Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-476/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 2(125)- 7187/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 17 mart 1954-cü il tarixdə Ermənistan SSSR Alaverdi rayonunda anadan olmuş və 04 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Ulyanovsk vilayəti Ulyanovsk şəhərində vəfat etmiş Əliyev Vahid Ələkbər oğlunun ölüm faktının təsdiq edərək ölüm haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 2(125)-7187/2024 nömrəli (hakim C.Quliyev) qərardadı ilə Ərizəçi (Maraqlı şəxs) ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi; Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz Ərizəçi qaytarılması; Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: 26 noyabr 2024, qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv olunması və ərizənin təmin olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(125)-7187/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 17 mart 1954-cü il tarixdə Ermənistan SSSR Alaverdi rayonunda anadan olmuş və 04 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Ulyanovsk vilayəti, Ulyanovsk şəhərində vəfat etmiş atası Əliyev Vahid Ələkbər oğlunun ölüm faktının təsdiq edərək ölüm haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsidə ərizəni icraata götürməkdən imtina etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin atasının 04 noyabr 2020-ci ildə ölüməsi qeydə alınmış və bu barədə Rusiya Federasiyası, Ulyansk vilayəti, Ulyansk şəhəri, Leninski rayon Qeydiyyat şöbəsi tərəfindən 17 noyabr 2020-ci il tarixli İİ-BA seriyalı 633457 nömrəli şəhadətnamə verilmişdir. Məhkəmə həmçinin Ərizəçi ərizədə atasına məxsus şəxsiyyət vəsiqəsində atasının Əliyev Vahid Ələkbər oğlu kimi, bəzi sənədlərdə isə Əliyev Vaid Ələkbər oğlu kimi göstərildiyini, yəni sənədlərin tərtibi zamanı yalnışlıqlara yol verildiyindən və ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan əsaslarla ərizənin icraata qəbulundan imtina barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Çünki yuxarıda da qeyd olunduğu kimi ərizəçinin atasının ölümü 17 noyabr 2020-ci il tarixli İİ-BA seriyalı 633457 nömrəli şəhadətnamə əsasında Rusiya Federasiyası, Ulyansk vilayəti, Ulyansk şəhəri, Leninski rayon Qeydiyyat şöbəsində artıq qeydə alınmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 2(125)-7187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 2(125)-7187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-476/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-476/2025
27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver