Məhkəmə qərarları › İş №2(104)-475/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-475/2024

18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-475/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı əşya tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-333/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı əşya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 ədəd divan-kreslo, 1 ədəd mətbəx mebeli, 1 ədəd qardirob, 1 ədəd zal üçün, 2 ədəd yataq üçün, 1 ədəd mətbəx üçün, 1 ədəd dəhliz üçün olmaqla ümumilikdə 5 ədəd çil-çıraqlar, 1 ədəd tablo, 1 ədəd jaluz pərdə, 3 ədəd karnizin alınıb ona verilməsinə, 1 ədəd Briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat dəyərində olmaqla qızıl zinət əşyalarının, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının maddi dəyəri olaraq 12.840(on iki min səkkiz yüz qırx) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, verdiyi izahatında göstərmişdir ki, o, el adəti üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Cavabdeh ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1 ünvanında 21 nömrəli mənzildə birgə yaşamışdır. Qeyd edilən ünvan iddiaçının anası tərəfindən təmir edildikdən sonra, ona məxsus cehiz əşyaları həmin ünvana yığılmışdır. Tərəflər arasında kəskin mübahisələr və cavabdeh tərəfin ona zorakılıqla nümayiş olunan hərəkətlərindən sonra onunla Cavabdeh münasibəti pozulmuş və ayrılmışlar. Ona toy zamanı hədiyyə edilən zinət əşyaları cavabdeh tərəfindən götürülüb və indiyə qədər də özünə qaytırılmamış, əvəzində bildirilmişdir ki, Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1, ünvanında 21 nömrəli mənzil satıldıqdan sonra zinət əşyalarının dəyəri ödəniləcək. Cehiz əşyalarına 4200 manat dəyərində divan-kreslo, 3500 manat dəyərində mətbəx mebeli, 1800 manat dəyərində qardirob, 860 manat dəyərində zal otağı üçün çil-çıraq, 420 manat dəyərində yataq otağı çil-çıraq, 380 manat dəyərində yataq otağı çil-çıraq, 360 manat dəyərində dəhliz üçün çil-çıraq, 280 manat dəyərində tablo, 200 manat dəyərində mətbəx üçün jaluz pərdə, 160 manat dəyərində 3 ədəd karniz, zinət hədiyyələrinə 1 ədəd Briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat daxildir. Odur ki, cavabdehlərdən divan-kreslo dəsti-4200 manat dəyərində, mətbəx mebeli-3500 manat dəyərində, qarderob-1800 manat dəyərində, listura(zal)-860 manat dəyərində, listura(yataq otağı)-420 manat dəyərində, listura(yataq otağı)-360 manat dəyərində, listura(mətbəx)- 270 manat dəyərində, listura(dəhliz)-360 manat dəyərində, tablo-280 manat dəyərində, jalüz pərdə(mətbəx)-200 manat dəyərində, 3 ədəd karniz-160 manat dəyərində olmaqla cehiz əşyalarının, 1 ədəd Briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat dəyərində olmaqla qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda əşyaların dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-333/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh divankreslo dəsti-4200 manat dəyərində, mətbəx mebeli-3500 manat dəyərində, qarderob-1800 manat dəyərində, listura(zal)-860 manat dəyərində, listura(yataq otağı)-420 manat dəyərində, listura(yataq otağı)-360 manat dəyərində, listura(mətbəx)- 270 manat dəyərində, listura(dəhliz)-360 manat dəyərində, tablo-280 manat dəyərində, jalüz pərdə(mətbəx)-200 manat dəyərində, 3 ədəd karniz-160 manat dəyərində olmaqla cehiz əşyaları, 6000 manat dəyərində 1 ədəd briliant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olmaqla qızıl zinət əşyaları, bu mümkün olmadıqda həmin əşyaların dəyərinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, Cavabdeh 128.52 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkil) X4 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-333/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin birinci intansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. İş materiallarından görünür ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-333/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edimiş qəbzlərdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən 25 000 manat dəyərində əmlakın və ya onların dəyərinin alınıb ona verilməsini tələb etdiyinə görə 165 manat dövlət rüsumu ödəməli olduğu halda 128,52 manat dövlət rüsumu ödəmiş, dövlət rüsumundan 36,48 manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi isə iddia ərizəsini geri qaytarmalı olduğu halda icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, cavabdeh apellyasiya şikayətinin ödənilməsi üçün 65 manat dövlət rüsumu ödəmişdir. Halbuki cavabdeh apellyasiya şikayəti ilə bağlı 82.50 manat miqdarında rüsum ödəməli idi. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi Cavabdeh tərəfindən dövlət rüsumu tam ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(125)-333/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) X4 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-333/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-475/2024 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-333/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-475/2024 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar