Məhkəmə qərarları › İş №2(104)-344/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-344/2024

28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-344/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qızıl-zinət və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı qızıl-zinət və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(013)-2496/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(013)-147/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 01 mart 2004-cü il tarixdə Agdam rayon qeydiyyat şöbəsində 14 nömrəli nikah akt qeydi bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olan uşaqları 2008-ci il təvəllüdlü Əliyev Rəsul Zöhrab oğlu və 2009-cu il təvəllüdlü Əliyev Rza Zöhrab oğlu anasının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 150 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

2. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 1765 nömrəli sərəncamından müəyyən olunur ki, həmin bələdiyyənin 28 avqust 2007-ci il tarixli 1382 saylı qərarı ilə Cavabdeh1 fərdi ev tikintisi məqsədi ilə ayrılması qərara alınmış 150 kv.m. torpaq sahəsi Cavabdeh1 razılığı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 1765 nömrəli sərəncamı əsasında Əliyev Mütalib Məmməd oğlunun adına keçirilmişdir.

3. "xxxx" MMC-nin 15 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhərində yerləşən, təxminən ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli yaşayış evinin bazar dəyəri 30000 manat, “Opel Vectra” minik markalı avtomobilnin bazar dəyəri isə 6000 manat qiymətləndirilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5020 manat dəyərində qızıl-zinət əşyaları, 8817 manat dəyərində cehiz əşyaları və ya həmin əmlakların dəyəri 13837 manat, birgə nikah dövründə inşa etdikləri evin yarı dəyəri 15000 manat, “Opel Vectra” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarı dəyəri 3000 manat, mediasiya xidməti üçün ödənilmiş 50 manat və ödənilmiş 185,51 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 01 mart 2004-cü il tarixdə ailə qurmuşlar və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrılmışlar və Ağdam Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və uşaqların saxlanılmaları üçün aliment qət edilmişdir. Aşağıda göstərilən qızıl və cehiz əşyaları cavabdehlə birgə nikah dövründə yaşadıqları evdə qalmışdır. Qızıl-zinət əşyaları - nişan üzüyü (briliyant qaşlı) 3,5 qram, 583 əyar - qiyməti 800 manat, komplekt 31 qram 750 əyarlı (sırğa, üzük, qolbağı, boyunbağı) (1 qr 100 manat) - qiyməti 3100 manat, 1 ədəd beşik qiyməti 400 manat, 4. 1 ədəd üzük 3 qram, 583 əyarlı (1 qr 80 manat) - qiyməti 240 manat, 1 ədəd qolbağ 6 qram, 585 əyarlı (1 qr 80 manat) - qiyməti 480 manat, cehiz əşyaları : mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti) qiyməti 2500 manat, 1 ədəd televizor qiyməti 400 manat, 1 ədəd kombi qiyməti 1000 manat, 1 ədəd kondisioner qiyməti 500 manat, 1 ədəd soba qiyməti 50 manat, 1 ədəd ət çəkən maşın qiyməti 50 manat, 1 ədəd sok çəkən maşın qiyməti 40 manat, 1 ədəd tok samovarı qiyməti 55 manat, 1 ədəd saat qiyməti 20 manat, 6 ədəd döşək (1 ədədi 40 manat) - qiyməti 240 manat, 6 ədəd yastıq (1 ədədi 25 manat) qiyməti 150 manat, 6 ədəd yorğan (1 ədədi 30 manat) qiyməti 180 manat, 2 dəst pakrıval (1 dəsti 20 manat) qiyməti 40 manat, 2 dəst adyal (1 dəsti 15 manat) qiyməti 30 manat, 2 dəst pərdə (1 dəsti 30 manat) qiyməti 60 manat, 6 dəst prostina çexol (1 dəsti 20 manat) qiyməti 120 manat, 2 ədəd süfrə (1 ədədi 20 manat) qiyməti 40 manat, 12 ədəd dəsmal (1 ədədi 5 manat) qiyməti 60 manat, 3 ədəd xalça (1 ədədi 120 manat) qiyməti 360 manat, 1 dəst divan kreslo üzlüyü qiyməti 70 manat, 1 dəst mətbəxt mebeli qiyməti 1200 manat, 6 ədəd böyük dəsmal (1 ədədi 15 manat) qiyməti 90 manat, 1 ədəd soyuducu qiyməti 500 manat, 1 dəst qazan qiyməti 30 manat, 1 dəst qazan (toy qazanı) qiyməti 50 manat, paltar yuyan maşın (beko) qiyməti 600 manat, 1 ədəd toz soran qiyməti 60 manat, 28. qaşıq dəsti nabor qiyməti 20 manat, 24 ədəd boşqab dəsti ( 1 ədədi 1 manat) qiyməti 24 manat, 3 ədəd ləyən ( 1 ədədi 5 manat) qiyməti 15 manat, 1 ədəd aşsüzən qiyməti 5 manat, 1 ədəd miksel qiyməti 20 manat, 2 ədəd bagima (1 ədədi 15 manat) qiyməti 30 manat, 2 ədəd mürəbbə qabı (1 ədədi 5 manat) qiyməti 10 manat, 2 ədəd vaz (1 ədədi 15 manat) qiyməti 30 manat, 6 ədəd bakal xrustal (1 ədədi 3 manat) qiyməti 18 manat, 6 ədəd çaynı servis (1 ədədi 3 manat) qiyməti 18 manat, 1 dəst abedni servis qiyməti 20 manat, stəkan, nəlbəki dəsti 12 ədəd (1 ədədi 1 manat) qiyməti 12 manat, 1 ədəd sandıq qiyməti 100 manat, cəmi 8817 manat, ümumilikdə 13837 manat təşki edir. Qızıl əşyaları evdə sandıqda qalmışdır. Birgə nikah dövründə Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli yaşayış evi tikdirmişlər. Həmin evin inşası 30000 manata başa gəlmiş və yerləşdiyi torpağın bələdiyyə sənədi vardır. Həmçinin birgə nikah dövründə 6000 manata “Opel Vectra” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Cavabdeh ona məxsus qızıl-zinət və cehiz əşyalarını, eləcədə birgə nikah dövründə inşa etdikləri evin yarı dəyəri olan 15000 manat və “Opel Vectra” minik markalı avtomobilin yarı dəyəri olan 3000 manatı vermir.

6. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddia ərizəsində göstərmədiyi və birgə nikah dövründə əldə etdikləri 500 manat dəyərində soyuducu, 400 manat dəyərində televizor, 1000 manat dəyərində kombi və 500 manat dəyərində kondisionerin də yarı dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(013)-2496/2023 nömrəli (hakim E.Bayramov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 - Qızıl-zinət əşyaları : briliyant qaşlı 583 əyarlı 3,5 qram nişan üzüyü, yaxud dəyəri olaraq 800 manat, 31 qram 750 əyarlı (sırğa, üzük, qolbağı, boyunbağı) (1 qr 100 manat) komplekt, yaxud dəyəri olaraq 3100 manat, 1 ədəd beşlik qızıl, yaxud dəyəri olaraq 400 manat, 583 əyarlı (1 qr 80 manat) üzük 3 qram, yaxud dəyəri olaraq 240 manat, 6 qram, 585 əyarlı (1 qr 80 manat) 1 ədəd qolbağı, yaxud dəyəri olaraq 480 manat, (cəmi qızıl-zinət əşyları 5020 (beş min iyirmi) manatlıq), Cehiz əşyaları: mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti), yaxud da qiyməti 2500 manat, 1 ədəd televizor, yaxud da qiyməti 400 manat, 1 ədəd kombi, yaxud da qiyməti 1000 manat, 1 ədəd kondisioner, yaxud da qiyməti 500 manat, 1 ədəd soba, yaxud da qiyməti 50 manat, 1 ədəd ət çəkən maşın, yaxud da qiyməti 50 manat, 1 ədəd sok çəkən maşın, yaxud da qiyməti 40 manat, 1 ədəd tok samovarı, yaxud da qiyməti 55 manat, 1 ədəd saat, yaxud da qiyməti 20 manat, 6 ədəd döşək (1 ədədi 40 manat), yaxud daqiyməti 240 manat, 6 ədəd yastıq (1 ədədi 25 manat), yaxud da qiyməti 150 manat, 6 ədəd yorğan (1 ədədi 30 manat), yaxud da qiyməti 180 manat, 2 dəst pakrıval (1 dəsti 20 manat), yaxud da qiyməti 40 manat, 2 dəst adyal (1 dəsti 15 manat), yaxud da qiyməti 30 manat, 2 dəst pərdə (1 dəsti 30 manat), yaxud da qiyməti 60 manat, 6 dəst prostina çexol (1 dəsti 20 manat), yaxud da qiyməti 120 manat, 2 ədəd süfrə (1 ədədi 20 manat), yaxud da qiyməti 40 manat, 12 ədəd dəsmal (1 ədədi 5 manat), yaxud da qiyməti 60 manat, 3 ədəd xalça (1 ədədi 120 manat), yaxud da qiyməti 360 manat, 1 dəst divan kreslo üzlüyü, yaxud da qiyməti 70 manat, 1 dəst mətbəxt mebeli, yaxud da qiyməti 1200 manat, 6 ədəd böyük dəsmal (1 ədədi 15 manat), yaxud da qiyməti 90 manat, 1 ədəd soyuducu, yaxud da qiyməti 500 manat, 1 dəst qazan, yaxud da qiyməti 30 manat, 1 dəst qazan (toy qazanı), yaxud da qiyməti 50 manat, paltar yuyan maşın (beko), yaxud da qiyməti 600 manat, 1 ədəd toz soran, yaxud da qiyməti 60 manat, qaşıq dəsti nabor, yaxud da qiyməti 20 manat, 24 ədəd boşqab dəsti (1 ədədi 1 manat), yaxud da qiyməti 24 manat, 3 ədəd ləyən (1 ədədi 5 manat), yaxud da qiyməti 15 manat, 1 ədəd aşsüzən, yaxud da qiyməti 5 manat, 1 ədəd miksel, yaxud da qiyməti 20 manat, 2 ədəd bagima (1 ədədi 15 manat), yaxud da qiyməti 30 manat, 2 ədəd mürəbbə qabı (1 ədədi 5 manat), yaxud da qiyməti 10 manat, 2 ədəd vaz (1 ədədi 15 manat), yaxud da qiyməti 30 manat, 6 ədəd bakal xrustal (1 ədədi 3 manat), yaxud da qiyməti 18 manat, 6 ədəd çaynı servis (1 ədədi 3 manat), yaxud da qiyməti 18 manat, 1 dəst abedni servis, yaxud da qiyməti 20 manat, stəkan, nəlbəki dəsti 12 ədəd (1 ədədi 1 manat), yaxud da qiyməti 12 manat, 1 ədəd sandıq, yaxud da qiyməti 100 manat, cəmi cehiz əşyaları və ya ümumi dəyəri 8817 (səkkiz min səkkiz yüz on yeddi) manat, (ümumilikdə qızıl-zinət və cehiz əmlakları və ya onların dəyərləri 13837 (on üç min səkkz yüz otuz yeddi) manat); Həmçinin birgə nikah dövründə Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisində tikilmiş 3 otaqdan ibarət, ümumi sahəsi 80 kv.m olan bir mərtəbəli yaşayış evinin yarı dəyəri kimi 15000 (on beş min) manat və birgə nikah dövründə əldə edilmiş “Opel Vectra” minik markalı avtomobilin yarı dəyəri olaraq 3000 (üç min) manat alınıb İddiaçı verilməsi; Həmçinin Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 185,51 manat və mediasiya xidməti üçün ödənilmiş 50 manat, cəmi 235,51 (iki yüz otuz beş manat əlli bir qəpik) alınıb İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213, 215, 220, 225 maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29, 34, 36 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.3, 14, 88, 119.1, 216-237 maddələrinə istinad etmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat:

9. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. İddiaçı ilə ailə münasibətləri 2014-cü ildə pozulmuş və o yaşadığı evi tərk etmişdir. Evdən gedərkən iddiaçı özü ilə birlikdə şəxsi, həmçinin qızıl-zinət əşyalarını götürüb aparmışdır. Uşaqlarına görə ailə münasibətlərini yenidən bərpa olunmasına cəhd göstərmiş və müəyyən müddət münasibətləri düzəlsə də sonradan yenidən kəskinləşmişdir. Üç ildən artıqdır ki, faktiki nikah münasibətləri yoxdur. Birinci instansiya məhkəməsi mübahisəli evin yerləşməsinə, bu əmlakın mənə məxsus olub-olmamasına, Opel Vectra minik markalı avtomobilin hələ iddiaçı ilə nikahda olduğumuz dövrdə satılmasını araşdırmamışdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları,

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları iddiaçının özündə olmuş və heç vaxt əlindən almamışdır. 1999-cu il buraxılış ili olan “Opel Vectra” markalı avtomobili 2014-cü ildə 6100 manata almış, 2021-ci ilin axırlarında 2380 manata satmışdır. 2007-ci ilin avqust ayında torpağın ayrılmasına dair bələdiyyə qərarı onun adına verilsədə, lakin həmin ilin oktyabr ayında onun razılığı əsasında həmin torpaq qardaşı Əliyev Mütalib Məmməd oğlunun adına keçirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki evin tikintisinə sərf olunmuş pulu qardaşı ona vermiş, o da orada ilkin olaraq bir otaq və bir mətbəxt tikdirmiş, sonradan isə ailəsi ilə birlikdə orada yaşaya-yaşaya əlavə otaqlar tikmişlər. Çəkilən bütün xərc qardaşı tərəfindən ödənilmişdir. Ev qeydiyyata alınmasada hazırkı dəyəri 32000-33000 manat olar. Ailə münasibətləri pozulduğundan əvvələr ayrılmışlar və 2015-ci ildə məhkəmə qaydasında nikahları pozulmuşdur. Lakin buna baxmayaraq barışıb yenidən birlikdə yaşamışlar. 44 günlük müharibədən sonra isə işləmək üçün iddiaçı ilə birlikdə Ağdam rayonuna gedərək iddiaçının anasıgildə 7 ay yaşamışlar. Ailə münasibətləri pozulduğundan yenidən ayrılmışlar, 2022-ci ilədə isə nikahları yenidən məhkəmə qaydasında pozulmuşdur. İddiaçının cehiz əşyalarının bəziləri hazırda Binəqədi rayonundakı evdədir və cehiz əşyalarının götürülməsinə etiraz etmir. İddia ərizəsində 6 ədəd döşək, altı ədəd yastıq, 6 ədəd yorğan yazılsada, əslində onların hər biri 4 ədəddən ibarətdir. Eləcədə ləyən üç ədəd deyil 1 ədəd, boşqab dəsti 24 ədəd deyil 6 ədəddən ibarətdir. İddia ərizəsində qeyd olunan 500 manat dəyərində kondisioner, 50 manat dəyərində soba, 1200 manat dəyərində mətbəxt mebeli, 90 manat dəyərində 6 ədəd böyük dəsmal, 500 manat dəyərində soyuducu, 600 manat dəyərində beko markalı paltaryuyan, mövcud olmamış, 100 manat dəyərində sandığ isə iddiaçı aparmışdır. Birgə nikah dövründə 500 manat dəyərində soyuducu, 400 manat dəyərində televizor, 500 manat dəyərində kondisioner almamışlar. Evə 1000 manat dəyərində kombi çəkdirmışlər, kombi sonradan yanaraq yararsız vəziyyətə düşmüşdür. Nikahın pozulması haqqında şəhadətnaməni 18 aprel 2022-ci il tarixli 2(13)-147/2022 nömrəli qətnamə əsasında almışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ilk dəfə 2015-ci ildə ayrılan zaman qızıl-zinət əşyaları özündə olmuş, 1 ay sonra barışmışlar və qızılları özü ilə qaytarıb gətirmişdir. 44 günlük müharibədən sonra cavabdehlə birlikdə yaşamaq üçün anasıgilə getmiş və 7 ay Ağdam rayonunda qalmışlar. Anasıgilə gedəndə qızıl-zinət əşyalarını Binəqədi rayonundakı evdə sandıqda saxlamışdır. Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehin adına olmuş, lakin sonradan qardaşının adına keçirtmişdir. Həmin torpaq sahəsindəki evi onlar birgə nikah dövründə tikdirmişlər. 2020-ci ilin noyabr ayında işləmək üçün cavabdehlə birlikdə Ağdam rayonuna anasığılə gedənə kimi həmin evdə yaşamışlar. Cehiz əşyalarıda hazırda həmin evdədir. Cavabdeh evin qardaşına məxsus olmasını bildirsədə, lakin cavabdehin səs yazısı var ki, ev onlara məxsusdur. Həmçinin cavabdehlə birgə nikahda olduqları müddətdə 6000 manata “Opel Vectra” markalı avtomobil almışlar. 2021-ci ildə cavabdehdən ayrıldıqdan sonra o avtomobili satmışdır. İddia ərizəsində göstərilən cehiz əşyaları, eləcədə birgə nikah dövründə aldıqları məişət avadanlıqlarının hamısı mövcuddur. 500 manat dəyərində soyuducu, 400 manat dəyərində televizor və 500 manat dəyərində kondisionerin birgə nikah dövründə alınmadığını qeyd etsədə, lakin onun bu dəlili əsassızdir. Çünki adı qeyd olunan əşyaları birlikdə almışlar və hazırda cavabdehin istivadəsindədir. Cehiz əşyalarının etiraf olunmaması, bəzilərinin sayının düzgün göstərilməməsi, eləcədə sandığın onun tərəfindən aparılması barədə də cavabdehin dəliləri də əsassızdır. İddiaçı sonda məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

15. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

17. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

19. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

20. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır)

21. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

22. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

23. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

24. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

25. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi

34. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə Bakı şəhəri, Binəıqədi rayonu, Binəqədi qəsəbəsində 30000 manat dəyərində fərdi yaşayış evi tikdirmələrini, ailə münasibətləri pozulduğundan ayrılmalarını, hazırda həmin evdə cavabdehin yaşamasını, iddia ərizəsində adları qeyd olunan və ona məxsus qızıl-zinət əşyaların, eləcədə cehiz əşyalarının cavabdehin yaşadığı Binəqədi qəsəbəsində qalmasını, birgə nikah dövründə 6000 manat dəyərində “Opel Vectra” markalı avtomobil almalarını, onun razılığ alınmadan cavabdeh tərəfindən satılmasını, eləcədə birgə nikah dövründə 500 manat dəyərində soyuducu, 400 manat dəyərində televizor və 500 manat dəyərində kondisioner almalarını, həmçinin Binəqədi qəsəbəsində tikdirdikləri fərdi yaşayış evinə 1000 manat dəyərində kombi çəkdirdiklərini, əşyaların hazırda cavabdehin istifadəsində olmasını əsas gətirərək hazırkı iddi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

40. Apellyasiya icraatı zamanı sorğu əsasında Ağdam Rayon Məhkəməsindən alınmış 2(13)-02/2015 nömrəli mülki işdən müəyyən olunmuşdur ki, Ağdam Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli 2(13)-02/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında 01 may 2004-cü il tarixdə Ağdam rayonu Qaradağlı Ərazi Nümayəndəliyində qeydə alınmış 14 nömrəli nikah akt qeydi pozulmuşdur. Həmçinin sorğu əsasında həmin məhkəmədən alınmış 2(013)- 147/2022 nömrəli mülki işdən müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2(13)-147/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 01 may 2004-cü il tarixdə bağlanmış 14 nömrəli nikah akt qeydi pozulmuşdur. Qeyd olunan hər iki qətnamə qüvvəsini almışdır. 41.Müəyyən olunur ki, tərəflər arasındakı nika akt qeydi 03 fevral 2015-ci il tarixdə pozulsada lakin tərəflər həmin qətnamə əsasında qeydiyyat orqanından nikahın pozulmasına dair şəhadətnamə əldə etməmişlər. Buna səbəb isə tərəflərin barışması olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamə 18 aprel 2022-ci il tarixli 2(13)-147/2022 nömrəli qətnamə əsasında verilmişdir.

42. İddiaç İddiaçı isə həzırkı iddia ilə 31 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

43. Nikahın bağlanması, nikaha xitam verilməsi, onun etibarsız sayılması qaydaları və şərtləri, eləcə də ailə münasibətinin iştirakçılarının hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.

44. Ailə Məcəlləsinin 1.4. maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

45. Ailə hüquq münasibətlərini yaradan önəmli hüquqi fakt olan nikah kişi ilə qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağladığı azad və könüllü ittifaqıdır. Nikahın bağlanması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri yaranır.

46. Ailə Məcəlləsinin ər-arvadın ümumi əmlakının bölünməsindən bəhs edən 36.9. maddəsində deyilir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 29 iyul 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

48. Həmin Qərarda Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.

49. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.

50. Qanunvericilik iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.

51. Göstərilən hüquqi mövqe, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.

52. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

53. Daha sonra Plenum qeyd etmişdir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ərarvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

54. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi.

55. Kollegiya bir daha qeyd edir ki, hazırkı iş üzrə tərəflərin nikahı 03 fevral 2015-ci il tarixdə pozulsada lakin tərəflər həmin qətnamə əsasında qeydiyyat orqanından nikahın pozulmasına dair şəhadətnamə əldə etməmişlər və buna səbəb onların qətnamə qəbul olunduqdan qısa müddət sonra barışaraq ailə münasibətlərini davam etdirməsi olmuşdur. Bu da onu deməyə əsas verir ki, tərəflər barışdığı üçün İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə hüququnun pozulmasını belə zənn etməmişdir. Tərəflər 2021-ci ilin avqust ayında ayrılmışlar. Elə həmin ilin noyabr ayında da İddiaçı nikahın pozulması barədə yenidən məhkəməyə müraciət etmiş, 18 aprel 2022-ci il tarixdə isə nikahın pozulmasına dair qətnamə çıxarılmışdır. Belə olan təqdirdə iddiaçının öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal məhz 18 aprel 2022-ci il tarix götürülməlidir. Buda onu deməyə əsas verir ki, hazırkı iş üzrə ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 illik iddia müddət ötürülməmişdir.

56. Birinci instansiya məhkəməsi iddianı tam təmin etsədə kollegiya bununla razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin faktiki hallarına uyğun gəlmir. Ona görədə kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

57. İddia tələbinə münasibətə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

58. İddiaçı iddia ərizəsində qeyd olunan beş adda qızıl-zinət əşyalarını 44 günlük müharibədən sonra işləmək üçün cavabdehlə birlikdə anasının yaşadığı Ağdam rayonuna gedərkən Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evindəki sandıqda saxlamasını qeyd etsədə, lakin kollegiya onun bu dəlilini inandırıcı saymır. Əvvəla iddiaçi bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Digər tərəfdən İddiaçı və Cavabdeh1 uşaqları ilə birlikdə Ağdam rayonuna getməkdə məqsədləri iş tapıb işləmək olmuşdur. Belə olan təqdirdə İddiaçı qızıl-zinət əşyalarını Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində sandıqda saxlaması heçdə həqiqəti özündə əks etdirmir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

59. Cehiz əşyalarına münasibətə kollegiya iddianı qismən əsaslı sayır. Belə ki, Cavabdeh1 iddia ərizəsində qeyd olunan bəzi əmlaklar istisna olmaqla, eləcədə bəzilərinin sayı və miqdarı mübahisələndirilməklə qalan hissədə iddianı qəbul etmişdir. Belə ki, sonuncu 500 manat dəyərində kondisioner, 50 manat dəyərində soba, 1200 manat dəyərində mətbəxt mebeli, 90 manat dəyərində 6 ədəd böyük dəsmal, 500 manat dəyərində soyuducu və 600 manat dəyərində beko markalı paltaryuyanın mövcud olmamasını, iddia ərizəsində göstərilən döşək, yastıq və yorğanın hər birinin 6 ədəd deyil, 4 ədəd, ləyənin üç ədəd deyil 1 ədəd, boşqab dəstinin 24 ədəd deyil 6 ədəddən ibarət olmasını, eləcədə 100 manat dəyərində sandığın iddiaçı tərəfindən aparılmasını bildirmişdir. İddia ərizəsində göstərilən və mövcudlığu cavabdeh tərəfindən etiraf olunan cehz əşyalarının dəyəri isə Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfin mübahisələndirdiyi hissədə həmin əşyaların mövcudluğu və sayı, eləcədə 100 manat dəyərində sandığın cavabdhdə qalmasına dair isə iddiaçı tərəf məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişr. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh1 2500 manat dəyərində mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti), 400 manat dəyərində 1 ədəd televizor, 50 manat dəyərində 1 ədəd ət çəkən maşın, 40 manat dəyərində 1 ədəd sok çəkən maşın, 55 manat dəyərində 1 ədəd tok samovarı, 20 manat dəyərində 1 ədəd saat, bir ədədinin dəyəri 40 manat, 4 ədədinin cəmi dəyəri 160 manat olan döşək, 1 ədədinin dəyəri 25 manat, 4 ədədinin cəmi dəyəri 100 manat olan yastıq, 1 ədədinin qiyməti 30 manat, 4 ədədinin cəmi dəyəri 120 manat olan yorğan, bir ədədinin qiyməti 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 dəst pakrıval, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 dəst adyal, 1 dəstinin qiyməti 30 manat, 2 dəstinin qiyməti 60 manat olan 2 dəst pərdə, bir dəsti 20 manat, 6 dəstinin qiyməti 120 manat olan 6 dəst prostina çexol, 1 ədədi 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 ədəd süfrə, 1 ədədi 5 manat, 12 ədədi 60 manat olan 12 ədəd dəsmal, 1 ədədi 120 manat, 3 ədədi 360 manat olan 3 ədəd xalça, 70 manat dəyərində 1 dəst divan kreslo üzlüyü, 30 manat dəyərində 1 dəst qazan, 50 manat dəyərində 1 dəst toy qazanı, 60 manat dəyərində 1 ədəd toz soran, 20 manat dəyərində qaşıq nabor dəsti, 1 ədədinin qiyməti 1 manat, 6 ədədinin qiyməti 6 manat olan 6 ədəd ədəd boşqab dəsti, 5 manat dəyərində 1 ədəd ləyən, 5 manat dəyərində 1 ədəd aşsüzən, 20 manat dəyərində 1 ədəd miksel, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 ədəd bagima, 1 ədədi 5 manat, 2 ədədinin qiyməti 10 manat olan 2 ədəd mürəbbə qabı, 1 ədədi 15 manat, 2 ədədinin qiyməti 30 manat olan 2 ədəd vaz, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərində olan 6 ədəd xurustal bakal, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərində olan 6 ədəd çaynı servis, 20 manat dəyərində 1 dəst abedni servis, 12 manat dəyərində stəkan, nəlbəki dəsti, həmin əmlaklar olmadıqda onların dəyəri alınıb İddiaçı verilməlidir.

60. Birgə nikah dövründə 6000 manata alınmış “Opel Vectra” markalı avtomobilin yarı dəyəri 3000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə kollegiya iddianı əsaslı sayır. Belə ki, qeyd olunan avtomobilin birgə nikah dövründə alınması işin mübahisəsiz halıdır, Çünki cavabdeh tərəf bunu mübahisələndirmir və avtomobilin birgə nika dövründə alınması onun öz izahatı ilə də təsdiq olunur. Avtomobil 2021-ci ildə iddiaçının razılığı alınmadan cavabdeh tərəfindən satılmışdır. Halbi ki, həmin avtomobilə iddiaçının 1\2 hissə payı olmuşdur. İşdə olan mütəxəssis rəyindən isə müəyyən olunur ki, “Opel Vectra” markalı avtomobilin bazar dəyəri 6000 manatdır. Cavabdeh avtomobili 2380 manata satdığını qeyd etsədə, lakin bu barədə məhkəməy sübut təqdim etməmişdir. Ona görədə kollegiya mütəxəssis rəyini əsas götürür və hesab edir ki, Cavabdeh1 3000 manat alınıb İddiaçı verilməlidir.

61. İddia tələbinin birgə nikah dövründə alınmış 500 manat dəyərində soyuducu, 400 manat dəyərində televizor və 500 manat dəyərində kondisionerin yarı dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə kollegiya iddianı əsaslı saymır. Belə ki, iddiaçı adı qeyd olunan həmin əşyaların birgə nikah dövründə alınmasını qeyd etsədə, ümumiyyətlə həmin əşyalrın mövcudluğunu təsdiq edən müvafiq sənədlər (texniki pasport, qarantiya barədə sənəd və s.) məhkəməyə təqdim etməmişdir. Ona görədə kollegiya hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

62. Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinə 1000 manat dəyərində kombi alınmasına münasibətdə kollegiya qeyd edir ki, tələbin bu hissəsinə birgə nikah dövründə tikilmiş fərdi yaşayış evininə çəkilmiş xərcin yarı dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı hissədə birlikdə hüquqi qiymət verilməlidir.

63. İddia tələbinin birgə nikah dövründə Bakı şəhəri, Binəqdi rayonu, Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilmiş 30000 manatın yarısı, yəni 15000 manat cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə kollegiya iddianı qismən əsaslı sayır. Belə ki, apellyasiya icraatı zamanı mübahisəli fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərcin müəyyən olunması üçün iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21 avqust 2024-cü il tarixli 3-16-16/2-10/2343 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 12 oktyabr 2007-ci il tarixli 1765 nömrəli sərəncamı ilə Cavabdeh1 Məmməd oğlunun razılığı əsasında Əliyev Mütallib Məmməd oğlunun adına keçirilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşaası zamanı aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 20191 manat dəyərindədir.

64. Cavabdeh1 mübahisəli fərdi yaşayış evini qardaşının vəsaiti hesabina tikdirdiyini və həmin evin qardaşına məxsus olmasını qeyd etsədə, lakin kollegiya onun bu dəlilini inandırıcı saymır. Belə ki, apellyasiya icraatı zamanı tərəflər arasındakı danışıq (təqdim olunmuş fləş kartdakı) tərəflərin iştirakı ilə birlikdə dinlənilmişdir. Cavabdeh1 bildirir ki, (səsin ona məxsus olması mübahisələndirilmir) “evi tikdirmişdir və balalarına verib çıxacaq”

65. Digər tərəfdən E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.

66. Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından suiistifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.

67. Bundan əlavə ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

68. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

69. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

70. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin 20191 manat bazar dəyərinin ½ hissəsi, yəni 10095,50 (on min doxsan beş manat əlli qəpik) Cavabdeh1 alınaraq İddiaçı verilməli, bu hissədə iddianın qalan hissəsi təmin edilməməlidir.

71. Birgə nikah dövründə alınmış 1000 manat dəyərində kombi Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evinə çəkilmişdir. Qiymətləndirməyə dair ekspert rəyinə əlavə olunmuş smetda qiymətləndirmə aparılarkən istilik sisteminin çəkilişidə nəzərə alınmışdır. Belə olan təqdirdə kombinin dəyərinin 1/2 hissəsinin, yəni 500 manatın cavabdehdən ayrıca qaydada alınıb iddiaçıya verilməsi istisna olunur.

72. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 21 avqust 2023-cü il tarixli 10/2343 nömrəli rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

74. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir.

75. Kollegiya həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 185 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınıb İddiaçı verilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(013)-2496/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh1 qarşı qızıl-zinət və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 birgə nika dövründə əldə etdikləri “Opel Vectra” markalı avtomobilin 6000 (altı min) manat dəyərinin ½ hissəsi, yəni 3000 (üç min ) manat, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin 20191 (iyirmi min yüz doxsan bir manat) manat bazar dəyərinin ½ hissəsi, yəni 10095,50 manat (on min doxsan beş manat əlli qəpik), eləcədə iddiaçıya məxsus 2500 manat dəyərində mebel dəsti (yataq matraslı, şifoner, güzgülü termo, divan kreslo dəsti), 400 manat dəyərində 1 ədəd televizor, 50 manat dəyərində 1 ədəd ət çəkən maşın, 40 manat dəyərində 1 ədəd sok çəkən maşın, 55 manat dəyərində 1 ədəd tok samovarı, 20 manat dəyərində 1 ədəd saat, bir ədədinin dəyəri 40 manat, 4 ədədinin cəmi dəyəri 160 manat olan döşək, 1 ədədinin dəyəri 25 manat, 4 ədədinin cəmi dəyəri 100 manat olan yastıq, 1 ədədinin qiyməti 30 manat, 4 ədədinin cəmi dəyəri 120 manat olan yorğan, bir ədədinin qiyməti 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 dəst pakrıval, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 dəst adyal, 1 dəstinin qiyməti 30 manat, 2 dəstinin qiyməti 60 manat olan 2 dəst pərdə, bir dəsti 20 manat, 6 dəstinin qiyməti 120 manat olan 6 dəst prostina çexol, 1 ədədi 20 manat, 2 ədədinin qiyməti 40 manat olan 2 ədəd süfrə, 1 ədədi 5 manat, 12 ədədi 60 manat olan 12 ədəd dəsmal, 1 ədədi 120 manat, 3 ədədi 360 manat olan 3 ədəd xalça, 70 manat dəyərində 1 dəst divan kreslo üzlüyü, 30 manat dəyərində 1 dəst qazan, 50 manat dəyərində 1 dəst toy qazanı, 60 manat dəyərində 1 ədəd toz soran, 20 manat dəyərində qaşıq nabor dəsti, 1 ədədinin qiyməti 1 manat, 6 ədədinin qiyməti 6 manat olan 6 ədəd ədəd boşqab dəsti, 5 manat dəyərində 1 ədəd ləyən, 5 manat dəyərində 1 ədəd aşsüzən, 20 manat dəyərində 1 ədəd miksel, 1 ədədinin qiyməti 15 manat, iki ədədinin qiyməti 30 manat olan 2 ədəd bagima, 1 ədədi 5 manat, 2 ədədinin qiyməti 10 manat olan 2 ədəd mürəbbə qabı, 1 ədədi 15 manat, 2 ədədinin qiyməti 30 manat olan 2 ədəd vaz, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərində olan 6 ədəd xurustal bakal, 1 ədədi 3 manat, 6 ədədi 18 manat dəyərində olan 6 ədəd çaynı servis, 20 manat dəyərində 1 dəst abedni servis, 12 manat dəyərində stəkan, nəlbəki dəsti, həmin əmlaklar olmadıqda onların dəyəri Cavabdeh1 alınıb iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 185 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınıb İddiaçı verilsin. Eləcədıə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar