Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-456/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (əri) X2, onun nümayəndəsi (vəkil) Vəkil, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957ci ildə Tərtər şəhərində anadan olmuş və ünvan 1-də qeydiyyatdadır.
2. Tərtər İƏD-i üzrə nümayəndəliyin verdiyi 572 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1-də yaşayır.
3. İddiaçının təqdim etdiyi "xxxx" MMC-dən alınmış mütəxəssis rəyinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün yenilənməsinə çəkilən xərcin və dəymiş ziyanın məbləğini müəyyən etmək üçün aparılmış qiymətləndirmə işinə dair mütəxəssis rəyi verilmişdir. Həmin rəydən aydın olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü tikinti norma və qaydalarına uyğun aparılmamışdır. Belə ki, dam örtüyünün məhkəmliyi üçün hörgü işləri ikiqat mişar daşı ilə aparılmalı və yekunda dəmirbeton toxuma ilə kəmər yığılmalı olmuşdur. Fərdi yaşayış evinin dam örtüyü tikinti normalarına uyğun işlənilmədiyindən yağan yağış nəticəsində otaqların tavan və divarlarına ciddi ziyan dəymişdir. Fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü norma və qaydalara uyğun aparılmadığından sökülərək yenidən inşa edilməlidir. Bundan əlavə yaşayış otaqlarının tavan və divarları da, yenidən boyanmalıdır. Bütün bu xərclər 7-ci səhifədəki cədvəldə göstərilmişdir. Cədvələ əsasən, 20 sm-lik divarın hörülməsinə görə əmək haqqı 212.00 manat, tikintidə istifadədə olunan 640 ədəd mişar daşına görə tələb olunan pul 384.00 manat, 35 ədəd qaradağ sementi üçün 210.00 manat, 3 m3 qum üçün 72.00 manat, dam örtüyünə görə 3 m3 taxta üçün 1230.00 manat, 2.5 mm-lik 210 m2 metal şifer üçün 1785.00 manat, həmin şiferin vurulması üçün əmək haqqı 2100 manat və əlavə xərclər də daxil olmaqla 6600.00 manat tələb olunur. Nəticədə fərdi yaşayış binasına dəymiş ziyanın məbləğinin 6600 manat olduğu müəyyənləşdirilmişdir.
4. Tərtər Rayon İcra Hakimiyyətinin 02 avqust 2024-cü il tarixli 5-78/2-695/2024 saylı məktubundan görünür ki, Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubla bağlı əraziyə və fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, evin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü tikinti texniki normalara uyğun aparılmamışdır. Odur ki, fərdi yaşayış evinə dəymiş ziyan aparılan tikinti işləri zamanı olan çatışmamazlıqların nəticəsində əmələ gəlmişdir.
5. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iş üzrə ekspert rəyi alınması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Hazırki dövrədək rəy alınmamışdır. Payız aylarının başlandığı üçün yağışlar başlayarsa evi daha bərbad vəziyyətə düşmüş olasaqdır. Ona görə də, evin dam örtüyünü yığdırmaq məcburiyyətində olduğunu bildirmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli saylı məktubdan görünür ki, məktuba əlavə edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə (ekspert Elmar Səidov) məlumatda məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ilkin təmir işlərinin saxlanılmadığı və əlavə təmir-tikinti işlərinin aparıldığıdan baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 5550 (beş min beş yüz) manat pulun və evinə dəymiş zayanın hesablanaraq müştərək qaydada tutularaq ona verilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır.
8. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ibarət olduğundan, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 ilə bağlı iddia tələbindən imtina etdiyini və həmin hissənin icraatına xitam verilməsini xahiş etmişdir.
9. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 aid olan hissəsindən imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən, mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 münasibətdə xitam verilməsi qərara alınmışdır.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə evini təmir etdirmək üçün aralarında razılıq əldə etmişlər. Cavabdeh tərəfindən görülən işlər yarımçıq aparılmışdır. Bundan əlavə aparılan təmir işləri düzgün aparılmadığı üçün evi yağış suyunun altında qalaraq bərbad hala düşmüşdür. İddiaçı qeyd etmişdir ki, cavabdehlərə evin damını düzəldilməsi üçün onun tərəfindən 1350 manat, hörgü işləri üçün isə 1200 manat pul vermişdir. Bundan əlavə olaraq təmir-tikinti materialları üçün 3000 manat pul ödəmişdir. Lakin cavabdehlər təmir tikinti işlərini düzgün aparmayaraq evinin damının çökməsinə gətirib çıxarmış və bilərəkdən işləri yarımçıq qoyaraq çıxıb getmişlər. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq yenə də, onların səhvindən yaranmış fəsadları aradan qaldırmamışlar. Onların düzgün iş görməməsi səbəbindən onun evinə xeyli miqdarda ziyan dəymişdir. Uzun müddətdir ki, yaşadığı ev yağış suları altında qalmışdır. Göründüyü kimi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh3, Cavabdeh4 5550 manat pulun və evinə dəymiş ziyanın hesablanaraq, müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Tərtər Rayon Məhkəməsinin 2(061)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin rədd edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərin ona pul borclu olmasını və yaşadığı fərdi yaşayış evinə ziyan vurmasını sübuta yetirə bilməmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 89.1 və 78.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Tərtər Rayon Məhkəməsinin 2(061)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı 5550 (beş min beş yüz əlli) manat pul vəsaitinin və evinə dəymiş ziyanın hesablanaraq cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini və Tərtər Rayon Məhkəməsinin hakimi Kamil Rzayev barəsində AR MPM-nin 394-cü maddəsinin tələbinə əsasən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı onun tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsini təmin edilməsinin əsassızlığını qətnaməsində heç bir mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin 02 avqust 2024-cü il tarixli 5-78/2-695/2024 saylı məktubundan görünür ki, Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubla bağlı əraziyə və fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, evin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü tikinti texniki normalara uyğun aparılmamışdır. Odur ki, fərdi yaşayış evinə dəymiş ziyan aparılan tikinti işləri zamanı olan çatışmamazlıqların nəticəsində əmələ gəlmişdir. Birinci instasniya məhkəməsi cavabdehlərin onların evdə gördükləri işlər müqabilində zərər vurmalarının mümkünsüzlüyün tək bircə mülahizə ilə əsaslandırmağa çalışmışdır: evin üstünün onlar tərəfindən məcbur qalıb örtməyi ilə. Yağışların başlanması, yağan yağış suyunun evin otaqlarını pis hala salması onları məcbur etmişdir ki, normal yaşayışa davam etmək üçün evin üstünü örtsünlər. Onlar evdə iki nəfər yaşlı, pensiyaner insanlardır. Yanlarında uşaqları yox, nəvələri yoxdur. Bəs yaşlı, səhhətində ciddi problemi olan ahıl şəxslər soyuq yağışlı havaları dam örtüyü vurulmamış, bütün yağışların otaqlara damdığı evdəmi yaşamalıydıq? Bundan başqa, onun tərəfindən məhkəməyə ekspertizanın gəlib evə baxmasının uzun zaman alması baxımından, rəyin verilməsinin gecikməsi səbəbi ilə başlayan yağışlara görə evin dam örtüyünü vurdurmaq məcburiyyətində qalmaqlarına dair xx.xx.2024-cü il tarixi ərizəsidə vardır. Birinci instansiya məhkəməsinin qətnaməsində irəli sürdüyü “tərəflər arasında fərdi yaşayış evində görüləcək işlərlə öz aralarında el adəti ilə razılaşmış, lakin görüləcək işlərlə bağlı onların arasında hər hansı bir müqavilə bağlanmamış, tərəflər üzərlərinə heç bir öhdəlik götürməmişlər” ifadəsi də mülki qaununvericiliyin tələblərinə ziddir. İş üzrə "xxxx" MMC-ə qiymətləndirmə ilə bağlı müraciət etmiş. Cəmiyyətin nümayəndələri onların və cavabdehlərin iştirakları ilə evə baxış keçirmiş və rəy vermişlər. Eləcə də Tərtər Rayon İcra Hakimiyyətindən sorğuya əsasən gəlib evə baxış keçirmişlər. Evə dəymiş ziyan hesablanmışdır. Dam örtüyünün möhkəmliyi üçün hörgü işləri ikiqat mişar daşı ilə aparılmalı və yekunda dəmir-beton toxuma ilə kəmər yığılmalı olmuşdur. Fərdi yaşayış evinin dam örtüyü tikinti normalarına uyğun işlənilmədiyindən yağan yağış nəticəsində otaqların tavan və divarlarına ciddi ziyan dəymişdir. Fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü norma və qaydalara uyğun aparılmadığından sökülərək yenidən inşa edilməlidir. Bundan əlavə yaşayış otaqlarının tavan və divarları da yenidən boyanmalıdır. Bütün bu xərclər 7-ci səhifədəki cədvəldə göstərilmişdir. Nəticədə fərdi yaşayış binasına dəymiş ziyanın məbləğinin 6600 manat olduğu müəyyənləşdirilmişdir. Onlar tərəfindən məhkəməyə evin dam örtüyünün vəziyyətini bütün detalları ilə təsvir edən videoçəkiliş CD disk təqdim edilmişdir. Ancaq məhkəmədə CD diskə baxarkən səsli olaraq deyil, həmin sübut işdə iştirak edən şəxslərin eşitməyəcəyi şəkildə məhkəmə katibi tərəfindən baxılmışdır. Ancaq öz qətnaməsində sübut növü olan həmin disklə bağlı bir kəlmə də, bəhs etməmişdir.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin nümayəndələri onların və cavabdehlərin iştirakları ilə evə baxış keçirmiş və rəy vermişlər. Fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü norma və qaydalara uyğun aparılmadığından yağan yağış nəticəsində otaqların tavan və divarlarına ciddi ziyan dəymişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (əri) X4 apellyasiya şikayəti ilə uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, rəyin verilməsinin gecikməsi səbəbi ilə başlayan yağışlara görə evin dam örtüyünü yenidən vurdurmaq məcburiyyətində qalmışlar. Dam örtüyünün möhkəmliyi üçün hörgü işləri ikiqat mişar daşı ilə aparılmalı və yekunda dəmir-beton toxuma ilə kəmər yığılmalı olmuşdur.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, fərdi yaşayış evinə dəymiş ziyan aparılan tikinti işləri zamanı olan çatışmamazlıqların nəticəsində əmələ gəlmişdir. Ziyanın vurulması birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş "xxxx" MMC-nin nümayəndələri tərəfindən tərəflərin iştirakı ilə evə baxış keçirilərək müəyyən edilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, o, uzun müddətdir ki, hörgü işləri ilə məşğuldur. İddiaçının evində hörgü işlərini görüb qurtarmış, halalaşmış və iddiaçıdan 1200 manat pul almışdır. İddiaçı sonra evin üstünü başqa ustalara təmir etdirmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı işə baxaraq hündürlüyün kifayət etdiyini bildirmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, O, İddiaçı yaşadığı evə baxmış və nə vaxt, hansı formada və qiymətə razılaşmışdır. İddiaçı əmək haqqından ona 1350 manat pul ödəmişdir. İşə başlamış, evin dam örtüyünü vurub qurtarmağa az qalmış iddiaçı evin hündürlüyündən yəni, evin alçaq olmasını nöqsan bildirərək, dam örtüyünün ona heç bir ödəniş etmədən yenidən sökülməsini ondan istəmişdir. Həmin gün onun orda bir günlük işi qalmışdır. Həmin gün o, işini tam qurtarıb evi təhvil verib zəhmət haqqını da, alıb çıxmalı idi. Lakin İddiaçı ona dam örtüyünü söküb qurtarmalı olduğunu, bundan sonra hörgü ustasının evin hündürlüyünü iki mişar daşı qaldırdıqdan sonra ona danışdıqları qiymətə evin üstünü yenidən vurmağı bildirmişdir. Ona etirazını bildirmiş, bu işdə onun günahının olmadığını və iddiaçıya bu işlərə görə əlavə pul ödəyəcəyi təqdirdə həmin işi görəcəyini bildirmişdir. İddiaçı bununla razılaşmadığından aralarında narazılıq baş vermişdir. İddiaçıdan qalan zəhmət haqqısı 650 manatı tələb etmiş, lakin o, verməkdən imtina etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ikinti materialları Şikar inşaatdan onun adına alınmışdır. Cəmi 92 manatlıq material alınmışdır. İddiaçı evin dam örtüyünün onun gördüyü iş qurtarmamış sökdürüb yenidən damörtüyü vurdurmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
24. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
25. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
26. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
27. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
33. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
36. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
37. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
43. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəf arasında olan razılaşmaya əsasən cavabdehlər iddiaçının istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ilkin təmir işləri aparmışlar. İddiaçı tərəf aparılan işləri dayandırmış və cavabdehlərə yenidən həmin işləri razılaşmaya əsasən aparmalarını tələb etmişdir. Lakin qarşı tərəf işlərin normal aparıldığı üçün yenidən aparılacaq təmir işlərinə əlavə xərc tələb etmişlər. Bu səbəbdən onların arasında narazılıq yaranmışdır. İddiaçı iddia etmişdir ki, cavabdehlər təmir tikinti işlərini düzgün aparmayaraq evinin damının çökməsinə gətirib çıxarmış və bilərəkdən işləri yarımçıq qoyaraq çıxıb getmişlər. Cavabdehlər Cavabdeh4 İddiaçı yaşadığı evin çardaq hissəsində onun sifarişi ilə hörgü işləri apardıqlarını, işlərini qurtardıqdan sonra zəhmət haqqını almaqla işini qurtarmışdır. O, apardığı hörgü işlərini normal qaydada görmüş və işini qurtarıb getməsini, Cavabdeh3 iddiaçının yaşadığı evdə çardaq örtüyünü təmir etdiyini, təmir tikinti işlərinin normal qaydada aparıldığını, lakin iddiaçının evinin alçaq olduğunu bildirərək, işini dayandırdığını, bunun onun işinə aidiyyəti olmadığını, iddiaçının ona 650 manat pul borcu qaldığını bildirmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, lakin icrasız geri qaytarılmışdır. Eyni zamanda, məhkəmə müstəqil qiymətləndirmə fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə müraciət etmiş və müvafiq mütəxəssis rəyini əldə etmişdir. İş materiallarının 84-cü vərəqində olan Şəhadətnamədən görünür ki, "xxxx" MMC həqiqətən özünü tənzimləyən qeyri-kommersiya təşkilatı “Azərbaycan Qiymətlədiricilər Cəmiyyətinin” həqiqi üzvüdür. xx.xx.2021-ci il tarixdə rəsmi reyestrdən qeydiyyatdan keçmişdir. Təqdim edilmiş mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü tikinti norma və qaydalarına uyğun aparılmamışdır. Belə ki, dam örtüyünün möhkəmliyi üçün hörgü işləri ikiqat mişar daşı ilə aparılmalı və yekunda dəmir-beton toxuma ilə kəmər yığılmalıdır. Fərdi yaşayış evinin dam örtüyü tikinti normalarına uyğun işlənilmədiyindən yağan yağış nəticəsində otaqların tavan və divarlarına ciddi ziyan dəymişdir. Fərdi yaşayış evinin üzərində aparılmış hörgü işləri və çardaq örtüyü norma və qaydalara uyğun aparılmadığından sökülərək yenidən inşa edilməlidir. Bundan əlavə yaşayış otaqlarının tavan və divarları da, yenidən boyanmalıdır. Bütün bu xərclər 7-ci səhifədəki cədvəldə göstərilmişdir. Cədvələ əsasən, 20 sm-lik divarın hörülməsinə görə əmək haqqı 212.00 manat, tikintidə istifadədə olunan 640 ədəd mişar daşına görə tələb olunan pul 384.00 manat, 35 ədəd qaradağ sementi üçün 210.00 manat, 3 m3 qum üçün 72.00 manat, dam örtüyünə görə 3 m3 taxta üçün 1230.00 manat, 2.5 mm-lik 210 m2 metal şifer üçün 1785.00 manat, həmin şiferin vurulması üçün əmək haqqı 2100 manat və əlavə xərclər də daxil olmaqla 6600.00 manat müəyyn olunmuşdur.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evində işlər yenidən başqa şəxslər tərəfindən icra edildiyindən və bu səbəbdən də, iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının verilməsindən imtina edildiyindən əsas sübut növü olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən ekspert rəyinin alınması mümkün olmamış və iddiaçı cavabdehlərin ona pul borclu olmasını və yaşadığı fərdi yaşayış evinə ziyan vurmasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin iş üzrə təyin etdiyi və aldığı mütəxəssis rəyini ekspert rəyi olmadığından sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası mütəxəssis rəyinin sübut npvü kimi qəbul edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərəflərin iştirakı ilə mübahisəli evə baxış keçirilmiş və əsaslandırılmış rəy təqdim edilmişdir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında fərdi yaşayış evində görüləcək işlərlə öz aralarında el adəti ilə razılaşmaqları, lakin görüləcək işlərlə bağlı onların arasında hər hansı bir müqavilənin bağlanmaması, tərəflər üzərilərinə heç bir öhdəlik götürməmələri ilə bağlı gəldiyi nəticə ilə də, razılaşmır. Belə ki, mülki qanunvericilikdə podrat müqaviləsinin yazılı formada bağlanması ilə hər hansı norma yoxdur və podrat müqaviləsinin tərəflər arasında şifahi formada bağlanması istisna edilmir. Həmçinin tərəflərin hər biri onlar arasında iddiaçının istifadəsində olan evin dam hissəsində tikinti və dam örtüyününü yenidən qurulması ilə bağlı razılaşmanın olduğunu və həmin işin görülməsi üçün Cavabdeh4 əmək haqqı olaraq 1200 manat, Cavabdeh3 isə 1350 manat ödəməsi işin mübahisəsiz halıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arsında podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh4 iddiaçının istifadəsində olan evin dam örtüyündə 20 sm-lik divarın hörülməsinə görə 1200 manat, Cavabdeh3 dam örtüyünün yenidən qurulması və vurulması üçün 1350 manat vermişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və rəyi alınmış mütəxəssis rəyi ilə podratçılarının podratın nəticəsini qüsurlu, yəni podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun olmaması və nəticədə sifarişçiyə zərər dəyməsi müəyyən olunmuşdur. Həmçinin iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, podratçılar qüsurların aradan qaldırılması ilə bağlı sifarişçinin təklifini qəbul etməmişlər.
48. Eyni zamanda kollegiya hesab edir ki, dəymiş ziyanın hamısının məhz cavabdehlər Cavabdeh4 və Cavabdeh3 təqsiri ucbatından əmələ gəlməsi sübuta yetirilmir. Belə ki, tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Cavabdeh4 hörgü işlərini görməsi üçün iddiaçıdan 1200 manat pul almışdır. Mütəxəsis tərəfindən 20 sm-lik divarın hörülməsinə görə əmək haqqı 212.00 manat, tikintidə istifadədə olunan 640 ədəd mişar daşına görə tələb olunan pul 384.00 manat, 35 ədəd qaradağ sementi üçün 210.00 manat, 3 m3 qum üçün 72.00 manat ziyan dəydiyi müəyyən edilsə də, iş materialları ilə iddiaçının tikinti üçün mişar daşının alınması dair sübutlar məhkəməyə təqdim etməmiş, hətta alınsa belə həmin tikinti materiallarının yenidən istfadəsi mükündür. Bu baxımdan 20 sm-lik divarın hörülməsinə görə Cavabdeh4 gördüyü işə görə ziyan hesablanarkən əmək haqqı 212.00 manat, 35 ədəd qaradağ sementi üçün 210.00 manat, 3 m3 qum üçün 72.00 manat nəzərə alınmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməklə Cavabdeh4 494 manat pul alınaraq iddiaçıya ödənilməlidir.
49. Cavabdeh3 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyində qeyd edilmiş taxta və şiferin ilkin təmin zamanı alınması təsdiqini tapmadığından və mütəxəssis tərəfindən şiferin vurulması üçün əmək haqqı 2100 manat müəyyən olunmasına baxmayaraq Cavabdeh3 əmək haqqı kimi iddiaçıdan 1350 manat alması nəzərə alınaraq həmin hissədə iddia tələbi qismən təmin edilməli və Cavabdeh3 1350 manat alınaraq iddiaçıya ödənilməlidir.
50. Həmçninin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qalan hissədə təsdiqini tapmadığı üçün təmin edilməməlidir.
51. Kollegiya qeyd edir ki, ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
52. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh4 494 manat və Cavabdeh3 1350 manat pul alınaraq, İddiaçı ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Tərtər Rayon Məhkəməsinin 2(061)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh4 494 (dörd yüz doxsan dörd) manat və Cavabdeh3 1350 (min üç yüz əlli) manat pul alınaraq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehlər Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.