Məhkəmə qərarları › İş №2(104)-645/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-645/2025

10.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-645/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X11 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı hüquqi varisi Nümayəndə3 nümayəndəsi (vəkil) Nümayəndə1, maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi (vəkil) Vəkil3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə idarəsinə qarşı əmlakın müsadirə siyahısından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Məhkəmə kollegiyasının sorğusu əsasında X9 təqsirli bilinməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyasının 1999-cu il 10 fevral tarixli 2/20 nömrəli hökmünün surəti tədqiq edildikdən sonra iş materiallarına əlavə edilmişdir. Həmin hökmə əsasən İddiaçı və Maraqlı şəxs adlarına olan ünvan 5 fərdi yaşayış evi müsadirə edilmişdir.

2. xx.xx.1988-ci il tarixli, notarial qaydada təsdiqlənmiş əmlakın bölgüsü müqaviləsindən görünür ki, ünvan 1 ünvanında 661 saylı kvartal, 18 saylı torpaq sahəsində yerləşən xx.xx.1987-ci il tarixli M-2-İ-208 reyestr nömrəli alqı-satqı müqaviləsi və Bti-nin 97 saylı xx.xx.1988-ci il tarixli arayışı əsasında mülkiyyət hüququ ilə Maraqlı şəxs, X27, X13 və İddiaçı məxsus olan fərdi yaşayış evinin 20 kv.m. yaşayış otağı, 14.0 kv.m. qapalı veranda və 11.5 kv.m. zirzəmidən ibarət “b” literli hissəsi Maraqlı şəxs, 38.8 kv.m. yaşayış otağı, 12.5 kv.m. dəhlizdən ibarət “a” literli hissəsi X6, 33.9 kv.m., 27.8 kv.m., 29.0 kv.m. və 25 kv.m. ibarət dörd yaşayış otağı, 11.1 kv.m mətbəx, 9.5 kv.m. və 14.0 kv.m. dəhliz ibarət “Q” literli hissəsi, qaraj və 39.0 kv.m hamam, 13.3kv.m. qapalı veranda, 38.5 kv.m. açıq veranda isə X27 və İddiaçı ayrılmışdır.

3. xx.xx.1990-cı il tarixli notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri, Lermontov küçəsi, ev 26 ünvanında yerləşən 38.8 kv.m. yaşayış otağı, 12.5 kv.m. dəhlizdən ibarət “a” literli fırdi yaşayış evini 6500 manata X2.

4. xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X4 şəhəri, Lermontov küçəsi, ev 26 ünvanında yerləşən 154.5 kv.m. yaşayış otağı, 11.1 kv.m mətbəx, 9.5 kv.m. və 26.5 kv.m. dəhlizdən ibarət hissənin, qaraj-hamam 39.0 kv.m, 13.3 kv.m. qapalı veranda, 38.5 kv.m. açıq verandanın öna məxsus 2/3 hissəsini İddiaçı bağılamışdır.

5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin № 2-272/2005 saylı, 13 aprel 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ünvan 5 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan, ölçüsü 11,5 kv.m olan zirzəminin müsadirə siyahısından çıxarılmaqla Maraqlı şəxs mülkiyyətinə qaytarılması qət edilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, 1997-ci ilin inventalaşdırma sənədlərində Lermontov küçəsi, 26 N-li mülkün İddiaçı adına qeyd olunan hissəsində “A” literli yaşayış binasının sökülüb yerində 1992-97-ci illərdə sahələri 65.4 kv.m., 25.0 kv.m., 26.5 kv.m., 31.5 kv.m. yaşayış otaqları, 5.9 kv.m. anbar, 100 kv.m., 54.7 kv.m. xidməti otaq, 3.6 kv.m., 22,6 kv.m., 18.9 kv.m. dəhliz, 4.8 kv.m., 4.8 kv.m. hamam-tualet, 65.4 kv.m., 98.0 kv.m. 22.3 kv.m. zirzəmisi olan “A” literli yaşayış binası inşa edilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2008-ci il tarixli, 1086 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən qeyd edilir ki, Lermontov küçəsi, 26 N-li mülkün İddiaçı adına qeyd olunan hissəsi 148,4 kv/m dörd yaşayış otağından, 236,6 kv/m köməkçi sahədən, 188,9 kv/m zirzəmidən ibarət olan “A” literli yaşayış binasından və 2747 kv/m torpaq sahəsindən ibarətdir. Əsas: Gəncə şəhəri 4 saylı notariusun xx.xx.1988-ci il tarixli 5-19 saylı bölgü müqaviləsi və Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8-1060 reyestr nömrəli bəxşeyiş müqaviləsi.

8. Məhkəmə kollegiyasına təqdim edilmiş **********90 daşınmaz əmlakın reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Lermantov küçəsi 26C (yeni qaydalarla: AZ 2002, Gəncə şəhəri, Mixail Lermantov küçəsi giriş 74C) 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X5 məxsusdur.

9. Məhkəmə kollegiyasına təqdim edilmiş **********20 daşınmaz əmlakın reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Lermantov küçəsi 26D (yeni qaydalarla: AZ 2002, Gəncə şəhəri, Mixail Lermantov küçəsi giriş 74D) 0.0281 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X5 məxsusdur.

10. Məhkəmə kollegiyasına təqdim edilmiş Maraqlı şəxs adına 1990-cı ildə tətib edilmiş daşınmaz əmlakın texniki pasportun surətinə baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir.

11. Məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə şəhəri üzrə Maliyyə İdarəsinin vəsatətindən görünür ki, İddiaçı əmlakın müsadirə siyahısından çıxarılmaqla mülkiyyətə qaytarılması tələbi barədə mülki iş üzrə Gəncə şəhəri üzrə Maliyyə İdarəsinin cavabdeh şəxs qismində iştirakına xitam verilməsini və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.

12. Məhkəmə kollegiyasına təqdim edilmiş **********73 daşınmaz əmlakın reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Lermantov küçəsi 26B (yeni qaydalarla: AZ 2002, Gəncə şəhəri, Mixail Lermantov küçəsi giriş 74B) 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X14 məxsusdur.

13. Məhkəmə kollegiyasına təqdim edilmiş **********87 daşınmaz əmlakın reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Lermantov küçəsi 26A (yeni qaydalarla: AZ 2002, Gəncə şəhəri, Mixail Lermantov küçəsi giriş 74A) 0.0477 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X15 məxsusdur.

14. Məhkəmə kollegiyasına təqdim edilmiş **********91 daşınmaz əmlakın reyestr nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Lermantov küçəsi 26 (yeni qaydalarla: AZ 2002, Gəncə şəhəri, Mixail Lermantov küçəsi giriş 74) 0.0529 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X16 məxsusdur.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 148,4 kv/m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binasının və 2747 kv.m. torpaq sahəsinin müsadirə siyahısından çıxarılaraq onun mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə verərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsini cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı, digər bir hissəsi isə Maraqlı şəxs adına olmuşdur. Mülkün İddiaçı adına olan hissəsi 148,4 kv.m dörd yaşayış otağından, 236,6 kv.m köməkçi sahədən, 188,9 kv.m zirzəmidən ibarət olan “A” literli yaşayış binasından və 2747 kv.m torpaq sahəsindən ibarət olmuşdur. Həmin hissə İddiaçı mükiyyətinə Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8- 1060 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmünə əsasən İddiaçı və Maraqlı şəxs adlarına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi müsadirə edilmişdir. Sözügedən hökm X9 cinayət işi ilə əlaqədar olmuşdur və bu əmlaklar cinayət yolu ilə əldə edilmiş əmlak kimi müsadirə edilmişdir. Lakin həmin mülk hələ 1992-ci ildə bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçmişdir və onun Surət Hüseynovun cinayət işi ilə heç bir əlaqəsi olmamışdır.

18. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim: C.T.Tağıyev) 2(043)- 1596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia etdiyi əmlak X9 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunaraq İddiaçı mülkiyyət hüququ itirilmişdir.

20. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 212, 203, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

21. İddiaçının hüquqi varisi Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hər tərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli qətnaməsi ilə bu əmlakın bir hissəsi Maraqlı şəxs mülkiyyətinə qaytarılmışdır. Mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin və ya bu mülkdən cinayət aləti və vasitəsi kimi istifadə olunması təsdiq edən sübut yoxdur. Həmin vaxt iddiaçı öz payının müsadirə siyahısından çıxarılması ilə bağlı iddia qaldırmamışdır, əgər o da iddia qaldırmış olsaydı, onun da payı müsadirə siyahısından çıxarılardı. Çünki, həmin əmlakın cinayət yolu ilə alınması və əmlakdan cinayətin alət və vasitəsi kimi istifadə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmündə öz təsdiqini tapmamışdır. Məhkəmə isə bu halları nəzərə almamışdır.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) 2(104)-1581/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu l tarixli hökmünə əsasən həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ itirilmişdir və hazırki vəziyyətdə həmin əmlakın mərhum iddiaçının mülkiyyətinə qaytarılması tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

25. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 203 və 212-ci maddələrinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

26. İddiaçının hüquqi varisi Nümayəndə3 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə çıxarmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnu pozmuşdur. Sözügedən əmlak cinayət hadisəsinin törədilməsindən xeyli əvvəl əldə olunmuş və onun törədilən cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin ev bağışlama yolu ilə İddiaçı mülkiyyətinə keçmiş və onun cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə zidd olaraq qəbul etmişdir. Məhkəmə tərəfindən həmçinin Mülki Məcəllənin 152.1 və 157.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin mülkün digər hissəsinin mülkiyyətçisi Maraqlı şəxs da özünə aid olan hissənin müsadirə siyahısından çıxarılaraq mülkiyyətinə qaytarılması üçün müraciət etmiş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli, 2-272/2005 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Lermontov küçəsi 26 saylı mülkdəki “B” literinə daxil olan, ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m. olan açıq eyvan, ölçüsü 11.5 kv.m. olan zirzəmi müsadirə siyahısından çıxarılaraq onun özünə və mülkiyyətinə qaytarılması qət edilmiş və hazırda həmin qətnamə qüvvəsindədir. Lakin işə baxan məhkəmə qətnamə çıxaran zaman işin bu halını nəzərə almamış və bununla da MPM-nin 82.3-cü maddəsinin tələbini pozmuşdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-355/2023 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin 13 iyul 2022- ci il tarixli, 2(104)- 1581/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. (hakimlər Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov, İspəndiyar Şəfiyevdən)

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1294/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuş, İddiaçı xüsusi mülkiyyətində olmuş ünvan 2 ünvanında olan 2747 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 148.4 kv.m dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188.9 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binasının müsadirə siyahısından çıxarılaraq, onun mülkiyyətinə qaytarılması qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə iddianın rədd edilməsinə dair mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, mübahisəli əmlak hissəsi İddiaçı adına Kirovabad şəhər 4 saylı Notariat Kontorunun xx.xx.1988-ci il tarixli bölgü müqaviləsi və xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. Mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə olunmasını və ya bu mülkdən cinayətin alət və vasitəsi kimi istifadə olunmasını təsdiq edən sübut Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmü ilə müəyyən edilməmişdir. Digər tərəfdən, İddiaçı Surət Hüseynov tərəfindən törədilmiş cinayətdə iştirakı həmin hökmdə öz əksini tapmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 212, 203, Cəzaların İcrası Məcəlləsini 183.1 və 183.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

32. Maraqlı şəxs kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(104)-1294/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məsimovaİradə Musa qızının xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Lermontov küçəsi,26 saylı mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan, ölçüsü 11,5 kv.m olan zirzəminin müsadirə siyahısından çıxarılmaqla onun özünə və mülkiyyətinə qaytarılması barədə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2005-ci iltarixli, 2-1294/05 nömrəli icra vərəqəsi və qətnaməsi olduğu halda, 18 il sonra iddiaçının xeyrinə qəbul edilmiş və Maraqlı şəxs mülkiyyət hüququnu və digər konstitusion hüquqlarını pozmaqla qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli, 2(104)- 1294/2023 nömrəli qətnaməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı GəncəƏrazi İdarəsinində etiraf etdiyi kimi həmin əmlaka dair arxiv qovluqlarının olmadığı halda (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən kassatora yəni, Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 1999-cu ildə arxiv qovluqları cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmişvə indiyədək geri qaytarılmamışdır) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra edilməklə Maraqlı şəxs ünvan 5mülkdəki“B”literinə daxil olan ölçüsü 20 kv.molan yaşayış otağı, ölçüsü 14 kv.molan açıq eyvan və ölçüsü 11,5 kv.m olan zirzəmidən ibarət yaşayış evinin yerləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsi üzərində olan qanuni sahiblik və istifadə, eyni zamanda faktiki mülkiyyət hüququ və Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan tələbləri məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, Maraqlı şəxs mülkiyyətində olan ünvan 5 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan və ölçüsü 11,5 kv.m olan zirzəmidən ibarət yaşayış evinin yerləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsinin yalnız İddiaçı məxsus olması barədə İddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sənəd və ya sübut təqdim edilməmiş, eyni zamanda məhkəmə qətnaməsində də, İddiaçı adına olan bunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd və ya digər mötəbər sübutun olması müəyyən olunmur. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən Gəncəşəhəri, Lermontov küçəsi, 26 saylı mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan və ölçüsü 11,5 kv.molan zirzəmidən ibarət yaşayış evinin yerləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsinin Maraqlı şəxs mülkiyyətində olan yaşayışevinin həyətyanı torpaq sahəsi olmasını və Maraqlı şəxs da ümumi sahəsi 2747 kv.m olan həmin torpaq sahəsi üzərində ən azı İddiaçı qədər hüququnun olmasını nəzərə almamış, apellyasiya instansiya məhkəməsi tərəfindən sözügedən məhkəmə qətnaməsi qəbul edilərkən Maraqlı şəxs həmin mülki iş üzrə mülki məhkəmə icraatına cəlb edilməmiş və nəticədə Maraqlı şəxs ünvan 5 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan və ölçüsü 11,5 kv.molan zirzəmidən ibarət yaşayış evinin yerləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması barədəvə açıq-aşkar Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3171/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1294/2024 nömrəli, 18 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

35. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işdən görünür ki, ünvan 4 ünvanında yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət A literli yaşayış binası və 2747 kv.m. torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Maraqlı şəxs və digər şəxslərin paylı mülkiyyətində olmuşdur. Bu hal hətta birinci instansiya məhkəməsində işə baxılanda artıq məlum idi. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin bu halına heç bir əhəmiyyət verməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, müsadirə siyahısından çıxarılaraq iddiaçının mülkiyyətinə qaytarılan əmlakın yerləşdiyi torpağın həmçinin Maraqlı şəxs aid olub-olmamasına diqqət yetirməmiş, həmin şəxsin Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinin tələblərinə əsasən işə cəlb edilib-edilməməsini tərəflərin iştirakı ilə müzakirə etməmişdir. Bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır.

36. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416- 418-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 418.4.6-cı maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi Nümayəndə3 nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ünvan 5 ünvanda sahəsi üzərində yerləşən fərdi yaşayış evi Maraqlı şəxs və Davud Hüseynovun adına qeydə alınıb. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmünə əsasən Maraqlı şəxs və İddiaçı adlarına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin cinayət yolu ilə əldə edilmiş əmlak kimi müsadirə edilməsi qərara alınmışdır. Belə olan halda fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Davud Hüseynovun adına qeydiyyata alınmışdır. Hazırda hesab etmişlər ki, mübahisəli torpaq sahələri yenidən ölçülməlidir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, həmin dövrdə bir nəfərin adına 0.4 ha torpaq sahəsindən artıq rəsmiləşdirmə edilməsinə icazə verilmirdi. Bu səbəbdən də, həmin torpaq sahəsini bir neçə nəfərin adına almışdıq. Həmin şəxslərdən biri də qayını Davud Hüseynov olmuşdur. Əgər həmin torpaq sahəsini iki qardaş almışdısa onda həmin evə iki qapı qoyulardı. Həmin ev 1992-1997-ci illərdə həyat yoldaşı tərəfindən inşa edilmiş və o, həbs ediləndən sonra isə evin inşası yarımçıq qalmışdır. Həmin vaxt isə qayını Davud Hüseynov fürsətdən istifadə edərək onlara məxsus olan evə yiyələnmək istəmişdir. O, hər dəfə ondan evnin sənədlərini tələb edəndə müxtəlif bəhanələrlə sənədləri ona verməkdən imtina etmişdir. Ona sonradan məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi və fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı adına qeydə alınmışdır. Həyat yoldaşı əfv olub həbsdən çıxan zaman mübahisəli ev yarımtikili olduğundan orada heç kim yaşamamışdır.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsini 2006-cı il tarixli məktubunda fərdi yaşayış evinin Maraqlı şəxs mülkiyyətinə keçməsi barədə tam açıqlama verilib. Fərdi yaşayış evi tamamilə sökülərək 1992-1997-ci illərdə Surət Hüseynov tərəfindən yenidən inşa edilmişdir. Bu faktı isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsini 2006-cı il tarixli məktubunda qeyd etmişdir. Həmçinin, notarial qaydada təsdiq edilmiş xx.xx.1987-ci il tarixli, № 2-İ-208 reyestr nömrəli “Alqı-Satqı Müqaviləsi”nə və xx.xx.1988-ci il tarixli, № 5-19 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş “Evin bölgüsü barədə” Müqaviləyə əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi dörd paydan, yəni Maraqlı şəxs, ümumi həyətyanı torpaq sahəsində yerləşən digər tikililər isə X18, İddiaçı və X1 və Maraqlı şəxs payı ayrılmışdır. Maraqlı şəxs xüsusi mülkiyyətində olan ünvan 5 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan, ölçüsü 11,5 kv.m olan zirzəminin müsadirə siyahısından çıxarılmaqla onun özünə və mülkiyyətinə qaytarılması barədə qanuni qüvvəyyə minmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin № 2-272/2005 saylı, 13 aprel 2005-ci il tarixli qətnaməsi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış arxiv sənədlərinin surətinin verilməsi barədə” müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1294/05 nömrəli icra vərəqəsi və qətnaməsinə əsasən Maraqlı şəxs xüsusi mülkiyyətində olan ünvan 5 mülkdəki “B” literinə daxil olan ölçüsü 20 kv.m olan yaşayış otağı, ölçüsü 14 kv.m olan açıq eyvan, ölçüsü 11,5 kv.m olan zirzəmi müsadirə siyahısından çıxarılmaqla onun özünə və mülkiyyətinə qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2023-cü il tarixli, 2(104)-1294/2023 nömrəli icra vərəqəsi və qətnaməsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1596/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olmuş ünvan 2 ünvanında olan 2747 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236,6 kv.m. köməkçi sahədən, 188,9 kv.m zirzəmidən ibarət olan “A” literli yaşayış binası müsadirə siyahısından çıxarılaraq, onun mülkiyyətinə verilməsi qət edilmişdir. Qeyd edilən qətnamənin icrası ilə əlaqədar İddiaçı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinə xx.xx.1999-cu il tarixli, 2-20/99 nömrəli hökmə əsasən müsadirə edilmiş İddiaçı və Maraqlı şəxs adlarına olan əmlaklara dair arxiv sənədlərinin və ya surətinin Ərazi İdarəsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinə **********80 nömrəli, Maraqlı şəxs ilə digər şəxslər arasında bağlanmış alqı-satqı müqavilələrinə dair arxiv sənədlərinin surətinin qısa zaman müddətində Ərazi İdarəsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə **********36 nömrəli məktublar göndərilmişdir.” Müsadirədən çıxarılması xahiş olunan fərdi yaşayış evi Surət Hüseynov tərəfindən inşa edilmiş və həmin fakt X9 təqsirli bilinməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 10 fevral tarixli 2/20 nömrəli hökmü ilə təsdiqini tapmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahat verib bildirdi ki, mübahisəli torpaq sahəsini o, sosial şəbəkə vasitəsilə tapmışdır. Ona görə də qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş edirəm.

41. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X17 bildirmişdir ki, mübahisə edilən əmlak Maraqlı şəxsı adına “Evin bölgüsü barədə” Müqaviləyə əsasən rəsmiləşdirilmişdir. Hazırda iş materialları onda olmadığından mübahisələndirilən torpağın hansı əsasla bir neçə şəxsə satılması barədə məlumatı yoxdur.

42. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X21 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

45. Maddə 212. Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

46. Maddə 203. Mülkiyyət hüququnun itirilməsinin növlərindən biri də əmlakın müsadirə olunmasıdır.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi

47. Maddə 183.1. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

48. Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunu

49. Maddə 89. Tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

56. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

57. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

58. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

59. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

60. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

61. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

62. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

63. Hazırkı apellyasiya şikayətində qətnamə İddiaçı hüquqi varisi Nümayəndə3 nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

65. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, X22 ilə X23 ailə qurmuşlar, onların birgə ailə münasibətlərindən X24, İddiaçı, X19 və X8 adlı uşaqları anadan olmuşdur. X22 06 may 1993-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – arvadı X27, uşaqları X24, İddiaçı, X19 və X8 olmuşlar. İddiaçı 29 iyun 2021-ci il tarixdə, X25 isə 31 iyul 2023-cü il tarixdə vəfat etmişlər.

66. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddiasının, hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri qanuni qüvvədə olan qətnamə ilə əmlakın digər paylı mülkiyyətçisinin iddiası əsasında ona məxsus hissəsinin siyahıdan çıxarılması, həmin məhkəmə aktının qanuni qüvvədə olması, müsadirə edilmiş əmlakın cinayət törətmiş şəxslə hər hansı bağlılığının olmaması, əmlakın bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçməsi göstərilir. Mübahisəli əmlak hissəsi İddiaçı adına Kirovabad şəhər 4 saylı Notariat Kontorunun xx.xx.1988-ci il tarixli bölgü müqaviləsi və xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. İddiaçının iddia etdiyi əmlak X9 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunaraq İddiaçı mülkiyyət hüququ itirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddianın rədd edilməsinə dair mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iş üzrə işdə iştiraka cəlb olunmayan şəxs mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır.

67. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı).

68. «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022ci il tarixli qərarına olan mövqeyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1- ci maddəsinə uyğun həyata keçirilməlidir.Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin.

69. İşin mahiyyəti üzrə həll edən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi əmlak X9 cinayət işi ilə əlaqədar cinayət yolu ilə əldə edilmiş əmlak kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən müsadirə olunmuşdur. Həmin əmlak cinayət yolu ilə əldə olunmuş əmlak olduğundan hökmlə müsadirə olunaraq İddiaçı mülkiyyət hüququ itirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır.

70. Kollegiya hesab edirki, işdə iştiraka cəlb olunmayan şəxs mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür və həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır.

71. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 4 ünvanında yerləşən A və “B” literli yaşayış binası və 2747 kv.m. torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında İddiaçı, İradə Məsimovunun və digər şəxslərin paylı mülkiyyətində olmuşdur. Həmin əmlakın göstərilən şəxslərin mülkiyyətində olan pay hissələri Surət Hüseynovun barəsində olan cinayət işi üzrə Ali Məhkəmənin 10 fevral 1999-cu il tarixli hökmü ilə müsadirə olunmuşdur. Müsadirə olunmuş əmlakın digər paylı mülkiyyətçisi olan Maraqlı şəxs iddiası əsasında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 aprel 2005-ci il tarixli qətnaməsi ilə ona aid olan hissə müsadirə siyahısından çıxarılmışdır. Müsadirə siyahısından çıxarılaraq iddiaçının mülkiyyətinə qaytarılan əmlakın yerləşdiyi torpaq həmçinin Maraqlı şəxs aid olmuşdur. Lakin ünvan 2 ünvanında olan torpaq sahəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmü ilə müsadirə olunmamışdır. Belə ki, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş X9 təqsirli bilinməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 10 fevral tarixli 2/20 nömrəli hökmdən görünür ki, ünvan 4 ünvanında yerləşən evin müsadirə edilməsi göstərilsə də, Maraqlı şəxs məxsus olan ünvan 2 ünvanında olan torpaq sahəsi müsadirə edilməmişdir.

72. ünvan 5 ünvanda olan yaşayış evinin yerləşdiyi və ümumi sahəsi 2747,0 kv.m olan torpaq sahəsi mülkiyyətində olan yaşayış evinin həyətyanı torpaq sahəsi kimi mülkiyyətçilərin ümumi istifadəsində olmuşdur. Həmçinin həm Maraqlı şəxs, həm də, İddiaçı ünvan 2 ünvanına dair verilmiş texniki pasportlarda Maraqlı şəxsnnın istifadəsində olan torpaq sahəsi 600 kv.m. sənəd üzrə, 948 kv.m. faktiki, İddiaçı istifadəsində olan torpaq sahəsi 600 kv.m. sənəd üzrə, 27470 kv.m. faktiki olaraq göstərilmişdir. İddia tələbində və apellyasiya şikayətinin dəlillərində ünvan 4 ünvanında yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət A literli yaşayış binasının və 2747,0 kv.m olan torpaq sahəsinin müsadirə siyahısından çıxarılması xahiş olunsa da, iş materialları ilə müəyyən olunur ki, torpaq sahəsi iddiaçının və maraqlı şəxslərə verilmiş texniki pasportlarda sənəd üzrə 600 kv.m. olmaqla istifadələrində qeyd edilmiş, torpaq sahəsi iddiaçının mülkiyyətində olmamış, 2747,0 kv.m olan torpaq sahəsi isə ümumiyyətlə zəbt kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 10 fevral tarixli 2/20 nömrəli hökmdən görünür ki, yalnız ünvan 4 ünvanında yerləşən ev müsadirə predmeti olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin ünvan 2 ünvanında yerləşən 2747 kv. metr torpaq sahəsinin müsadirədən çıxarılması hissəsi əsassızdır.

73. Məhkəmə kollegiyasında apellyasiya şikayətinin ünvan 4 ünvanında yerləşən 148,4 kv.m. dörd yaşayış otağından, 236.6 kv.m. köməkçi sahədən, 188,9 kv.m. zirzəmidən ibarət A literli yaşayış binasının müsadirədən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı iddiasının, hüquqi varisinin apellyasiya şikayətinin dəlilləri qanuni qüvvədə olan qətnamə ilə əmlakın digər paylı mülkiyyətçisinin iddiası əsasında ona məxsus hissəsinin siyahıdan çıxarılması, həmin məhkəmə aktının qanuni qüvvədə olması, müsadirə edilmiş əmlakın cinayət törətmiş şəxslə hər hansı bağlılığının olmaması, əmlakın bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçməsindən ibarətdir. Kollegiya qeyd edir ki, mübahisəli əmlakın həmin hissəsi İddiaçı adına Kirovabad şəhər 4 saylı Notariat Kontorunun xx.xx.1988-ci il tarixli bölgü müqaviləsi və xx.xx.1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. Mübahisənin predmeti olan evin cinayət yolu ilə əldə olunmasını və ya bu mülkdən cinayətin alət və vasitəsi kimi istifadə olunmasını təsdiq edən sübut Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 1999-cu il tarixli hökmü ilə müəyyən edilməmişdir. Digər tərəfdən, İddiaçı Surət Hüseynov tərəfindən törədilmiş cinayətdə iştirakı həmin hökmdə öz əksini tapmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, 1997-ci ilin inventalaşdırma sənədlərində Lermontov küçəsi, 26 N-li mülkün İddiaçı adına qeyd olunan hissəsində “A” literli yaşayış binasının sökülüb yerində 1992-97-ci illərdə sahələri 65.4 kv.m., 25.0 kv.m., 26.5 kv.m., 31.5 kv.m. yaşayış otaqları, 5.9 kv.m. anbar, 100 kv.m., 54.7 kv.m. xidməti otaq, 3.6 kv.m., 22,6 kv.m., 18.9 kv.m. dəhliz, 4.8 kv.m., 4.8 kv.m. hamam-tualet, 65.4 kv.m., 98.0 kv.m. 22.3 kv.m. zirzəmisi olan “A” literli yaşayış binası inşa edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi idarəsinin xx.xx.2008-ci il tarixli, 1086 nömrəli arayışda isə Lermontov küçəsi, 26 N-li mülkün İddiaçı adına qeyd olunan hissəsinin 148,4 kv/m dörd yaşayış otağından, 236,6 kv/m köməkçi sahədən, 188,9 kv/m zirzəmidən ibarət olan “A” literli yaşayış binasından və 2747 kv/m torpaq sahəsindən ibarət olduğu qeyd edilmişdir. Hər iki arayışda yaşayış otaqlarının sahəsi düz qeyd edilsə də, köməkçi sahə və zirzəminin sahəsi fərqli qeyd edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, xx.xx.2008ci il tarixli, 1086 nömrəli arayışın verilmə əsası kimi, Gəncə şəhəri 4 saylı notariusun xx.xx.1988-ci il tarixli 5-19 saylı bölgü müqaviləsi və Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8-1060 reyestr nömrəli bəxşeyiş müqaviləsinə istinad edilmişdir. xx.xx.2006-cı il tarixli məktubda isə Gəncə şəhəri, Lermontov küçəsi, 26 N-li mülkün İddiaçı adına qeyd olunan hissəsində “A” literli yaşayış binasının sökülüb yerində 1992-97-ci illərdə tikildiyi və yeni tikilmiş tikilinin sahələrinin qeyd edildiyi göstərilmişdir. Halbu ki, xx.xx.2008-ci il tarixli, 1086 nömrəli arayış əsası qeyd edilmiş Gəncə şəhəri 4 saylı notariusun xx.xx.1988-ci il tarixli 5-19 saylı bölgü müqaviləsi və Gəncə şəhəri 1 saylı notariat ofisinin 12 noyabr 1992-ci il tarixli 2-8-1060 reyestr nömrəli bəxşeyiş müqaviləsi yeni tikiliyə qədər mövcud olmuş köhnə tikilərlə bağlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına qeyd olunan hissəsində sahələri 65.4 kv.m., 25.0 kv.m., 26.5 kv.m., 31.5 kv.m. yaşayış otaqları, 5.9 kv.m. anbar, 100 kv.m., 54.7 kv.m. xidməti otaq, 3.6 kv.m., 22,6 kv.m., 18.9 kv.m. dəhliz, 4.8 kv.m., 4.8 kv.m. hamam-tualet, 65.4 kv.m., 98.0 kv.m. 22.3 kv.m. zirzəmisi olan “A” literli yaşayış binasının müsadirədən çıxarılması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1596/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Mərhum İddiaçı xüsusi mülkiyyətində olmuş, sahələri 65.4 kv.m., 25.0 kv.m., 26.5 kv.m., 31.5 kv.m. yaşayış otaqlarından, 5.9 kv.m. anbar, 100 kv.m., 54.7 kv.m. xidməti otaqlardan, 3.6 kv.m., 22,6 kv.m., 18.9 kv.m. dəhliz, 4.8 kv.m., 4.8 kv.m. hamam-tualet, 65.4 kv.m., 98.0 kv.m. 22.3 kv.m. zirzəmidən ibarət olan “A” literli yaşayış binası müsadirə siyahısından çıxarılaraq, onun mülkiyyətinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar