Məhkəmə qərarları › İş №2(104)-2978/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2978/2023

26.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2978/2023 26.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı mülki iş üzrə 16 noyabr 2023cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər birinin payına düşən 19 baş qoyun və 3 baş keçi olmaqla, ümumilikdə 57 baş qoyun və 9 baş keçinin, onlar olmadığı halda ümumilikdə dəyəri olan 19.800 manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(023)-358/2023 saylı qərardadına əsasən Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı1 şikayətlə məhkməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(023)-358/2023 saylı qərardadının ləğv edilib, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı, 28 mart 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(023)-358/2023 saylı qərardadına əsasən İddiaçı1 Qazax Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(023)-358/2023 nömrəli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(023)- 358/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı1 məhkəməyə ərizə göndərərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(023)-358/2023 saylı qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(023)- 358/2023 nömrəli qətnaməsindən İddiaçı1 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiyasında baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh və onun nümayəndəsi Vəkil1 30 noyabr 2023-cü il tarixdə şikayətlə müraciət edərək, Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı1 Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-358/2023 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikyətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməyərək, prosessual müddətin bərpasından imtina olunması barədə qərardad çıxarılmasını, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı mülki iş üzrə 04 dekabr 2023cü il tarixli qərardadı ilə (hakim:N.Musayev) şikayəti təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı mülki iş üzrə 16 noyabr 2023-cü il tarixli qərardadı işin hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya Məhkəməsi də iş üzrə 16 noyabr 2023-cü il tarixli qərardadı qəbul edərkən MPM-in 133.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlər daxilində araşdırma apararaq hesab etmişdir ki, Qazax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(023)- 358/2023 nömrəli qətnaməsindən İddiaçı1 vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir və bu zaman birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-358/2023 saylı mülki iş üzrə 16 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar