Tərtər rayon Notariat Ofisi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi) qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsi tərəfindən cavabdeh X3 adına verilmiş reyestr nömrəsi **********05 olan, Seriya MA ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı istifadəsinə Tərtər rayon Azadqaraqoyunlu kəndindən bələdiyyə mülkiyyətində olan yararsız torpaq sahəsindən 60 kv.metr torpaq sahəsi sahibkarlıq məqsədi ilə ona satılması barədə ərizə rəy verilməsi və digər sənədlərin hazırlanması üçün DT və XK-ə göndərilmişdir. xx.xx.2006-cı il tarixli orderlə, İddiaçı Tərtər rayon Köçərli Bələdiyyəsinin hesabına 20 AZM ödəmişdir. Tərtər rayon Köçərli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 20 saylı qərarı ilə, İddiaçı alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 60.0 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. 30 dekabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Tərtər rayon Köçərli kənd ərazisindən xx.xx.2006-cı ildə torpaq sahəsi almaq barədə müraciət etmişdir. 60.kv.metr torpaq sahəsinin ona satılması xx.xx.2006-cı ildə qərara alınmışdır. Bu məqsədlə o, “Kapital Banka” 20 AZN haqq ödəmişdir. Akt xx.xx.2006-cı ildə tərtib olunmuş və imzalarla təqdiq edilmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Tərtər rayon Köçərli kənd ərazisində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədi üçün ona 60 kv.metr torpaq sahəsi ayrılmış, Tərtər rayon Köçərli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən ona sahibkarlıq məqsədi ilə 60 kv.metr torpaq sahəsinin sxematik plan sənədi hazırlanaraq verilmiş, Tərtər DT və XK-in rayon şöbəsi 60 kv.metr torpaq sahəsinin ayrılmasını təsdiq etmiş, həmin torpağın alınması üçün lazım olan sənədləşmə işi başa çatdırılmışdır. Torpağların alqı-satqısına dair 2006-cı il 30 dekabr tarixdə 81 nömrəli akt qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən onun sorğusuna verilmiş cavabdan görünür ki, Tərtər DT və XK tərəfindən verilmiş **********205 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş və notarial qaydada alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmış torpaq sahəsi ilə üst-üstə düşüdüyü üçün sürüşmə koordinatlarına aid etmək mümkün olmadığı göstərilmişdir. İddiaçı bütün bu göstərdikləri ilə bağlı 2006-cı ildə hazırda mövcud olmayan DT və XK tərəfindən tərtib edilmiş sənədləri təqdim etsə də həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri, torpaq sahəsinin koordinatları və yerləşmə yerini müəyyən edən sənədlərini təqdim etməmişdir. Halbuki, bu sənədlər iddia tələbi üzrə ən zəruri sənədlər hesab edilir. Beləliklə iddiaçının tələb etdiyi torpaq sahəsinin hansı koordinatlarda yerləşdiyi, sərhədlərinin məlum olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, həmin torpaq sahəsinin iddiaçının adına olması ilə bağlı hüquqi sənəd olmamışdır. Göründüyü kimi İddiaçı Tərtər rayon Köçərli Bələdiyyəsinin 2006-cı ildə tərtib edilmiş ilkin sənədlərə istinad etməklə, cavabdehə verilmiş qanunamüvafiq qaydada notarial qaydada alqı-satqı yolu ilə alınmış torpaq sahəsinə görə aldığı Çıxarış sənədinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin torpağın yerləşmə yerini müəyyən edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məkkəmə iclasında elan edilmiş cavabdeh Əhməd Səfərovun etiraz ərizəsində göstərmişdir ki, o, həmin torpaq sahəsini X7 xeyli müddət bundan əvvəl almış və 18 may 2011- ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə hər bir sənədləşməyə qanunun tələblərinə uyğun olaraq riayət etməklə həmin ildə tam sənədləşməni bitirərək adına rəsmiləşdirmişdir. Sənədləşdirmənin nəticəsi olaraq xx.xx.2011-ci ildə hüquqları X5 daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı çıxarış almışdır. Bu göstərilənlə bağlı o, aidiyyəti sənədləri, sübutları məhkəməyə təqdim etmişdir. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız 2006-cı ildə tərtib edilmiş bir neçə sənədi təqdim etmiş, lakin həmin torpaq sahəsinin sərhədləri, texniki göstəriciləri ilə bağlı sənədləri təqdim etməmiş, formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətlənmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi cavabdehə məxsus mülkiyyətdir və onun həmin torpaq üzərində sərəncam vermək hüququ qanuni qaydada həll edilmişdir. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qismində məhkəmədə izahat verməyən cavabdeh ona qarşı qərəzli mövqe tutur onun sənədləri əlində doğrudüzgün olan halda torpaq sahəsini zəbt edib onu torpağından istifadə etməyə qoymur. Birinci instansiya məhkəməsi ona qarşı qərəzli mövqe tutmuşdur. Məhkəmənin qərəzli mövqe tutması ondan bəllidir ki, məhkəmə qətnaməni onun xeyrinə qət edərək iddianı təmin etməmişdir. Cavabdehin vermiş olduğu izahat formaldır. Onun əlində sübutları vardır və o, iddiasını müdafiə edir. O, cavabdehin tələbi və izahatı ilə qətiyyən razılaşmır. Hesab edir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəməyə yenidən maddi sübutlar təqdim edəcək. Məhkəmə bunları nəzərə almalıdır, onun hüquqları qorunmalıdır və qanunla qorunan mənafeyi pozulmamalıdır. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun fikirlərini nəzərə almamışdır. Açıq-aşkar hüquqları pozulmuşdur. İş üzrə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların X5 ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X2 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız 2006-cı ildə tərtib edilmiş bir neçə sənədi təqdim etmiş, lakin həmin torpaq sahəsinin sərhədləri, texniki göstəriciləri ilə bağlı sənədləri təqdim etməmiş, formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətlənmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Kollegiya göstərir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iştirakı ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin sərhədlərinin koordinatları GPS ölçü aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirlmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi 60 kv.metr torpaq sahəsinin 26,70 kv.metr hissəsi cavabdehin **********05 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşsədə, iddiaçının iddia etdiyi torpaq sahəsinə aid hər hansı hüquq müəyyənedici sənəd (plan-ölçü, çıxarış, texniki pasport) məhkəmə məktubuna əlavə edilmədiyindən, idiaçıya ayrılmış torpaq sahəsinin iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 01 may 2023-cü il tarixli 10/1855 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-209/2023 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, iddiaçının iştirakı ilə torpaq sahəsinin sərhədlərinin koordinatları GPS ölçü aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirlmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi 60 kv.metr torpaq sahəsinin 26,70 kv.metr hissəsi cavabdehin **********05 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşsədə, iddiaçının iddia etdiyi torpaq sahəsinə aid hər hansı hüquq müəyyənedici sənəd (plan-ölçü, çıxarış, texniki pasport) məhkəmə məktubuna əlavə edilmədiyindən, idiaçıya ayrılmış torpaq sahəsinin iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə də, mütəxəssis və ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin harada yerləşməsini və cavabdeh tərəfindən zəbt olunduğunu müəyyən etmək mümkün olmamışdır. Bundan başqa apellyator şikayətin dəlillərində sübutlarının olduğunu və məhkəməyə yenidən maddi sübutlar təqdim edəcəyini bildirsə də həmin sübutları təqdim etməmiş və təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan **********05 reyestr nömrəli ******* seriya nömrəli Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tərtər rayonu, Köçərli kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində hüquqlar xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə İddiaçı subyektiv hüquqa malik deyildir. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-147/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-280/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-280/2024
22.02.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver