Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-508/2025 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi (maraqlı şəxs Maraqlı şəxs) ərizəsi üzrə Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi Işin halları
1. Ərizəçi ilə maraqlı şəxsin birgə nikahlarından ## #### 2009-cu ildə X1, ## ###### 2011-ci ildə X2 və ## #### 2015-ci ildə isə X3 doğulmuşdur.
2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, Ərizəçi və Maraqlı şəxs arasında ## ###### 2008-ci il tarixdə Daşkəsən rayon IHB-nin Zağalı Inzibati Ərazi Üzrə Nümayəndəliyində bağlanmış və nikahın bağlanması akt qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
3. Ilkin mediasiya sesiyasında təsdiq edilmiş ## ######## 2023-cü il tarixli “Barışıq sazişi”ndən görünür ki, tərəflər birinci tərəf ərizəçi və ikinci tərəf maraqlı şəxs arasında ## ###### 2008-ci il tarixli Daşkəsən rayon IHBnın Zağalı IƏUN-yi Xoşbulaq kəndi tərəfindən 08 № ilə qeyd edilmiş nikah akt qeydinin pozulması ilə bağlı mübahisə yoxdur, boşanmağa hər iki tərəf razıdır və məhkəmədə nikaha xitam verilməsinə dair 3 aylıq vaxtın verilməsini istəmirlər. Sazişin 2-ci bəndinə əsasən, tərəflər ikinci tərəf maraqlı şəxs birgə nikahdan doğulmuş övladları ##.##.2009-cu il təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 birinci tərəf ərizəçinin himayəsində qalmasına etiraz etmədi. Sazişin 3-cü bəndinə görə, tərəflər razılaşırlar ki, ikinci tərəf maraqlı şəxs birgə nikahdan doğulmuş övladları ##.##.2009-cu il təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 50 (əlli) manat məbləğində, ümumilikdə 150 manat alimenti hər ayın sonunda birinci tərəfə ərizəçiyə ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişin 4cü bəndinə əsasən, tərəflər birinci tərəf ərizəçi birgə nikahdan doğulmuş övladları ##.##.2009cu il təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 anaları maraqlı şəxs ilə ünsiyyətinə mane olmayacağı və istənilən vaxt ana ilə uşaqların görüşməsini təmin edəcəyi barədə razılığa gəlmişlər.
4. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, ## #### 2009-cu il təvəllüdlü X1 iddiaçı Maraqlı şəxs himayəsinə verilməsi, iddia tələbinin qalan hissədə təmin ediməməsi qət edilmişdir.
5. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, ## ###### 2011-ci ildə X2 cavabdeh Ərizəçi alınaraq iddiaçı Maraqlı şəxs himayəsinə verilməsi qət edilmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, Maraqlı şəxs iddiasının qismən təmin edilməsi, ##.##.2024-cü il tarixdən başlayaraq, ##.##.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Ərizəçi Maraqlı şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində alimentin tutulması, Maraqlı şəxs iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi, Ərizəçi mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq Maraqlı şəxs ödənilməsi qət edilmişdir.
7. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-***/*-***/**** nömrəli məktubu ilə, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli və ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnamələrindən apellyasiya şikayəti verilməmiş və qətnamələr qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsində icraat
8. Ərizəçi (maraqlı şəxs) ərizə ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış ## ######## 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəlməklə, birgə nikahdan olan ##.##.2009-cu il təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat məbləğində alimentin barışıq sazişində göstərilən ##.##.2023-cü il tarixdən hesablanmaqla Maraqlı şəxs qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında olan nikah pozulmuşdur. Onunla Maraqlı şəxs arasında ## ######## 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Sazişə əsasən Maraqlı şəxs birgə nikahlarından doğulmuş ## #### 2009-cu il təvəllüdlü X1, ## ###### 2011-ci il təvəllüdlü X2 və ## #### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşana çatanadək saxlanılmaları üçün hər ay 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etməmiş, aliment ödəməkdən imtina etmiş, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək və ərizədə göstərilən hallara oxşar izahat verərək, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında maraqlı şəxs tələbi qismən qəbul etməyərək izahatında göstərmişdir ki, mediasiya sazişinin şərtlərini qarşı tərəf pozmuşdur.
12. Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (hakim – Kənan Vəliyev) ilə, ərizə qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış ## ######## 2023-cü il tarixli barışıq sazişi Maraqlı şəxs uşaqları ## ###### 2011-ci il təvəllüdlü X2 və ## #### 2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün ## ######## 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 manat məbləğində alimenti tutularaq Ərizəçi ödənilməsi hissəsində təsdiq edilməsi qət edilmişdir.
13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı ## ######## 2023-cü il tarixdən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. Imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
14. Məhkəmə həmin nəticəyə gələrkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3, 33.3 və 34.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
15. Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Ərizəçi ona bildirmişdir ki, “hamı sosial yardım alsa da biz almırıq. Bunun üçün gəl formal olaraq boşanaq və mən işlədiyimə görə az miqdarda aliment olmaqla uşaqları mənim üzərimə yazdıraq”. Həmin vaxt aralarında hər hansı söz-söhbət olmadığına görə ona inanmışdır və bunun üçün mediasiyaya müraciət edərək aralarında barışıq sazişi bağlamışlar. Lakin, barışıq sazişi bağladıqdan sonra Ərizəçi onu evdən qovaraq ayrılmaq istədiyini bildirmiş və uşaqlarını öz yanında saxlamışdır. Bundan sonra o başa düşmüşdür ki, onun tərəfindən aldadılmışdır. Daha sonra uşaqlarının ondan alınması üçün məhkəməyə müraciət etmiş və elə məhkəmə prosesinin gedişində qızı onun yanına gələrək atası ilə birlikdə yaşamaq istəmədiyini bildirmişdir. Lakin, oğlanları kiçik olduğuna və atalarından çox qorxduqlarına görə atalarının yanında qalmaq istədiklərini bildirdilər. O da onların fikri ilə razılaşaraq qətnamədən şikayət verməmişdir. Eyni zamanda həmin vaxt məhkəmədə belə bir razılıq əldə oldunmuşdur ki, bir-birlərinə qarşı alimnet iddiası qaldırmasınlar. Buna baxmayaraq, Ərizəçi vədinə əməl etməyərək hazırda aldadılaraq imzalanmış barışıq sazişinin məcburi icrasını tələb edərək məhkəməyə müraciət etmiş və məhkəmə hər hansı bir araşdırma aparmadan barışıq sazişini qismən, alimentlə bağlı hissədə təsdiq etmişdir. Barışıq sazişinin uşaqlarla ünsiyyət hissəsinə isə ümumiyyətlə hər hansı bir əhəmiyyət verilməmişdir. Hesab edir ki, məhkəmə sözügedən qətnaməni qəbul edən zaman maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, barışıq sazişi təzyiq ilə bağlanmışdır. Qorxduğum üçün həmin vaxt razılaşmışdır. Uşaqların ikisi hazırda yanındadır və onlar də təsdiq edə bilər ki, barışıq sazişi nətər bağlanmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardan ikisi məhkəmə qətnaməsi ilə maraqlı şəxsə verilmiş və onların saxlanması üçün aliment də təyin edilmişdir. Məhkəmə tərəfindən qətnamələrin qəbul edilməsi barışıq sazişinin təsdiq edilməsindən sonra olmuşdur. ## #### 2009-cu il təvəllüdlü X1 və ## ###### 2011-ci ildə X2 adlı uşaqlar hazırda ananın himayəsindədir. Aysu adlı uşaq üçün məhkəmə qətnaməsi ilə aliment təyin edilmiş, Kənan adlı uşağa münasibətdə isə hazırda alimentin təyin edilməsi üçün ilkin olaraq mediasiyaya müraciət etmişlər. Balaca uşaqların ikisi də başqa məhkəmə icraatı zaman məhkəmə iclasında birinci səfər atalarını istədiklərini demişlər və ona görə də iddiaları təmin edilməmişdir. Həmin icraatda isə hətta qəyyumluq komissiyası uşaqların analarında qalması barədə rəy vermişdir. Balaca uşaq qorxduğu üçün atasının yanında qalmağa məcbur olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
20. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
22. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
23. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
24. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
25. Maddə 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
26. Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
27. Maddə 21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür.
28. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
29. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
30. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
31. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
32. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
33. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.
34. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
35. Maddə 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər.
36. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz.
37. Maddə 60.2. Valideyinlik hüquqlarını həyata keçirərkən valideyinlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.
38. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
39. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
40. Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... Maddə 1.0.7. barışıq sazişi– tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; ...
41. Maddə 4.1. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.
42. Maddə 4.2. Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: ... 4.2.2. tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; ...
43. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.
44. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
45. Maddə 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.
46. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
47. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
48. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər.
49. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
50. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
61. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. ...
62. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
63. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
64. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
65. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
66. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
67. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
68. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
69. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
70. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
72. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, maraqlı şəxs qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə əsassız və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
74. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
75. Beləliklə, işin halları ondan ibarətdir ki, ərizəçi ilə maraqlı şəxsin birgə nikahlarından ## #### 2009-cu ildə X1, ## ###### 2011-ci ildə X2 və ## #### 2015-ci ildə isə X3 doğulmuşdur. Tərəflər arasında ilkin mediasiya sesiyasında bağlanmış ## ######## 2023-cü il tarixli “Barışıq sazişi” ilə, tərəflər birinci tərəf ərizəçi və ikinci tərəf olan maraqlı şəxs arasında ## ###### 2008-ci il tarixli Daşkəsən rayon IHB-nın Zağalı IƏUN-yi Xoşbulaq kəndi tərəfindən 08 nömrə ilə qeyd edilmiş nikah akt qeydinin pozulması ilə bağlı mübahisə yoxdur, boşanmağa hər iki tərəf razıdır və məhkəmədə nikaha xitam verilməsinə dair 3 aylıq vaxtın verilməsini istəmirlər. Sazişin 2-ci bəndinə əsasən, tərəflər ikinci tərəf maraqlı şəxs birgə nikahdan doğulmuş övladları ##.##.2009-cu il təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 birinci tərəf ərizəçinin himayəsində qalmasına etiraz etmədi. Sazişin 3-cü bəndinə görə, tərəflər razılaşırlar ki, ikinci tərəf maraqlı şəxs birgə nikahdan doğulmuş övladları ##.##.2009-cu il təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 50 (əlli) manat məbləğində, ümumilikdə 150 manat alimenti hər ayın sonunda birinci tərəfə ərizəçiyə ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişin 4cü bəndinə əsasən, tərəflər birinci tərəf ərizəçi birgə nikahdan doğulmuş övladları ##.##.2009cu il təvəllüdlü X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 anaları maraqlı şəxs ilə ünsiyyətinə mane olmayacağı və istənilən vaxt ana ilə uşaqların görüşməsini təmin edəcəyi barədə razılığa gəlmişlər. Bundan sonra məhkəmənin ##.##.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış ## ###### 2008-ci il tarixdə qeydə alınmış nikah pozulmuşdur.
76. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə - ərizəçi ilə maraqlı şəxsin birgə nikahlarından doğulmuş uşaqlardan ## #### 2009-cu ildə X1 və ## ###### 2011-ci ildə X2 maraqlı şəxsin himayəsinə verilmiş və hazırda da qeyd edilən uşaqlar maraqlı şəxsin himayəsindədir.
77. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin, “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir.
78. Mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir.
79. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ər-arvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir.
80. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3-cü maddələri).
81. Istinad olunan normanın tələbindən göründüyü kimi, məhkəmə xüsusi icraat qaydasında baxdığı hazırki ərizə üzrə mahiyyəti üzrə hər hansı araşdırma aparmadan, mübahisəli münasibətlərə hüquqi qiymət vermədən, tərəflərin könüllü şəkildə mediasiyada bağladıqları barışıq sazişinin məcburi icrası üçün həmin sazişi təsdiq edir və ya təsdiq edilməsindən imtina edir. Bu zaman məhkəmənin qiymətləndirməsi MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulan əsasların olub-olmamasının yoxlanılması ilə yekunlaşır.
82. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən barışıq sazişinin qismən təsdiq edilməsi barədə nəticəyə gəlinməklə, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
83. Belə ki, Azərbaycan Respublikası MPM-in 355-26.1-ci maddəsi məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün yalnız 2 əsas müəyyən etmişdir: 1) barışıq sazişinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.
84. Hazırki işin faktiki halları baxımından barışıq sazişinin təsdiq edilməsindən imtina üçün qanunvericilikdə göstərilmiş hər iki hal mövcuddur.
85. Iş materiallarına əlavə edilmiş, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, ## #### 2009-cu il təvəllüdlü X1 iddiaçı Maraqlı şəxs himayəsinə verilməsi, ərizənin qalan hissədə təmin ediməməsi qət edilmişdir.
86. Həmçinin, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, ## ###### 2011-ci ildə X2 cavabdeh Ərizəçi alınaraq iddiaçı Maraqlı şəxs himayəsinə verilməsi qət edilmişdir.
87. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, Maraqlı şəxs iddiasının qismən təmin edilməsi, ##.##.2024-cü il tarixdən başlayaraq, ##.##.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Ərizəçi Maraqlı şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində alimentin tutulması, Maraqlı şəxs iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi, Ərizəçi mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq Maraqlı şəxs ödənilməsi qət edilmişdir.
88. Yəni, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda ## #### 2009-cu il təvəllüdlü X1 və ## ###### 2011-ci ildə X2 maraqlı şəxsin himayəsində olması müəyyən edilmişdir.
89. Bu hal hazırki iddiaya həlledici təsir edir. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
90. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
91. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır.
92. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir .
93. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
94. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə ##.##.2015-ci il tarixli Qərarı).
95. Göründüyü kimi, ərizəçi ilə maraqlı şəxsin birgə nikahlarından doğulmuş uşaqlardan ## #### 2009-cu ildə X1 və ## ###### 2011-ci ildə X2 maraqlı şəxsin himayəsinə verilməsi və hazırda da qeyd edilən uşaqlar maraqlı şəxsin himayəsində olması barədə faktların predusiallığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir və həmin halın yenidən mübahisələndirilməsini mülki prosessual qanunvericilik tərəflərə (həmin işdə və hazırkı işdə olan şəxslərin subyekt tərkibi eyni olmuşdur) qadağan etmiş və həmin halın sübut edilməsinə ehtiyac qalmır.
96. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə ərizəçinin müraciəti qismən təmin edilmiş və tərəflər arasında mediasiya prosesində bağlanmış ## ######## 2023-cü il tarixli barışıq sazişi uşaqlar – Kənan və Israil Ələsgərovların maddi təminatı (aliment öhdəliyi) hissəsində təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-26.1ci maddəsində barışıq sazişinin təsdiqindən imtina üçün nəzərdə tutulmuş iki imperativ əsas bu iş üzrə mövcud deyildir və könüllü imzalanmış saziş hüquqi qüvvəyə malikdir.
97. Lakin məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirməmiş, MPM-in 355-26.1-ci maddəsinin tələblərini geniş və sistemli interpretasiya (şərh) etməyərək əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, sözügedən maddədə nəzərdə tutulan hər iki imtina əsası bu iş üzrə tamamilə pozulmuş və barışıq sazişinin təsdiq edilməsini qeyri-mümkün etmişdir.
98. MPM-in 355-26.1.1-ci maddəsi barışıq sazişinin məhz qanuna zidd olmasını onun təsdiqindən imtina üçün ilkin əsas kimi müəyyən edir. Maddi hüquq baxımından ailə qanunvericiliyi uşaqların hüquq və mənafelərinin qorunmasını dövlətin və məhkəmənin ali vəzifəsi hesab edir.
99. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə görə, uşaqların hüquq və mənafelərinin müdafiəsi onların valideynlərinin üzərinə düşür. Bu hüquqların həyata keçirilməsi zamanı uşaqların maraqları üstün tutulmalıdır. Eyni Məcəllənin 75-ci maddəsi valideynlərin uşaqlarını saxlamaq öhdəliyini təsbit edir. Aliment öhdəliyi fərdidir və uşağın faktiki yaşayış yeri, onun kimin himayəsində olması ilə birbaşa bağlıdır.
100. Işin hallarından aydın olur ki, mediasiya prosesində bağlanmış ## ######## 2023cü il tarixli barışıq sazişinin şərtlərinə görə 3 uşaq da atanın himayəsində qalmalı və ana aliment ödəməli idi. Lakin, bu sazişdən sonra subyektiv və obyektiv şərait köklü surətdə dəyişmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə (Daşkəsən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli qətnamələri) uşaqlardan ikisi – Aysu və Kənan atadan alınaraq ananın (maraqlı şəxsin) himayəsinə verilmişdir.
101. Hazırkı vəziyyətdə, birinci instansiya məhkəməsinin barışıq sazişini Kənan və Israil adlı uşaqlara münasibətdə alimenti hissəsində təsdiq etməsi, ananın öz yanında saxladığı, faktiki qəyyumluq etdiyi və birbaşa maddi təminatını ödəyiyi öz uşağına görə digər tərəfə (ataya) aliment ödəməsi kimi qanunsuz bir vəziyyət yaratmışdır. Insanın öz himayəsində olan uşağa görə başqasına aliment ödəməyə məcbur edilməsi Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinin əsas prinsiplərinə tamamilə ziddir. Çünki, aliment – uşağın yanında yaşamadığı valideyndən onun saxlanılması üçün tutulan vəsaitdir. Bu səbəbdən, faktiki icrası qeyri-mümkün olan və qanunun mahiyyətini təhrif edən bu saziş şərti açıq şəkildə qanuna ziddir (MPM 355- 26.1.1) və məhkəmə tərəfindən təsdiq edilə bilməzdi.
102. MPM-in 355-26.1.2-ci maddəsi məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə barışıq sazişinin təsdiqini birmənalı olaraq qadağan edir. Hərçənd ki, qeyd edilən maddədə “məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən” ifadəsi işlədilmişdir, mülki və ailə hüququnun fundamental doktrinasına görə, yetkinlik yaşına çatmayan şəxslər (uşaqlar) qanun gərəyi tam fəaliyyət qabiliyyətinə malik olmayan subyektlərdir. Onların adından bağlanan sazişlər yalnız və yalnız onların maddi və mənəvi durumunun yaxşılaşdırılmasına xidmət etməlidir.
103. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına uyğun olaraq, dövlət orqanları və məhkəmələr uşaqlarla bağlı hər bir məsələdə uşağın ən yaxşı mənafelərini (the best interests of the child) rəhbər tutmalıdırlar. Tərəflər arasında bağlanmış barışıq sazişi birbaşa olaraq fəaliyyət qabiliyyəti olmayan (yetkinlik yaşına çatmayan) şəxslərin – 2009-cu il təvəllüdlü Aysu, 2011-ci il təvəllüdlü Kənan və 2015-ci il təvəllüdlü Israilin mülki hüquqlarına toxunur.
104. Məhkəmə müəyyən edir ki, birinci instansiya məhkəməsi barışıq sazişini təsdiq edərkən fəaliyyət qabiliyyəti olmayan uşaqların hüquqlarının pozulmasına yol vermişdir. Belə ki: - Saziş uşaqların hüquqi statusunu (yaşayış yerini) valideynlərin subyektiv diqtəsi ilə müəyyən etmiş, lakin sonradan uşaqların real psixoloji durumu, onların ananın yanında yaşamaq istəkləri və atadan qorxmaları barədə iddialar sazişin uşaqların mənafeyinə ziyan vurduğunu sübut etmişdir. - 50 manat məbləğində müəyyən edilmiş aliment həddi ölkədə uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış minimumu həddindən xeyli aşağıdır. Valideynlərin öz aralarında fəaliyyət qabiliyyəti olmayan uşağın dolanışığı üçün qanuni minimumlardan aşağı məbləğ barədə sövdələşməyə girməsi uşaqların hüquqlarına xələl gətirir.
105. Bununla paralel, iş materiallarının və tərəflər arasında mövcud olan çoxsaylı məhkəmə çəkişmələrinin araşdırılması zamanı müəyyən edilir ki, valideynlər (Ərizəçi və Maraqlı şəxs) boşanma və ondan sonrakı dövrdə uşaqların himayəsi məsələsini fərdi ambisiyalar və qarşılıqlı ittihamlar müstəvisinə keçirmiş, nəticədə eyni ailə mühitində böyüməli olan üç doğma bacı və qardaşın (2009-cu il təvəllüdlü Aysu, 2011-ci il təvəllüdlü Kənan və 2015-ci il təvəllüdlü Israil) yaşayış yerləri fərqli valideynlərin yanında müəyyən edilmiş və uşaqlar süni şəkildə birbirindən ayrı salınmışdır.
106. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı barışıq sazişini qismən təsdiq edərkən və uşaqların hüquqi statusuna toxunarkən, ailə hüququnun ən fundamental prinsiplərindən biri olan “bacı və qardaşların ayrılmazlığı” uşaqların birgə böyümək hüququnu tamamilə nəzərdən qaçırmışdır. Uşaqların bir-birindən ayrı salınması, onların həm mülki, həm də ailə qanunvericiliyi ilə qorunan ali mənafelərinə köklü surətdə ziddir və işin hallarına əsasən valideynlər arasında uşaqların kimin yanəında saxlanılması ilə bağlı mübahisənin mövcudluğu aşkar görünməkdədir.
107. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin qüvvəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borjudur. Dövlət bu borjun yerinə yetirilməsinə nəzarət edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinin 1-ci hissəsi imperativ olaraq müəyyən edir ki, dövlət orqanları, o cümlədən məhkəmələr uşaqlar barəsində hər hansı tədbirlər görərkən, ilk növbədə uşağın ali mənafelərinin daha yaxşı təmin olunmasına rəhbərlik etməlidirlər.
108. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 12.2-ci maddələrinə əsasən, hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Uşaqlar valideynlərinin (onları əvəz edən şəxslərin) hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə (onları əvəz edən şəxslərlə) bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Uşağın ali mənafeyi (the best interests of the child) anlayışı yalnız maddi təminat və ya valideynlərin istəkləri ilə məhdudlaşmır. Bu anlayış uşağın bioloji ailə mühitində, öz doğma bacı və qardaşları ilə birlikdə, eyni damın altında, vahid mənəvi dəyərlərlə böyüməsini də birbaşa əhatə edir. Qanunvericilik hər hansı müstəsna və zəruri hal (məsələn, uşaqların birbirinə109. qarşı zorakılığı və ya xüsusi tibbi ayırma zərurəti) olmadığı təqdirdə, bacı və qardaşların fərqli valideynlərə verilərək parçalanmasını qətiyyətlə rədd edir. Bu iş üzrə isə uşaqların birbirindən ayrı yaşamasını zəruri edən heç bir obyektiv mülki və ya tibbi əsas məhkəməyə təqdim edilməmişdir.
110. Yetkinlik yaşına çatmayan və öz hüquqlarını müstəqil qoruya bilməyən subyektlərin maraqlarına toxunan bu mübahisədə məhkəmə birtərəfli qaydada yalnız “valideynlərin iradə sərbəstliyi” prinsipinə istinad edə bilməz. Uşaqların yaşayış yeri və maddi təminatı dəyişdiyi halda, keçmiş tarixli sazişin məcburi icraya yönəldilməsi birbaşa fəaliyyət qabiliyyəti olmayan şəxslərin hüquqlarının pozulmasıdır ki, bu da MPM-in 355-26.1.2-ci maddəsinin imperativ tələbinin pozulması deməkdir.
111. Həmçinin, Iş materiallarından və qanuni qüvvəyə minmiş digər məhkəmə qətnamələrindən (Daşkəsən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli qətnamələri) görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yaşayış yeri birtərəfli qaydada deyil, hər iki valideyn arasında bölüşdürülmüşdür. Hazırkı faktiki və hüquqi vəziyyətə görə, müştərək uşaqlardan ikisi – 2009-cu il təvəllüdlü X1 və 2011-ci il təvəllüdlü X2 ananın (maraqlı şəxsin) himayəsindədir. Azyaşlı uşaq – 2015-ci il təvəllüdlü X3 isə atanın (ərizəçinin) yanında qalmışdır.
112. Məhkəmə hesab edir ki, uşaqların bu cür bölüşdürüldüyü və tərəflərin maddi durumunun qeyri-bərabər olduğu şəraitdə, birinci instansiya məhkəməsinin keçmiş tarixli mediasiya sazişini əsas götürərək anadan ata üçün aliment tutması həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına köklü surətdə ziddir. Yaranmış hüquqi vəziyyət birbaşa olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinin imperativ tələbləri ilə tənzimlənməlidir.
113. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
114. Məhkəmə qeyd edir ki, iş üzrə 2 uşaq anada, 1 uşaq isə atadadır. Yəni, “hər biri ilə uşaq qalıb” şərti tam yerinə yetirilmişdir. Valideynlərdən birinin digərinə nisbətən az təminatlı olması: iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, ana (Maraqlı şəxs) rəsmi iş yerinin olmaması, sabit gəlir mənbəyinin yoxluğu və ya ataya nisbətən xeyli aşağı gəlirə malik olması səbəbindən daha az təminatlı valideyndir. Ata (Ərizəçi) isə işləyir və mütəmadi maddi gəlirə malikdir (əmək haqqı 450 manat). Belə olan halda, qanunun birbaşa tələbinə görə, aliment birtərəfli qaydada ataya deyil, əksinə daha az təminatlı olan və himayəsində daha çox uşaq (iki uşaq) saxlayan ananın xeyrinə atadan tutulmalıdır. Tərəflərdən hər biri ilə uşaq qaldığı və ana olan maraqlı şəxs həm himayəsindəki uşaq sayına (iki uşaq), həm də maddi durumuna görə atadan daha az təminatlı olduğu üçün, birinci instansiya məhkəməsi tərəfindən sazişin təsdiq edilərək anadan aliment tutulması barədə qərarı Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələblərinə tamamilə ziddir.
115. Ərizəçi olan atadan digər ananın yanında olan uşaq üçün alimentin tutulması bunu bir daha təsdiq edir.
116. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazışini tərəflər könüllü icra etmədikdə barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə barışıq sazişini təsdiq edir.
117. Bu icraatda məhkəmə yalnız barışıq sazişini təsdir edir və ya bundan imtina edir ki, təsdiq zamanı hansı tarixdən təsdiq edilmiş razılaşmanın icra edilməli olması məhkəmənin predmetini təşkil etmir. Bu baxımdan birinci instansiyası məhkəməsi alimentin barışıq sazışının bağlandığı ##.##.2023-cü il tarixdən tutulmasını da qət etməkdə haqlı olmamışdır ki, bu hal icraatın prinsiplərinə da ziddir.
118. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
119. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
120. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən - ərizənin təmin edilmiş hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
121. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
122. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməməlidir.
123. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən ərizəçi tərəfindən kassasiya şikayəti verilə bilər.
124. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi Ərizəçi ilə maraqlı şəxs Maraqlı şəxs arasında Gəncə * saylı Mediasiya Təşkilatında bağlanmış ## ######## 2023-cü il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsindən imtina olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi Ərizəçi özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.