Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2833/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin 2 (045)-935/2023 saylı mülki iş üzrə 07 iyun 2023cü il tarixli qətnaməsindən Cavabdeh vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 1380 (bir min üç yüz səksən) manat dəyərində (583 əyyarlı, 23 qram) olan boyunbağı, 1000 (bir min) manat dəyərində (916 əyyarlı, 8,6 qram) olan onluq kulon, 1400 (bir min dörd yüz) manat dəyərində (583 əyyarlı, 20 qram, 1 karat brilliant qaşlı) olan üzük-sırğa dəsti, 800 (səkkiz yüz) manat dəyərində (750 əyyarlı, 0,50 sot brilliant qaşlı) olan nişan üzüyü və uşağına məxsus 300 (üç yüz) manat dəyərində (585 əyyarlı, hər biri 4 qram) olan iki ədəd qolbağının və ya onların ümumi dəyəri-4880 (dörd min səkkiz yüz səksən) manat məbləğində pulun, eləcə də, ödənilmiş 68,80 (altmış səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun, 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqının və 110 (bir yüz on) manat məbləğində vəkil xidməti haqqının əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 2 (045)-935/2023 saylı mülki iş üzrə 07 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim: T.Mustafayev) iddia təmin edilmişdir. İş üzrə Cavabdeh vəkili X3 qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki iş Goranboy Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2833/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2833/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinə baxılması qeyri-mümkün sayılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, şikayət yalnız Cavabdeh vəkili X3 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 361.2-ci maddəsinə görə аpellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından göründüyü kimi, Cavabdeh vəkili X2 təmsilçiliklə bağlı etibarnamə verməmişdir. Buna baxmayaraq, Goranboy Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qanunvericiliyin qeyd olunan tələblərini qiymətləndirən məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2 (045)- 935/2023 saylı mülki iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili X3 tərəfindən etibarnamə olmadan verilmiş apellyasiya şikayətinə baxılmasının mümkün hesab edildiyi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2833/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilib-edilməməsi məsələsinin həlli üçün iş materialları Goranboy Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366 və 402-404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2833/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Goranboy Rayon Məhkəməsinin 2 (045)-935/2023 saylı mülki iş üzrə 07 iyun 2023cü il tarixli qətnaməsindən Cavabdeh vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin, iş apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayətinin icraata qəbul edilib-edilməməsi məsələsinin həlli üçün iş materialları Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Bu qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qərardaddan kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2833/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2833/2023
19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver