Məhkəmə qərarları › İş №2(104)-364/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-364/2025

25.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-364/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun qaytarılması; iddia müddətinin tətbiqi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(061)-690/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Təkmil dəftər vərəqində yazılmış və Cavabdeh tərəfindən imzalanması göstərilmiş qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı təmənnasız 2000 manat pulu 1 ay müddətində qaytarmaq şərti ilə alıb X7 vermiş, lakin həmin pulu ala bilməmiş, köməklik olunmasını xahiş etmişdir.Qəbzin arxasında Cavabdeh mobil telefon Nömrəsi ***-***-**-** qeyd edilmişdir;

2. Damalı dəftər vərəqində yazılmış və Cavabdeh tərəfindən imzalanması göstərilmiş qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı təmənnasız 2000 manat pulu 1 ay müddətində qaytarmaq şərti ilə almışdır. Həmin qəbzdə 2000 rəqəmi qaralama düşmüşdür;

3. Dama-dama dəftər vərəqində yazılmış və X2 tərəfindən imzalanması göstərilmiş ərizədən görünür ki, 2020-ci ilin sentyabr ayında qonşusu İddiaçı onu çağırıb ona 700 manat pul verərək təcili aparıb Bərdə şəhərinə Cavabdeh verməsini tapşırmışdır. O da 700 manat pulu aparıb Cavabdeh vermişdir;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/789 saylı xətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin materialında olan 07.2020-ci il tarixli qəbzin əslinin təqdim olunması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə vəsatət verilmişdir. Lakin vəsatət təqdim edilmədiyindən kserosurət üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan dama-dama dəftər vərəqi üzərində “mən nazilə oruc qızı” sözləri ilə bağlayıb, “ ... təsdiq edirəm” sözləri ilə bitən xx.xx.2020-ci il tarixli qəbzdəki əlyazmalar (həmin qəbzdə “... borc pul” əlyazmaları qarşısındakı “2000” rəqəmlərindən başqa” və “.... təsdiq edirəm” əlyazmaları qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan dama-dama dəftər vərəqi üzərində “mən nazilə oruc qızı...” sözləri ilə başlayıb, “ ... təsdiq edrəm” sözləri ilə bitən xx.xx.2020-ci il tarixli Qəbzdə “...borc pul” əlyazmaları qarşısındakı “2000” rəqəmləri tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə yararsız olduğundan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildirilmişdir ki, həmin rəqəmlərin Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün olmamışdır

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı ona çatası 5147 manat pulun və 72 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər şəhəri H.Aslanov küçəsi ev 77-də yaşayır. Cavabdeh şəhər sakini kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Mərkəzi bazarda paltar satmaqla məşğuldur. Cavabdeh bir insan kimi hörməti olmuşdur. 2020-ci il iyul ayında problem olduğu üçün ondan 2000 manat borc pul istəmişdir. Ona inanmış və həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh ondan pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 1 aya qədər qaytaracağına söz vermişdir. Beləliklə o, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 2000 manat pulu vermişdir. Bundan sonra Cavabdeh 02 sentyabr 2020-ci il tarixdə problemi olduğu üçün ondan 2000 manat borc pul istəmişdir. O, Cavabdeh inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdeh ondan pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 1 aya qədər qaytaracağına söz vermişdir. Beləliklə o, Cavabdeh aralarında olan razılaşmaya əməl etməklə ona ümumilikdə 4000 manat pulu vermişdir. Bununla yanaşı həmin vaxtlarda Cavabdeh ona zəng edərək Bərdə “ASAN-xidmət” regional mərkəzində olduğunu sənədləşmə ilə bağlı ona 700 manat pul lazım olduğunu bildirmişdir. Münasibəti yaxşı olduğu üçün qonşusu taksi sürücüsü Daşqın Məmmədova 10 manat yol haqqı ödəyərək 700 manat pulu vermiş, o da həmin pulu aparıb Cavabdeh vermişdir. Bundan başqa Cavabdeh müxtəlif vaxtlarda onun yanına gələrək 1 ədəd 10 manat dəyərində ağ rəngli kofta, 1 ədəd 20 manat dəyərində “şifon” materialdan kofta, 1 ədəd 12 manat dəyərində uşaq paltarı, 1 ədəd 20 manat dəyərində yubka, 1 ədəd 25 manat dəyərində alt paltarı, 1 ədəd 20 manat dəyərində qara rəngli kofta, 1 ədəd 50 manat dəyərində kişi üçün jaket, 1 ədəd 20 manat dəyərində futbolka, 1 ədəd 10 manat dəyərində tuman, 1 dəst 50 manat dəyərində idman paltarı, 1 ədəd 35 manat dəyərində qara rəngli jilet, 1 ədəd 20 manat dəyərində saroçka (köynək), 1 ədəd 10 manat dəyərində uşaq üçün göy rəngli şortik, 1 ədəd 25 manat dəyərində uşaq papağı, 1 ədəd 25 manat dəyərində qadın üçün xalat, 2 ədəd 50 manat dəyərində don, 1 dəst 25 manat dəyərində uşaq paltarı, 1 ədəd 20 manat dəyərində kişi üçün alt paltarı, ümumilikdə 447 manat dəyərində paltarları aparmış, lakin pulunu verməmişdir. Cavabdeh razılaşmaya əməl etməmişdir. Verdiyi pulları vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulları istəmişdir. O, sonra verəcəyini bildirmişdir. O, bir daha pullarını istəyəndə cavabdeh yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Artıq onunla əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh xəbərdarlıq etmişdir ki, pulu qaytarmasa onu məhkəməyə verəcəkdir, buna baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə onun cavabdehdə 5147 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün mübahisənin həll edilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

7. Şahid qismində məhkəmədə ifadə vermiş X2 bildirmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır, onunla heç bir ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Cavabdeh isə rayon sakini kimi tanımışdır. Onunla heç bir ədavəti olmamışdır. İş materiallarının 16-cı vərəqində olan ərizəni o, yazmışdır. Həmin ərizəni təsdiq etmişdir. Belə ki, İddiaçı onu çağıraraq pul vermiş və Bərdə regional “ASAN-xidmət” mərkəzinə aparıb Cavabdeh verməsini tapşırmışdır. O da pulu götürüb Bərdə regional “ASAN-xidmət” mərkəzinə gəlmişdir. Orada İddiaçı ilə Cavabdeh danışdırıb 700 manat pulu sayıb Cavabdeh vermişdir. Bunun müqabilində Cavabdeh ona 10 manat pul vermişdir.

8. Şahid qismində məhkəmədə ifadə vermiş X9 bildirmişdir ki, iddiaçı və cavabdehlə heç bir ədavətləri olmamışdır. İddiaçı ilə qonşuluqda Mərkəzi bazarda paltar satmaqla məşğuldur. O, Cavabdeh dəfələrlə İddiaçı mağazasına girib selofan torba ilə dolu paltar çıxdığını görmüşdür. İddiaçı həmin paltarları nisyə vermişdir. Bir dəfə İddiaçı Cavabdeh o qədər nisyə paltar verdiyini irad tutmuş və Cavabdeh paltarların pulunu verməyəcəyi barədə onu xəbədar etmişdir. Sonradan Cavabdeh paltarların pulundan İddiaçı borcu olduğunu bilmişdir. Paltarların nədən ibarət olmasını bilməmişdir. Cavabdeh onun yanında Nazilə Əsilbəyovaya pul verməsini, Cavabdeh Nazilə Əsilbəyovaya çatdırmaq üçün ona pul vermədiyini bildirmişdir. Ancaq Cavabdeh Nazilə Əsilbəyovaya pul borcu olmasını bilmişdir.

9. Şahid qismində məhkəmədə ifadə vermiş X4 bildirmişdir ki, iddiaçı Nazilə Əsilbəyovanı bir iki dəfə görmüş, heç bir ədavəti olmamışdır. Cavabdeh da elə tanımışdır. X6 Orucovaya pul verməsini görməmişdir. Eləcə də Cavabdeh ona pul verməmişdir. X12 zəng edərək Nazilədən pul götürdüyünü bildirmişdir. Bir gün İddiaçı onun evinə gəlmiş, oğlu Elçinin ondan pul istədiyini, lakin vermədiyini, bundan sonra Cavabdeh ondan pul götürüb oğlu Elçinə verdiyini bildirmişdir. O, İddiaçı həmin pulu ona ödəyəcəyinə söz vermişdir. Bundan sonra Nazilə Əsilbəyovaya verilməsi üçün Cavabdeh 100 manat və 50 manat pul göndərmiş, lakin İddiaçı pulları almadığını bildirmişdir. Bundan sonra İddiaçı verdiyi karta 2000 manat pul köçürmüşdür, lakin bununla bağlı hər hansı bir sənədin olmadığını və kartın nömrəsini saxlamadığını bildirmişdir. Şahid qismində məhkəmədə ifadə vermiş cavabdehin təqdim etdiyi şahid X10 göstərmişdir ki, hər iki tərəfi tanımış, heç bir ədavəti olmamışdır. O, İddiaçı pul götürmüş, hazırda da həmin pulu qaytarır. Hazırda kimin-kimə borclu olmasını, bu barədə dəqiq bilmədiyini, Cavabdeh ona 100 manat, 200 manat pul verdiyini bildirmişdir.

10. Cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə vermişdir.

11. Tərtər Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(061)-690/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia qismən təmin edilərək, Cavabdeh 4047 (dörd min qırx yeddi) manat məbləğində pul və 72 (yetmiş iki) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; İş üzrə Cavabdeh məhkəmə-xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 120 (yüz iyirmi) manat pul vəsaiti alınıb X3, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 567, 600.1, 600.4, 601.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddiaçının iş üzrə təqdim etdiyi borcun yaranmasını təsdiq edən dəftərə yazılmış qəbzi müqavilə kimi qəbul etmişdir. Halbuki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətləri qanunla müəyyən olunmuş konkret hallar istisna olmaqla, tərəflər arasında baglanmış müqavilə əsasında yaranır, dəyişir və ya xitam olunur. Borc müqaviləsinin qanunla yazılı və şifahi qaydada baglanması nəzərdə tutulsa da, borc müqaviləsinin predmeti 3000 manatdan çox oldugu halda isə belə müqavilənin yazılı qaydada baglanması mülki qanunvericilikdə (MM maddə 739.2) imperativ şərt kimi müəyyən olunmuşdur. İddiaçı ödənilməmiş borcun əvəzi qismində 5147 manat ondan tutulmasını xahiş etmiş, iddianın faktiki əsası kimi borc müqaviləsinə, hüquqi əsası kimi isə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normalarına istinad etsə də məhkəməyə iddia tələbini dəstəkləyən sübut kimi yalnız guya iyul və sentyabr 2020-ci il tarixlərində borc pul aldığına dair yazılı qəbzi təqdim etmiş, yəni tərəflər arasında baglanmış yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Bu isə iddianın rədd edilməsi üçün əsas olmuşdur. Çünki, məhkəmə yazılı qəbzi deyil, yazılı müqavilənin oldugu təqdirdə iddianı təmin edə bilərdi. məhkəmə qətnamənin əsaslandırıcı hissəsində nə iddia ərizəsinə yazdığı etiraza, nə də ki, iddia müddətinin tətbiqi barədə ərizəyə istinad etməmiş və bu səbəbdən də həmin sənədlərə hüquqi qiymət verilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçını tanıyır əvvəllər münasibətləri yaxşı olmuşdur. İş materiallarının 11-ci vərəqində olan qəbzin bir hissəsini özü, bir hissəsini iddiaçı yazmışdır.Həmin qəbzdə borcun məbləği 2000 manat göstərilmiş, lakin əslində iddiaçıdan 1000 manat pulu götürüb Elçin Eldarlıya vermişdir. Həmin ilin sentyabr ayında isə iddiaçıdan 900 manat borc almış, həmin tarixdə tərtib olunmuş qəbzə düzəliş edilərək 2000 manat qeyd olunub. Həmin pulu da o almamış Elçin adlı şəxs götürmüş, lakin iddiaçı qəbzi ona imza etdirmişdir. Həmin pul da Elçin adlı şəxs tərəfindən iddiaçıya qaytarılmışdır. Bundan başqa Asan Xidmətdə sənəd düzəltməsi ilə əlaqədar Daşqın adlı şəxs vasitəsilə iddiaçıdan 700 manat deyil, 400 manat borc almışdır. Həmin borclarını da iddiaçıya qaytarmış hazırda ona heç bir borcu yoxdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçıdan cəmisi 245 manat dəyərində nisyə paltar almışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlə əvəllər münasibətləri yaxşı olmuş ona etibar etmişdir. 2020-ci ilin iyul ayında 2000 manat və həmin ilin sentyabr ayında yenidən 2000 manat ona borc vermişdir. Uzun müddət pulunu qaytarmamasına baxmayaraq, yenidən onu aldadaraq 1-2 il bundan öncə 700 manat borc almışdır. Həmin pulu sürücü Daşqın adlı şəxslə cvabdehə göndərmişdir. Bundan başqa cavabdehlə aralarında fərdi müəyyən əşyaların alqı-satqısı olmuş və həmin malların satışından da cavabdehin ona 447 manat məbləğində borcu qalmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehə ümumilikdə 447 manat dəyərində mal satmışdır, lakin satılan malların dəyəri ilə bağlı sübutu yoxdur. Cvabdeh 2 il əvvələ kimi ondan paltar nisiyə almışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

19. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

23. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

27. Maddə 742.1. Borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 945 manat tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmışdır. Belə k, cavabdeh 2020-ci ilin iyul ayında 2000 manat pulu 1 ay müddətində qaytarmaq şərti ilə iddiaçıdan borc almışdır. Həmçinin cavabdeh xx.xx.2020-ci il tarixdə 1 ay müddətində qaytarmaq şərti ilə iddiaçıdan 2000 manat pulu almışdır. Bundan əlavə, iddiaçı tərəfindən Daşqın adlı şəxs vasitəsilə cavabdehə 700 manat borc verilmişdir. Bundan əlavə, müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdeh nisyə mallar satılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə, yəni öhdəliyin icrası üçün qanunla nəzərdə tutulmuş müddət bitdikdən sonra cavabdehin borcu qaytarmadığını və nisyə satılmış malların dəyərini ödəmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

43. İş materiallarına əlavə edilmiş (12-ci səhifə) təkmil dəftər vərəqində yazılmış və cavabdeh tərəfindən imzalanması göstərilmiş xx.xx.2020-ci il tarixli qəbzin surətində qeyd edilmişdir ki, cavabeh iddiaçıdan təmənnasız 2000 manat pulu 1 ay müddətində qaytarmaq şərti ilə alıb X7 vermiş, lakin həmin pulu ala bilməmiş, köməklik olunmasını xahiş etmişdir. Qəbzin arxasında Cavabdeh mobil telefon nömrəsi ***-***-**-** qeyd edilmişdir. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında həmin qəbz üzrə 2000 manat deyil də, 900 manat aldığını bildirmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, həmin əlyazma qəbzdə “2000” rəqəmi qaralanmışdır. Ona görə də iş üzrə birinci instansiyada icraat zamanı keçirilmiş ekspertiza tədqiqatı üzrə həmin rəqəmlərin kim tərəfindən icra edilməsini müəyyənləşdirilmək mümkün olmamışdır. Bu səbəblərdən cavabdehin etirafına əsasən sonuncunun iddiaçıdan 900 manat borc aldığı qəbul edilmişdir. Bundan başqa, Cavabdeh iddiaçıdan aldığı 900 manat vəsaiti Elçin adlı şəxsə verdiyini bildirsə də, nəzərə almaq lazımdır ki, 900 manat borc vəsaitini alan şəxs Cavabdeh olduğundan borcu iddiaçıya qaytarmaq öhdəliyi də bilavasitə cavabdehin üzərinə düşmüşdür.

45. Bundan əlavə, damalı dəftər vərəqində yazılmış və cavabdeh tərəfindən imzalanması göstərilmiş qəbzin surətindən görünür ki, cavabdeh 2020-ci ilin iyul ayında (07.2020) iddiaçıdan 2000 manat pulu 1 ay müddətində qaytarmaq şərtilə almışdır. Cavabdeh həmin qəbzdəki imzanın onun tərəfindən icra edilməsini qəbul etmişdir. Bununla belə, həmin qəbzdə borcun məbləği 2000 manat göstərildiyi halda, əslində 1000 manat borc alması barədə cavabdehin aqrumentləri məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, əlyazma qəbzdə borcun məbləği 2000 manat qeyd edilmişdir. Cavabdeh də iddiaçıdan 2000 manat borc almasını öz imzası ilə təsdiq etmişdir. Bu halda həmin qəbz üzrə verilmiş borc məbləğinin 2000 manat deyil də, 1000 manat məbləğində olması barədə irəli sürülən dəlili sübut etmə öhdəliyi MPM-nin 77.1-ci maddəsinə əsasən bu dəlili irəli sürən cavabdehin üzərinə düşür. Çünki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və borc məbləğinin 1000 manat olmasını sübuta yetirə bilməmişdir.

46. Eyni zamanda, Cavabdeh 2024-cü ildə Daşqın adlı şəxs vasitəsilə iddiaçıdan 700 manat borc almışdır. Cavabdeh həmin borc məbləğinin 400 manat olması barədə arqument irəli sürsə də, məhkəmə kollegiyası bu arqumentləri əsassız saymışdır.

47. Ona görə ki, həmin pul vəsaitini İddiaçı alıb Cavabdeh təhvil verən şəxs X2 birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş və adı qeyd olunan şəxs ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır, onunla heç bir ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Cavabdeh isə rayon sakini kimi tanımışdır. Onunla heç bir ədavəti olmamışdır. İş materiallarının 16-cı vərəqində olan ərizəni o, yazmışdır. Həmin ərizəni təsdiq etmişdir. Belə ki, İddiaçı onu çağıraraq pul vermiş və Bərdə regional “ASAN-xidmət” mərkəzinə aparıb Cavabdeh verməsini tapşırmışdır. O da pulu götürüb Bərdə regional “ASAN-xidmət” mərkəzinə gəlmişdir. Orada İddiaçı ilə Cavabdeh danışdırıb 700 manat pulu sayıb Cavabdeh vermişdir. Bunun müqabilində Cavabdeh ona 10 manat pul vermişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə dindirilmiş şahid X2 bu mübahisənin həqiqi və faktiki halları barədə məlumatı olan şəxsdir. Çünki, məhz həmin şəxs pul vəsaitini İddiaçı alıb Cavabdeh təhvil verən şəxsdir. Bundan əlavə, həmin şahidin tərəflərdən hər hansı biri ilə qohumluq münasibətlərində, habelə xidməti asılılıqda deyildir ki, məsələnin tərəflərdən birinin lehinə həllində maraqlı olsun. Bir sözlə, şahid X1 ifadəsini şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası həmin şahid ifadəsini mötəbər sübut saymışdır. Gəldiyi bu qənaətin davamı olaraq kollegiya qeyd edir ki, Cavabdeh 2024-cü ildə İddiaçı aldığı borc 700 manat məbləğində olmuşdur.

49. İddiaçı cavabdehə verdiyi borc vəsaitinin 4700 manat məbləğdə olduğunu iddia etsə də, işdəki sübutlarla bu hal öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

50. Beləliklə, işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, həqiqətən də Cavabdeh 2020-ci ilin iyul ayında 2000 manat, həmin ilin sentyabr ayında isə 9000 manat borcu, ümumilikdə 2900 manat borcu bir aya qaytarmaq şərtilə İddiaçı almışdır. Həmçinin cavabdeh 2024-cü ildə iddiaçıdan 700 manat borc almışdır.

51. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 2020-ci ilin iyul ayında verilmiş 900 manat və həmin ilin sentyabr ayında verilmiş 2000 manat borcu, ümumilikdə 2900 manat borcu cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmamışdır.

52. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti barədə göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

53. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

54. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

55. Hazırkı işin hallarından göründüyü kimi, Cavabdeh 2020-ci ilin iyul ayında 2000 manat, həmin ilin sentyabr ayında isə 900 manat İddiaçı borc almışdır. Tərəflər arasında əldə edilmiş razılığa görə hər iki öhdəliyin icrası üçün 1 ay müddət nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliklərin son icra tarixi müvafiq olaraq 2020-ci ilin avqust ayına və xx.xx.2020-ci il tarixə təsadüf etmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə, yəni müqavilə tələbləri üçün Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti bitdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

57. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır.

58. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

59. Cavabdeh iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə vermiş və iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

61. İşdən müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə versə də, iddia müddətinin tətbiqindən imtina olunmuşdur.

62. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin tətbiqi ilə bağlı əsaslar mövcuddur. Çünki, yuxarıda da göstərildiyi kimi həmin borc vəsaitlərinin borcludan tələb edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüş, o cümlədən cavabdeh də birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

63. Lakin, İddiaçı 2024-cü ildə Cavabdeh verdiyi 700 manat borc vəsaiti sonuncudan tutulmalıdır. Çünki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməyərək borcunu qaytarmamışdır.

64. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin nisyə satılmış malların dəyərinin ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının həmin tələbi qismən əsaslıdır.

65. Belə ki, İddiaçı Cavabdeh ümumi dəyəri 447 manat olan paltar satdığını iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı bu tələbinin əsası kimi məhkəməyə damalı dəftər vərəqində yazılmış və özü tərəfindən imzalanması göstərilmiş əlyazma sənəd təqdim etmişdir. Lakin, həmin sənəd Cavabdeh tərəfindən imzalanmaqla əlyazmada göstərilən məlumatlar təsdiq edilmədiyindən sözügedən əlyazmanın işin həlli baxımından sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında dindirilmiş şahid Zöhrə Məmmədovanın verdiyi ifadə əsasında da hər hansı konkret nəticəyə gəlmək mümkün deyildir. Ona görə ki, adı qeyd olunan şahid verdiyi ifadəsində cavabdehin dəfələrlə iddiaçıya məxsus mağazadan paltar aldığını, habelə cavabdehə nisyə paltar satması barədə iddiaçıya irad bildirməsi və s. göstərsə də, lakin şahid ifadəsində göstərilən məlumatlarda iddiaçının cavabdehə hansı növ və dəyərdə paltar satması aydın deyildir.

66. Bununla belə, Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, iddiaçıdan 245 manat dəyərində nisyə paltar almışdır.

67. Beləliklə, işin faktiki halları ilə iddiaçının cavabdehə 245 manat dəyərində nisyə mal satdığı, sonuncunun isə malın dəyərini ödəmədiyi müəyyən edilmişdir.

68. Yuxarıda şərh olunanların yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, borca verilmiş 700 manat və nisyə satılmış malların dəyəri 245 manat, ümumilikdə 945 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

69. Bundan əlavə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 120 manat tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

70. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə tələb qiymətləndirilən iddia olmaqla iddianın qiyməti 5147 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, cavabdehdən 4047 manat tutulmuşdur. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirdiyindən hazırkı apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddia tələbinin təmin olunmuş hissəsi, yəni 4047 manat hissə təşkil etmişdir. Ona görə də, mübahisələndirilən hissə də, iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(061)-690/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 945 (doqquz yüz qırx beş) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, ümumilikdə 975 (doqquz yüz yetmiş beş) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar